109
Alim fikrin
ə davam edərək göstərir ki, Atillanın ölüm mərasimində,
“düdükl
ərin, davulların sədaları altında şairlərin söylədikləri nəğmələrlə birlikdə bu
dastanı, şeirləri tərtib edən şairlər, heç şübhəsiz, daha sonrakı saz şairlərimizin
d
ədələridir” [217, 158]. F.Köprülünün elmi qənaətinə görə, bir sıra türk dövlətlərində
əsgəri musiqinin olduğu nəzərə alınsa “türklərdə islamiyyətdən əvvəl xalq şair-
musiqişünaslarının fəaliyyət göstərdikləri asanlıqla anlaşılır” [217, 159].
Aşığın tarixi funksiyasının mühüm istiqamətini bahadırlıq və mərdlik
n
əğmələrinin təşkil etməsi, göründüyü kimi, tarixi-genetik ənənələrə söykənir. Orta
əsrlərdə hərbi-siyasi məzmunlu aşıq mahnılarının, döyüş ruhlu saz havalarının geniş
yayılması və dinamikası məhz həmin sənət ənənəsinin nəticəsi kimi sonrakı dövrlərdə
d
ə bu və ya digər dərəcədə mühafizə olunmuşdur. “İstər Osmanlı, istərsə də Səfəvi
ordularında dövlət tərəfindən himayə olunan xüsusi aşıqlar dəstəsi saxlanılırdı. Onlar
ovqat yaradan c
əng havaları çalaraq və döyüş, qələbə ruhlu mahnılar oxuyaraq
ordunun vuruş əzmini, zəfər eşqini daha da gücləndirirdilər” [106, 160].
Ağbaba-Çıldır aşıq mühitində qəhrəmanlıq nəğmələri, türkçülük düşüncəsi
milli s
ərhədlərin hüdudlarından uzaqlarda yaşayıb-yaradan türk xalqını haqq-ədalət,
milli özgürlük uğrunda mübarizəyə səsləyən amillərdən biri kimi diqqəti cəlb edir.
Bu b
axımdan Aşıq Mövlud İhsaninin “Kıbrısda” (“Kiprdə”) rədifli qoşması milli
hissl
ərin, qəhrəmanlıq duyğularının əlvanlığı ilə seçilir:
Getdik özgürlüy
ə, getdik barışa,
Köhl
ən atlar hazırladıq yarışa,
Bu torpaq Türkündür ta başdan başa,
Şəhidim Kıbrısda, qazim Kıbrısda.
İşarət vermişdir peyğəmbərimiz,
Şəhid qanı ilə axdı tərimiz,
Sayısız, minlərlə, çox əsərimiz,
Camil
ər, türbələr, izim Kıbrısda. [223, 175]
Aşıq Reyhani bahadırlıq və cəngavərlik ovqatını sosial-siyasi və milli birlik
ideyalarının poetik ahəngində ifadə edir. Milli bərabərlik və birlik uğrunda “edam
110
g
ərəkirsə mənə fərman ver” – deyən sənətkarın iç duyğularının coşqunluğu və
əzəməti Vətənin, doğma yurdun taleyini düşünən türk övladına güc və təpər verir:
Mill
ət, millət olsun, ordu da ordu,
Bel
ə qurtararıq Vətəni, yurdu,
Tör
ə də, yasa da belə buyurdu,
Milli b
ərabərlik, milli bütünlük. [223, 175]
Genetik yaddaşın və bədii təxəyyülün harmoniyasında məna və məzmun
tutumunu gerç
əkləşdirən Aşıq Yaşar Reyhani poeziyasının başlıca ideyası türkçülük,
milli özünüd
ərk və vətənpərvərlikdir. Çağdaş dövrümüzdə bu əqidə ilə yaşayıb-
yaradan aşığın “Tərcümanıyam” rədifli qoşmasından gətirdiyimiz aşağıdakı misralar
fikrimizi t
əsdiqləyir:
M
ən Azəri türkəm, əski soydanam,
M
ən şəhid üstünə doğan aydanam. [217, 196]
Qeyd olunan milli-m
ənəvi keyfiyyətlərin obrazlı ifadəsi Ağbaba-Çıldır aşıq
mühitind
ə nə qədər güclü və kəsərlidirsə, türkün özünəməxsus milli atributlarından
uzaqlaşmaq qorxusu, mənəvi dəyərlərə biganə münasibət, yabançı adət-ənənələrə
uymaq hissi bir o q
ədər kədərli və yandırıcıdır. Bu duyğu və düşüncələr Aşıq
Reyhani, Aslan Usta, Aşıq Hüseyn Tellioğlu, Aşıq İsgəndər Ağbabalı, Aşıq Mövlud
İhsani, Bayram Dənizoğlu, Aşıq Erol Erkaninin və digər sənətkarların yaradıcılığında
t
əşvış və qəmli hisslərlə qələmə alınır. Aşıq Çingiz Yarani (1950) Avropanın
“m
ədəni” həyatına aldanıb türkün müqəddəs adət-ənənələrindən uzaqlaşan, Qərbin
t
əsiri altına düşən Vətən övladlarını özünüdərkə səsləyir:
Avropa dedik qovrulduq,
Kehaneti (Kahinliyi) öyr
ətdilər.
Bihud
ə yandıq sovrulduq,
X
əyanəti öyrətdilər.
Yarani gerç
ək yazıyor,
Avropa bizi süzüyor,
Nataşalar qol gəziyor,
111
Ticar
əti öyrətdilər. [217, 203-204]
XXI
əsrin real təsviri olan bu gerçəkliklər yad meyillərə uyan vətən
övladlarının milli faciəsi kimi oxucunu düşünməyə sövq edir. XX əsrin əvvəllərində
görk
əmli sənətkarımız C.Məmmədquluzadə “Anamın kitabı” tragikomediyasında bu
problemi böyük ustalıqla təsvir edərək, yad təsirlərin Vətəni parçaladığını, milli
birliyi dağıtdığını əks etdirmişdi. Ağbaba-Çıldır aşıqlarının bu problemə həssas
münasib
əti bir tərəfdən dövlətçilik ənənələri, milli özünüdərklə, sənətkar təfəkkürü və
f
əhmi ilə bağlıdırsa, digər tərəfdən real tarixi təcrübə, ulu babaların müdrikliyi, yağı
düşmənin fitnəkar əməllərinin əsil mahiyyəti ilə əlaqədardır. Bu baxımdan türk
mill
ətini hiyləgər düşmənin fitnələrinə aldanmamağa çağıran Bilgə Kağanın vəsiyyəti
olduqca m
ənalıdır:” Ey türk milləti! Dadlı sözlərə və yumşaq ərməğanlara aldandın
v
ə bir çoxlarımız öldü. Yenə yanılıb və Güneydəki Çoqay ormanına , Töqültün
düz
ənliyinə gedib yerləşsən, ey türk milləti, öləcəksən!” [131, 112].
Göründüyü kimi, türk mill
ətinin milli birliyini pozmağa çalışan düşmənin
fitn
ə-fəsadlarının kökü çox-çox qədim dövrlərə gedib çıxır. Bilgə kağanın bir
s
ərkərdə və rəhbər kimi narahatçılığı, millətinə müraciəti, milli birliyi qoruyub
saxlamaq üçün göst
ərdiyi yol, etdiyi nəsihət bu səbəblərdən doğur: “Ey Ötükənin
xoşbəxt milləti! Getdiniz! Doğuya varanınız oldu. Batıya varanınz oldu. Vardığın
yerl
ərdə xeyrin o oldu ki, qanın su kumu axdı. Sümüklərin dağ kimi yığılıb yatdı”
[131, 114]. Mövlud İhsaninin “A bəylər” rədifli qoşması müdrik bir sənətkarın milli-
qlobal d
ərdləri əks etdirən faciəli monoloq təsirini bağışlayır. Eyni sıxıntı və
nigarançılığı keçirən sərkərdə (VIII əsr) və aşığın (XXI əsr) min üç yüz illik bir
zaman k
əsimində duyğu və düşüncələri yaxından səsləşərək ali bir məqamda – milli
birlik m
əqamında birləşir. Aşıq türkün qədim və şanlı tarixini xatırlatmaqla onu
özün
ə dönməyə, özünün əzəli və əbədi milli atributlarını mühafizə etməyə çağırır:
Üç qit
ədə at oynatdıq, savaşdıq,
Erkenekon dastanında cağ aşdıq,
Bozqurd il
ə irmaq keçdik, dağ aşdıq,
Hızımızı qeyb etdik, a bəylər.
Dostları ilə paylaş: |