Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   12   13   14   15   16   17   18   19   ...   100

 
47 
“Türk saz şairləri” kitabında yer alan XVIII əsrdə fəaliyyət göstərmiş otuz üç 
el s
ənətkarı  içərisində  üç erməni  aşığının  şeirlərindən də  nümunələr  verilmiş  və 
h
əmin  aşıqlar  haqqında  “Başlıca  simalar”  bölməsində  müəyyən məlumatlar  şərh 
olunmuşdur. Kitabın digər müvafiq bölmələrində olduğu kimi, F.Köprülü burada da 
alt  yazılar  vermiş,  ətraflı  təfsilat üçün əlavə  zəruri  ədəbiyyatlar göstərmişdir.  XVI 
əsrdən başlayaraq türk-oğuz mədəniyyətinin təsiri altında Anadoluda bir çox erməni 
aşıqlarının yetişdiyini deyən F.Köprülü Aşıq Məcnuni, Aşıq Vartan və Diyarbəkirli 
Civaninin XVIII 
əsrdə  məşhur  olduqlarını  qeyd  edir.  “Bunlar  arasında  Bəktaşi 
t
əriqətinə mənsub olanlar da yox deyildir, iştə Məcnuni ilə Vartan bunların ən irəli 
g
ələnlərindən sayıla bilər” [218, 398]. 
F.Köprülü bu erm
əni  aşıqlarının  yaşayıb-yaratdlqıalrı  dövr  haqqında 
yanlışlığa yol vermişdir. 
Əslində  adı  çəkilən sənətkarlardan  yalnız  Aşıq  Məcnuni XVIII əsrdə,  Aşıq 
Vartan v
ə Aşıq Civani isə XIX əsrdə fəaliyyət  göstərmişlər. 
Kitabdakı  məhdud bioqrafik məlumata və  adı  çəkilən erməni  aşıqlarının 
şeirlərinə əsaslanaraq müəyyən fikir yürütmək mümkündür. İlk öncə onu qeyd etmək 
lazımdır  ki,  göründüyü  kimi,  erməni  aşıqları  nəinki türk-oğuz,  eləcə  də  türk-islam 
m
ədəniyyətini də  dərindən mənimsəmiş  və  bunun təsiri  altında  aşıq  poeziyasının 
müxt
əlif şəkillərində, həmçinin klassik üslubda şeirlər yazmışlar. 
F.Köprülü bu m
əsələ  ilə  bağlı  “Ədəbiyyat  araşdırmaları”  (I  cild)  kitabının 
“Türk 
ədəbiyatının  erməni  ədəbiyyatı  üzərindəki təsirləri” fəslində  geniş  və  ətraflı 
sur
ətdə bəhs etmiş, araşdırmalarını dörd bəndlik nəticə halında ümumiləşdirmişdir. 
“Türk  saz  şairləri”nin üçüncü cildində  Aşıq  Məcnuninin  yeddi  qoşması,  bir 
g
əraylısı, bir divanisi, Vartanın “Dastan” adlanan iyirmi altı bəndlik bir vücudnaməsi 
v
ə  Civan  ağanın  (Civanın)  bir  qoşması  nəşr  olumuşdur  [218,  439-451].  Ağbaba-
Çıldır  aşıq  mühitinin  yetirmələri  olan  bu  aşıqların  haqqında  bir  sıra  türk 
folklorşünasları da bəhs etmişlər.  
Agbaba-
Cıldır  aşıq  poeziyasının  toplanma,  nəşr  və  tədqiqində  Əhməd 
C
əfəroğlunun geniş fəaliyyəti olmuşdur. Burada xatırlatmaq mütləq yerinə düşür ki, 
Ə.Cəfəroğlunun tədqiqatçılıq fəaliyyəti yalnız Anadolu folkloru və aşıqlarının tədqiqi 


 
48 
il
ə  məhdudlaşmır.  Onun  Azərbaycan  aşıq  ədəbiyyatı,  ümumiyyətlə  Azərbaycan 
ədəbiyyatı,  Azərbaycan və  ümumtürk folklorunun müxtəlif məsələləri ilə  baglı 
maraqlı  tədqiqatları  vardır.  Alimin  Çıldırlı  Bagdad  xanımın  (XVI  əsr) həyatı  və 
poeziyası haqqında araşdırmaları bu yönümdə aparılan ilk tədqiqatlardan biridir. 
Onun  “Dogu  illerimiz  agızlarından  toplamalar”  kitabı  yalnız  Şərqi Anadolu 
ell
ərinin dialekt və  şivə  xüsusiyyətlərini öyrənmək  baxımından  deyil,  həm də  bu 
mühitin aşıq ədəbiyyatı örnəklərinin toplanması və nəşri yönümündən də əhəmiyyət 
daşıyır.  Aşıq  şeirləri  ərazi bölgüsünə  görə  qruplaşdırmışdır.  İki  dəfə  (1942, 1995) 
n
əşr olunan bu əsər Ə.Cəfəroğlunun uzun illər çəkdiyi ciddi əməyin və axtarışların 
m
əhsuludur. Biz burada kitabın ikinci-1995-ci il nəşri üzərində dayanacağıq. 
Kitaba  geniş  “Ön  söz”  yazan  Ə.Cəfəroğlu  bölgənin tarixi-mədəni, sosial-
coğrafi özünəməxsusluğu haqqında dəyərli məlumat vermiş, burada yaşayan tayfalar, 
əhalinin sosial tərkibi və  s. barədə  elmi-nəzəri fikirləri ümumuləşdirmişdir.  Alimin 
“Anadolu ell
ərinin digər  ağızlarına nisbətən, Azəri  ağızlarına doğru  olduqca böyük 
bir  yaxınlıq  göstərməsi” [181, XI] mülahizəsi Azərbaycan  dilinin  Şərqi Anadoluda 
geniş  bir  coğrafi  arealda  yayıldığını  göstərir. Bu məsələ  ilə  bağlı  fəslin  əvvəlində 
b
əhs etdiyimizə  görə  kitaba  daxil  edilmiş  Ağbaba-Çıldır  aşıq  ədəbiyyatı  örnəkləri 
üz
ərində  dayanmağı  məqsədəuyğun  hesab  edirik.  Alim  adı  çəkilən mühitdən 

əyyən örnəklər verməklə  yanaşı,  bəzi yerlərdə  çox  qısa  şərhlər də  vermişdir. 
“Qarapaqların (tərəkəmələrin) fövqəladə zəngin bir xalq ədəbiyyatına malik əski və 
yeni bir xalq aşıq və sairləri olduğunu” (195, XV) qeyd edən Ə.Cəfəroğlu həmin el 
s
ənətkarları  haqqında  aşağıdakı  məhdud məlumatı  vermişdir.  “1)  Bağdad  (XVI  əsr 
qadın  xalq  şairlərindəndir.  Əsli  etibarilə  Çıldırlıdır);  2)  Xəstə  Qasım  (XVIII  əsrdə 
yaşamış,  əsli etibarilə  Zərşadlıdır);  3)  Qurbani  (XVIII  əsr.  Qars  şairlərindəndir);       
4) Bala b
əy (XIX əsrdə yaşamışdır. Zərşadlıdır); 5) Xoca İrfani (XVIII-XIX əsrlər). 
El şairidir. Çıldırlıdır]; 6) Sədayi (XIX əsr. Çıldır el şairidir); 7) Şenlik (XIX-XX əsr 
el şairidir. Çıldırlıdır, böyük bir şöhrətə malikdir. Oğlu da şairdir); 8) Rəsul (XIX-XX 
əsr Çıldır el şairlərindəndir); 9) Xəstə Hasan (XIX əsrdə yaşamışdır)” [195, XVI].  

əllif ön sözdə  xalq və  yaxud  el  şairləri  adlandırdığı  bu  sənətkarlardan 
başqa,  kitabın  yazıldığı  dövrdə  həyatda  olan  Aşıq  Hüseyn,  Aşıq  Gülüstan  və  Aşıq 


 
49 
Hicraninin d
ə adlarını çəkmişdir. Kitabın sonrakı bölümlərində (kitab “Oxuyanlara” 
v
ə “Ön söz”dən başqa 10 bölümdən ibarətdir-A.M.) Aşıq Şenliyin, Aşıq Gülüstanın, 
Sabit Müdaminin, Hüzurinin, Ərbabinin poetik irsindən nümunələr və naməlum bir el 
s
ənətkarının “Ərdahan döyüşməsi” adlı bir şeiri verilmişdir. 
Kitaba Aşıq Şenliyin yaradıcılığından “Eyləmə” rədifli bir divani, “Qızın yaş 
dastanı” adlı vücudnamə və iki “Daşlama” -həcv daxil edilmişdir. Birinci həcv Aşıq 
Şenliyin  Çıldırın  Zinzal  kəndində  üç  qadınla  rastlaşması  və  onların  aşıqla  kobud 
r
əftarı ilə əlaqədar deyilmişdir. Həmin əhvalatla bağlı qısa bir rəvayət də burada öz 
əksini tapmışdır [181, 49; 56; 57; 79-85]. 
Kitabda h
əmin dövrdə  müəllifin  adlarını  çəkdiyi həyatda  olan  aşıqlardan 
yalnız Aşıq Gülüstanın “Gözlər”rədifli bir qoşması verilmişdir. 
Nam
əlum bir el sənətkarının “Ərdahan döyüşü” [195, 50-52] adlı iri həcmli 
“Oldu” r
ədifli mənzuməsi yalnız ədəbi-estetik və dialektoloji baxımdan deyil, həm də 
sosial-siyasi v
ə tarixi baxımdan əhəmiyyətlidir. Şeirdə rusların Ərdahanda törətdikləri 
qanlı qırğın və fəlakətlər əks olunmuşdur. Tarixi qaynaqlarda Çar Rusiyasının 1828, 
1855 v
ə  1877-ci illərdə  Ərdahanı  işğal  edərkən  işğalçıların  dinc  əhaliyə  tutduqları 
divan v
ə etdikləri zülmlər haqqında geniş məlumatlar kifayət qədərdir. Lakin nəzərə 
alsaq  ki,  şifahi  yaddaşda  və  müxtəlif folklor mətnlərində  mühafizə  olunan 
informasiyalar tarixi fakt v
ə hadisələri bəzən tarix kitablarında olduğundan da dəqiq 
v
ə ətraflı əks etdirir, onda qeyd olunan mənzumənin əhəmiyyəti daha aydın təsəvvür 
olunar. 
Kitabda h
əmçinin  Ərbabinin  (XIXəsr)  “Yavaş-yavaş”  rədifli  qoşması,  Sabit 
Müdaminin (XX 
əsr)  “Əyyamıdır”,  “Çıxarammadım”rədifli  qoşmaları,  Hüzurinin 
“Var”, “Bu gün-
yarın” və “Qoşma” adlı şeirləri, Aşıq Summaninin “Siçan” qoşması 
n
əşr olunmuşdur. Hüzurinin “Var” rədifli 33 bəndlik fəxriyyə-qoşmasında milli-etnik 
duyğular, türkçülük məfkurəsi qürur hissi ilə tərənnüm olunur. 
Kitabda müxt
əlif folklor örnəkləri və aşıq şeirləri ilə yanaşı “Lətif şah və Telli 
Mehriban”  dastanı  da  öz  əksini  tapmışdır  [181, 19-47].  Aşıq  Şenliyin  yaratdığı  bu 
dastanın  Ə.Cəfəroğlunun  Axıska  türklərindən  yazıya  aldığı  variantında  ciddi  bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə