Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   11   12   13   14   15   16   17   18   ...   100

 
44 
N
ərimanlı Summanı idi. Adı-sanı Ərzurumun elindən digər torpaqlara da yayılmışdı” 
[224, 49].  
Kitabda Aşıq Summaninin poetik irsindən dörd qoşma (“Üçündür”, “Olmaz”, 
“Bilir” r
ədifli və  “Qınamayın  bizi”  qoşmaları)  verilmişdir.  Qoşmalardakı  güclü 
əxlaqi-didaktik ruh, fəlsəfəsi düşüncələr Summanınin yüksək təbə malik olduğunu bir 
daha t
əsdiqləyir.  Aşığın  “Bilir”  rədifli  qoşması  Abbas  Tufarqanlının  “Bəyənməz” 
ustadnam
əsini xatırladır: 
Adam var 
əsrarı məndən nihandır, 
Zahiri m
əlami, batin sultandır, 
Adam var ki, b
əhri-mühit, ümmandır, 
Adam var ki, yeyib içm
əyi bilir. [218, 622] 
Zülalinin  Aşıq  Şenlik  və  Summani ilə  üçlükdə,  Aşıq  Şenliklə  ikilikdə 
qarşılaşıb  deyiməsi,  şeirlərinin dərin poetik məzmun-ideya xüsusiyyətləri onun 
istedadlı bir sənətkar olduğunu göstərməkdədir.  
“Türk  saz  şairləri”nin 5-ci cildində  Aşıq  Cəlalinin “Məni  qınamayın,  haqqı 
sev
ənlər”,  “Olmaz”,  “Burda”  qoşmaları  verilmişdir  [218,  629].  Bu  cilddə  Aşıq 
Zülalinin “Göründü”, “Qurumuş”, “Bu könül”, “Yar dərdi”, “Ani” rədifli qoşmaları 
v
ə türkü adlandırılan 12 bənd bayatısı daxil edilmişdir [218, 625-630]. 
F.Köprülünün “şöhrətləri yetişdikləri mühitdən o qədər də kənara çıxmayan 
saz şairləri sırasında” kimi qiymətləndirdiyi Mühibbi (1823-1868) ustad sənətkarların 
s
ənət və yaradıcılıq ənənələrini davam etdirən bir aşıq olmuşdur. Onun bu kitaba üç 
qoşması və iki səmaisi (gəraylısı) daxil edilmişdir. Aşığın “Dedim-dedi” formasında 
yazdığı  gəraylı  silsilə  epitet və  təşbehlərin, poetik ifadələrin zərif biçimi, 
emosionallığı ilə diqqəti cəlb edir. Aşığın poetik irsindən əldə olan nümunələr onun 
poez
iyasının aparıcı xəttini məhəbbət lirikasının təşkil etdiyini göstərir. 
“Türk  saz  şairləri”  kitabında  F.Köprülü  yaşayıb-yaratdıqları  əsrin böyük 
s
ənətkarlar kimi qiymətləndirdiyi beş aşığın həyat və yaradıcılıqları üzərində ayrıca 
dayanmış, onların poetik irsindən daha çox örnəklər vermişdir. Bunlar Aşıq Cövhəri, 
Aşıq  Ömər,  Qaracaoğlan,  (XVII  əsr),  Aşıq  Əmrah  və  Dərdlidir (XIX əsr).  İrəlidə 
qeyd etdiyimiz kimi, F.Köprülü Aşıq Əmrahın həyat və yaradıcılığından, onun aşıq 


 
45 
ədəbiyyatındakı mövqeyindən ətraflı bəhs etmişdir. F.Köprülü adı çəkilən digər dörd 
s
ənətkar kimi, Aşıq Əmrahın həyat və yaradıcılığını üç kiçik baçlıq altında “Həyatı”, 
“Şöhrəti və  təsiri”,  “Əsərləri və  ədəbi  şəxsiyyəti” [218, 707-722]  başlıqları  altında 
araşdıraraq  təhlil  etmişdir.  Görkəmli  alim  Aşıq  Əmrahın  həm də poetik irsinin çap 
olunduğu müxtəlif kitab və məcmuələrin siyahısını da vermişdir. Onun tərtib etdiyi 
bu biblioqrafiya 1929-1958-ci ill
əri əhatə edir. Bunlardan əlavə F.Köprülü bir folklor 
toplayıcısı və tədqiqatçısı kimi Aşıq Əmrahın həyatı və poetik irsi haqqında mövcud 
ədəbi mübahisələrə  və  yanlışlığa  aydınlıq  gətirmək  üçün  Ercişli  Əmrahın  da 
əsərlərinin  biblioqrafiyasını  tərtib  etmişdir.  1933-1962-ci illəri  əhatə  edən 
biblioqrafiyanı  tərtib etməsinin səbəbi  haqqında  alim  yazır:  “Ərzurumlu  Əmrah 
haqqındakı  bu  biblioqrafiya  bilgisindən sonra, həyatı  və  əsərləri onunla dəfələrlə 
qarışdırılan  və  bu  kitabımızda  bəhs  etdiyimiz  Ercişli  Əmraha  aid  nəşriyyatdan  da 
qısaca bəhs etməyi faydalı bilirik” [218, 724]. F.Köprülü folklorşünaslıqda müəyyən 
mübahis
ələrə səbəb olan “Əmrah ilə Səlbi xan” dastanına da münasibət bildirərək, bu 
dastanın birmənalı şəkildə Ərzurumlu Əmraha aid olduğu qənaətinə gəlir [218, 722]. 

əllif burada Əmrahın olum-ölüm tarixlərini, həyatı haqqındakı bəzi faktları 
onun 
əsərlərinə  istinadən dəqiqləşdirməyə  səy göstərmişdir.  Alim  Aşıq  Əmrahın 
XVIII 
əsrin son rübündə  anadan  olduğunu,  təxminən 1854-cü ildə  Niksarda vəfat 
etdiyini, Əli Pəhləvan türbəsi yanında dəfn edildiyini yazır [218, 708-712]. 
 Qeyd etm
ək  lazımdır  ki,  Türkiyə  folklorşünaslığında  Aşıq  Əmrahın  doğum 
v
ə ölüm tarixləri hələ də dəqiq müəyyənləşdirilməmişdir. Tədqiqatlarda onun 1777-
1784, 1814-1819-cu ill
ər arasında anadan olduğu; 1854, 1864, 1876-ci illərin birində 
v
əfat  etdiyi  qeyd  olunur.  Son  araşdırmalarda  Aşıq  Əmrahın  1780-1860-ci illərdə 
yaşayıb-yaratdığı göstərilir [223, 359].  F.Köprülü, Kırzıoğlu M.Fahretdin, N.Turqut, 
M.Özarslan, A.Alptekin v
ə başqaları Aşı```````q Əmrahın heca vəznindən əlavə, əruz 
v
əznində də yazıb-yaratdığını qeyd edirlər. Onun “əruz vəzni ilə olan şeirləri Mehmet 
Abdül
əziz  Ərzurumi  tərəfindən  “Divani-Əmrah”  (1916)  adıyla  yayımlanmışdır” 
[223, 359].  
B
əzi birtərəfli mülahizələrinə  baxmayaraq,  F.Köprülü  Aşıq  Əmrahın  poetik 
irsini yüks
ək qiymətləndirmiş, “Əmrah saz şairləri arasında klassik ədəbiyyatımızı ən 


 
46 
yaxşı bilənlərdən biridir” -qənaətinə gəlmişdir. F.Köprülünün birtərəfli mövqeyi Aşıq 
Əmrahın qoşma və gəraylılarındakı təsəvvüf motivlərini doğru qiymətləndirməməsi 
il
ə  bağlıdır.  “Əmrahın  sufiyanə  mahiyyətdəki mənzumələri heca vəzniylə  yazılmış 
əsərləri  arasında,  bəlkə  ən qiymətsizləridir”  -qənaəti  aşığın  poeziyasına  birtərəfli 
münasib
ətin  açıq-aydın  ifadəsidir.  Görünür  ki,  Əmrahın  şeirlərindəki dini-ürfani və 
ruhi-f
əlsəfi mahiyyət  F.Köprülün  lazımınca  qane  etməmişdir.  İkinci  fəsildə  Aşıq 
Əmrahın  sufi  şeirləri  haqqında  ətraflı  bəhs  olunduğuna  görə  qeydlərimizi bununla 
bitiririk. 
“Türk  saz  şairləri”nin dördüncü cildində  şeirləri  çap  olunmuş  saz-söz 
s
ənətkarları  arasında  Aşıq  Əmrahın  şagirdi  Toqatlı  Nurinin  poetik  irsindən on üç 
qoşma və  “Dastan”  adlandırılan  on  beş  bəndlik  on  bir  hecalı  bir  şeir  verilmişdir. 
F.Köprülü Aşıq Əmrahın ədəbi təsir dairəsindən bəhs edərkən Toqatlı Nurinin adını 
xüsusi vurğulayır; “Nuri bir çox şeirlərində özünün Əmrahın şagirdi olduğunu açıqca 
söyl
əməkdə  və  ustadına  böyük  bir  sayğı  ilə  bağlı  olduğunu  anlatmaqdadır”  [218, 
712]. 
M.Özarslan  özünün  “Ərzurum  aşıklık  gelenegi”  əsərində  Əmrahın  Toqatlı 
Nuri v
ə Gədai kimi iki ünlü şagirdinin ustadlarını çox şöhrətləndirdiklərini qeyd edir 
[218, 359]. 
F.Köprülü Toq
atlı Nuridən öz əsərinin XIX əsrə aid yazdığı “Başlıca simalar” 
bölm
əsində bir qədər ətraflı bəhs edir. O, Nurini “Məsləkdən yetişmə bir aşıq tipi” 
kimi s
əciyyələndirərək,  dövrünün  bir  çox  aşıqları  kimi,  onun  da  əruz vəzni ilə  də 
yazmaq m
əcburiyyətində qaldığını, lakin bu yönümdə ciddi bir uğur qazanmadığını 
göst
ərir. Bəktaşiliyə meyilli olan Toqatlı Nurinin şeirlərində ustadı Əmrahdan başqa, 
b
əzən Cövhərinin də təsirinin duyulduğunu qeyd edən F.Köprülü onun bədii irsindən 
yalnız  məhəbbət  mövzusunda  yazdığı  qoşmaları  (bu  qoşmalardan  biri  ayaqlı 
qoşmadır  –A.M)  kitaba  daxil  etmişdir.  “Dastan”  adlanan  on  beş  bəndlik  şeirdə 
müxt
əlif millətlərə  məxsus  qadınların  tərənnümü və  təsviri  əsas  yer  tutur.  Beş 
cildlikd
ə şeirləri toplanmış digər aşıqlarda olduğu kimi, F.Köprülü Toqatlı Nurinin də 
şeirlərinə şərh verməmiş, ümumi mülahizələrlə kifayətlənmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə