Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   8   9   10   11   12   13   14   15   ...   100

 
35 
M.  Qasımlı  Çıldır  aşıq  mühitindən bəhs edərkən  yazır:  “Təksazlı  ifaçılığa 
əsaslanan bu mühit aşıqlaşmış ozanlar qrupuna daxildir. Bardaş qurub oturaraq çalıb-
oxumaq 
ənənəsi də Çıldır aşıqlarının ifaçılığında müəyyən yer tutmuşdur” [106, 198]. 
Ənənəvi olaraq on iki simli sazlardan istifadə  edən  Ağbaba-Çıldır  aşıqlarının  üç 
p
ərdəli sistemin statikliyini mühafizə etmələrini göstərən folklorşünas bu ifa usulunu 
qopuz çalğı tərzinin əlaməti kimi səciyyələndirir. Bu xüsusiyyət Ağbaba-Çıldır açıq 
mühitinin Az
ərbaycan  açıq  sənətinin digər mühitləri ilə  əlaqəsini  araşdırmaq 
baxımından  mühüm  əhəmiyyətə  malikdir. Çünki mədəni-tarixi özəl keyfiyyət kimi 
t
əksazlı ifa tərzi, bardaş qurub oturaraq çalıb-oxumaq ənənəsi Urmiya aşıq mühitində 
d
ə  səciyyəvi  cizgi  olaraq  müşahidə  olunmaqdadır.  Azərbaycan  aşıq  sənətinin lokal 
şevrəsində  Urmiya  aşıq  mühitinin  tarixi-mədəni xüsusiyyətlərini araşdıran  M. 
Qasımlı  göstərir ki, “təksaz  ifaçılığa  əsaslanan  bu  mühitin  çalğı  biçimi  Anadolu 
aşıqlarının  (xüsusən də  Amasiya-Çıldır,  Sivas,  Ərzurum  və  İqdır  çevrəsinin)çalğı 
biçimiyl
ə xeyli səsləşir” [106, 244]. Görkəmli alimin bu dolğun elmi qənaəti Ağbaba-
Çıldır  aşıq  mühitinin  Urmiya  aşıq  mühiti  ilə  tarixi-mədəni ortaq cəhətlərinin 
dialektikası və qarşılıqlı əlaqəsinin başlıca istiqamətlərini müəyyənləşdirən fakt kimi 
qiym
ətlidir. 
Aşıq  Şenlik  Borçalı,  İrəvan  aşıq  mühitlərində  çox  sevilən  və  tanınan 
sənətkarlardan  olmuşdur.  “Borçalı  aşıq  mühitinin  biçimlənməsində  mühit xarici 
faktor  kimi  Çıldır  aşıq  mühitinin  (Ağbaba-Çıldır  aşıq  mühitinin-A.M.)konkret 
olaraqsa  Aşıq  Şenliyin  rolu  da  ayrıca  qeyd  olunmalıdır”  [92, 26]. Mərhum 
folklorşünas-alim M.Həkimovun  Açıq  Hüseyn  Saraclının  dilindən  yazıya  aldığı 
“Aşıq  Şenniyin  Borçalı  səfəri” [20, 93-117], türkiyəli  folklorşünas  O.Özbəkin 
toplayıb nəşr etdirdiyi “Aşıq Abbasla qarşılaşma” [224, 15-27] dastan-rəvayəti ustad 
s
ənətkarın Borçalıda nə qədər məşhur olduğunun və sevildiyinin bariz nümunəsidir. 
Bu  görkəmli  el  sənətkarının  Borçalıda  və  İrəvanda  ağır  məclislər  aparması, 
deyişmələri, “vədəli zəhərlə zəhərlənməsi” və s. haqqında çoxlu maraqlı əhvalatlar, 
dastan-
rəvayətlər mövcuddur.  
Xəstə Hasan ocağının qüdrətli nümayəndəsi Aşıq İsgəndər Ağbabalı Göyçə, 
Borçalı, Gəncəbasar aşıq mühitləri ilə sonuncu deportasiyayadək sıx sənət əlaqələri 


 
36 
saxlamış, adı çəkilən mühitlərlə Ağbaba-Çıldır aşıq mühiti arasında sənət əlaqələrinin 
möhkəmlənməsində və inkişafında mühüm xidmətlər göstərmişdir. Ustad sənətkarın 
vaxtilə  doğma  torpaqlarından  sürgün  olunmuş  məhsəti  türklərinin  kompakt 
yaşadıqları  ərazilərə  -  Qazaxıstana  və  Özbəkistana  davamlı  səfərləri  Ağbaba-Çıldır 
aşıq mühitinin özəlliklərini sabiq aborigen etnosun etnik-estetik düşüncəsinin bərpası 
istiqamətində göstərdiyi danılmaz xidmətlərdən sayılmalıdır.  
Bütün  bunlar  Azərbaycan  aşıq  sənətinin  tarixi-mədəni  sisteminin  tərkibində 
Ağbaba-Çıldır  aşıq  mühitinin  etnik  coğrafi  arealının  özünəməxsusluğunu,  spesifik 
xüsusiyyətlərini göstərən faktorlar kimi dəyərləndirilməlidir. 
 


 
37 
AĞBABA-ÇILDIR AŞIQ MÜHITI: TOPLAMA, NƏŞR VƏ TƏDQIQI 
T
ƏCRÜBƏSİ 
 
Çox q
ədim tarixi-genetik köklərlə  ümumtürk mədəni sisteminin əski ozan-
aşıq gələnəklərinə bağlı olan Azərbaycan aşıq sənəti son on-on beş ildə daha əhatəli, 
elmi konsepsiya 
baxımından daha mükəmməl surətdə tədqiqata cəlb olunsa da, hələ 
d
ə bu sənət haqqında vahid elmi-nəzəri sistem yaratmaq mümkün olmamışdır. Aşıq 
s
ənətinin ideya-estetik çevrəsi, milli-etnik əsasları, tipoloji və geneloji strukturu, dini-
sosial  dayaqları  və  s.  haqqında  indiyədək kəmiyyət və  keyfiyyət  baxımından  fərqli 
t
ədqiqatlar  aparılmışdır.  Lakin  bütün  bu  tədqiqat və  araşdırmalar  Azərbaycan  aşıq 
s
ənəti haqqında mükəmməl konsepsiyanın mövcudluğunu müəyyənləşdirə bilməmiş-
dir. Bu elmi m
əhdudluğun  bir  sıra  sosial-siyasi, etnik-mədəni, tarixi-coğrafi,  etik-
estetik v
ə s. kimi səbəbləri vardır. Ancaq ən mühüm səbəb folklorşünas H.İsmayılo-
vun qeyd etdiyi kimi, “ilk növb
ədə mövcud aşıq mühitlərinin mükəmməl öyrənilmə-
m
əsindən irəli gəlir. Problemə  ümumtürk kontekstində  yanaşma  tədqiqat üçün nə 
q
ədər  əhəmiyyətlidirsə,  ondan  artıq  əhəmiyyət kəsb edən regional və  lokal ele-
mentl
ərin müəyyənləşdirilməsidir. Çünki məhz bu yolla konkret mühitin və ya başqa 
sözl
ə, sənətin spesifikası  aşkarlana  bilir”  [94, 8]. Fikrimizcə, problemin bu cür 
qoyuluşu  və  əsaslandırılması  çağdaş  folklorşünaslığımızda  ayrı-ayrı  tədqiqat 
üsullarında  bu  və  ya digər dərəcədə  özünü göstərsə  də,  tam  şəkildə  öz həllini tapa 
bilm
əmişdir. Məsələyə tarixi-coğrafi aspektdən yanaşdıqda aydın olur ki, Azərbaycan 
aşıq sənəti haqqında mükəmməl elmi konsepsiya formalaşdırmaq üçün milli etnosun 
mövcud  olduğu  tarixi  coğrafiyanı  nəzərə  almaq olduqca vacib məsələdir. Çünki 
müxt
əlif lokal coğrafi hüdudları əhatə edən, ayrı-ayr regionlarda formalaşıb təşəkkül 
tapan aşıq mühitlərinin mükəmməl şəkildə öyrənilməsi bütövlükdə Azərbaycan aşıq 
s
ənətinin dolğun spesifikasını müəyyənləşdirə bilər. Digər tərəfdən Azərbaycan aşıq 
s
ənəti tarixin ayrı-ayrı mərhələlərində son dərəcə mürəkkəb ictimai-siyasi hadisələrin, 
t
əsir və  əks təsirlərin  mövcud  olduğu  ərazilərdə  təşəkkül və  təkamülünü davam 
etdirm
əklə  yanaşı,  müəyyən milli regionlarda tarixi-mədəni proseslərlə  bağlı  bu 
s
ənətin tənəzzülü də  müşahidə  olunmuşdur.  Məhz bu faktlar Azərbaycan  aşıq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə