Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə81/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   77   78   79   80   81   82   83   84   ...   91

 
274 
Molla Hüseyn Münəccim Avşar 
 
Hüseyn Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə 
təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf Məhəmmədəli Tərbiyət 
«Danişməndani-Azərbaycan»  kitabında  yazır:  «Mirzə  Məhəmməd 
Avşarın  şagirdlərindəndir.  O,  bir  müddət  də  Molla  Ağa  Münəccim 
Avşarın və Molla Əli Münəccim Avşarın yanında oxumuşdur. Molla 
Hüseyn  nücum  və  astrologiya  elmində  bilikli,  təqvim  tərtib  etməkdə 
məharətli idi. O, hicri qəməri 1273 (1856)-cü ildə vəfat etmişdir». 
Molla Hüseyn Ağa Mirpəncin qızı ilə ailə qurmuşdu. Övlad-
ları olmadı. 
 
 
Mirzə Mustafa Avşar 
 
Mirzə Mustafa Mirzə  Nəsrulla oğlu Urmiya  şəhərində  anadan 
olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Mirzə Məsud xan Gər-
mərudinin  yanında  münşi  kimi  çalışmışdı.  Bəhaülmülk  ləqəbini 
daşıyırdı. 
1829-cu  ildə  M.M.  Avsar  A.S.Qriboyedovun  olumu  ilə 
əlaqədar  olaraq  uzrxahlıq  ucun  İran  sarayı  tərəfindən  Peterburqa 
gəlir.  I  Nikolayın  qəbulunda  olur,  Rusiyanın  iri  sənaye  şəhərlərini 
gəzir və bütün gördükləri haqda kitab yazır. Bu kitab tarixi ədəbiy-
yatda “Səfərnamə” adlanır. Bəzən “Peterburqa səyahət”də deyilir. 
Mirzə  Mustafa  Avşarın  “Peterburqa  səyahət”  adlı  əsərində 
nədən danışılır? 1829-cu ildə İran höküməti tərəfindən Хоsrоv mir-
zənin  başçılığı  ilə  rus  çarı  sаrаyınа  göndərilmiş  siyаsi  nümayəndə 
hеyəti  Mоsкvа,  Tulа,  Pеtеrburq  şəhərlərində  inкişaf  еtməкdə  оlаn 
sənаyе  mərкəzlərini,  mааrif,  mədəniyyət  və  еlm  оcаqlаrını,  hərbi 
məкtəbləri, rəsədхаnа və digər mühüm müəssisələri gəzərəк оnlаrlа 
tаnış оlduqdа İranın gеriliyinə, İran höküməti başçılarının qəflət yu-
хusundа  uymаlаrınа,  оnlаrın  səhlənкаrlıqlаrınа  аcıyır  və  kədərlə-
nirdilər.  İran  nümayəndə  hеyəti  vətənə  qаyıtdıqdаn  sоnrа  Rusiyа 
şəhərlərindəкi  yеni  məktəblər  və  еlm  оcаqlаrı  tərzdə  fаydаlı  və 
lаzımlı  оlаn  müəssisələrin  İrandа  yаrаdılmаsını  öz  hökümətinə 
təкlif еtmişdi. 


 
275 
Mahmud Avşar 
 
Avşar elinin məşhur tarixçilərindən biri də Mahmuddur. Mah-
mud  Məhəmmədsadıq  oğlu  1893-cü  ildə  Yəzd  şəhərində  anadan 
olmuşdu. Paniranizmin banisidir. Paniranizm ilk dəfə 1920-ci illər-
də,  Türk  Avşar-əsilli  və  Avropa-təhsilli  İran  siyasi  alimi  olan,       
Dr.  Mahmud  Avşar  Yəzdi  (1893-1983)  tərəfindən  Türkcülüyə  və 
Panərəbizmə  qarşı  sürülən  bir  İran  milli  birlik  düşüncəsi  kimi  irəli 
sürülmüşdür. 
Mahmud Avşarın bir neçə tarixi əsəri var. 
Mahmud Avşar 1983-cü ildə vəfat edib. 
 
 
İrəc Avşar 
 
İrəc Mahmud oğlu Avşar həm tarixçi, həm də ədəbiyyatşünas 
idi. 
 
 
İsmayıl Avşar 
 
Avşar tarixçilərindən biri də İsmayıl Vahidülmülkdür. Bir ne-
çə kitabın müəllifidir. 
 
 
Mirzə Rəşid Mahmudlu-Avşar 
 
Mirzə Mahmud Mirzə Məhəmmədşəfi oğlu Urmiya civarında 
anadan  olmuşdu.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Dövrünün 
tanınmış alimi Məhəmmədrza Məftidən dərs almışdı. Şair və tarixçi 
idi. Türkcə və farsca şeirləri var. Rəşid təxəllüsü, Ədibəşşüara ləqə-
bi ilə tanınırdı. Mirzə Rəşid Avşar elinin başçılarının evlərinə gedər, 
onların söhbətlərinə qulaq asar, kitabxanalarından istifadə edirdi. 


 
276 
Mirzə Rəşidin «Tarixi-Avşar» adlı əsəri var. Bu əsər 1966-cı 
ildə  Təbriz  şəhərində  çap  olunmuşdur.  Nəşrə  hazırlayanlar:  M. 
Ramiyan,  Şəhriyar  Avşar.  Onun  həm  də  şeirlərdən  ibarət  divanı 
vardı.  Həmin  divan  itib.  «Tarixi-xəttiye-Avşar»  adlı  əsəri  Xoy  və 
Salmasın  hakimi  Şücaəddövlənin  tapşırığı  ilə  yazılıb.  Müəllif 
kitabın üstündə üç il işləmişdi. 
Mirzə  Rəşid  müəllim  kimi  də  fəaliyyət  göstərmişdi.  Urmiya 
xanzadələrinə dərs deyirdi. Məşhur xəttat kimi tanınan Azərbaycan 
(Təbriz)  valisi  Həsənəli  xan  Əmir  Nizam  Gərrusinin  sevimli 
adamlarından sayılırdı. 
Mirzə Rəşid Ədibəşşüaranın şeirlərindən bir yarpaq. 
 
Dağa gəldim ki, gül dodağını bir az qılım, 
Özümə dağ görən laləni dəmsaz qılım. 
 
Nə bilim laləgu gül dağına min dağ qoyar, 
Başıma gəldi hava, bəs hara pərvaz qılım. 
 
Ta görüm yar nişanın yeri daği nişan, 
Hu çəkib qüllələr üstündə mən avaz qılım. 
 
Səni seyd etməgə ey kəbki dəri, çarəm yox, 
Ta gedib bir neçə il xidməti şahbaz qılım. 
 
Indi bildim ki, bu aləmdə fənadı əncam, 
Dolu ver, camı ki, əndişeyi ağaz qılım. 
 
Dağ ilə baği görüb olma çox avarə Rəşid, 
Gəl xərabata, səni arifi hər raz qılım. 
 
 


 
277 
Pərviz xan Şəhabəddövlə 
 
Pərviz  xan  Qasımlı-Avşar  Urmiyada  anadan  olmuşdu.  Mü-
kəmməl mədrəsə təhsili almışdı. Şəhabəddövlə ləqəbini daşıyırdı. 
Pərviz  xan  1917-ci  ildə  Urmiya  avşarlarının  tarixindən  bəhs 
edən «Xronika» adlı əsər yazmışdır. 
 
 
Qulamhüseyn Sədri-Avşar 
 
Qulamhüseyn  Sədri-Avşar  1935-ci  ildə  Urmiya  şəhərində 
dünyaya gəlib. Tanınmış tarixçidir. 
Qulamhüseyn Sədri-Avşar tərcüməçi kimi də şöhrət tapmışdı. 
Ərəb, fars, ingilis və türk dillərini mükəmməl bilirdi. 
Qulamhüseyn  Sədri-Avşar  Tehranda  Milli  Cəbhə  hərakatına 
qoşulmuşdu.  Burda  çətinliklərlə  üzləşib  Urmiyaya  döndü.  Qiraət-
xana  açıb,  kitabdarlıqla  məşğul  olmağa  başladı.  Biliyinin  çoxluğu, 
elminin genişliyi Urmiyaya sığmadı. Yenidən Tehrana qayıtdı. 
Qulamhüseyn  Sədri-Avşarın  əsərləri:  «Tarixi  dər  İran», 
Həmin  əsər  hicri  şəmsi  1345-ci  ildə  (1966-cı  ildə)  Tehranda  çap 
olunub. «İran tariçilərinin və coğrafiyaçılarının həyatı». Həmin əsər 
hicri şəmsi 1345-ci ildə (1966-cı ildə) Tehranda, «İbni Sina» nəşriy-
yatında  çap  olunub.  «Fars  dili  bu  gün»,  «İranın  müasir  mədəniy-
yəti».  Tərtib  etdiyi  əsərlər:  Ə.  Dünbilinin  «Məasiri  Sultaniyyə». 
Həmin əsər hicri şəmsi 1351-ci ildə (1972-cı ildə) Tehranda, «İbni 
Sina»  nəşriyyatında  çap  olunub.  Məhəmməd  Təməddünün  «Tarixi 
Rizaiyyə  və  Birinci  Savşda  İranın  vəziyyəti».  Tərcümələri:  Corc 
Sartonun  2  cildlik  «Elm  tarixinə  müqəddəmə»,  Artur  Popun  «İran 
memarlığı»,  Devid  Smit  Yucinin  «Riyaziyyat  tarixi»,  Denis  Rayt 
«İngilislər  Qacar  zamanı  İranda»,  Eduard  Braunun  «İran 
ədəbiyyatı». 
 
 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə