Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   18   19   20   21   22   23   24   25   ...   100

 
65 
m
əskunlaşdıqları  böyük  ərazilərin Çar və  Sovet  Rusiyası  tərəfindən  işğalı  ilə 
n
əticələndi.  Bu  işğal  nəticəsində  Şimali  Azərbaycan,  Axıska,  Ağbaba,  Şörəyelin 
böyük bir hiss
əsi və  başqa  ərazilər Rusiyaya birləşdirildi.  Bu  dövrdən  başlayaraq 
“ağız  ədəbiyyatımızın  ilkin  nümunələri həmin  ərazidə  yaşayan  türklərin milli 
psixologiyasını, adət-ənənələrini öyrənmək məqsədilə yazıya alınıb nəşr edilmişdir” 
[124, 59]. 
Bu dövrd
ə  rus dilində  nəşr  olunan  “Kavkazski  vestnik”,  “Kavkazski 
kalendar”, “SMOMPK” v
ə  başqa  mətbuat  orqanlarında, toplularda müxtəlif 
bölg
ələrdən, o cümlədən Axıska və Ağbaba mahallarından toplanmış ağız ədəbiyyatı 
örn
əkləri dərc  olunmağa  başladı.  Xüsusilə, SMOMPK məcmuəsində  Qars,  Axıska, 
Gümrü (Aleksandropol), Qocab
əy  (Boqdanovka),  Axırkələk və  s. bölgələrin etnik 
t
ərkibi, əhalinin məşğuliyyəti, adət-ənənələri haqqında maraqlı məlumatlarla yanaşı, 

əyyən folklor örnəkləri də çap olunurdu. Məcmuənin 3-cü, 11-ci, 34-cü, 42-ci və 
dig
ər nömrələrində Qars vilayəti və həmin vilayətin inzibati ərazisinə daxil olan bir 
sıra bölgələrdən  toplanmış  folklor  örnəkləri ilə  yanaşı  bu  ərazilərin tarixi, flora və 
faunası,  toy,  dini  bayramları,  inamları  haqqında  ətraflı  məlumat  verilmişdir.  Bu 
materialların toplanıb çap olunmasında azərbaycanlı ziyalılarla bərabər, rus və erməni 
ziy
alıları  da  fəal  iştirak  edirdilər. Lakin həmin  yazıların  bir  çoxunda  ermənipərəst 
mövqe açıqca duyulur, ağız ədəbiyyatı nümunələrimiz erməni folkloru kimi təqdim 
olunurdu. 
Mühüm coğrafi-strateji əhəmiyyətə malik olan Qars və onun çevrəsi dəfələrlə 
müharib
ə meydanına çevrildiyindən bu ərazilərdə min illərdən bəri yaşayıb-yaradan 
türkl
ərin mənəvi söz xəzinəsinə  də  ciddi zərbələr dəyir, ermənilərin xəyanətkar 
əməlləri nəticəsində  saz-söz sənətkarları  məhv  edilir,  repressiyaya  uğrayırdı. 
Erm
ənilər tərəfindən öldürülən  Kağızmanlı  Rəcəb Hifzinin (1893-1918),  doğma 
v
ətənindən deportasiya olunduqdan sonra yurd həsrətinə  dözməyərək  dünyasını 
vaxtsız  dəyişən  Aşıq  İsgəndər  Ağbabalının  (1925-1992),  Aşıq  Paşa  Göydağlının 
(1939-1998) v
ə  başqa  sənətkarların  taleyi  buna  sübutdur. Onilliklər  boyu  Çıldır, 
Ağbaba,  Axıska,  İrəvan, Göyçə,  Borçalı,  Ərzurum  aşıqları  bir-biriləri ilə  qarşılıqlı 
s
ənət əlaqələrində olmuş, bir sıra el şənliklərində iştirak edib deyişmiş, ağır məclislər 


 
66 
keçirmişdilər.  Çar  Rusiyasının  və  Sovet hakimiyyətinin siyasəti nəticəsində  bir-
birind
ən təcrid olunan bölgələr  arasında  ədəbi-mədəni  əlaqələr zəifləmiş,  bununla 
əlaqədar olaraq ya ümumiyyətlə tədqiqatlar aparılmamış, ya da aparılan araşdırmalar 
ist
ənilən səviyyədə olmamışıdır.  
Ağbaba-Çıldır aşıq mühitinin Azərbaycan folklorşünaslığında indiyədək çox 
az öyr
ənilməsinin mühüm bir səbəbi də bu mühitin tarixi-coğrafi arealına daxil olan 
Ağbaba  –Şörəyel bölgəsinə  folklor  ekspedisiyalarının  təşkil  edilməməsi, regiona 
t
ədqiqatçı alimlərin yaradıcılıq ezamiyyətlərinin olmamasıdır. Aşıq Şenliyin həyat və 
yaradıcılığından  bəhs edən filologiya üzrə  fəlsəfə  doktoru mərhum Qəşəm Vəliyev 
haqlı olaraq yazır ki, “yalnız Aşıq Şenlik deyil, ümumiyyətlə, Cənub Qafqazın qərb 
rayonlarında aşıq məktəbləri və yaradıcı aşıqlar demək olar ki, tədqiqatdan kənarda 
qalaraq t
əsadüfdən təsadüfə  xatırlanmışdır”  [159,  21].  Bu  baxımdan  Ağbaba-Çıldır 
aşıq  mühitinin  tədqiqi Azərbaycan  folklorşünaslığında  həllini gözləyən  ən vacib 
probleml
ərdən biridir. “Azərbaycan  ərazisində  yaradılmış  qondarma Ermənistan 
Respublikası Azərbaycan folklorunun öyrənilməsində maraqlı deyildi, ona görə də bu 
iş həmin respublikanın müvafiq qurumları tərəfindən təşkil edilməyib. Azərbaycanda 
is
ə bu iş pis təşkil edildiyindən, əsasən, təşəbbüslərin ümidinə qalıb” [94, 11]. 
Sonuncu-1988-
ci  il  deportasiyasınadək Azərbaycan oxucusu bu qədim və 
z
əngin  aşıq  mühitindən xəbərsiz  qalmışdır.  Ağbaba-Çıldır  aşıq  ədəbiyyatının 
toplanması,  nəşri  və  tədqiqi sahəsində  S.Mümtazın,  H.Arifin,  Ə.Cəfərzadənin, 
İ.Abbaslının,  Q.Namazovun,  A.Nəbiyevin, M.Həkimovun,  H.İsmayılovun, 
M.Qasımlının,  M.Cəfərlinin,  A.Hacılının,  Ə.Şamilin  və  başqalarının  xidmətləri 
olmuşdur.  Lakin qeyd  etdiyimiz  kimi,  bu  proses 1988-ci ilədək çox ləng və passiv 
getmişdir.  
Qeyd ed
ək  ki,  Borçalı  ədəbi mühitində  Aşıq  Şenlik irsinin öyrənilməsinə 
böyük maraq olmuşdur. Tiflisdə nəşr olunan “Dan ulduzu” jurnalının 1928-ci il IV 
sayında  Aşıq  Şenliyin  “Məni”,  “İmiş”  rədifli  qoşmaları  çap  olunmuşdur. 
M.Şəmsilcədidin çap etdirdiyi bu qoşmalar Aşıq Şenliyin Borçalı səfərləri ilə bağlıdır 
[147, 24-26]. 


 
67 
F
əlsəfə  elmləri namizədi  P.Mahmudovun  “Aşıq  Şenlik”  [143],  prof. 
H.V
əliyevin “Şeir kimindir?” [171] adlı məqalələri görkəmli sənətkarın ədəbi irsinin 
öyr
ənilməsi istiqamətində  ilk  addımlar  kimi  dəyərlidir. H.Vəliyev “Azərbaycan 
ədəbiyyatı  və  folkloru gürcü mənbələrində”  [156]  monoqrafiyasında  Aşıq  Şenliklə 
bağlı  müəyyən mübahisələrə  aydınlıq  gətirməyə  çalışmışdır.  “Gəlimli-gedimli 
dünya” [69], “Az
ərbaycan ədəbiyyatı inciləri” [33] kitablarında Aşıq Şenliyin qoşma 
v
ə gəraylılarından nümunələr çap olunmuşdur. “Şərq qapısı” qəzetində folklorşünas 
M.C
əfərovun “El sənətkarı Aşıq Şenlik” [54] adlı məqaləsi də əhəmiyyətlidir. 
Ağbaba-Çıldır  aşıq  mühitinin,  daha  doğrusu,  bu  mühitin  tanınmış 
nümay
əndəsi, el-şairi  Həsən  Şirəkli  haqqında  Amasiya  rayonunda  çıxan  “Əmək” 
q
əzetində  çıxış  edən filologiya elmləri  doktoru  Əhməd Cəfərzadə  onu  istedadlı  bir 
s
ənətkar kimi qiymətləndirmişdir. “Axtarışlar, tapıntılar” adlı bu təqdimat yazısında 
Ə.Cəfərzadə Həsən Şirəklinin poetik irsindən 1 qoşma, 4 gəraylı və 7 bənd bayatı çap 
etdirmişdir.  Qeyd  edək ki, bu, Azərbaycan  folklorşünaslığında  Ağbaba-Çıldır  aşıq 
mühitin
ə dair dərc olunmuş ilk araşdırmalardan biridir. 1980-ci ildə çap olunmuş bu 
yazıdan  məlum olur ki, Həsən  Şirəkli 1692-1693-cü ildə  Ağbaba  mahalının 
Qaraçanta (1939-cü ild
ən  Əzizbəyov, 1991-ci ildən Areqdanem)  kəndində  anadan 
olmuş,  1753-cü ildə  Qarsın  Sarıqamış  kəndində  vəfat  etmişdir.  Bir  neçə  dil bilən 
[
ərəb, fars, gürcü və s.] bu görkəmli el sənətkarının ədəbi irsi hicri tarixilə 1178-ci 
ild
ə  (miladi 1765-1766) Gəncə  ziyalısı  Hacı  Səlim Razinin tərtib  etdiyi  “Şirəkli 
H
əsən əşarı” adlı kitabçada toplanmışdır. Əksəriyyəti məhəbbət mövzusunda olan bu 
şeirlər 13 gəraylı,  1  qoşma,  1  müxəmməs və  19 bənd  bayatıdan  ibarətdir. Poetik 
m
əzmun  qazanan  Ağbaba,  Şörəyel, Gümrü və  sair toponimlərdə  el sənətkarının 
v
ətənə  məhəbbəti, yurd sevgisi ifadə  olunmaqla  yanaşı,  həm də  onun  yaşayıb-
yaratdığı coğrafi arealın hüdudlarını müəyyən etmək olur. 
Ağbabanın dağın aşdım, 
Dolaylarda yolu çaşdım. 
Süs
ən-sünbülə dolaşdım, 
Qaldım bu yerdə, bu yerdə. [56] 
V
ə yaxud 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə