Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   21   22   23   24   25   26   27   28   ...   100

 
74 
Kitabın infrastrukturunun mükəmməlliyinə diqqət yetirən tərtibçilər tərəfindən sonda 
sözlük, göst
ərici və  söyləyicilər  haqqında  məlumat  daxil  edilmişdir.  Bu  bölmələr 
bölg
ənin  onomastikasını,  dialekt  və  şivə  xüsusiyyətlərini,  Aşıq  Nəsibin  leksikasını 
öyr
ənmək baxımından müəyyən əhəmiyyət daşıyır.  
Milli müst
əqillik dövründə  Ağbaba-Çıldır  aşıqlarının  poetik  irsindən 

əyyən örnəklərin toplanıb çap olunduğu kitablardan biri də “Anadolu aşıqları”dır 
[17]. Kitabda XX 
əsrə yaşayıb-yaratmış dörd tanınmış sənətkarın–Rəcəb Hifzinin (s. 
13-50)
;  Aşıq  Zülalinin  (s. 51-98);  Aşıq  Sabit  Müdaminin  (s.109-131)  və  Camal 
Xocanın  (s. 132-163)  şeirləri  toplanmışdır.  Fikrimizcə, tərtibçi  K.Quliyeva  kitabı 
“Anadolu  aşıqları  və  el  şairləri” adlandırsaydı,  daha  düzgün  olardı.  Çünki  Rəcəb 
Hifzi (1893-1918) v
ə  Camal Xoca (1882-1957)  Şərqi  Anadoluda  daha  çox  el  şairi 
kimi tanınırlar. Kitaba “Sözün doğmalığı” adlı ön söz yazan İlyas Tapdığın qənaətinə 
gör
ə  “Anadolu  aşıqlarının  şeirləri bir tərəfdən  professional türk poetik sərvətinin 
b
əhrəsidirsə, digər tərəfdən Azərbaycan  aşıq  sənətinin tərkib hissəsi kimi Abbas 
Tufarqanlı, Xəstə Qasım, Ələsgər şeirinin forma, məzmun və ahənginə çox bənzəyir” 
[17, 3]. M
əxsusi olaraq gətirdiyimiz  bu  sitatda  İ.Tapdıq  saz-söz sənətkarlarının 
yaradıcılıq xüsusiyyətlərini həssaslıqla müşahidə etmiş və düzgün nəticə çıxarmışdır. 
Çünki  kitabda  şeirləri  toplanmış  sənətkarların  yaşayıb-yaratdıqları  Qars  və  onun 
çevr
əsi bütövlükdə  Azərbaycan  folklor  arealının  təsiri  altında  olan bölgələrdəndir. 
Göründüyü kimi, mü
əllifin diqqətini məhz bu cəhət daha çox cəlb etmişdir.  
“Anadolu aşıqları” kitabında şeirləri toplanmış saz-söz ustalarının tərcümeyi-
halı  və  yaradıcılıqlarının  səciyyəvi xüsusiyyətləri  haqqında  yığcam  məlumat 
verilm
işdir.  Tərtibçi hər bir müəllifin  şeirlərini  janrına  görə  təsnif  etmişdir.  Lakin 
onun t
əsnifatında bəzi nöqsanlara da yol verilmişdir. Rəcəb Hifzinin poeziyasından 
“Qoşma və epik şeirləri” başlığı altında təqdim olunan örnəklərin hamısı qoşmadır. 
Burada “e
pik  şeir”  ifadəsi  özünü  doğrultmur.  Ümumiyyətlə,  aşıq  poeziyasının 
t
əsnifində “epik şeir” termini ilə ifadə olunan janr yoxdur. Aşıq Zülalinin şeirlərinin 
t
ərtibi də  qüsurludur.  Onun  “Divani”  adı  ilə  verilən örnəklər içərisində  “Özgə”, 
“Hansı bülbül vaz keçmişdir” [17, 92-93] şeirləri forma və məzmun xüsusiyyətlərinə 
gör
ə janrın tələblərinə cavab vermir. Məlumdur ki, divani də aşıq ədəbiyyatının digər 


 
75 
şeir  şəkilləri kimi sabitləşmiş  janrlardan  biridir.  Divaninin  özünəməxsus qafiyə 
sistemi olur: a-a-b-a; c-c-c-a; d-d-d-a v
ə  s. Məzmun xüsusiyyətinə  gəldikdə  isə 
“divani  şeir  şəklində  poetik  çağırış,  hikkə, zabitənəlik, rəqibi  çıxılmaz  vəziyyətə 
salmaq, divan-d
ərə  qurmaq, tərəf-müqabilə  meydan oxumaq əhval-ruhiyyəsi 
güclüdür” [85
, 459]. Zülalinin adı çəkilən şeirlərində bu xüsusiyyətlər yoxdur. Həmin 
şeirlər şəkil və məzmun özəlliklərinə görə “Qəzəllər” bölümünə daxil edilsəydi, daha 
düzgün olardı. Təsnifat vahid prinsip əsasında aparılmadığından Aşıq Zülalinin, Sabit 
Müdaminin  qoşma  və  gəraylıları  (səmailəri)  janrlarına  görə  bir-biri ilə 
qarışdırılmışdır.  
El şairi Rəcəb Hifzi haqqında “həyatının çiçəkləndiyi bir vaxtda 25 yaşında 
tayfalar v
ə təriqətlər arasında gedən mübarizənin qurbanı olmuşdur” [17, 12]– faktı 
da  yanlış  fikirdir.  Türkiyə  folklorşünaslığında  Rəcəb Hifzinin ermənilərin qətlə 
yetirdiyi göst
ərilir.  “Şəhər və  divan  şeirləri  ədasından  uzaq  qala  bilmiş  nadir 
ozanlardan” olan R
əcəf Hifzi yazıq ki, acıqlı bir aqibətə düşdü. 1918-də Ərzurum və 
Sarıqamışdan qaçmaqda olan ermənilər tərəfindən öldürüldü” [197, 159]. 
Milli müst
əqilliyimiz bir çox sahələrdə olduğu kimi, Azərbaycan şifahi xalq 
ədəbiyyatının öyrənilməmiş, daha doğrusu, öyrənilməsinə sərt yasaqlar və qadağalar 
qoyulmuş  səhifələrinə  işıq  saldı.  Bu  baxımdan  Axıska  türklərinin folklorunun 
toplanması  və  nəşri  yönümündə  müəyyən  işlər  görülmüşdür.  Bu  yönümdə  prof. 
A.Hacılının  xidmətləri xüsusilə  vurğulanmalıdır.  Alim  keçən  əsrin 80-ci illərindən 
başlayaraq  həm Azərbaycan, həm də  Türkiyə  elmi mətbuatında  bir  sıra  məqalə  və 
monoqrafiyalar, etnoqrafik materiallar, folklor örn
əkləri  çap  etdirmişdir.  Axıska 
ell
ərinin tarixi, etnik mədəniyyəti, görkəmli  ziyalıları,  saz-söz sənətkarları  və  s. 
haqqında qiymətli fikirlər söyləmişdir. 
Prof.  A.Hacılının  “Qəribəm bu vətəndə  (Axısqa  türklərinin etnik 
m
ədəniyyəti)” kitabında bir sıra folklor örnəkləri və aşıq şeirləri ilə yanaşı, Ağbaba-
Çıldır  aşıqlarının  yaradıcılığından  da  müəyyən nümunələr  toplanmışdır.  Axıska 
mahalının tarixi, əhalinin etnik tərkibi, milli mədəniyyəti, adət-ənənəsi, məişəti və s. 
haqqında  araşdırma  aparan  A.Hacılı  1986-1990-cı  illərdəki fərdi etnoqrafik-folklor 
s
əfərləri ərzində topladığı şifahi materiallara, arxiv sənədlərinə əsaslanaraq bölgənin 


 
76 
m
ənəvi  dünyasından  da  ətraflı  söhbət  açıb.  Mahalın  aşıq  mühitindən bəhs edən 

əllif  yazır:  “Göyçə, Borçalı  ilə  bərabər,  Axıska-Çıldır  mahalı  da  ozan-aşıq 
s
ənətinin  ən  ulu  ocaqlarından  olmuşdur...Ağlasığmaz  soyqırımı,  təqiblər içində 
Axıska elinin aşıq sənəti özü indiyədək yaşaya bilmişdir” [71, 166]. 
Kitabda Ağbaba-Çıldır aşıq mühitindən verilən örnəklər “Ozan boyları” (səh. 
166-181) v
ə “El şairləri” (səh. 181-211) bölmələrində toplanmışdır. “Ozan boyları” 
bölm
əsinə  “Əsli-Kərəm”,  “Qurbani”,  “Aşıq  Qərib” və  sair klassik xalq 
dastanlarından, eləcə də Aşıq Şenliyin “Lətif şah” dastanından seçmə şeir parçaları, 
“Şenliklə  Summaninin  deyişməsi”, “Məhəmməd və  Qızxatun”,  “Qara  sevda”, 
“Türkm
ən  qızı”  və  s. rəvayətlər  daxil  edilmişdir.  Müəllifin qeydinə  görə 
“nümun
ələrin böyük əksəriyyəti ilk dəfə  çap  olunur,  qalanları  isə  orijinal 
variantlardır” [81, 167]. 
A.Hacılının  “El  şairləri”  adlandırdığı  bölmədə  Ağbaba-Çıldır  aşıqlarından 
X
əstə  Hasanın,  Aşıq  Şenliyin,  Aşıq  Summaninin,  Aşıq  Əmrahın,  Ülfəninin  (Aşıq 
Ürfani) v
ə  digər  saz  ustalarının  poetik  irsindən örnəklərlə  yanaşı,  Yunis  İmrə, 
Dadaloğlu, Qaracaoğlan kimi sənətkarların da şeirləri verilmişdir.  
Qeyd ed
ək  ki,  son  on  beş  ildə  Axıska  türklərinin  ağız  ədəbiyyatı 
nümun
ələrinin  toplanması  daha  intensiv  xarakter  almışdır.  “Axıska  türk  folkloru” 
(1998),  “Axıska  türk  folkloru”  (2008)  kitabları  bu  baxımdan  əhəmiyyətlidir. 
D
issertasiyanın sonrakı fəsillərində həmin kitablarda toplanmış aşıq ədəbiyyatına dair 
materiallardan b
əhs edildiyinə görə qeydlərimizi bununla yekunlaşdırırıq. 

əyyən tədqiqatlarda, antologiya və  toplularda  Borçalı  aşıq  mühitinin 
Ağbaba-Çıldır aşıqlarından bəziləri nümayəndələri kimi təqdim və tədqiq olunur. Bu 
meyil 
ən çox özünü Xəstə  Hasan və  Aşıq  Şenliklə  bağlı  araşdırmalarda  göstərir. 
“Borçalı folkloru” kitabının “Aşıqlar və el şairləri” bölməsində Xəstə Hasanın 5 şeiri 
verilmişdir  [38,  176-178].  Aşıq  şeirinin  müxtəlif  şəkillərində  olan  şeirlərdə  aşığın 
əxlaqi-didaktik fikirləri, daxili duyğuları əks olunmuşdur. 
M
ənbələrdə  Xəstə  Hasanın  doğum  və  ölüm tarixləri,  anadan  olduğu  yer, 
poetik irsi haqqında bir sıra  mübahisəli fikirlər mövcuddur. Bu fikirlərin bəzilərinə 
folklorşünas  V.Hacılar,  Ə.Şamil  və  başqaları  aydınlıq  gətirsələr də, bəzi məsələlər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə