|
Avqust bentonBenton PDF.çapıTəbrizə tərəf hərəkət
. Ayın 15-də ordunu topladıq və ora-
dan köçdük. Mən Şahzadə ilə birlikdə qoşunun qarşısında hərəkət
edirdim. O, bununla özünün mənə qarşı rəğbət və dostluğunu bil-
dirirdi. İstirahət vaxtı məni azad etdi və mənim üçün əla yemək
göndərdi.
Bu arada mən başa düşdüm ki, biz Təbrizə tərəf hərəkət edi-
rik. Ancaq bu barədə sual vermirdim, çünki uyğun olmazdı. Əl-
bəttə, aydın idi ki, artıq ruslarla müharibənin başlanmasına heç
bir ümid qalmamışdı. Bu, məni çox üzürdü.
Axşam Təbrizin qurtaracağındakı bir çayın kənarında çadır
qurduq. Gecənin yarısında güclü tufan başladı və qısa müddətdə
çöl gölməçəyə çevrildi. Ayın 16-nı bataqlaşmış bu ərazidə keçir-
dik. Şahzadə mənə ov əti, mer-meyvə və dostluq məsajları gön-
dərdi.
Ayın 17-də mən Şahzadədən qabaq yola düşdüm ki, ordu
üçün təhlükəsiz bir yerdə düşərgə salmaqdan ötrü ərazi müəyyən-
ləşdirim. Bu qumsal və quru çöldə çoxlu iri kərtənkələlər yaşayır,
onlardan bəzilərinin uzunluğu 3 paya çatır. Burada xeyli əqrəb də
gözə dəyir. Məzə üçün onlardan birini qılıncın ucu ilə bir neçə
dəfə yerə sıxdım. Hər dəfə o, dərhal quyruğunu qaldırır və qılınca
elə zərbə bururdu ki, səsi eşidilirdı.
Dostları ilə paylaş: |
|
|