Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   17   18   19   20   21   22   23   24   ...   100

 
62 
araşdırmalar, aşıq sənətinin bugünkü durumu və s. haqqında dolğun elmi məlumatlar 
öz 
əksini tapmışdır. XX əsrin sonlarına qədər alimin təsbit etdiyi kimi, “Ərzurumda 
yaşayıb-yaratmış  110  aşıq  və  el  şairinin  hamısı  kənddə  doğulmuş  və  gələnəyi 
öyr
əndikdən sonra şəhərə köçmüşdür” [223, 100]. Bu, əvvəldə qeyd etdiyimiz kimi 
maraqlı amildir. Bu faktor Ərzurum aşıq ənənələrinin Ağbaba-Çıldır aşıq mühiti ilə 
birbaşa bağlı olduğunu bir daha təsdiqləyir.  
Apardığımız  müşahidələrə  əsaslanaraq deyə  bilərik  ki,  Ərzurum  aşıqları  ilə 
bağlı görülən çalışmaların əksəriyyəti bir qayda olaraq, daha çox Aşıq Əmrah, Aşıq 
Summani, Aşıq Mövlut İhsani, Aşıq Reyhani kimi sənətkarlara məhdudlaşmışdır. 
Kitabda mü
əllif bölgə  aşıqlarının  siyahısını  tərtib edərkən  onları  iki  başlıq 
altında qruplaşdırmağa təşəbbüs göstərmişdir: a] həyatda olmayan aşıqlar; b] yaşayan 
aşıqlar.  Həyatda  olmayan  aşıqların  otuz  biri  haqqında  qısa  bioqrafik  məlumat və 
poetik irsi b
əlli olanlardan şeir örnəkləri verən M.Özarslan digər iyirmi iki aşığın və 
el şairinin barələrində müəyyən məlumat olmadığı üçün onların adlarını qeyd etməklə 
kifay
ətlənmişdir [223, 357-381]. 
Çağdaş  dövrümüzdə  yaşayıb-yaradan 57 nəfər  aşıqdan  qırx  dördünün 
haqqında məlumat və yaradıcılıqlarından poetik nümunələr təqdim edən müəllif qalan 
13  aşıqla  (Süleyman  Koroğlu,  Veysel  Yıldızer,  Aşıq  Loğman  və  b.)  görüşüb  bilgi 
əldə  edə  bilmədiyi  üçün  onların  yalnız  siyahısını  tərtib  etmişdir  [223,  382-416]. 
Maraqlıdır  ki,  M.Özarslan həmin  aşıqları  əsərin  başqa  bir  yerində  (s.102) “gənc 
(çıraq)”-  yəni  şagird  aşıqlar  kimi  təqdim edərək  yazır  ki,  onlar  “hələlik  çıraq 
durumunda  olan  aday  aşıqlardandır.”  Qeyd  edək ki, təqdim  olunan  110  aşığın 
siyahısını müəllif kitabın birinci fəslində də (s.100-101) vermişdir.  
Aşıqlar  ifaçılıq  və  bəstəçilik  ənənələrini, etik-estetik və  mənəvi-əxlaqi 
d
əyərləri  yaşadaraq  etno-milli  yaddaşın  ən  güclü  daşıyıcıları  kimi  mürəkkəb və 
m
əsuliyyətli bir sənət  funksiyasını  yerinə  yetirirlər. Ona görə  də  Azərbaycan  aşıq 
yaradıcılığının  tədqiqatçıları  aşıqların  təsnifi ilə  bağlı  maraqlı  fikir  və  mülahizələr 
söyl
əmişlər. Professor Vaqif Vəliyev aşıqları üç qrupda təsnif edir: a) ustad aşıqlar; 
b) ifaçı aşıqlar; c) el şairləri. Aşıq sənətinin müəyyən kriteriya və prinsipləri nəzərə 


 
63 
alan  alim  apardığı  bölgünün  spesifikasını  əsaslandırmağa  şalışmış,  bölgüyə  uyğun 
s
ənətkarların başlıca xüsusiyyətlərinə diqqət yetirmişdir [160, 146-148]. 
Qeyd ed
ək ki, həm Azərbaycan, həm də  Türkiyə  folklorşünaslığında  bu 
m
əsələ  ilə  bağlı  bir  sıra  fikirlər söylənmiş,  müxtəlif bölgülər, fərqli təsnifatlar 
aparılmışdır. 
M.Özarslan  da  adı  çəkilən  əsərində  aşıqların  təsnifatını  aparmağa  təşəbbüs 
göst
ərmişdir. Lakin onun təsnifatı çağdaş dövrdə yaşayıb-yaradan saz-söz ustalarının 
yaradıcılıq,  improvizatorçuluq, məclis aparmaq ənənəsi və  s. imkanlarla 
m
əhdudlaşdırılmışdır. Onun sənət gücü baxımından apardığı bölgüyə diqqət yetirsək, 
bölgünün mük
əmməl olmadığını və bəsit səciyyə daşıdığını görərik.  
Alim qeyd olunan prinsip
ə görə aşıqların beş tipini müəyyənləşdirir.  
1.Ustad aşıqlar. (Aşıq Reyhani, Mövlut İhsani, Aşıq Ruhani) 
2.Usta aşıqlar (Aşıq İsrafil, Aşıq Mustafa, Hüseyn Sümmani oğlu və b.) 
3.Kalfa (X
əlfə) aşıqlar [Səlahəddin Qazanoğlu, Yaşar Bayram və b.) 
4.G
ənc (Çıraq) aşıqlar [Aşıq Loğman, Əli Öztürk, Ərtoğrul Ataç və b.) 
5.H
əvəskarlar. (İldırım Çoşqun, Güvən Doğan və b.)  [223, 101-102] 
Bölgünün 
əvvəlində  müəllif göstərir ki, bu mövzuda fərqli  baxışlar,  fərqli 
t
əsrnifatlar aparıla bilər. Göründüyü kimi, təsnifatda müəllifin özü qətiyyətli deyildir. 
Bunu bölgüd
ə  göstərilən hər  bir  aşıq  tipinə  aid verilən  izahatdan  da  aydın  görmək 
olar.  Əslində, belə  bölgüyə  ehtiyac yoxdur. Digər tərəfdən təsnifatın  3-cü və  4-cü 
b
əndlərində daxil edilən aşıqlar arasında ciddi bir fərq də nəzərə çarpmır. Müəllifin 
“Kalfa aşıqlar” adlandırdığı aşıqlar usta köməkçisi mənasını bildirir ki, bu da “Çıraq 
aşıqlar”la  demək  olar  ki,  eyni  funksiyanı  yerinə  yetirən sənətkarlardır.  “Kalfa” 
sözünün  etimologiyası  da  bunu  təsdiq  edir.  Əsli  ərəbcə  “xəlifə//xəlfə” sözündən 
götürül
ən bu söz məclisə  başçılıq  edən; molla məktəbində  müəllimin köməkçisi 
anlamını  bildirmişdir  ki,  sonralar  fonetik  dəyişikliyə  uğrayaraq  türkcədə  “Kalfa” 
formasına düşmüşdür.  
Ümumiyy
ətlə,  M.Özarslanın  aşıq  sənətinin müxtəlif məsələləri ilə  bağlı 
apardığı bölgülərdə müəyyən bəsitlik, təsnifatı lüzumsuz olaraq genişləndirmək cəhdi 


 
64 
n
əzərə çarpır. Buna baxmayaraq, alimin araşdırmaları Anadolu və Azərbaycan aşıq 
mühitl
ərini öyrənmək baxımından maraqlıdır.  
Türkiy
ə  folklorşünaslığında  aşıq  ədəbiyyatının  mənşəyi,  şeir  şəkilləri, 
dastançılıq  ənənələri, müxtəlif bölgələrdə  aşıqlıq  gələnəkləri, genetik köklər,  aşıq 
s
ənətinin təşəkkülü və təkamülü, çağdaş övrümüzdə bu sənətin inkişaf istiqamətləri
ayrı-ayrı  aşıqların  həyat və  yaradılıqları  və  s. məsələlər  haqqında  səmərəli  işlər 
görülmüşdür.  Şərqi Anadolunun tarixi-coğrafi  arealina  daxil  olan  Çıldır,  Qars, 
Ərzurum,  Axıska,  Ağbaba  kimi  bölgələrdə  yaşayıb-yaratmış  saz-söz sənətkarları 
onların  poetik  irsinin  toplanması,  nəşri  və  tədqiqi,  bu  mühiti  formalaşıdıran  tarixi-
m
ədəni  şərait, etik-estetik özəlliklər və  bu kimi digər məsələlər müntəzəm  şəkildə 
folklorşünas  alimlər tərəfindən  araşdırılmışdır  və  indi də  bu  işlər davam edir. 
Ağbaba-Çıldır  aşıq  mühitinin  bir  sıra  tanınmış  nümayəndələri  haqqında  dəyərli 
monoqrafiyalar 
yazılmış,  əsərlər  çap  olunmuşdur.  Aşıq  ədəbiyyatını  əhatə  edən bir 
sıra toplu və antologiyalardan başqa, Ağbaba-Çıldır aşıqlarından Aşıq Şenliyin, Aşıq 
Zülalinin,  Aşıq  Summaninin,  Aşıq  Reyhaninin  və  digər sənətkarların  əsərləri, 
deyişmələri və s. ayrıca çap olunmuş, barələrində geniş tədqiqat işləri aparılmışdır. 
E.Aslanın  “Çıldırlı  Aşıq  Şenlik.  Həyatı.  Şeirləri, hekayələri,  qarşılaşmaları”, 
D.Düzgünün  “Aşıq  Yaşar  Reyhani.  Həyatı.  Sənəti və  şeirlərindən seçmələr”,  Aşıq 
İslam Ərdənərin “Aşıq Şenlik”, Ə.Kafkasyalının “Murad Çobanoğlu. Həyatı. Sənəti. 
Əsərləri”,  Ö.Gözüqızılın  “Aşıq  Zülalidən  Aşıq  Zülali”,  N.Köksalın  “Aşıq  Əmrah. 
H
əyatı, ədəbi şəxsiyyəti, şeirləri” və onlarla digər kitablar dediklərimizə nümunə ola 
bil
ər.  Dissertasiyanın  sonrakı  fəsillərində  adları  çəkilən və  çəkilməyən saz-söz 
s
ənətkarları  haqqında  yeri  gəldikcə  ətraflı  bəhs edəcəyimizə  görə  Türkiyə 
folklorşünaslığında  Ağbaba-Çıldır  aşıq  mühitinin  tədqiqi  tarixinin  qısa  səciyyəsini 
yekunlaşdırmağı məqsədəuyğun hesab edirik.  
 
Az
ərbaycan folklorşünaslığında  
Az
ərbaycan  şifahi  xalq  ədəbiyyatının  öyrənilməsi, nəşri  və  tədqiqi məlum 
olduğu kimi, XIX əsrin 30-cu illərindən başlanır. XIX əsrin əvvəllərindən başlanan 
Rus-
İran,  Rus-Türk müharibələri azərbaycanlıların  və  türklərin qədimdən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə