Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   9   10   11   12   13   14   15   16   ...   100

 
38 
s
ənətinin regional xüsusiyyətlərinin, daha dəqiq desək,  aşıq  mühitlərinin  geniş 
aspektd
ə araşdırılmasının vacibliyini şərtləndirir. Bu amilləri diqqətlə müşahidə edib 
inc
ələyən M.Qasımlı yazır ki, “özünün ilkin inkişaf mərhələlərini vahid bir mədəni-
siyasi çevr
ədə-Səfəvi  dövləti  ərazisində  keçirsə  də,  sonrakı  tarixi  proseslər 
n
əticəsində  Azərbaycan  aşıq  sənəti  parçalanan torpaqlarla birlikdə  bir neçə  dövlət 
daxilind
ə fəaliyyət göstərmək məcburiyyətində qalmışdır” [106, 168]. Bu baxımdan 
Ağbaba-Çıldır  aşıq  mühiti  Azərbaycan  aşıq  sənətinin digər mühitlərindən fərqli 
olaraq daha geniş və dəyişkən tarixi-coğrafi sərhədlərin və etnik-mədəni proseslərin 
daxilind
ə mövcud olan, dəfələrlə deportasiya və repressiyalara məruz qalan etnosun 
mühafiz
ə  edib  qoruduğu  milli-mənəvi dəyərlərin, onun ədəbi-estetik  düşüncə 
sisteminin v
ə  s. kimi məsələlərin  araşdırlmasını  tələb edir. Qeyd etdiyimiz kimi, 
Ağbaba-Çıldır  aşıq  mühiti  özünün  inkişaf  mərhələlərini dörd dövlətin-Səfəvi, 
Osmanlı,  Çar  Rusiyası  və  keçmiş  Sovetlər Birliyinin tərkibində  keçirmişdir. 
Parçalanan  torpaqlarımız  kimi,  Ağbaba-Çıldır  aşıq  mühitinin  taleyinə  də  bölünmək 
düşmüşdür. Bizcə, mühitin tədqiqi tarixinə üç aspektdən yanaşmaq daha düzgün olar. 
1.
 
Ağbaba-Çıldır aşıq mühiti, bu mühitdə fəaliyyət göstərən ayrı-ayrı saz-
söz s
ənətkarları,  ifaçılıq  tərzi,  aşıq  şeiri  və  s.  haqqında  türkiyəli alimlərin 
araşdırmaları. 
2.
 
Çar Rusiyası və onun varisi olan Sovetlər Birliyi dövründə Azərbaycan 
folklorşünaslığında görülən işlər. 
3.
 
Milli müst
əqillik qazandıqdan sonra aparılan çalışmalar. 
 
Türkiy
ə folklorşünaslığında 
İlk  növbədə  qeyd etmək  lazımdır  ki,  Türkiyəli  folklorşünas  alimlərin 
t
ədqiqatları  həm kəmiyyət, həm də  keyfiyyətcə  daha çox diqqəti çəkir. Türkiyədə 
qeyd olunan bölg
ənin  aşıq  mühitindən bəhs edən  F.Köprülü,  Ə.Cəfəroğlu,  P.Naili, 
Borat
av,  N.Banarlı,  İ.Başbilən,  F.Kırzıoğlu,  M.Bayrı,  M.Uraz,  Ə.Tələt,  Ş.Elçin, 
V.Yağmurdərəli,  M.Yardımçı,  N.Turqut,  M.Özçelik,  Ə.Kafkasyalı,  B.Durbilməz və 
başqaları  həm toplama, həm də  tədqiqat  işləri  aparmışlar.  Adlarını  çəkdiyimiz və 
ç
əkmədiyimiz alimlərdən başqa, Türkiyədə bir sıra ictimai təşkilatlar, dərgilər, elmi 


