Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   29   30   31   32   33   34   35   36   ...   100

 
99 
Bu misralar “D
ədə Qorqud”, “Koroğlu” qəhrəmanlarını, onların döyüşkənlik 
ruhunu yada salır. Müqayisə üçün “Koroğlu” dastanından aşağıdakı örnəklərə diqqət 
yetir
ək: 
Çıxın qovğasına paşanın, bəyin, 
Zalım müxənnətin qəddini əyin. 
M
ərd igid boynuna götürməz deyin
Düşməni dünyadan silmək gərəkdir. [101, 484] 
V
ə yaxud: 
Qırram qayaları, yıxaram dağı, 
Xanlar z
əhər içər, sultanlar ağı, 
Ç
ənlibeldi qoç Koroğlu oylağı, 
Şah da gəlsə, Çənlibelə qoymaram. [101, 272] 
Aşıq  Şenliyin  qüdrəti  ondadır  ki,  “93  qoçaqlaması”nı  Qarsın  və  Şərqi 
Anadolunun azadlığı uğrunda mübarizə aparan türk övladları marş kimi oxuya-oxuya 
döyüşə atılmış, qələbəyə ruhlanmışlar. 
Qeyd  etdiyimiz  kimi,  Qarsın  tərənnümü  Aşıq  Şenliyin  də  yaradıcılığında 
mühüm  yer  tutur.  Aşıq  Şenliklə  bağlı  əhvalatların  birində  deyilir  ki,  Qarsın  işğal 
olunduğu  dövrdə  Aşıq  Qarsdan  Çıldıra  gedərkən  rus  ordusuna  başçılıq  edən bir 
erm
əni generalı ilə rastlaşır. General ona belə bir suala cavab verməsini tələb edir: 
“Rus  çarlığı  ilə  Osmanlı  İmperatorluğu  müharibə  etdilər, qoç kimi qafa qafaya 
vurdular. İndi sən Alosman dövlətinimi istəyirsən, yoxsa Rus çarlığınımı? Tez mənə 
söyl
ə” [173, 20]. 
Silahlı  əsgərlərin önündə  Aşıq  Şenlik  heç  nədən  qorxmadan  Osmanlı 
dövl
ətinin  əzəmətini tərənnüm edir. Milli qeyrət, dini təəssübkeşlik  və  sənətkar 
c
əsarəti birləşərək  aşığın  vətənpərvərlik  duyğularının  poetik  ifadəsinə  çevrilir. 
“İstərəm” qədifli  bu  qoşmada  türkçülüklə  islamçılığın  vəhdəti  Ağbaba-Çıldır  aşıq 
mühitinin dig
ər nümayəndələrində  olduğu  kimi,  Aşıq  Şenlik  poeziyasının  da 
s
əciyyəvi cizgilərindən biri kimi diqqəti çəkir: 
Alosman şahım var, şahlar sərvəri
Dilind
ə salavat zikri əzbəri. 


 
100 
Qafdan Qafa, ziri-z
əmindən bəri. 
Hökm etm
əyə bir tək onu istərəm. [173, 20]  
Qarsı, Çıldırı, Ağbabanı, Ərzurumu, Axıskanı, bir sözlə türk-oğuz torpaqlarını 
işğal  etməklə  kifayətlənməyən  Çar  Rusiyası  dini-mənəvi dəyərləri də  parçalamağa 
çalışır, bu çirkin məqsədə çatmaq üçün ermənilərdən bir vasitə kimi istifadə edirdi. 
Xalqın  açıq  fikirli  adamları,  o  cümlədən saz-söz sənətkarları  işğalçıların  bu  çirkin 
m
əqsədini  daim  ifşa  edir,  milləti bu cür fikirlərə  uymamağa  çağırırdılar.  “Aşıq 
Şenliyin yaşadığı dövr tamamilə Rus-Türk müharibəsinin ən şiddətli zamanına düşür. 
Bu  durumda  Şenlik  daima  milli  hisslərinə  sahib  olmuş  və  daima milli mənqəbələr 
yaratmış, xalqı o yola təşviq etmişdir” [173, 30] 
Qeyd etm
ək  lazımdır  ki,  Ağbaba-Çıldır  aşıq  mühitinin  Aşıq  Üzeyir  Fəqiri, 
Aşıq Zülali, Aşıq Nəsib və digər görkəmli nümayəndələri Çar Rusiyasının, Sovetlər 
Birliyinin bütün t
əqib və  təzyiqlərinə  baxmayaraq milli özünüdərki, etno-milli 
hissl
əri təbliğ edən əsərlər yaratmış, xalq arasında təbliğ etmişlər. 
B
əllidir ki, XIX əsr Azərbaycan  aşıq  yaradıcılığının  mühüm  bir  qolunu 
ictimai motivli lirika t
əşkil  edir.  Fırıldaqçı  ruhanilər,  yalançı  mollalar,  rüşvətxor 
qazılar  bu  cür  şeirlərin  əsas tənqid hədəfləridir.  Abbas  Tufarqanlının,  Aşıq  Alının, 
Aşıq Ələsgərin və digər saz-söz ustalarının poeziyasında belə nümunələr sosial kəsəri 
v
ə məzmun dolğunluğu ilə seçilir. Aşıq Şenliyin “Molla” rədifli qoşmasında türkün 
milli v
ə dini birliyini pozmağa çalışan fırıldaqçı molla ifşa olunur. Bu şeir daha çox 
siyasi s
əciyyə daşıyır. Çünki qoşma fırıldaqçı din xadiminin tənqidinə deyil, çarizmin 
avantürist siyas
ətini həyata keçirməyə çalışan, məqsədyönlü şəkildə islam din xadimi 
kimi yetişdirilən erməni mollasının ifşasına həsr olunmuşdur. Çıldırın Suxara kəndinə 
imam t
əyin olunan erməni əsilli mollanın əsil niyyətini anlayan Aşıq Şenlik “iblisdən 
alıbsan nəsihət, molla”- deyə onun iç üzünü açır: 
X
əyanətdən qəlbin fasik bazarı, 
Meymundan oyunbaz simsin sansarı, 
L
əhcəndə görünür Moskof nazarı, 
Oldun ben esferden b
əd sifət, molla. [173, 30] 


 
101 
Şeirdə işlənən vulqar ifadələr qoşmanın bədii dəyərini azaltmır, əksinə onun 
siyasi k
əsərini daha da gücləndirir. Oxucu və dinləyici Moskvanın əlində oyuncağa 
çevril
ən ermənilərin  satqın  və  xəbis  psixologiyasına  yaxından bələd olur. Bu 
m
əqamda  Aşıq  Şenlik  yalnız  saz-söz  ustası  kimi  deyil,  türkçülüyün,  islam  dininin 
müdafi
əçisi  kimi  çıxış  edən qəhrəman səviyyəsinə  yüksəlir.  Qoşmanın  sosial-siyasi 
m
əzmunu, məna tutumunun kəskinliyi  onun  ifşa  üsulunun  poetik  ölçülərini 

əyyənləşdirir: 
Mazarratdan fitn
ə, Nəmruddan asi, 
Çing
ənədən azma, poşa borması, 
Fikrind
ə var üqba, qadı yığvası, 
Din, islam düşməni xəyanət, molla. [173, 30] 
Aşıq  Şenliyin  “Əfəndim”,  “İsmayıl”  və  sair  qoşmalarında  türkçülüyü  ilə 
öyün
ən,  düşmənlərə  qarşı  cəsarətlə  mübarizə  aparan el qəhrəmanları  tərənnüm 
olunur. “Qay
ət milliyyətçi  bir  adam”  olan  İsmayıl  bəyin  igidliyini  aşıq  poetik 
detallarla, özün
əməxsus yüksək pafosla təsvir edir: 
Əflatun xub kamal əhval bilici
Şahin caynaqlısan, tərlan alıcı, 
H
ər nə zaman çəksə əyri qılıncı, 
Qan etm
əmiş qoymaz qına İsmayıl. [173, 60] 
“Hökmü rusların elində işləyən, Şenliyin dilində dastana çevrilən” İsmayılın 
q
əhrəman və  şücaətli  bir  igid  olduğunu  nəzərə  çarpdırmaq  üçün  aşıq  onu  klassik 
obrazlarla  – 
İsgəndər,  Koroğlu,  Zaloğlu  Rüstəm və  digər qəhrəmanlarla müqayisə 
edir. Qoşmada poetik səciyyə daşıyan Şam, Kayseri, Hələb, Gürcüstan, İran və sair 
toponiml
ər İsmayıl ağanın şöhrətinin yayıldığı coğrafi yerləri əks etdirir. “Bakıda da 
fotoqrafın yazdılar; Göndərdilər Əjdər xana, İsmayıl” misraları ilə Aşıq Şenlik bu el 
q
əhrəmanının Azərbaycanda da tanınıb sevildiyini bildirmək istəmişdir. 
“Əfəndim” rədifli qoşmanın da məzmunu qəhrəmanlıq ruhu ilə yüklənmişdir. 
Qoşmada  əslən  Borçalıdan  olan  Səməd bəyin,  onun  qaçaq  yoldaşları  İsmayılın, 
Mehralı  bəyin,  Cavuşoğlunun  və  başqalarının  şücaəti tərif  olunur.  Qoşmada  kiçik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə