Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   7   8   9   10   11   12   13   14   ...   100

 
32 
Aşıq  Şenlik,  Aşıq  Nəsib  kimi  qüdrətli  saz-söz  sənətkarları  məhz  Axıska  və  Çıldır 
bölgələrində  aşıqlıq  sənətinin  sirlərinə  yiyələnmiş,  bu  mühitin-yəni  Çıldır  aşıq 
mühitinin saz-
söz  havacatlarını,  repertuarını,  ənənə  və  gələnəklərini 
mənimsəmişdilər. Aşıq Nuri və Xəstə Hasan Axıska mahalının Əsmincə rayonunun 
Lebis  kəndindən  idi.  Sonralar  Xəstə  Hasan  da  Dırqınadan  köçüb  Lebisdə 
məskunlaşmışdı. Aşıq Şenlik isə Çıldır mahalının Suxara kəndindən idi. Aşıq Şenlik 
sənət dərsini Aşıq Nuridən, Aşıq Nuri isə Xəstə Hasandan almışdı. Belə qüdrətli saz-
söz ustalarının yaradıcılığı qonşu ərazilərdə aşıqlıq sənətinə güclü təsir göstərirdisə, 
deməli,  doğma  vətəndə  bu  təsirin  daha  geniş  olması  şübhə  doğurmur.  Prof. 
V.Hacıların  Xəstə  Hasan haqqında  bir qeydini burada xatırlamaq  yerinə düşər:  “O, 
n
eçə-neçə aşığın ustadı olmuş, onlarla azərbaycanlı, türk, gürcü və erməni aşığı onun 
yaradıcılığından bəhrələnmişdir” [78, 168]. Aşıq Şivğa, Səfil Lado, Aşıq Ruhani və 
digər  gürcü  aşıqlarının  Aşıq  Nuri,  Aşıq  Şenliklə  şəxsi  tanışlıqları,  onların  təsiri 
altında  yazıb-yaratmaları  belə  bir  fikir  söyləməyə  əsas  verir  ki,  həmin  aşıqları 
Ağbaba-Çıldır aşıq mühitinin nümayəndələri kimi qəbul etmək daha düzgün olardı. 
Söz yoxdur ki, hansı aşıq mühitinə daxil edilməsindən asılı olmayaraq, Azərbaycan-
türk  dilində  yazıb  yaradan  gürcü  aşıqları  Azərbaycan  aşıq  sənətinin  etnik-  mədəni 
təsiri  altında  qonşu  xalqlar  arasında  bu  sənəti  yayıb  təbliğ  etmiş,  bu  yönümdə 
səmərəli xidmətlər göstərmişlər.  
Azərbaycan aşıq sənətinin geniş aspektdə erməni və gürcü folkloruna tarixi –
co
ğrafi  təsiri  digər  aşıq  mühitlərində  də  (Gəncəbasar,  Dərələyəz,  Urmiya,  İrəvan, 
Göyçə  və  s.)  aydın  görünməkdədir.  Lakin  digər  mühitlərdən  fərqli  olaraq  Ağbaba-
Çıldır  aşıq  mühitinin  qeyri-türk  etnoslarına,  xususilə  erməni  folkloruna  təsiri  bu 
mühitin tarixi-
mədəni  funksiyasını  müəyyənləşdirən  bir  faktor  kimi  çox  səciyyəvi 
haldır.  
Ağbaba-Çıldır  aşıq  mühiti  Azərbaycan  aşıq  sənətinin  digər  mühitləri  ilə 
intensiv  şəkildə  qarşılıqlı  əlaqədə  olmuşdur.  Bu  əlaqələr  yalnız  ərazi  baxımından 
yaxın  qonşu  aşıq  mühitləri  ilə  (İrəvan,  Urmiya,  Borçalı)  məhdudlaşmamış,  həm  də 
digər aşıq mühitləri ilə qarşılıqlı təsirdə genişlənərək təşəkkül tapmışdır. Azərbaycan 
aşıq sənətinin bir sıra görkəmli nümayəndələri - Aşıq Ələsgər, Dollu Mustafa, Şair 


 
33 
Ağacan, Aşıq Hacı Bayramov, Aşıq Haqverdi (Göyçə), Aşıq Kamandar, Aşıq Hüseyn 
Saraclı,  Aşıq  Əhməd  Sadaxlı  (Borçalı),  Aşıq  İmran  Həsənov  (əncəbasar)  və  b. 
dəfələrlə  Ağbaba-Çıldırda  olmuş,  bu  aşıq  mühitinin  bəzi  bölgələri  ilə  əlaqələr 
qırıldıqdan sonra yalnız Ağbaba mahalında çıxışlar etmiş, yerli aşıqlarla (Aşıq Nəsib, 
Çorlu Məhəmməd, Aşıq İsgəndər Ağbabalı və s.)məclislər keçirmişlər. “Peyğəmbər 
aşıqların  sonuncusu”  (Y.Qarayev)  sayılan  Aşıq  Ələsgərin  təxminən  1910-  cu  ildə 
Ağbabanın  Qaranamaz  (Yeniyol-1935;  Ağvarik-1991)  kəndində  Çıldırlı  Aşıq 
Şenliklə görüşüb məclis apardıqları məlumdur [159, 31-35]. Həmin il Aşıq Ələsgərin 
Güllübulaqlı Aşıq Nəsiblə (or Nəsib)qarşılaşıb deyişməsi, Aşıq Nəsibin onu “dədələr 
dədəsi, dədələr xası”adlandırması, bu məclisdə onların arasında müəyyən gərginliyin 
yaranmasına  baxmayaraq  sonda  dostcasına  görüşüb  ayrılmaları  və  s.  haqqında 
dastan- 
rəvayət  bölgədə  geniş  yayılmışdır  [10,  280-286].  Adlarını  yuxarıda  qeyd 
etdiyimiz  aşıqların  Ağbaba  bölgəsində  tarixin  müxtəlif  kəsimlərində  deyişmələri, 
məclislər keçirmələri, el şənliklərində çalıb-oxumaları Ağbaba-Çıldır aşıq mühitinin 
digər  aşıq  mühitləri  ilə  birgə  eyni  etno-milli  köklərdən  qaynaqlanmalarını,  geniş 
mədəni-tarixi  və  coğrafi  areal  çərçivəsində  fəaliyyət  göstərmələrini 
gerçəkləşdirmişdir.  
Ağbaba-Çıldır aşıq mühitinin tarixi-mədəni səciyyəsindən söhbət açarkən bir 
m
əsələni də unutmaq olmaz ki, 1944-cü ildə sürgün olunan Axıska mahalının əhalisi 
arasında onlarla saz-söz sənətkarı da olmuşdur. Onlar sürgün olunduqları ölkələrdə - 
Qazaxıstanda, Özbəkistanda, Tacikistanda və başqa yerlərdə, söz yoxdur ki, mənsub 
olduqları  aşıq  mühitinin  sənət  ənənələrini,  saz  havacatlarını  yaşatmış  və  müəyyən 
d
ərəcədə  məskunlaşdıqları  ərazilərin aborigen əhalisinin folkloruna da öz təsirini 
göst
ərmişdir.  Hal-hazırda  qeyri-dəqiq  məlumatlara görə, Türkiyədə  300 min, 
Az
ərbaycanda 70 min, Qazaxıstanda 18 min, Özbəkistanda 16 min, Qırğızıstanda 76 
min, Rusiya Federasiyasında 10 min Axıska türkü yaşayır. Aşıq Məhəmməd Səfili, 
Aşıq  Nəcib,  Aşıq  Eyvaz  və  digər sənətkarlar  repressiyanın  ağır  məngənəsinə 
salınsalar da, tükənməz vətən eşqi, türkçülük, milli gələnəklərə bağlılıq onları sənət 
ənənələrindən  heç  vaxt  uzaq  düşməyə  qoymamışdır.  Aşıq  Məhəmməd  istedadlı  və 
sin
ədəftər saz-söz ustası olmuşdur. “Şeirlərinin çoxunu “Molla”, “Cindar” və “Səfili” 


 
34 
t
əxəllüsləri ilə yazıb” [97, 331]. 1937-ci ildə repressiya qurbanı olmuş bu sənətkarın 
v
əfat etdiyi tarix və yer məlum deyil. 
“Koroğlu”nun  ustad  ifaçısı  olmuş  Molla  Məhəmmədin, Vəli Xuluflunun 
1929-cu ild
ə  buraxdığı  “Koroğlu”dakı  iki  qoldan  birinin  söyləyicisi  olması,  Hacı 
Zeynalabdin Tağıyevin yanında aşıqlıq etməsi də məlumdur” [81, 198]. Bu fakt Aşıq 
M
əhəmməd Səfilinin dolayısı yolla Ağbaba-Çıldır aşıq mühitinin Şirvan aşıq mühi-
tin
ə gətirdiyi təsir kimi diqqəti çəkir. 
Ağbaba-Çıldır  aşıq  mühitinin Güney Azərbaycanın  aşıq  mühitlərindən 
Urmiya aşıq mühiti ilə də sıx sənət əlaqələri olmuşdur. Qeyd etdiyimiz kimi, Ağbaba 
v
ə Axıska mahallarının Rusiya tərəfindən işğal olunması səbəbindən bu əlaqə yalnız 
Çıldır,  Qars,  Ərzurumlu  sənətkarlar vasitəsi ilə  gerçəkləşmişdir.  Xüsusilə, Urmiya 
aşıq  mühitində  mövcud  saz  havacatları  ilə  Ağbaba-Çıldır  saz  havaları  arasında 
yaxınlıq bu əlaqələrin kökünün bir neşə əsr qabaqda olması fikrinə müəyyən dərəcədə 
əsar  verir.  “Urmiya  aşıq  mühiti  aşıqlarının  saz  havalarının  ahəngində  Azərbaycan 
aşıq  havaları  ilə  birgə  Anadolu  aşıq  havalarının  ahəngini,  melodiyasını  da  duymaq 
mümkündür” [201, 117] . 
Ağbaba-Çıldır  saz  havalarının  Urmiya  aşıq  havalarına  yaxınlığı  fəslin 
əvvəllərində qeyd etdiyimiz kimi, folklorşünas H.İsmayılovun da diqqətini cəlb etmiş 
v
ə  alim bu cəhəti  Ağbaba-Çıldır  aşıq  mühitinin  özəl xüsusiyyətlərindən biri kimi 
qiym
ətləndirmişdir. 
Ağbaba-Çıldır aşıq mühitində “Müsəlman Keşişoğlu”, “Paşa köçdü”, “Erməni 
Ke
şişoğlu” və s. saz havalarının lokal-regional çevrədə eyni ad və eyni ifa tərzi ilə 
Urmiyada da spesifik s
ənət elementləri kəsb etməsi hər iki aşıq mühitinin qarşılıqlı 
əlaqələrini göstərir.  Maraqlıdır  ki,  Azərbaycan  folklorunun  ayrı-ayrı  mühitlərində 
“Vağzalı” adı ilə tanınan “Paşa köçdü” havası Ağbaba-Çıldırda saz və oyun havası 
kimi sonuncu deportasiyayad
ək həmin adla da ifa olunurdu. Qeyd edək  ki,  “Çıldır 
divanisi”,  “Çıldır  çiçəyi”,  “Paşa  köçdü”,  “Çıldır  müxəmməsi” və  s.  saz  havaları 
Borçalı aşıq mühitinin tanınmış nümayəndələrinin, xüsusilə Aşıq Hüseyn Saraclının, 
Aşıq Əmrahın repertuarında geniş yer tutmuşdur [85, 538-549]. Bu saz havaları indi 
d
ə Borçalıda ən çox sevilən havalardandır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə