Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   6   7   8   9   10   11   12   13   ...   100

 
29 
cəhdlərin heç bir  elmi  dəlilə  söykənmədiyi  bəlli olur.  Bu  cəhəti  erməni  alimlərinin 
özləri də dəfələrlə etiraf etməyə məcbur olmuşlar.  
Qeyd  etməliyik  ki,  erməni  şifahi  xalq  ədəbiyyatına  olduğu  kimi,  gürcü 
folkloruna da Azərbaycan-türk aşıq sənətinin danılmaz təsiri olmuşdur. Bir çox gürcü 
aşıqları türk-Azərbaycan dilində şeirlər yazıb, xalq arasında Azərbaycan aşıq sənəti 
ənənələrini  davam  etdirmişlər.  Türk-Azərbaycan  aşıq  sənətinin  gürcü  ədəbiyyatına 
təsiri ənənələrini araşdıran və dolğun elmi qənaətlər əldə edən prof. V.Hacılar yazır 
ki, XVIII-
XX yüzilliklərdə Aşıq Ruhani (İosob Beridze), Aşıq Sıvğa (Luka Beridze), 
Georgi Saraçaşvili, Aşıq Levan Tavrişvili, Aşıq Yaralı Torolaşvili, Aşıq Zeyin (Topo 
Beridze),  Aşıq  Mixayil  Zazadze,  Aşıq  Pəktayı  (Aqob  Zavadze),  Aşıq  Sandro 
Zedginedze, Aşıq Niko Davlaçeridze, Səfil Lado (Vladimir Beruaşvili), Aşıq Sandro 
Qavrelişvili və XX yüzilliyin 90-cı illərinə qədər yaşayıb yaradan Aşıq Eto (Ekvtime 
Davlaşeiridze) kimi onlarca gürcü aşığı və el şairi türk-Azərbaycan dilində şeir qoşub 
mahnı oxumuş, dastan söyləyib məclis aparmışlar [78, 182].  
Göründüyü  kimi,  Azərbaycan-türk  aşıq  sənətinin  gürcü  xalq  sənətkarlarına 
təsiri  bir  neçə  nəsli  və  əsri  əhtə  edir.  Əlbəttə,  bu  etnik-mədəni  təsirin  coğrafi 
hüdudları  genişləndikcə  milli-mənəvi  sərvətlərimizdən  bəhrələnən  aşıqlarının 
repertuarı da zənginləşir və beləliklə, Azərbaycan folkloru örnəklərinin gürcü xalqı 
arasında  yeni  variantlarının  yaranması  yönümündə  sənət  imkanlarının  genişlənməsi 
qanunauyğun  bir  hal  alırdı.  Borçalı  aşıq  mühitinin  araşdırıcısı  T.İsabalı  qızı  haqlı 
olaraq  yazır  ki,  “əslində  orta  əsrlərdə  şifahi  ədəbiyyat  müstəvisində  Azərbaycan 
ədəbiyyatının təsir dairəsi və coğrafiyası öz milli çərçivəsi baxımından Azərbaycan 
sərhədlərini  çoxdan  aşmışdı.  Azərbaycan  dili  qədim  erməni  dilinin  sintaktik  və 
morfoloji  sistemini  dəyişib  yeni  erməni  dilinin  yaranmasına  səbəb  olduğu  kimi, 
Azərbaycan-türk ozan-aşıq  sənəti  erməni  və  gürcü  milli  el  şairi  və  nəğməçiliyinin 
istiqamətini  tamamilə  öz  təsir  dairəsinə  salmış  məzmun  və  bədii  dəyərlərini  xeyli 
dərəcədə yeniləşdirmişdi” [92, 16].  
Folklorşünasın  doğru  olaraq  diqqəti  yönəltdiyi  belə  bir  mühüm  folklor 
etnotransformasiyasından  çıxış  edərək  deməliyik  ki,  regionun  qonşu  xalqlarının 
sənətkarları  Azərbaycan-türk ozan-aşıq  sənətinin  həm  bəstəçilik,  həm  ustad-şagird, 


 
30 
həm  ifaçılıq,  həm  poetik  ənənələrini  dərindən  mənimsəməklə,  bir  sözlə  bu  sənətin 
həqiqi varislərinə çevrilməklə Azərbaycan aşıq şeirinin Qafqazda və Şərqi Anadoluda 
tarixi-
mədəni funksiyasının ayrıca bir istqamətini təşkil edirdilər.  
Gürcü  mənbələrində  Azərbaycan  folkloru  və  ədəbiyyatı  məsələləri 
yönümündə  əhatəli  tədqiqat  aparan  prof.  H.Vəliyev  XIX  əsrin  sonu  XX  əsrin 
əvvələrində  Azərbaycan  dilinin  gürcü  xalqı  arasında  yalnız  ünsiyyət  vasitəsi  deyil, 
həm də şeir -sənət dili kimi geniş istifadə olunmasından elmi şəkildə söhbət açaraq 
Azərbaycan türkcəsində yazıb-yaradan onlarca gürcü el şairlərinin, aşıqlarının adını 
çəkir [42, 12; 109].  
Folklorşünas V.Hacılı (Hacılar) “Folklorumuzun üfüqləri”, “Gürcüstanda türk 
xalq  ədəbiyyatı  ənənələri”  monoqrafiyalarında  da  Azərbaycan-türkdilli gürcü 
aşıqlarından  ətraflı  bəhs  edərək  göstərir  ki,  erməni  aşıqları  kimi  gürcü  aşıqları  da 
Azərbaycan  dilinin  kommunikativ  və  ekspessiv  funksiyalarından  bəhrələnərək  xalq 
arasında Azərbaycan aşıq sənətinin davamçıları kimi tanınmışlar. V.Hacıların hər iki 
əsəri bu yönümdə aparılan qiymətli tədqiqatlardır.  
Ancaq burada bir məsələni qeyd etmək yerinə düşər ki, hər üç alim türkdilli 
gürcü  aşıqlarından  danışarkən  istisnasız  olaraq  onların  hamısını  Borçalı  aşıq 
mühitinin yetirmələri kimi təqdim edirlər. Doğrudur, T.İsabalı qızı bu məsələyə daha 
çox tarixi-
faktoloji baxımdan yanaşaraq ümumi mülahizələrlə münasibətini ifadə edir 
[92, 26-
27].  Prof.  V.Hacılar  Axıska  mahalında  yaşayıb-yaradan  gürcü  aşıqları  ilə 
Borçalı aşıq mühiti arasındakı sənət bağlılıqlarını təhlil edərkən Ağbaba-Çıldır aşıq 
mühitinin tarixi mədəni rolunu yetərincə işıqlandırmır. Halbuki müəllifin özünün də 
qeyd etdiyi kimi, “Çıldır-Qars aşıq yaradıcılığının qonşu Axırkələk, Ağbaba , Gümrü 
və  Borçalı  aşıq  yaradıcılığı  ilə  qarşılıqlı  təsir  və  sıx  bağlılığı  da  inkarolunmaz  bir 
həqiqətdir” [78, 176].  
Burada bir m
əsələyə  də  ayrıca  münasibət bildirməyi  vacib  sayırıq. 
Folklorşünas T.Qurbanov Ağbaba aşıq mühitindən bəhs edərkən nədənsə bu mühiti 
Şərqi  Anadolu  aşıqlığından  təcrid  etmiş,  “Ağbaba  Şərqi  Anadolu  torpaqları 
olduğundan burada Şərqi Anadoluya yaxın, bir qədər dəqiqləşdirsək Çıldır, Qars aşıq 
mühitl
ərinə  yaxın  bir  aşıq  mühitinin  formalaşması”  [114,  11]  qənaətinə  gəlmişdir. 


 
31 
B
əllidir  ki,  Ağbaba  aşıq  mühiti  əsrlər  boyu  Şərqi Anadolunun tərkibində  fəaliyyət 
göst
ərmişdir,  bu  mühitin  təşəkkülündə  onu  daxil  olduğu  mühitdən  ayırmaq, 
fikrimizc
ə, elmi cəhətdən düzgün deyildir. Müəllifin “bu mühit Şərqi Anadolu, eləcə 
d
ə  Gümrü və  Borçalı  aşıq  mühitlərinin təsiri ilə  formalaşıb  inkişaf  etsə  də, 
özün
əməxsus zəngin  aşıq  mühitidir”-  fikrinin birinci tərəfi ilə  razılaşmaq  çətindir. 
Olsa-
olsa,  Ağbaba  aşıqlığı  ilə  Borçalı  aşıq  mühiti  arasında  qarşılıqlı  sənət 
əlaqələrindən söz açmaq mümkündür. Gümrü ilə  bağlı  onu  qeyd  etmək olar ki, 
Gümrü v
ə Ağbaba aşıqları eyni tarixi-coğrafi və mədəni arealda fəaliyyət göstərmiş
eyni  aşıq  mühitinin  sənət  ənənələrini  daşıyıb  yaşatmışlar.  Rus  işğalından  sonra 
Gümrünün 
əhalisi, o cümlədən saz-söz sənətkarları doğma yurdu tərk etməyə məcbur 
olmuş,  öz  fəaliyyətlərini məskunlaşdırdıqları  digər  türk  torpaqlarında  davam 
etdirmişlər. Məsələn,  Gümrülü  Aşıq  Tüccar  Qarsda  məskunlaşmışdı.  Aşıq  Nəsibin 
atası Gümrünün yaxınlığındakı Güllübulaq kəndinə köçüb gəlmişdi. Nəsib də burada 
anadan olmuşdu. Aşıq Haqverdi Amasiyada, Dədə Mazan Çıldırda yerləşmişdi və s. 
Bütün bunlar Gümrü v
ə Ağbaba aşıqlarının eyni regional mühitə mənsub olduqlarını 
göst
ərir. 
Onu  da  xatırlatmaq  yerinə  düşər ki, Gümrüdə  güclü  bir  aşıq  mühiti 
formalaşdığı  üçün buraya  yerləşdirilən erməni sənətkarları bu  mühitin  təsiri  altında 
özl
ərinə ad-san qazanmağa çalışır, Azərbaycan folklorunun, o cümlədən Azərbaycan 
aşıq ədəbiyyatının müxtəlif örnəklərini özününküləşdirməyə səy göstərirdilər. “Tahir-
Zöhr
ə”, “Əsli-Kərəm”, “Aşıq Qərib” və s.dastanların erməni dilinə təbdil olunması və 
d
əfələrlə  nəşr  edilməsi həmin məkrli siyasətin təzahürüdür. Bircə  bu  faktı  demək 
kifay
ətdir ki, “Aşıq Qərib” dastanı Aşıq Civani tərəfindən tərcümə edilərək 1887-ci 
ild
ən 1924-cü ilədək  ayrı-ayrı  illərdə  on dəfə  Gümrüdə  (Aleksandropolda) çap 
olunmuşdur [41, 492-494]. 
Fikrimizcə,  Axırkələk,  Ağbaba,  Gümrü  aşıq  yaradıcılığı  Çıldır-Qars  aşıq 
yaradıcılığı ilə qarşılıqlı təsirdə deyil, birbaşa bu aşıq mühitinin tərkibində fəaliyyət 
göstərmişdir.  Çünki  qeyd  olunan  bölgələr  uzun  əsrlər  boyu  Osmanlı  dövlətində 
inzibati ərazi quruluşundan asılı olaraq ya Axıska-Çıldır bəylərbəyliyinin, ya da Qars 
vilayətinin  tərkibində  olmuşdur.  Başqa  bir  tərəfdən  Aşıq  Xəstə  Hasan,  Aşıq  Nuri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə