Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   33   34   35   36   37   38   39   40   ...   100

 
112 
Çalışdıq, didindik dövlət, mal bulduq, 
H
ər ağaca qonmaq üçün dal bulduq, 
Düşmənə inandıq, qardaşdan olduq, 
Özümüzü qeyb etdik, a b
əylər. (223, 188) 
Qeyd  olunduğu  kimi,  Ağbaba-Çıldır  aşıq  mühitində  ictimai-siyasi  lirikanın 
mövzu v
ə coğrafi dairəsi çox genişdir. Bu da tamamilə təbiidir. Çünki aşıq həmişə 
V
ətənin və  millətin  taleyini  düşünmüş,  həyat həqiqətlərini inandırıcı  şəkildə  əks 
etdirmiş,  humanizmi,  birlik  və  sədaqəti tərənnüm  etmiş,  müharibələrə, terror və 
qırğınlara  nifrət bəsləmişdir.  “Aşıqlar  təkcə  yaşadıqları  ərazidə, gəzdikləri yerlərdə 
gördükl
əri faktları deyil, həm də dünyanın hər hansı yerində baş verən ictimai-siyasi 
hadis
ələrə öz münasibətlərini bildirmiş, onları düzgün qiymətləndirmişdir” [155, 37]. 
Beyn
əlxalq hadisələrə, qlobal problemlərə, sosial-siyasi ziddiyyətlərə 
müdrikc
əsinə yanaşan Ağbaba-Çıldır aşıqları haqsızlığa qarşı çıxış edərək müharibə 
ocaqları  yaradan  imperialist  qüvvələri cəsarətlə  tənqid atəşinə  tutmuşlar.  Türk-
müs
əlman birliyi bu cür şeirlərin səciyyəvi cəhətlərindən biri kimi diqqəti çəkir. “Qan 
gölünd
ə  üzən,  qızının  gəlinlik  paltarına  vəsiyyətini yazan” ata-anaların  faciəsi, 
Q
ərbin ikiüzlü siyasəti aşıq şeirində poetikləşərək şərə, bədxahlığa qarşı ittiham kimi 
s
əslənir.  M.Özarslan  Ərzurum  aşıqlarının  beynəlxalq hadisələrə  fəal sənətkar 
münasib
ətini nəzərdə tutaraq yazır ki, “Aşıq Təməl Turabi Avropanın biganə qaldığı 
Bosniya ola
ylarını,  Aşıq  İsrafil  Azərbaycan və  Çeçenistandakı  müharibələrdə 
yaşanan haqsızlıqları və savaşla bağlı meydana çıxan çarəsiz durumları, Aşıq Çingiz 
Yaranı  də  Avropadan gələn mənfi təsirləri,  Amerikanın  haqsız  müdaxilələrini dilə 
g
ətirməkdədilər” [223, 200]. 
Aşıq Murad Çobanoğlunun “Dedilər”, “Qars mədhiyyəsi”, “Ordumuz”, Aşıq 
Q
ərib Bəktaşın  “Atam”,  “Ərzurum”  və  sair  şeirlərində  türkün  döyüşkən ruhu, 
mübarizlik hissl
əri tərənnüm olunur. Murad Çobanoğlunun poeziyasında Qarsın zəfər 
dolu tarixi poetik misralarla ifad
ə  olunur.  Onun  şeirləri də  Qaracaoğlanın,  Aşıq 
Şenliyin  döyüşkən  ruhlu  qoşmaları  kimi  türkün  qüdrətini,  doğma  Vətən  uğrunda 
f
ədakarlığını  dilə  gətirir. “Zəfər, türklük hürriyyətin  başıdır”  düşüncəsi  bu  şeirlərin 
başlıca qayəsini təşkil edir: 


 
113 
Şəhidlər yatağı, qazilər yurdu, 
Q
əsbkar düşmənin ağzını qırdı, 
H
ər dəfə Moskovu yerlərə sərdi
Q
əsd edəni vurur şanlı Qarsımız. [200, 262] 
Yalnız  ustad  və  peşəkar-ifaçı  aşıqların  poeziyasında  deyil,  el  şairlərini 
yaradıcılığında da türkün əzəməti və bahadırlıq ruhu tərənnüm olunr, onun birliyini 
sarsıtmağa,  torpaqlarını  işğal  etməyə  çalışan  təcavüzkarlar nifrətlə  damğalanır.  El 
şairi  Abdulməcid Tökdəmir antitürk siyasəti yeridən qüvvələrə  üz tutaraq türk 
dünyasının tarixi-coğrafi arealını bədiiləşdirir, qürur və iftixar hissi ilə türkün oğul və 
qızlarının qəhrəmanlığını tərənnüm edir: 
Tarix üz
ərində bilgin var isə, 
Saka, Arsak, Hunla ilgin var is
ə, 
Oğuz, Xəzər, Səlcuq görkün var isə, 
Görüşdəki xətaların yüzlər, var! [202, 77] 
Oğuz, Saka, Arsak, Hun, qıpçaq, Atabəy, səlcuq və digər tayfa, boy, dövlət və 
boybirl
əşmələrini  xatırlatmaqla  türklərin qədim və  şanlı  tarixini,  qüdrətini poetik 
şəkildə  səciyyələndirən  el  şairinin  sözləri  Koroğlu  ötkəmliyini və  cəsurluğunu 
xatırladır. 
Adı çəkilən onomastik vahidlər bölgə aşıqlarının yaradıcılığında poetik vasitə 
kimi  sıx-sıx  işlənmişdir.  Bunun  başlıca  səbəbi saz-söz sənətkarlarının  milli-mənəvi 
d
əyərlərə, soykökə, dövlətçilik ənənəsinə, bir sözlə, Vətən əxlaqına qırılmaz tellərlə 
bağlı  olmalarındadır.  “Türkün  ən böyük istinadgahı  Vətən  əxlaqıdır”  [76,  116] 
ideyası  bütün  dövrlərdə  Ağbaba-Çıldır  aşıqlarının  poetik  yaradıcılığının  əsas 
istiqam
ətini təşkil etmişdir. 
Tarixi faci
ələrin bədii inikası 
XIX əsrin əvvəllərindən başlayaraq, Rus imperiyasının bir tərəfdən İstanbulu 
ələ keçirmək, digər tərəfdən isə Şərqi Anadolunun qapısı sayılan Qarsı işğal etmək 
cəhdləri min illərlə bu ərazilərdə sakit və dinc bir həyat sürən türklərin deportasiyası, 
soyqırımı və qanlı repressiyaları ilə nəticələndi. Çar Rusiyası öz məqsədinə çatmaq 
üçün gö
stərilən  bölgələrdə  məkrli  siyasət  yürüdür,  erməni  və  gürcülərdən  istifadə 


 
114 
edərək  aborigen  əhalini  hər  vasitə  ilə  sıxışdırmağa  çalışırdı.  Erməni  kilsəsi  və 
patriarxları bu yönümdə xüsusi rol oynayırdı. Kilsə öz nümayəndələrini Rusiyaya və 
Avropanın  müxtəlif  ölkələrinə  göndərir,  türklərin  “ermənilərə  etdikləri  zülm  və 
işgəncədən” danışır, yalan məlumatlar yayırdılar. “Kilsə bir tərəfdən sistemli olaraq 
ən bəsit hadisəni qabardıb hökumətə çatdırır, digər tərəfdən də bunları siyasi önəmli 
hadisələr şəklinə salaraq Avropa dövlətləri təmsilçilərinə verməyə başlamışdı” [196, 
490]. Bu çirkin siyasətin reallaşması istiqamətində Avropanın müxtəlif ölkələrində və 
Turkiyənin,  İranın  içərisində  yaşayan  ermənilər  xüsusi  rol  oynayır,  qanlı  qırğınlar 
törədirdilər.  Mənəm-mənəmlik  iddiasında  olan  türk-müsəlman  hökmdarları,  dövlət 
başçıları  bu  siyasətin  arxasında  nələr  gizləndiyini  görə  bilmirdilər.  “Səfəvi 
hökmdarları  Türkiyə  ilə  mübarizədə  bir  sıra  Avropa  ölkələrinin  köməyinə 
arxalanmaq üçün xristian agentlərdən erməni tacirləri və din xadimlərindən istifadə 
edərək” [19, 11] özləri də hiss etmədən kor-korana şəkildə Rus imperiyasına əlverişli 
strateji  mövqe  qazandırır,  münbit  sosial-  siyasi  şərait  yaradırdılar.  1828-ci  ildə 
Rusiyanın Azərbaycanı tam işğalından sonra bu proses daha da gücləndi. I Nikolayın 
20 mart 1828-
ci  il  tarixli  fərmanı  ilə  İrəvan  və  Naxçıvan  xanlıqlarının  əsasında 
«Ermənistan»  vilayətinin  yaradılması  Qərbi  Azərbaycandan  azəri  türklərinin 
deportasiyasının ilkin hazırlıq mərhələsinin təməlini qoydu. Mərhələ-mərhələ həyata 
keçirilən  bu  deportasiya  1988-ci  ildə  başa  çatdırıldı  və  beləliklə,  Ermənistan  SSR 
ərazisindəki  tarixi-etnik  torpaqlarından  azərbaycanlılar  kütləvi  surətdə  deportasiya 
olundular.  Bu  qədim  türk  torpaqlarında  bu  gün  bir  nəfər  də  olsun  azərbaycanlı 
qalmamışdır.  Xalqımızın  ümummilli  lideri  H.Ə.Əliyevin  “Azərbaycanlıların 
soyqırımı  haqqında”  26  mart  1998-ci  il  tarixli  fərmanında  deyilir:  “Azərbaycanın 
XIX-
XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, 
ermənilərin  azərbaycanlılara  qarşı  düşünülmüş,  planlı  surətdə  həyata  keçirdiyi 
soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir” [69]. 
Mərhələ-mərhələ  gerçəkləşdirilən  deportasiya,  soyqırımı  və  repressiyalarda 
yüz  minlərlə  insan  öz  həyatını  itirmiş,  görünməmiş  vəhşiliklərə,  qeyri-insani 
hərəkətlərə  məruz  qalmış,  xaqımızın  qurub-yaratdığı  minlərlə  tarixi-mədəni  abidə, 
yaşayış  məskəni  dağıdılıb  viran  edilmişdir.  Ulu  öndərimizin  başqa  bir  -  18 dekabr 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə