Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   13   14   15   16   17   18   19   20   ...   100

 
50 
m
əzmun fərqi yoxdur. Lakin bəzi epizod və obraz fərqləri, dastanın  strukturundakı 
ayrı-ayrı nəzm hissələrinin poetik bəsitlikləri də özünü göstərir.  
Ümumiyy
ətlə,  kitaba  daxil  edilmiş  aşıq  ədəbiyyatı  nümunələri  Şərqi 
Anadoluda v
ə Qafqazda geniş coğrafi əraziləri təsir dairəsinə alan Azərbaycan folklor 
arealını  öyrənmək  baxımından,  deportasiya,  repressiya  və  soyqırıma  məruz  qalmış 
Axıska türklərinin bəzi dialekt və şivə xüsusiyyətlərini araşdırmaq, bir sıra toponim, 
oronim, oykonim v
ə  s. kimi onomastik vahidlərin  folklor  informasiya  daşıyıcısı 
v
əzifəsini yerinə yetirməsini incələmək üçün zəngin materialdır.  
Keç
ən əsrin 40-ci illərindən fasiləsiz olaraq Türkiyə folklorşünaslığında aşıq 
ədəbiyyatı ilə bağlı həm toplama-nəşr, həm də tədqiqat işləri aparan professor Şükrü 
Elçinin danılmaz xidmətləri olmuşdur. Alimin “Bir Ələvi şairi-Nöqsani”, “Macmuai 
Sazü-Söz”, “Xalq 
ədəbiyyatına  giriş”  və  s  əsərləri diqqəti çəkir. Onun iri həcmli 
“Xalq 
ədəbiyyatına giriş” əsəri müfəssəl elmi-nəzəri şərhləri ilə yanaşı, bir çox türk 
xalqlarının  (yakut,  türk,  Azərbaycan, karaim, özbək,  başqırd,  qazax  və  s.) zəngin 
şifahi  ədəbiyyatından  verilən  ən müxtəlif örnəklərlə  əhəmiyyət kəsb  edir.  Əsər  sırf 
aşıq sənətinə həsr olunmasa da, burada aşıq ədəbiyyatı, eləcə də Ağbaba-Çıldır aşıq 
mühiti il
ə birbaşa və dolayısı ilə bağlı maraqlı məqamlar vardır. İki hissədən-nəzm və 
n
əsr hissəsindən ibarət olan bu kitabda Aşıq Nöqsani (XVIII-XIX əsr) Aşıq Şenlik 
(XIX 
əsr), Aşıq Zülali (XX əsr), Sərdari (XIX əsr), Sabit Müdami (XX əsr) və digər 
aşıqların  yaradıcılığından  bəzi nümunələr öz əksini  tapmışdır.  Kitabın  “Nəzm” 
hiss
əsinin “Din, təsəvvüf və təriqət şeirləri” bölümündə bir sıra aşıqlarla yanaşı, daha 
çox sufi şeirləri ilə məşhur olan Nöqsaninin də “Yetiş” adlı bir şeiri verilmişdir. Qeyd 
ed
ək ki, Nöqsaninin şeirləri kitab halında A.Atalay tərəfindən 1992 –ci ildə İstanbul-
da n
əşr olunmuşdur. 
Kitabın  diqqəti cəlb edən cəhətlərindən biri də  müəllifin  toplayıcılıq 
f
əalliyyəti ilə yanaşı nəzəri müddəalarının da müvafiq şəkildə əks olunmasıdır. “Xalq 
şeiri  haqqında  qısa  bilgilər”adlı  bölümdə  Ş.Elçin  aşıq  ədəbiyyatının  qaynaqlandığı 
m
ənbələr, təkkə ədəbiyyatı, Yəsəvilik, Bəktaşilik, Abdallıq, Ələvilik, Heydərilik və s. 
t
əsəvvüf təriqətləri, müxtəlif əsrlərdə yetişmiş saz-söz sənətkarları haqqında maraqlı 
mülahiz
ələr yürüdür. Türk saz şeiri adlandırdığı aşıq poeziyasından danışarkən XVI 


 
51 
v
ə  XVII  əsrlər  aşıq  ədəbiyyatı  haqqında  onun  gəldiyi elmi qənaət diqqəti çəkir: 
“Ad
ətən bir hazırlıq dövrü rolunu oynayan bu əsrdən sonra (XVI əsr nəzərdə tutulur-
A.M) Türk 
saz  şeirinin  altun  dövrünə  çatdığını  görürük  .  Kəmiyyət və  keyfiyyət 
etibarı ilə saz şeiri ən böyük şairlərini XVII əsrdə yetişdirmişdir” [190, 10]. 
“Xalq 
ədəbiyyatına giriş”də Baykan adlı bir aşığın “Dastan”adlanan şeirində 
Teymurl
əngin 1386-cı ildə Qarsı zəbt etməsi və ona qarşı “yurd uğrunda can ilə baş 
f
əda edən”  qarslıların  şücaəti təsvir  olunur.  Ş.Elçin  səhifənin  alt  yazısında  şeirin 
yazılma tarixi haqqında bunları bildirir: “Teymurun Qarsı yaxıb yıxması ilə ilgili olan 
bu dastan 1386-
cı ilindəki hadisələri dilə gətirməkdədir. Söyləniş və yazıya keçiriliş 
tarixi 
ən gec 15-ci  əsrin  əvvəli ola bilir” [190, 112]. Qeyd edək  ki,  şeirin  tarixi 
m
əzmunundan əlavə, dil və üslub xüsusiyyətləri də əhəmiyyət kəsb edir. Baykan və 
onun şeiri haqqında ilk dəfə F.Kurzıoğlu 1939-cu ildə “Qarslı əski bir aşığımız” adlı 
m
əqaləsində bəhs etmişdir. 
Kitabda Aşıq Sərdarinin “Quraqlıq dastanı” qoşması, Aşıq Əmrahın “Dedim-
dedi”, Aşıq Zülalinin “Yedəkli qoşma”sı və “Gəl” [190, 185-189] rədifli şeiri də öz 
əksini  tapmışdır.  Bunlardan  əlavə  kitaba  Aşıq  Şenliyin  Aşık  Kılıççı  Mustafa  və 
erm
əni  aşığı  İzani  ilə  qarşılaşıb  deyişməsi də  daxil  edilmişdir  [190,  246-249; 250-
259]. H
ər iki qarşılaşma E.Aslanın “Çıldırlı Aşıq Şenlik. Həyatı, şeirləri, hekayələri, 
qarşılaşmaları”  (Ankara,  2001)  kitabında  da  verilmişdir.  O.Özbəyin  adı  şəkilən 
kitabında  da  bu  qarşılaşmalar  öz  əksini  tapmışdır.  Ş.Elçin  qarşılaşmaların  əsasən 
n
əzm hissələrini  vermiş,  nəsr hissələrinin məzmununu bir neçə  cümlə  ilə  əhatə 
etmişdir. Qeyd edək ki, Ş.Elçinin təqdim etdiyi hər iki qarşılaşma aşıq rəvayətlərinə 
aid edil
ən prinsip və  kateqoriyalara  uyğun  gəlmədiyindən  natamamdır  və  dolğun 
t
əsəvvür  yaratmır.  Aşıq  Şenlikdən irəlidə-uyğun  fəsildə  ətraflı  söhbət  açacağımıza 
gör
ə bunlarla kifayətlənib onu bildirmək istəyirik ki, Kılıççı Mustafa ilə deyişmənin 
daha mük
əmməl variantı Nizaməddin Onk tərəfindən toplanıb yazıya alınmışdır [220, 
171-
182].  “Çıldırlı  Aşıq  Şenlik  ilə  Aşıq  Kılıççı  Mustafa”  adlı  bu  dastan-rəvayət 
toplayıcının  qeydinə  görə  “Yılmaz  Aşıq  Şenlikoğlunun  (şairin  nəvəsi)  ifadəsi ilə 
t
əsbit etdiyimiz deyişlərlə birlikdə, əhvalatı olduğu kimi özündən topladıq. Bu gerçək 
hadis
ənin  o,  atası  Qasım  və  qonşularından  dinləmişdir”  [220,  184].  Dastan- 


 
52 
r
əvayətdən o da məlum  olur  ki,  Qarsın  Arpaçay  bölgəsinin  İynəzor kəndində  bir 
toyda  Kılıççı  Mustafa  ilə  deyişib  ayrıldıqdan  sonra  Qarabalıq  çayını  keçərkən 
Şenliyin məşhur Qara atı suyun ortasında yatır. Yaxınlıqdakı qızları köməyə çağıran 
Aşıq  Şenlik  “Dəh!  Deyin,  qızlar,  dəh! Deyin”-  deyə  atı  sudan  çıxarır.  N.Onkun 
qeydin
ə görə, atı sudan qaldıran Zöhrə nənə 1970-ci ildə vəfat etmişdir [205, 184]. 
Kılıççı  Mustafaya  xitabən  deyilmiş  “Eylərəm” rədifli hərbə-zorba Türkiyə 
folklorşünaslığında  “Şəki sicilləməsi” və  ya “Zəncirli hərbə-zorba”  adı  ilə  çox 
m
əşhurdur. Qeyd etdiyimiz kimi, Ə.Cəfəroğlu da adı çəkilən kitabında həmin hərbə-
zorbanı Aşıq Gülüstanın dilindən yazıya alıb nəşr etmişdir. 
Ş.Elçin “Mənqəbə örnəkləri” adlandırdığı bölmədə “Yaralı top” əfsanəsini və 
bu 
əfsanəni dastan-rəvayət  şəklinə  salan  Aşıq  Müdaminin  uyğun  yerlərdə 
q
əhrəmanların dilindən düzüb-qoşduğu türküləri də vermişdir. 
Yeddi b
əndlik “Bizim” rədifli qoşma aşığın dilindən, dialoq formasında olan 
iyirmi üç b
əndlik şeir parçaları isə Balkan vuruşlarında iştirak edən minbaşı, növbətçi 
v
ə  rəmzi  obrazların-üç topun dilindən söylənilir.  Ş.Elçinin  qeydinə  görə,  Aşıq 
Müdaminin h
əmin şeirləri folklorşünas P.Naili Boratavın da diqqətini cəlb etmiş və 
alim bunları “Ülkü” jurnalında çap etdirmişdir. 

əllif  folklorun  inkişaf  qanunauyğunluqları,  müxtəlif mühüm hadisələrin 
aşıq  ədəbiyyatı  ilə  bağlılığı  məsələsini  şərh edərək  yazır:  “Balkan  hərbi və  Böyük 
h
ərb  Anadolu  folkloruna  bir  çox  yeni  mövzular  vermiş,  yaxud  da  bir  çox  köhnə 
mövzular bu vuruşların böyük tarixi və sosial hadisələri arasında yenidən yoğrulmuş, 
yeni şəkillər almışdır” [190, 356]. 
Ş.Elçinin  bu  qeydi,  dastan-rəvayətin məzmunu və  Aşıq  Müdaminin  şeirləri 
göst
ərir  ki,  Ağbaba-Çıldır  aşıq  mühitində  dastan  yaradıcılığı  yeni  mövzularla 
z
ənginləşdikcə əski türk inanclarını, mifoloji motivləri, arxaik eposçuluq ənənələrini 
özünd
ə mühafizə edib saxlamışdır.  
Qars vilay
ətnin tarixi ilə  bağlı  bir  sıra  kitab  və  məqalələrin müəllifi olan 
Nizam
əddin Onk da yeri gəldikcə  Ağbaba-Çıldır  aşıq  mühitinin  saz-söz sənətkar-
larının yaradıcılığından nümunələr toplayıb nəşr etdirmişdir. “Cümhuriyyətimizin 50 
ilind
ə  Qars”  kitabının  altıncı  bölümündə  “Xalq  şairləri”  başlığı  altında  Kağızmanlı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə