Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   20   21   22   23   24   25   26   27   ...   100

 
71 
Qeyd olunmalıdır ki, Aşıq İsgəndərin kitabındakı poeziya örnəkləri diqqətlə 
n
əzərdən keçirilmədiyindən kitaba bəsit məzmunlu və  zəif  şeirlər  daxil  edilmişdir. 
H
əm Aşıq İsgəndərin, həm də Paşa Göydağlının kitablarına yazdığı ön sözə daha çox 
b
ədii-publisistik ruh hakimidir. Burada hər iki sənətkarın tərcümeyi-halı, yaradıcılıq 
xüsusiyy
ətləri haqqında demək olar ki, müəyyən tutarlı məlumat yoxdur. 
Apardığı  toplama  və  araşdırmalarını  o,  2011-ci ildə  “Ağbaba  aşıq  mühiti” 
[114
]  mövzusunda  yazdığı  dissertasiya  işində  ümumiləşdirmişdir.  Dissertasiyada 

əllif  Ağbaba  aşıq  mühitinin  təşəkkül və  inkişafını,  ustad-şagird  münasibətlərini, 
dastan  yaradıcılığını  və  sair problemləri  araşdırmış,  mühitin  tanınmış  saz-söz 
s
ənətkarlarından bəhs etmişdir. 
Ağbaba-Çıldır aşıq mühiti ilə bağlı toplama və tədqiqat işlərini T.Səmimi indi 
d
ə davam etdirir. 
Qeyd olunduğu kimi, Ağbaba-Çıldır aşıq mühitinin və mühitin sənətkarlarının  
ədəbi irsinin tədqiqi, toplama və nəşr işləri keçən əsrin 80-90-ci illərindən etibarən 
xeyli sür
ətlənmişdir.  Bu  dövrdə  aşıq  poeziyasının  müəyyən örnəklərinin, eləcə  də 
şifahi  xalq  ədəbiyyatı  nümunələrinin  çap olunduğu  toplular  içərisində  “Azərbaycan 
folkloru  antologiyası.  Ağbaba  folkloru”  (tərtibçi  S.Ağbabalı),  “Oğuz  elindən ozan 
dilind
ən” (tərtib edən: A.Bayramov) kitabları diqqəti cəlb edir. 
S.Ağbabalının toplayıb tərtib etdiyi, prof. Q.Namazovun redaktorluğu və ön 
sözü il
ə  nəşr  edilən  “Ağbaba  folkloru”  kitabında  bölgənin zəngin  ağız  ədəbiyyatı 
örn
əkləri ilə  yanaşı,  aşıq  poeziyasına  da  müəyyən  yer  verilmişdir.  “Sazlı-sözlü 
Ağbaba”  bölməsində  Aşıq  Şenliyin,  Aşıq  Summaninin,  Aşıq  Nəsibin,  Aşıq 
İsgəndərin və el şairi Yanşaq Məhəmmədin (1947-1944) şeirləri öz əksini tapmışdır. 
Folklorşünaslıq elminin tələblərinə uyğun olaraq antologiyanın sonunda söyləyicilər 
haqqında məlumat da verilmişdir. 
Kitabda  aşıqlar  haqqındakı  bioqrafik  məlumatlarda bəzi  yanlışlıqlar  nəzərə 
çarpır.  Məsələn,  Aşıq  Şenliyin  doğum  tarixi  1848-ci  il,  anasının  adı  Danə  (əslində 
Z
əlihə-A.M) qeyd olunmuşdur [36, 56]. 
T
ərtibçinin Aşıq Nəsib haqqında “ömrünün sonlarına yaxın gözləri tutulmuş, 
Kor Aşıq adı ilə də tanınmışdır” [36, 60] qeydi də düzgün deyildir. Məlum olduğu 


 
72 
kimi, Aşıq Nəsibin gözləri kiçik yaşlarında ikən çiçək xəstəliyindən tutulmuşdur. Bu 
fakt Aşıq Nəsibin müasirləri, oğlu Haqverdi tərəfindən də təsdiq olunmuşdur. Aşığın 
doğum  tarixi  də  səhv göstərilmişdir-1874-cü il “Məni” gəraylısı  təhrif  olunmuş 
şəkildə verilmişdir. “Aşıq Nəsibin sənət dünyası” kitabında biz bu haqda ətraflı bəhs 
etmişik. 
Aşıq Summaninin “Nə gözəl uymuş” qoşmasında da təhrif olunmuş misralar 
çoxdur.  
Kitab b
əzi qeyri-dəqiq və  natamam məlumatlara  baxmayaraq,  Ağbaba 
folklorunun mü
əyyən örnəklərini əhatə edən ilk antologiya kimi dəyərlidir.  
Bu dövrd
ə  bölgə  folkloru ilə  bağlı  çap  olunmuş  irihəcmli  əsərlərdən olan 
“Oğuz elindən-ozan dilindən” (2000) kitabı diqqəti çəkir. Filologiya elmləri doktoru 
A.Bayramovun t
ərtib  etdiyi  kitabın  “Sazımız-sözümüz” bölümündə  Xəstə  Hasanın, 
H
əsən  Şirəklinin,  Aşıq  Əfkarinin,  Aşıq  Nəsibin,  Aşıq  Qulunun,  Aşıq  İsgəndər 
Ağbabalının və başqa sənətkarların ədəbi irsindən müəyyən örnəklər verilmişdir. Saz-
söz  ustalarının  hər  biri  haqqında  burada  verilən müəyyən bioqrafik məlumatlar 
yığcam da olsa, əksəriyyəti təzədir. Aşıq Nəsibin (XX əsr) “Dünyada” divanisi, XIX 
əsrin ortalarında Gümrü şəhəri yaxınlığındakı Molla Musa kəndində yaşayıb-yaratmış 
Aşıq Qulunun, Çorlu Məhəmmədin (XIX-XX əsrlər), Aşıq Abbasqulunun (XX əsr) 
şeirləri ilk dəfə  bu  kitabda  çap  olunmuşdur.  Aşıq  İsgəndər  Ağbabalıdan  aldığımız 
m
əlumata görə,  Aşıq  Qulunun  şeirləri rus-türk (1877-1878) müharibələri dövründə 
dill
ər əzbəri olmuş, döyüş səngərlərində marş kimi oxunmuşdur. Doğrudan da, Aşıq 
Qulunun “G
əlir” rədifli qoşması döyüşkən ruhu və mübariz əzmi ilə seçilir.  
T
ərtibçinin  el  şairi  Şirəkli Həsən  haqqında  verdiyi  aşağıdakı  məlumat da 
diqq
əti çəkir. Deyilənə  görə,  müğənni  Bülbülün  oxuduğu  bir  xalq  mahnısının  da 

əllifi Həsən Şirəkli olmuşdur: 
H
əsən, gəl, ay Həsən, gəl,  
Yazıq bağrım kəsən gəl. 
Ay batdı sabah oldu, 
Ya m
ən gəlim, ya sən gəl. [129, 77] 


 
73 
Onu da qeyd etm
ək  lazımdır  ki,  müstəqillik dövründə  çap  olunmuş 
toplulardakı  şeirlərin  əksəriyyəti  eyni  şeirlərdir. Məsələn,  Aşıq  Şenliyin  “Calasan 
günü gün
ə”, Aşıq Nəsibinin “Keçdi” gəraylıları, Aşıq İsgəndər Ağbabalının bir sıra 
şeirləri kitab və jurnallarda eynilə dərc edilmişdir. 
“Oğuz  elindən-ozan dilindən”  kitabında  iki  dastan-rəvayət də  öz  əksini 
tapmışdır.  Bunlar  “Aşıq  Ələsgərin  Şörəyel səfəri”  (“Aşıq  Ələsgərlə  Aşıq  Nəsibin 
qarşılaşması”) və “Aşıq Ələsgərlə Aşıq Şenliyin görüşü”dür. 
Az
ərbaycan  şifahi  xalq  ədəbiyyatının  zəngin  qollarından  birini  təşkil  edən 
Q
ərbi Azərbaycan  folklorunun,  aşıq  poeziyasının  toplanması  və  tədqiqi sahəsində 
professor  Hüseyn  İsmayılovun  xidmətləri  vardır.  Onun  tərtibçisi  (şərikli)  olduğu 
“Az
ərbaycan  folkloru  antologiyasi  (Ağbaba  folkloru)”,  “Aşıq  Nəsib”  kitabları 
Ağbaba  –  Çıldır  folklorunun,  bölgənin  aşıq  mühitinin  öyrənilməsində  müsbət 
addımdır. Alim hər iki kitaba geniş müqəddimə yazmış, Ağbaba-Çıldır folklorunun 
t
ədqiqi tarixinə, Azərbaycan aşıq sənəti daxilində mahalın aşıq mühitinin səciyyəvi 
keyfiyy
ətlərinə,  regional  spesifikasına  diqqət  yetirmiş,  bir  sıra  məsələlərə  aydınlıq 
g
ətirmişdir. “Aşıq Nəsib” kitabına yazdığı “Kor taleyə, qara bəxtə nə deyim?” adlı 
müq
əddimədə o, bölgənin aşıq mühitini yüksək qiymətləndirir: “Ağbaba-Çıldır aşıq 
mühiti d
ə  Azərbaycan  aşıq  sənətinin lokal-regional  spesifikası  ilə  xüsusi seçilən, 
lokal çevr
ədə  özünəməxsus sənət elementlerinə  malik zəngin  ocaqlarından  biridir” 
[25, 3]. H.İsmayılov türk düşüncəsinin, ilkin görüşlərin, ibtidai inamların bərpasında 
Ağbaba və onun çevrəsində yayılmış folklor örnəklərinin əhəmiyyətini xüsusi qeyd 
edir.  Alim  ağız  ədəbiyyatı  örnəklərinin öyrənilməsi tarixinə  nəzər yetirərək  yazır: 
“Mahalın  folklorunu  toplanması  işlərinə  çox gec-yalnız  20-ci yüzilliyin 70-ci 
ill
ərindən  başlansa  da,  əldə  olunan mətnlər bu ərazinin olduqca zəngin və  dəyərli 
folklor irsin
ə  malik  olmasından  soraqlar  verməkdədir” [25, 3]. Müqəddimədə  Aşıq 
N
əsibin həyat və  yaradıcılığı,  onunla  bağlı  aşıq  rəvayətləri və  s.  haqqında  dolğun 
m
əlumatla  yanaşı  Çıldır  saz  havaları,  bu  havaların  bəzi özünəməxsus cəhətlərinin 
şərhi də öz əksini tapmışdır.  
“Aşıq  Nəsib”  kitabında  ustad  sənətkarın  6  bənd  bayatısı,  aşıq  poeziyasının 
müxt
əlif şəkillərini əhatə edən 53 şeiri, dastan-rəvayətlər və rəvayətlər toplanmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə