112
Çalışdıq, didindik dövlət, mal bulduq,
H
ər ağaca qonmaq üçün dal bulduq,
Düşmənə inandıq, qardaşdan olduq,
Özümüzü qeyb etdik, a b
əylər. (223, 188)
Qeyd olunduğu kimi, Ağbaba-Çıldır aşıq mühitində ictimai-siyasi lirikanın
mövzu v
ə coğrafi dairəsi çox genişdir. Bu da tamamilə təbiidir. Çünki aşıq həmişə
V
ətənin və millətin taleyini düşünmüş, həyat həqiqətlərini inandırıcı şəkildə əks
etdirmiş, humanizmi, birlik və sədaqəti tərənnüm etmiş, müharibələrə, terror və
qırğınlara nifrət bəsləmişdir. “Aşıqlar təkcə yaşadıqları ərazidə, gəzdikləri yerlərdə
gördükl
əri faktları deyil, həm də dünyanın hər hansı yerində baş verən ictimai-siyasi
hadis
ələrə öz münasibətlərini bildirmiş, onları düzgün qiymətləndirmişdir” [155, 37].
Beyn
əlxalq hadisələrə, qlobal problemlərə, sosial-siyasi ziddiyyətlərə
müdrikc
əsinə yanaşan Ağbaba-Çıldır aşıqları haqsızlığa qarşı çıxış edərək müharibə
ocaqları yaradan imperialist qüvvələri cəsarətlə tənqid atəşinə tutmuşlar. Türk-
müs
əlman birliyi bu cür şeirlərin səciyyəvi cəhətlərindən biri kimi diqqəti çəkir. “Qan
gölünd
ə üzən, qızının gəlinlik paltarına vəsiyyətini yazan” ata-anaların faciəsi,
Q
ərbin ikiüzlü siyasəti aşıq şeirində poetikləşərək şərə, bədxahlığa qarşı ittiham kimi
s
əslənir. M.Özarslan Ərzurum aşıqlarının beynəlxalq hadisələrə fəal sənətkar
münasib
ətini nəzərdə tutaraq yazır ki, “Aşıq Təməl Turabi Avropanın biganə qaldığı
Bosniya ola
ylarını, Aşıq İsrafil Azərbaycan və Çeçenistandakı müharibələrdə
yaşanan haqsızlıqları və savaşla bağlı meydana çıxan çarəsiz durumları, Aşıq Çingiz
Yaranı də Avropadan gələn mənfi təsirləri, Amerikanın haqsız müdaxilələrini dilə
g
ətirməkdədilər” [223, 200].
Aşıq Murad Çobanoğlunun “Dedilər”, “Qars mədhiyyəsi”, “Ordumuz”, Aşıq
Q
ərib Bəktaşın “Atam”, “Ərzurum” və sair şeirlərində türkün döyüşkən ruhu,
mübarizlik hissl
əri tərənnüm olunur. Murad Çobanoğlunun poeziyasında Qarsın zəfər
dolu tarixi poetik misralarla ifad
ə olunur. Onun şeirləri də Qaracaoğlanın, Aşıq
Şenliyin döyüşkən ruhlu qoşmaları kimi türkün qüdrətini, doğma Vətən uğrunda
f
ədakarlığını dilə gətirir. “Zəfər, türklük hürriyyətin başıdır” düşüncəsi bu şeirlərin
başlıca qayəsini təşkil edir:
113
Şəhidlər yatağı, qazilər yurdu,
Q
əsbkar düşmənin ağzını qırdı,
H
ər dəfə Moskovu yerlərə sərdi,
Q
əsd edəni vurur şanlı Qarsımız. [200, 262]
Yalnız ustad və peşəkar-ifaçı aşıqların poeziyasında deyil, el şairlərini
yaradıcılığında da türkün əzəməti və bahadırlıq ruhu tərənnüm olunr, onun birliyini
sarsıtmağa, torpaqlarını işğal etməyə çalışan təcavüzkarlar nifrətlə damğalanır. El
şairi Abdulməcid Tökdəmir antitürk siyasəti yeridən qüvvələrə üz tutaraq türk
dünyasının tarixi-coğrafi arealını bədiiləşdirir, qürur və iftixar hissi ilə türkün oğul və
qızlarının qəhrəmanlığını tərənnüm edir:
Tarix üz
ərində bilgin var isə,
Saka, Arsak, Hunla ilgin var is
ə,
Oğuz, Xəzər, Səlcuq görkün var isə,
Görüşdəki xətaların yüzlər, var! [202, 77]
Oğuz, Saka, Arsak, Hun, qıpçaq, Atabəy, səlcuq və digər tayfa, boy, dövlət və
boybirl
əşmələrini xatırlatmaqla türklərin qədim və şanlı tarixini, qüdrətini poetik
şəkildə səciyyələndirən el şairinin sözləri Koroğlu ötkəmliyini və cəsurluğunu
xatırladır.
Adı çəkilən onomastik vahidlər bölgə aşıqlarının yaradıcılığında poetik vasitə
kimi sıx-sıx işlənmişdir. Bunun başlıca səbəbi saz-söz sənətkarlarının milli-mənəvi
d
əyərlərə, soykökə, dövlətçilik ənənəsinə, bir sözlə, Vətən əxlaqına qırılmaz tellərlə
bağlı olmalarındadır. “Türkün ən böyük istinadgahı Vətən əxlaqıdır” [76, 116]
ideyası bütün dövrlərdə Ağbaba-Çıldır aşıqlarının poetik yaradıcılığının əsas
istiqam
ətini təşkil etmişdir.
Tarixi faci
ələrin bədii inikası
XIX əsrin əvvəllərindən başlayaraq, Rus imperiyasının bir tərəfdən İstanbulu
ələ keçirmək, digər tərəfdən isə Şərqi Anadolunun qapısı sayılan Qarsı işğal etmək
cəhdləri min illərlə bu ərazilərdə sakit və dinc bir həyat sürən türklərin deportasiyası,
soyqırımı və qanlı repressiyaları ilə nəticələndi. Çar Rusiyası öz məqsədinə çatmaq
üçün gö
stərilən bölgələrdə məkrli siyasət yürüdür, erməni və gürcülərdən istifadə
114
edərək aborigen əhalini hər vasitə ilə sıxışdırmağa çalışırdı. Erməni kilsəsi və
patriarxları bu yönümdə xüsusi rol oynayırdı. Kilsə öz nümayəndələrini Rusiyaya və
Avropanın müxtəlif ölkələrinə göndərir, türklərin “ermənilərə etdikləri zülm və
işgəncədən” danışır, yalan məlumatlar yayırdılar. “Kilsə bir tərəfdən sistemli olaraq
ən bəsit hadisəni qabardıb hökumətə çatdırır, digər tərəfdən də bunları siyasi önəmli
hadisələr şəklinə salaraq Avropa dövlətləri təmsilçilərinə verməyə başlamışdı” [196,
490]. Bu çirkin siyasətin reallaşması istiqamətində Avropanın müxtəlif ölkələrində və
Turkiyənin, İranın içərisində yaşayan ermənilər xüsusi rol oynayır, qanlı qırğınlar
törədirdilər. Mənəm-mənəmlik iddiasında olan türk-müsəlman hökmdarları, dövlət
başçıları bu siyasətin arxasında nələr gizləndiyini görə bilmirdilər. “Səfəvi
hökmdarları Türkiyə ilə mübarizədə bir sıra Avropa ölkələrinin köməyinə
arxalanmaq üçün xristian agentlərdən erməni tacirləri və din xadimlərindən istifadə
edərək” [19, 11] özləri də hiss etmədən kor-korana şəkildə Rus imperiyasına əlverişli
strateji mövqe qazandırır, münbit sosial- siyasi şərait yaradırdılar. 1828-ci ildə
Rusiyanın Azərbaycanı tam işğalından sonra bu proses daha da gücləndi. I Nikolayın
20 mart 1828-
ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının əsasında
«Ermənistan» vilayətinin yaradılması Qərbi Azərbaycandan azəri türklərinin
deportasiyasının ilkin hazırlıq mərhələsinin təməlini qoydu. Mərhələ-mərhələ həyata
keçirilən bu deportasiya 1988-ci ildə başa çatdırıldı və beləliklə, Ermənistan SSR
ərazisindəki tarixi-etnik torpaqlarından azərbaycanlılar kütləvi surətdə deportasiya
olundular. Bu qədim türk torpaqlarında bu gün bir nəfər də olsun azərbaycanlı
qalmamışdır. Xalqımızın ümummilli lideri H.Ə.Əliyevin “Azərbaycanlıların
soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanında deyilir: “Azərbaycanın
XIX-
XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq,
ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi
soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir” [69].
Mərhələ-mərhələ gerçəkləşdirilən deportasiya, soyqırımı və repressiyalarda
yüz minlərlə insan öz həyatını itirmiş, görünməmiş vəhşiliklərə, qeyri-insani
hərəkətlərə məruz qalmış, xaqımızın qurub-yaratdığı minlərlə tarixi-mədəni abidə,
yaşayış məskəni dağıdılıb viran edilmişdir. Ulu öndərimizin başqa bir - 18 dekabr
Dostları ilə paylaş: |