Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   25   26   27   28   29   30   31   32   ...   100

 
87 
yazdığına  görə  bu  qoşma  Qarsın  işğalı  dövründə  çox məşhur  olmuş  və  ona çoxlu 
n
əzirələr  qoşulmuşdur.  Şörəyelli Qəribin söylədiyi nəzirə  xalq  arasında  çox  sevilib 
yayılmışdır [213, 56]. Orta əsrlərdə Osmanlı sultanlarının hərbi yürüşləri, din, millət 
v
ə vətən uğrunda şəhid və qazilərin göstərdikləri qəhrəmanlıqlar, qazanılan zəfər və 
q
ələbələr həmin dövrdə  yaşayıb-yaratmış  saz-söz sənətkarlarının  qoşduqları 
qoçaqlamalarda daha çox aşıqlıq gələnəklərindən gələn hərbə-zorba, hədə-qorxu, eyni 
zamanda 
əzmkarlıq və mübarizlik ruhunda ifadə edilirdi. O da maraqlıdır ki, bu cür 
şeirləri düzüb-qoşan  aşıqlar  hərbi  yürüşlərdə  özləri də  iştirak  edir,  döyüşən orduda 
h
əm də  bir  əsgər  kimi  vuruşurdular.  Öksüz  Dədə  (XVI  əsr),  Baxşı  (XVI  əsr), 
Qaracaoğlan  (XVII  əsr),  Aşıq  (XVII  əsr) və  başqa  aşıqların  poetik  irsində  rast 
g
əldiyimiz qoçaqlamalar, əvvəldə qeyd olunduğu kimi, daha əvvəlki əsrlərin azadlıq 
ənənələrinin davamlı bir xətt üzrə bədii ifadəsidir. 
Öksüz D
ədənin  III  Muradın  (1714-1595)  İran  səfərlərindəki qələbələrini 
t
ərənnüm edən qoçaqlamalar müəllifi  kimi  “imperatorluğun  bir  sərhədindən  ən 
uzaqdakı ucuna keçmiş bir əsgər olduğu anlaşılır: 
Dün gün çağıram pirlərə, 
Sığındım gerçək ərlərə, 
Adı bilinməz yerlərə, 
Qalalar yapdınmı gəldin”. [197, 52] 
Qaracaoğlanın  və  Aşıq  Şenliyin  eyniadlı  “Gəlir”  qoşma-qoçaqlamaların 
yaranma tarixi arasında iki əsr bir müddət olmasına baxmayaraq məzmun və formaca 
eyni hiss v
ə duyğuların bədii inikası kimi bu şeirlər maraq doğurur: 
Hazır ol vaxtına Nemçə (alman) kralı, 
Yer götürm
əz əsgər ilə gəliyor.
 
Patrikl
ərin enmiş taxtdan deyirlər, 
Bir x
əlifə qalmış o da gəliyor. 
 
Yetmiş min var siyah postal geyəcək, 
S
əksən min var Allah, Allah deyəcək, 
Doxsan min var dadlı cana qıyacaq, 


 
88 
Yüz mini d
ə Tatar xandan gəliyor. [218, 376]
 
(Qaracaoğlan) 
Aşıq  Şenlik  Çar  Rusiyasının  Şərqi  Anadoludakı  işğalçı  siyasətinə  qarşı 
çıxaraq Ağbaba, Şörəyel, Qazax, Borçalı ellərinin Anadolu türkləri ilə birliyini, bir-
biril
ərinə arxa durmalarını iftixarla qələmə almışdır. Erməni komandanına müraciətlə 
başlanan şeir aşığın ötkəm, cəsarətli və qorxmaz bir sənətkar olduğunu göstərir: 
Mill
ət komandan Vağarşak ağa, 
S
əbr elə başına gör nələr gəlir. 
Yığıbsan başına bir bölük dığa, 
Dem
ə ki, onlardan bir hünər gəlir. 
 
Şörəyel sancağı yalnız qalıbdır, 
Ağbaba bu işə müştaq olubdur, 
Min beş yüz Çıldırlı hazır gəlibdir, 
Keçib başı candan sərbəsər gəlir. [164, 170]
 
Görk
əmli sənətkar  yığcam  milli-dini cizgilər vasitəsilə  türk-müsəlman 
dünyasının birliyini tərənnüm edir, Hacı Zeynalabdin Tağıyevin xeyirxah əməllərini, 
milli qeyr
ətini  alqışlayaraq,  “müslüman  deyilən  qoç  oğlu  qoçdur”-  deyə  türk 
övladının güc və əzəmətini əks etdirir. 
XIX 
əsr aşıq poeziyasında ictimai-siyasi lirikanın mövqeyindən bəhs edən, bu 
lirikanın  milli-estetik və  bəşəri mahiyyətini  araşdırmağa  çalışan  folklorşünas 
Q.V
əkilov  yazır:  “XIV  əsrdən  başlayaraq  aşıq  lirikasında  əks olunan və  getdikcə 
inkişaf edib dinamik şəkildə güclənən ictimai-siyasi motivlər XIX əsr sənətkarlarının 
bütövlükd
ə  ayrı-ayrı  şeirlərinin məzmun və  mündəricəsinə  çevrilmişdir”  [155,  32] 
Aşıq  şeirində  ictimai-siyasi  lirikanın  inkişafını  düzgün  qiymətləndirən müəllif, bu 
inkişafın  təşəkkül mərhələsinin XIV əsrdən  başladığını  qeyd  etməklə  öz 
mülahiz
əsində  yanlışlığa  yol  verir.  Çünki  Azərbaycan  aşıq  sənətinin tarixi-genetik 
kökl
əri nə  qədər qədim dövrlərə  gedib  çıxsa  da,  XIV  əsrdə  bu sənətin konkret bir 
nümay
əndəsinin adına rast gəlmirik. İkinci bir tərəfdən, aşıq yaradıcılığında ictimai-


 
89 
siyasi  ideyaların  təşəkkül  tapıb  güclənməsi, bildiyimiz kimi, əsasən XVI əsrdən 
başlamışdır. 
Problemin 
əsas ideya məzmununu  şərh etməyə  səy göstərən və  daha sonra 
fikirl
ərini davam etdirən Q.Vəkilov ictimai-siyasi  lirikanın  həyati həqiqətlərlə 
bağlılığından  bəhs edərək  yazır  ki,  “əsrin, dövrün təlatümlü, gərgin hadisələri,  baş 
alıb gedən haqsızlıqlar, hərc-mərcliklər, ictimai-siyasi mübarizələr aşıqların şüuruna, 
t
əfəkkürünə,  dünyagörüşünə,  yaradıcılığına  güclü  təsir göstərmişdir.  Onlar  qorxub-
ç
əkinmədən öz şeirlərində zülmkar xanları, bəyləri, sərdarları, kəndlilərin qanını zəli 
kimi  soran  pristavları,  kəndxudaları,  hakimləri  ifşa  etmiş,  onların  bəd  əməllərini 
konkret  şəkildə  bədii tərzdə  göstərmişlər” [155, 32-33].  Doğrudur  ki,  müharibələr, 
inqilablar,  siyasi  çarpışmalar,  azadlıq  mübarizələri, kəndli  üsyanları,  milli  zülm 
yalnız  bu  dövrün  aşıq  poeziyasında  deyil,  eyni  zamanda  bir  sıra  qaçaqçılıq 
dastanlarında, yazılı ədəbiyyat nümunələrində bədii şəkildə əks olunmuşdur. Ancaq 

əllifin  bu cür  şərhi problemin əhatə dairəsini xeyli dərəcədə  məhdudlaşdırmaqla 
onu m
əhəlli kontekstdən  -  “xan, bəy, pristav, kəndxuda zülmü” müstəvisində 
araşdırdığından natamam və birtərəfli səciyyə daşıyır. Ümumiyyətlə, Azərbaycan aşıq 
ədəbiyyatında ictimai-siyasi poeziyanın mahiyyətindən bəhs edərkən onu daha geniş 
aspektd
ə  araşdırmaq  lazımdır.  Burada  çar  Rusiyasının  antitürk  siyasəti, milli 
ayrıseçkilik,  erməni xəyanətkarlığı,  rus-erməni  əlbirliyi və  sair məsələlər bu və  ya 
dig
ər dərəcədə öz əksini tapmışdır. Bu problem nə qədər aktuallıq kəsb etsə də, keçən 
əsrin 90-cı  illərinədək onun tədqiqi, demək  olar  ki,  aparılmamışdır.  Qeyd  olunan 
m
əsələlərlə bağlı  yazılmış  əsərlərin  sovet ideologiyasının təsiri  altında  çapına  ciddi 
qadağalar qoyulması, daha dəqiq desək, çap olunmaması, yalnız şifahi şəkildə yayılsa 
da,  bir  sıra  əsərlərin və  müəlliflərin  adlarının  unudulması  müəyyən çətinliklərin 
yaranm
asına  səbəb  olmuşdur.  Lakin  çətinliklərə  baxmayaraq,  Ağbaba-Çıldır  aşıq 
mühitind
ə  bu  mövzuda  yaranmış  kifayət qədər poeziya örnəkləri  vardır  və  həmin 
əsərlərin elmi təhlilə cəlb olunması bu vacib problemə müəyyən aydınlıq gətirər. 
Əvvəldə  qeyd etdiyimiz kimi, Qars milli-etnik  yaddaşda  alınmaz  bir  qala 
r
əmzinə  çevrilmiş,  Ağbaba-Çıldır  aşıq  mühitində  böyük sevgi və  iftixar hissi ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə