Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

Konstitusiyanın "zərərin ödənilməsini tələb etmək hüququ" adlanan 68-ci maddəsinin ikinci 

bəndində deyilir: "Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd 

hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ 

vardır". CPM-in 36, 56-cı maddələrində bu norma, inkişaf etdirilmişdir. 

 

 

 



2.4.2. Ədalətli məhkəmə hüququ 

 

Konvensiyanın 6-cı maddəsində təsbit edilən ədalətli məhkəmə təminatına hüquq pozulmuş 



hüquqların bərpa olunması üçün ən səmərəli vasitələrdən biridir. Həmin maddə hər bir şəxsə onun 

mülki hüquq və vəzifələri müəyyən edilərkən, yaxud ona qarşı irəli sürülən hər hansı bir cinayət 

ittihamına baxılarkən ədalətli məhkəmə hüququna təminat verir. 6-cı maddə üç hissədən ibarətdir. 

Birinci hissə həm mülki, həm də cinayət işlərinə aid olduğu halda, ikinci və üçüncü hissələr 

müstəsna olaraq yalnız cinayət işlərinə aiddir. 

 

Komissiya və Məhkəmə təcrübəsində məhkəmə təhqiqatının ədalətli keçirilməsinin demokratik 



cəmiyyətdə çox mühüm əhəmiyyət kəsb etməsi nəzərə alınaraq 6-cı maddəyə genişləndirici təfsir 

verilmişdir. Qolder Böyük Britaniyaya qarşı (1975-ci il) işdə göstərilir ki, dövlət müəyyən 

sahələrdə məhkəmə nəzarətini məhdudlaşdıra və ya ləğv edə bilməz. Məhkəməyə müraciət etmək 

imkanı qanunlarda nəzərdə tutulmaqla bərabər (yəni  formal), həm də real olmalıdır. 

 

Konvensiyanın 6-cı maddəsinin tələblərini düzgün anlamaq üçün orada işlədilən bir sıra 



anlayışların Məhkəmə təcrübəsində verilən izahatlarına xüsusi diqqət yetirmək lazımdır; 

 

 



a) "Mülki hüquq və vəzifələr"  anlayışı 

 

Hər şeydən əvvəl, qeyd edilməlidir ki, "mülki hüquq və vəzifələr" anlayışı dövlətdaxili 



qanunvericilikdə yalnız mülki hüquq sahəsi ilə əhatə olunmur. "Konvensiya baxımından hüququn 

mülki xarakter daşıması onun dövlətdaxili qanunvericilikdə hüquqi tövsifindən deyil, bu 

qanunvericiliklə ona hansı maddi məzmun verilməsindən və onunla hansı nəticənin 

əlaqələndirilməsindən asılıdır"22. Məhkəmə təcrübəsində müflisləşmə haqqında qərarın 

çıxarılması, böhtan haqqında işin qaldırılması, mülki dövriyyədə sığorta sahibkarlıq fəaliyyətilə 

məşğul olma, hakimlik fəaliyyəti, vəkillik işi, tibbi sığorta çərçivəsində təqaüd alma, ətraf mühitin 

çirklənməsilə bağlı kompensasiya tələb etmə, aksionerlərin milliləşdirilən obyektlərə görə 

kompensasiya alma kimi məsələlər "mülki hüquq" çərçivəsində tövsif edilmiş və həmin hallara 

münasibətdə Konvensiyanın 6-cı maddəsinin tətbiqi hesab edilmişdir23. 

 

Bununla yanaşı, Məhkəmə və Komissiya belə qənaətə gəlmişdir ki, aşağıdakı işlər "mülki hüquq və 



vəzifələrlə" əhatə olunmur; 

 

1.   vətəndaşlıq məsələlərilə bağlı mübahisələr; 



 

2.   ölkəyə gəlmək hüququ; 

 

3. məhkəməyə qədər müvəqqəti azad olunma haqqında həbs edilmiş şəxsin vəsatəti; 



 

 

39




4. həbsxanada işləmək və belə işə görə haqq almaq hüqüqu; 

 

5. bağışlanma və cəzanın yüngülləşdirilməsinə hüququn müəyyən edilməsi



 

6. vergi tariflərinin müəyyən edilməsi və vergi imtiyazlarına hüquq; 

 

7. ruhanilərin işləri üzrə intizam icraatı; 



 

8. təqaüd və sığorta fondlarına üzvlük haqqı verməyənlərin onlardan istifadə hüququ; 

 

9. təhsil müəssisəsinin xarici tələbələrə təhsil verməklə bağlı hökumətdən "icazə" alması; 



 

10. sığınacaq hüququ və qaçqın statusunu almaq hüququ; 

 

11. dövlət qulluqçularının işləri üzrə intizam icraatı... 



 

 

b) "Cinayət ittihamı" anlayışı 



 

Konvensiyanın 6-cı maddəsinin birinci hissəsinin tətbiq edildiyi ikinci sahə "hər hansı bir cinayət 

ittihamı" ilə bağlıdır. 6-cı maddənin ikinci və üçüncü hissələri isə "cinayətdə ittiham edilən" hər bir 

şəxsə tətbiq edilir. Göstərilən ifadələr eyni cür təfsir edilir və "cinayət ittihamının" mövcudluğu 6-

cı maddənin bütövlükdə tətbiqinə gətirib çıxarır. 

 

Konvensiyanın konteksti baxımından "Cinayət ittihamı" avtonom əhəmiyyətə malikdir və bundan 



irəli gələcək ittihamın cinayət xarakteri daşıyıb-daşımaması ilə bağlı dövlətdaxili qanunvericiliyin 

mövqeyi müəyyənedici deyildir24. 

 

Məhkəmə ittihamın verilməsini müəyyən etmək üçün işin formal deyil, maddi tərəfinə diqqəti 



çəkməyə üstünlük verir. Foti və başqaları İtaliyaya qarşı (1982-ci il) işdə Məhkəmə göstərmişdir ki, 

cinayət ittihamı cinayət törətməkdə şübhəli bilinən şəxsin vəziyyətinə əhəmiyyətli təsir göstərən 

hər hansı növ tədbirləri özündə ehtiva edir. Belə tədbirlərə həbs, yaşayış sahəsinin axtarışı, şəxsi 

axtarış aid edilir. Dövlət Konvensiyanın 6-cı maddəsinin tələblərindən yayınmaq üçün cinayət işinə 

inzibati rəng verməkdə haqlı deyildir. İşin "cinayət işi" olub-olmaması müəyyən edilərkən 

pozulmuş hüquq normasının əhəmiyyəti və mümkün olan cəzanın mahiyyəti və ciddiliyi əsas 

götürülür. 

 

 



c) Müstəqil və qərəzsiz məhkəmə 

 

Pullar Birləşmiş Krallığa qarşı (1996-cı il) işdə Məhkəmə göstərmişdir ki, məhkəmənin "müstəqil" 



hesab edilməsi üçün aşağıdakı məsələlərə fikir vermək lazımdır; 

 

a) onun üzvləri (hakimlər) hansı üsulla təyin edilmişdir;  



b) onların vəzifədə qalma müddəti nə qədərdir; 

 

c) xarici təsirlərdən təminatlar varmı;  



ç) məhkəmədə müstəqilliyin zahiri əlamətləri mövcuddurmu ("inter alia"). 

 

40




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə