252
H
ətta dastanın bəzi yerlərində “qorxusundan Sevdagar şahın dodağı patdadı,”
“Sevdagar qorxudan titr
əyirdi, nə deyəcəyini şaşırdı” və s. kimi ifadələr bir obraz
kimi onun z
əif cəhətlərini göstərir. Məhəbbət və qəhrəmanlıq motivlərini özündə
birl
əşdirən bu dastanın qəhrəmanı Sevdagar şah nə cəngavər kimi at oynadıb qılınc
çalır, nə də aşıq kimi sazın-sözün köməyinə arxalanır. Saz, at, qılınc triadası dastanda
hiss olunmur. Ona gör
ə də “Sevdagar şah” dastanı Aşıq Şenliyin digər iki dastanına
nisb
ətən zəif təsir bağışlayır.
Aşıq Şenliyin dastan yaradıcılığında diqqəti çəkən
xüsusiyyətlərdən biri
aşiqlərin iki sevgilisi olmasıdır. Qəhrəmanların ikinci sevgililəri süjetin sonrakı
m
ərhələsində - çətin sınaqlar prosesində meydana çıxırlar. Lətif şah Mehriban
Soltandan
əlavə Əsmər xanımla, Sevdagar şah Gülanaz Soltandan əlavə Zöhrə
Soltanla vüsala qovuşurlar. “Salman bəy” dastanında süjetin bu hissəsi daha dramatik
konfliktl
ə müşahidə olunur. Məlumdur ki, Salman bəy butasının arxasınca
yollanark
ən Çinmaçin ölkəsində Qara Vəzirin qızı Gövhər xanımı görüb səhvən onu
Durnatel xanım sanır, bir sıra çətinliklərdən sonra onlar qovuşsalar da, bu vüsal tragik
sonluqla n
əticələnir, Gövhər xanım xaincəsinə öldürülür. Bu hadisədən sonra Salman
b
əy yuxuda buta aldığı Durnatel xanıma qovuşur.
Q
ədim tarixi-genetik kökləri, milli-etnik mədəniyyəti XIX əsrdə dastan
yaradıcılığı sahəsində Aşıq Şenlik qədər davamlı bir xətlə yaşadan saz-söz sənətkarı
tapmaq ç
ətindir. Onun yaratdığı dastanların həm
məzmun-mündəricəsi, həm ideya-
b
ədii xüsusiyyətləri, həm də etik-estetik keyfiyyətləri belə bir mülahizə yürütməyə
imkan verir. Aşıq öz qəhrəmanlarını hadisələrin təbii axarında təqdim və təsvir
ed
ərkən maraqlı poetik elementlərdən, əski dastançılığa məxsus təqdim –təsvir
üsulundan
istifad
ə edir. Salman bəyin portret cizgilərinə diqqət yetirək: “Çinmaçin
ölk
əsində, paytaxt şəhərində, bir xəzinəyə malik hökmü ixtiyar sahibi, aləm əmrində
müti, p
ək sahib kamal bir çağı huban, qəddi növcavan, cəngi
qəhrəman hər bir
m
ərifətdə mahir aləmdə nəzri bilinməz” [164, 417].
Bu t
əsvir-təqdimdə Dədə Qorqud qəhrəmanlarının səciyyəvi cizgiləri özünü
hiss etdirm
əkdədir. Ulaş oğlu Salur Qazanın portreti ilə Salman bəyin təqdim-
t
əsvirindəki oxşarlıq milli-etnik düşüncənin qırılmaz ifadəsidir: “Tulu quşun yavrısı,
253
biz
ə miskin umudı, Amit soyının aslanı, Qaracuğun qaplanı, qonur atın iyəsi, xan
Uruzu ağası, Bayındır xanın güyəgisi, Qalın Oğuzun dövləti, qalmış yigit arxası”
[100, 37].
Ayrı-ayrı dövrlərdə yaranmış bu təqdim-təsvirlərdə qəhrəmanın fiziki qüdrəti
il
ə mənəvi əzəməti vəhdət təşkil edir.
Eyni sözl
əri Aşıq Şenliyin qadın qəhrəmanlarına da aid etmək olar. “Lətif
şah” dastanında Mehriban Sultanın gözəlliyi maraqlı poetik deyimlərlə olunmuşdur:
Dü çeşmi afət,
Müjgan herrat.
Qılman nəzakət,
Ətri məlahət.
Buxaq
əbiyat,
Sin
əsi seyhat.
Zülfü zülumat,
Cephi mahiyat,
M
ələk secehat,
Bir b
ədir sifət,
D
əhanı nəbat. [164, 297]
Sözd
ən sözə, ifadədən ifadəyə keçdikcə Mehriban Sultanın portret cizgiləri
tamamlanaraq dinl
əyicidə xoş ovqat yaradır. Oğlanın qıza aşiq olması səhnəsi bu xoş
ovqata yeni b
ədii çalarlar əlavə edir. Lirik təsvir şən
və yumoristik ifadələrlə
çulğaşaraq həmin səhnənin bütöv mənzərəsini yaradır.
“Mehriban Sultanın iki məməsinin arasınnan bir eşq oxu rəddi bədən olub
L
ətif şahın iki qaşının arasına nə tövr dəydisə, Lətif şahın ağlı başınnan gedib dizi
qırıq dəvə kimi dəvənin dizinin divinə düşdü” [164, 297]
Salman b
əyin Durnatel xanıma aşiq olması səhnəsi də maraqlı və
yaddaqalandır. Bu səhnədə də qızın gözəlliyi Salman bəyin ağlını başından alır. Onun
bird
ən-birə bihuş olub özündən getməsi bir tərəfdən eşq badəsinin – butanın
n
əticəsidirsə, digər tərəfdən məşuqənin dünyəvi gözəlliyi ilə bağlıdır.
254
“Durnatel xanımın hilal qaşdarının arasınnan bir eşq oxu rəddi
bədən oluf,
Salman b
əyin sinə liqabınnan toxunuf bədən aynasınnan müjgan verif çıxmağa
başladı. Salman bəy bayğın tüşüf, pursa mütəkkə üzərinə baş qoyuf dünyadan bixəvər
yatmaxda olsun” [164, 419]
Sevgilil
ərin bir-birinə qovuşması milli-regional koloritin, bölgə
etnoqrafiyasının poetik səciyyəsini özündə əks etdirir. Bu cür epizodların təsviri
Az
ərbaycan dastançılıq ənənəsində Aşıq Şenlik sənətkarlığının özünəməxsusluğunu
göst
ərir:
“Sandal şana siyah telə,
Şeyda bülbül qızılgülə,
M
ələz köynək qəddi-dala,
Naxışkar bazubənd qulaş qola,
Farsi lüğət
imran dilə
Yaşılbaş sona duru gölə,
Gümüş kəmər incə belə,
Ac arı çiçəyə,
İqdır pambığa,
Az
ərbaycan əri bozbaşa,
Qars hamama,
Ərdəhan qayışa
Şörəyel lavaşa,
Posof şinelə,
Yerli xaşıla,
Çıldır çeçilə,
D
əvə qanqala,
T
ərəkəmə xəngələ
Sarılan kimi sarıldılar” [164, 419]
Z
əngin etnoqrafik detalların poetik görüntüsündən yaranan lirik-yumoristik
üslub, dolğun epitet və təşbehlər silsiləsi təhkiyə prosesinə orijinallıq gətirir və onu
daha effektli edir.