77
h
ələ də qaranlıq olaraq qalır. A.Hacılı aşığın Darsel kəndindən olduğunu, XIX əsrin
sonu, XX
əsrin əvvəllərində yaşayıb yaratdığını [38, 162] göstərir. “Oğuz elindən –
ozan dilind
ən” kitabında Xəstə Hasanın XIX əsrin əvvəllərində Axırkələkdə fəaliyyət
göst
ərdiyi qeyd olunur.
Fikrimizc
ə, folklorşünas V.Hacıların bu məsələ ilə bağlı mülahizələri həqiqətə
daha yaxındır. Alim yazır: “Xəstə Hasan XVIII yüzilliyin 60- cı illərində anadan
olmuş, XIX əsrin 40-cı illərində vəfat etmişdir” [78, 162]. Aşıq Şenliyin Aşıq
Nurinin, Aşıq Nurinin Xəstə Hasanın şagirdi olduğunu, Aşıq Şenliyin 1850-1913-cü
ill
ər arasında yaşayıb yaratdığını nəzərə alsaq, onda Xəstə Hasanın XIX əsrin sonu,
XX
əsrin əvvəllərində yaşaması faktı özünü doğrultmur.
Dig
ər bir yanlışlıq Xəstə Hasanın anadan olduğu kəndlə bağlıdır. Əslində
X
əstə Hasan V.Hacılının yazdığı kimi, Dırqına kəndində anadan olmuş, rus
işğalından sonra kəndə ermənilərin yerləşdirilməsi ilə əlaqədar olaraq qonşu Lebis
k
əndinə köçmüşdür. Bu haqda maraqlı bir əhvalat da mövcuddur. Xəstə Hasanın
yaşadığı dövr və doğulduğu kənd haqqında müəyyən təsəvvür yaratmaq üçün həmin
əhvalatı və bununla bağlı aşığın söylədiyi şeiri burada verməyi lazım bilirik:
“Dırqınaya Türkiyədən ermənilərin köçürülməsini Xəstə Hasan sakit qarşılayır. Lakin
aşıq bir gün görür ki, təzə qonşular onun ot sahəsini biçib otunu aparırlar. Aşıq
erm
ənilərdən otu niyə biçdiklərini soruşduqda onlar aşığı hədələyib “sənə nə?”
cavabını verirlər. Xəstə Hasan üzdəniraq qonşularının, xüsusilə Tiqran adlı erməninin
h
ərəkətlərindən bərk qəzəblənir və bu əhvalatdan sonra qonşu Lebis kəndinə köçür.
Adına deyirlər Digrən,
Üzünd
əki ətdən irgən,
Əlindəki dəmir dirgən,
Çalhaçaldı Dırqınada.
Çayırları düz gördülər,
Özl
ərini yüz gördülər,
X
əstəni yalqız gördülər,
Qalmaqaldı Dırqınada. [78, 176]
78
“Çalhaçaldı Dırqınada; Qalmaqaldı Dırqınada” və s. misralar kənddə baş
ver
ən özbaşınalıqların real təsviridir, Xəstə Hasan doğma kəndi haqqında belə mənfi
fikird
ə ola bilməzdi. Bu isə bir daha sübüt edir ki, Xəstə Hasanın XIX əsrin sonu, XX
əsrin əvvəllərində yaşayıb – yaratması kökündən yanlışdır.
Burada bir fakta da münasib
ət bildirməyi zəruri sayırıq. Professor V.Hacılının
göst
ərdiyi Lebis kəndi Axırkələyin deyil, Əsmincə rayonunun ərazisindədir.
A.Hacılının qeyd etdiyi Darsel kəndi isə Adıgündə yerləşir. Xəstə Hasan olsa-olsa
Darseld
ə aşıq məclislərində, el şənliklərində ola bilərdi.
İki cildlik “Azərbaycan aşıq şeirindən seçmələr” kitabında Ağbaba-Çıldır
Aşıqlarından Xəstə Hasanın, Aşıq İsgəndər Ağbabalının yaradıcılığından nümunələr
verilmişdir. Kitabın birinci cildində Xəstə Hasanın beş şeiri [27, 188-190], ikinci
cildd
ə Aşıq İsgəndərin 19 bənd bayatısı, gəraylı, təcnis və s. janrları əhatə edən 33
şeiri toplanmışdır [27, 385-407].
Son on ild
ə ağbabalı aşıq və el şairlərinin əsərlərinin toplanıb çap olunması,
Ağbaba- Çıldır aşıq mühiti haqqında müəyyən tədqiqatların aparılması intensiv
xarakter almışdır. Lakin çap olunan bəzi kitablarda folklor örnəklərinə, aşıq
yaradıcılığına müdaxilə etmək cəhdləri duyulur. V.Vəliyev bu cür yersiz
müdaxil
ələrə qarşı çıxaraq yazırdı: “Bir şeyi yadda saxlamaq lazımdır ki, qondarma,
saxta nümun
ələr düzəldərək onu xalq ədəbiyyatının qədim nümunəsi kimi qələmə
verm
ək xalqın bədii yaradıcılığına yamaq vurmaq deməkdir” [160, 5]. Akademik
H.Araslı folklora müdaxiləni yoluxucu xəstəlik adlandırır, belə cəhdlərin yolverilməz
olduğunu bildirirdi. T.Səmimi ilə Ə.Yusifoğlunun tərtib etdikləri “Unutsaq
unudularıq” [140] kitabında xalq arasında Aşıq Heydər kimi tanınan el şairi Heydərin
(2007-
1949) yaradıcılığı, Ağbaba-Çıldır aşıq mühitinin nümayəndələrinin poetik
irsind
ən nümunələr, müxtəlif rəvayətlər, Ağbabanın tarixi haqqında müəyyən bilgilər
v
ə s. öz əksini tapmışdır.
Aşıq Heydərin şeirlərində, dastan- rəvayətləri də işlənmiş bir sıra toponim,
oronim v
ə hidronimlər bölgənin tarixi - mədəni coğrafiyasını səciyyələndirmək
baxımından əhəmiyyət kəsb edir. XIX əsrin sonu əsrin əvvəllərində çar üsul -
idar
əsinə, ermənilərə qarşı mərdliklə mübarizə aparan Qaçaq Usuf, onun oğlu
79
M
əmmədvəli, o dövrdə bütün Qars vilatətində məşhur olan Qars Milli İslam
Şurasının üzvü Kərbəlayı Məhəmməd Hacı Abbas oğlu, Məşədi Rəhim və başqa
tarixi şəxsiyyətlər haqqındakı rəvayətlər də maraq doğurur. Kitab nə qədər xoş
niyy
ətlə tərtib olunsa da, Aşıq Heydərin bədii yaradıcılığından verilən örnəklər
iç
ərisində qondarma və sönük şeirlərin olması bu el sənətkarının sənət dünyası
haqqında yanlış təsəvvürün yaranmasına səbəb olur. Məsələn, “Yaralama”, “Tək
q
alıb”, “Bacım” və sair şeirlər buna nümunə ola bilər [140, 157; 280]. Kitab texniki
c
əhətdən də qüsurlu tərtib olunmuşdur.
Türk xalq
ədəbiyyatının tədqiqi və tədrisi istiqamətində uzun illər səmərəli
elmi - pedaqoji f
əaliyyət göstərən professor Maarifə Hacıyevanın Anadolu aşıqları,
aşıq poeziyasının bir sıra problemləri ilə bağlı maraqlı araşdırmaları
mövcuddur.Alimin “Türk aşıqları” monoqrafiyasında müxtəlif dövrlərdə yaşayıb -
yaratmış saz-söz sənətkarlarının həyat və bədii yaradıcılığından bəhs olunur. Müəllif
Yunus İmrə, Qaracaoğlan, Dadaloğlu, Aşıq Ömər, Aşıq Veysəl və digər qüdrətli saz
ustaları ilə yanaşı Aşıq Əmrah, Aşıq Nuri, Aşıq Şenlik, Aşıq Summani, Murad
Çobanoğlu kimi Ağbaba – Çıldır aşıq mühitinin tanınmış nümayəndələri haqqında
d
əyərli araşdırmalar aparmışdır. O, Çıldır aşıq yaradıcılığı ilə Azərbaycan aşıq sənəti
arasındakı etno – milli köklərə diqqət yetirir, mühitin tarixi - mədəni cəhətlərinə
münasib
ətini bildirir. Alimin qənatinə görə, “Aşıq Şenliyin yetişdiyi üçə bölünmüş
Çıldır bölgəsi, təbirimizcə aşıqlıq sənətinin bütün incəliklərini əks etdirmək
baxımından Azərbaycan və Anadolunun kəsişdiyi nöqtə idi. Bu bölgə Xəstə Hasan,
Aşıq Şenlik, Aşıq Nuri, Usta Abdulla, Aşıq Nəsib, Ağbabalı Aşıq İsgəndər, Aşıq
Əhməd, Çorlu Məhəmməd kimi neçə -neçə sənətkarlar yetişdirmişdir” [82, 14].
M.Hacıyevanın Açıq Şenliyin həyatı ilə bağlı bir sıra rəvayətlərə, elmi
mübahis
ələrə münasibəti də maraq doğurur.Aşıq Şenliyin bir toyda, son məlumatlara
gör
ə irəvanlı Mehdiqulu xanın qurduğu məclisdə aşıqları məğlub etdiyinə görə
z
əhərlənib öldürüldüyü haqqında həm Türkiyə, həm də Azərbaycan folklorşünas-
lığında müəyyən fikirlər mövcuddur. Bəzi tədqiqatçılar onun İrəvanda zəhərlən-
dikd
ən sonra Arpaçayın Diləvar kəndinə gətirildiyini və orada vəfat etdiyini
yazırlar.Aşıq Şenliyin ardıcıl tədqiqatçılarından olan E.Aslanın söylədiyi bu fikir
Dostları ilə paylaş: |