90
t
ərənnüm olunmuşdur. “Qarslı Aşıq Hasan 1724-cü ildə Osmanlılar Gəncəni son dəfə
ölk
ələrinə qatarkən, oradakı bir aşıq məclisində məmləkətini bu dastanla öymüşdür:
B
əylər, tərif edim sizə,
L
əl-gövhərdir daşı Qarsın.
B
ənzər səkkiz qat cənnətə,
H
əm içi, həm dışı Qarsın. [214, 819]
Aşıq Hasan səkkiz bəndlik bu gəraylının bütün misralarında doğma yurda
övlad sevgisini yüks
ək vətənpərvərlik hissi ilə ifadə edir. Şeirdə Qarsın özünəməxsus
füsunkar t
əbiəti obrazlı ifadələrin, silsilə epitetlərin, orijinal təşbehlərin zərif
biçimind
ə təsvir olunur. Aşıq Qarsın təbii gözəlliklərini türkün hünər və qüdrəti ilə
v
əhdətdə təsvir edir. Peyzaj lirikasının görüntüləri etno-milli duyğularla çulğaşaraq
daha da dolğunlaşır. Bu dolğunluğu türk-müsəlman düşüncəsindən doğan poetik
cizgil
ər daha da zənginləşdirir, Qarsın obrazı yeni bədii çalarlarla tamamlanaraq
t
əqdim olunur:
Qalaları laçın əylər,
Düşmənləri zəbun eylər,
Adını bir cahan söylər
Dastandır hər işi Qarsın. [214, 819]
Aşıq Hasanın torpağını sürmə kimi vəsf etdiyi Qarsın hünər dolu tarixi
müxt
əlif dövrlərdə yaşayıb-yaratmış saz-söz sənətkarlarının şeirlərində sonsuz
m
əhəbbətlə tərənnüm olunur. Aşıq Sabit Müdaminin “Qarsın tarixi dastanı” adlı on
doqquz b
əndlik şeirində Qarsın şanlı tarixinə poetik nəzər salınır. Bu qədim diyarda
Oğuzların at oynatdığını, igilik ənənələrini qürur hissi ilə ifadə edir:
Qazan xanlar oynatmış at,
B
əy Beyrəyin soyu Baqrat.
Pasin, Karsak, h
əm çinçavat
Bakı ulus - eli Qarsın. [202, 61]
Sabit Müdami şeirdə bir sıra tarixi şəxsiyyətlərin – Şah Abbasın, Nadir şahın
v
ə başqalarının adını çəkməklə bu yurda göz dikənlərin daim geri çəkildiklərini
göst
ərir. Qarsın məğlubedilməzliyi, qanlı-qadalı qovğalardan həmişə qalib çıxması
91
türkün m
ətin iradəsini, onun döyüşkənlik əzmini nümayiş etdirən milli keyfiyyətlər
kimi poetik misralarda gerç
ək əksini tapır. “Dastan” adlandırdğı digər bir şeirində
Aşıq Müdami Vətən, millət uğrunda canını fəda edənləri “özləri getsə də yadigarı
qalmışdır” – deyə böyük ehtiramla yad edir. Yüksək vətənpərvərlik hissləri əxlaqi-
m
ənəvi keyfiyyətlərlə qovuşaraq oxucunun qəlbində vətən məhəbbətini, millət
sevgisini alovlandırır:
Müdami, aç gözün, dalma uyğuya,
Aç gözünü g
ərək qulağın duya.
Bunca Qazi, bunca Şəhid, Övliya,
Bu V
ətən uğruna, millət uğruna. [197, 192]
Qarsın qəhrəmanlıq ənənələrinə, mübarizlik əzminə, döyüşkənlik ruhuna həsr
olunmuş “Dastan” adlanan şeirlərdə dərin vətəndaşlıq duyğuları, millətin azadlıq
arzuları ilə yanaşı, düşmənə sonsuz nifrət hissləri, yağıların törətdikləri qanlı
f
əlakətlərin, dəhşətli qırğınların təsviri də mühüm yer tutur. Qoşma və gəraylı
şəklində olan bu şeirlərdə aşıqların və el şairlərinin müdrikliyi, geniş dünyagörüşü,
el-
obaya qırılmaz tellərlə bağlılığı diqqəti cəlb edir. Diqqəti çəkən cəhətlərdən biri də
rus-erm
əni əlbirliyinin cəsarətli ifşasıdır. Müasirlik ruhu, xalq poeziyasına xas olan
gülüş, milli-dini duyğular, real həyatı lövhələr bu səpkili şeirlərin estetik
m
əziyyətlərini daha effektli edir. Bardızlı Aşıq Nihami “Döndü” rədifli şeirində
Qarsın düşmən əsarətindən azad edilməsini içdən gələn duyğularla dilə gətirir:
Şad olur İslamda olsa bu hulus,
Eld
ə salamatdır erbabi-namus,
Biz
ə qurşun atan “Boğos”, “Bediros”
Dava
rın qurd yemiş çobana döndü. [168, 309]
Keç
ən əsrin 20-ci illərində “Bardızlı Aşıq Nihaninin çox sevilən və yayğın
olan bu dastanında” siyasi proseslərin təsviri, ictimai hadisələrə müdrik sənətkar
münasib
əti, Vətənin gələcəyinə və sonrakı qələbələrə böyük inam hissi maraqlı
detallarla ifad
ə olunur:
İndilik daş dikdik Arpaçayına,
Oradan ordumuz bu yana döndü. [168, 309]
92
Milli qürur hissini t
əcəssüm etdirən bu misralarda aşıq “daş dikmək” [daş
dik
əltmək] ifadəsi ilə regionda geniş yayılmış hüquqi-sosial bir adətə işarə etmişdir.
Qars, Çıldır, Axıska, Ağbaba, Ərzurum və başqa bölgələrdə sərhədləri
mü
əyyənləşdirmək üçün sərhəd xəttində torpağa hündür bir daş basdırır, həmin daşı
“sinır daşı” adlandırırdılar. “İndilik daş dikdik Arpaçayına” misrasında aşıq həmin
hüquqi-sosial ad
əti yada salmaqla yanaşı, Sovetlər Birliyinin ərazisinə qatılan
Arpaçayın sağ sahilindəki əzəli türk torpaqlarının – Ağbaba-Şörəyel bölgəsinin
haçansa öz doğmalarına qovuşacağı inamını ifadə etmişdir.
Qarsın qurtuluşu ilə bağlı yaranmış aşıq poeziyası örnəklərinə nəzər salsaq,
bu şeirlərdə Atatürkün, Kazım Qarabəkir Paşanın, Xalid Paşanın və digər tarixi
şəxsiyyətlərin adlarının sıx-sıx işləndiyini görərik. Saz-söz sənətkarları türk xalqının
tarixind
ə böyük rol oynayan bu görkəmli insanların müdrik əməllərini, doğma
mill
ətinə sədaqətini, babaların igidlik ənənələrini inamla yaşadıb davam etdirdiklərini
t
ərənnüm edirlər. Aşıq Qəhrəman “Var” rədifli şeirində milli qürur hissini, sevincini
əski türk-oğuz təxəyyülündən gələn bədii deyimlərlə ifadə edir:
Bizim adımıza şanlı Türk derlər,
Ac qurd kimi dalar düşmənə əskər,
Kafiri m
əhv edər, əzər sər ta sər,
P
əncəsi poladdan arslan bizdə var.
Kamal Paşa məclis başında durur,
Xalid Paşa öndən çevirir, vurur.
Qara Kazım Paşa sərdardır, yürür,
Düşməni alt edən mərdan bizdə var. [168, 310]
Aşıq Qəhrəmanın, Kazım Qarabəkirə və Xalid Paşaya həsr olunmuş digər bir
g
əraylısı dini-mifoloji motivlərin zənginliyi, müasirlik ruhunun, milli-etnik duyğula-
rın səmimiliyi ilə seçilir. Gəraylıda işlənmiş İdris, Övliya, cənnət xınası, minkir,
z
əmzəm və sair söz və ifadələr aşığın geniş dini dünyagörüşə malik olduğunu
göst
ərir. Digər tərəfdən bu cür sözləri, ifadələri poetik vasitəyə çevirməklə sənətkar
öz fikirl
ərini daha sərrast və obrazlı şəkildə ifadə edir. Birinci şeirdə olduğu kimi, bu
Dostları ilə paylaş: |