 
39 
m
ərkəzlər, mədəni-maarif  ocaqları  da  bu  istiqamətdə  müəyyən xidmətlər 
göst
ərmişlər.  “Türk  Dil  Qurumu”,  “Türk  dünyası  araşdırmaları”,  “Türk  Folklor 
araşdırmaları”, “Qars Turizm və Tanıtma Dərnəyi”, “Doğuş” və s. kimi qurumlar və 
d
ərgilər əhəmiyyətli fəaliyyət göstərmiş və indi də göstərirlər.  
Görk
əmli alim F.Köprülünün keçən  əsrin 20-ci illərindən  başlayaraq  bu 
sah
ədə böyük xidmətləri olmuşdur. Onun “Ədəbiyyat araşdırmaları”, 5 cildlik “Türk 
sa
z şairləri”, “Azəri ədəbiyyatının mənşəyi”, “Türk ədəbiyyatında ilk mutasavvıflar” 
v
ə  s.  kitabları  yalnız  Ağbaba-Çıldır  açıq  mühitinin  öyrənilməsində  deyil, eyni 
zamanda ümumtürk 
ədəbiyyatının,  klassik  poeziyanın,  aşıq  şeirinin  müxtəlif nəzəri 
v
ə praktik məsələlərinin araşdırılmasında mühüm əhəmiyyət kəsb edir. F.Köprülünün 
m
əhsuldar  toplayıcılıq  fəaliyyəti ilə  qiymətli elmi-nəzəri irsi üzvi surətdə  bir-birini 
tamamlayır. “Türk saz şairləri” əsərində F.Köprülü Türkiyənin müxtəlif bölgələrində 
XVI-XIX 
əsrlərdə yaşayıb yaratmış 115 aşığın yaradıcılığından nümunələr vermişdir. 
Anadolu aşıq poeziyasının ilk toplayıcılarından biri kimi F.Köprülü öz kitabına “Türk 
ədəbiyyatında  aşıq  tərzinin mənşə  və  təkamülü”  adlı  əhatəli bir müqəddimə 
yazmışdır. On dörd qısa və yığcam bölümdən ibarət bu müqəddimədə F.Köprülü aşıq 
ədəbiyyatının mənşəyi, şifahi xalq və klassik ədəbiyyatla qarşılıqlı əlaqəsi, kənd və 
şəhərlərdə, eləcə də əşirətlərdə yetişən saz-söz sənətkarları haqqında maraqlı fikirlər 
söyl
əmişdir. 
F.Köprülü aşıq yaradıcılığının özünəməxsus cəhətlərindən bəhs edərkən onu 

əyyən bir zümrənin  ədəbiyyatı  kimi  deyil,  xalqın  ruhundan  qopan,  onun  bütün 
t
əbəqələri üçün doğma olan sənət kimi dəyərləndirir. “Aşıq tərzi (yaradıcılığı-A.M) 
yalnız bir ictimai sinfə və ya bir dini tayfaya aid xüsusi bir zümrə ədəbiyyatı deyil, 
bir-birind
ən fərqli müxtəlif çevrələrə, həyat və məişət şərtləri ayrı müxtəlif qruplara, 
müxt
əlif təriqət və  məslək sahiblərinə, fikir və  zövq səviyyələri bir-birindən çox 
f
ərqli insanlara məxsus müxtəlif zümrələr arasında müştərək bir ədəbiyyatdır” [218, 
43-44]. Mü
əllif XIII əsrdən  başlayaraq  Anadolunun  müxtəlif yerlərində  fəaliyyət 
göst
ərən Yəsəvi, Bəktaşi,  Heydəri, Qələndəri, Mövləvi və  s. təriqətlərin  aşıq 
ədəbiyyatı ilə qarşılıqlı əlaqəsini, daha doğrusu, təkkə ədəbiyyatının aşıq poeziyasına 
t
əsirini yığcam şəkildə şərh edərək bu qənaətə gəlir ki, “klassik şeir üzərində təsəvvüf 


 
40 
t
əsiri necə səthi qalmışsa, aşıq yaradıcılığı üzərində təkkə ədəbiyyatı təsiri də çox zəif 
bir boya mahiyy
ətində  qalmış,  onun  əsil ruhuna girə  bilməmiş,  həyatın  hər günkü 
hadis
ələrinə qarşı olan dərin və səmimi əlaqəsini kəsməmişdir” [218, 38]. Qeyd edək 
ki, F.Köprülü öz şərhində bir qədər birtərəfliyə yol verərək təkkə ədəbiyyatının aşıq 
yaradıcılığına  təsiri məsələsini  lazımınca qiymətləndirmir. Halbuki müəllif həmin 
fikrind
ən bir az əvvəl göstərir ki, “əsgəri siniflər  arasında  yetişən  aşıqlar, 
ümumiyy
ətlə Bəktaşi idilər” [218, 38]. Alim aşıqların öz adlarının qarşısında “qul” 
ad-titulunu, l
əqəbini  daşımasını  da  haqlı  olaraq,  Bəktaşiliyin,  təsəvvüfün təsiri ilə 
əlaqələndirir. Göründüyü kimi, F.Köprülü ozan-aşıq  keçid  prosesinin  əsil 
mahiyy
ətinin izahında bitərəfliyə müəyyən qədər yol versə də, onun ozan-aşıq sənəti 
haqqındakı fikirləri kifayət qədər ciddi səciyyə daşıyır. 
T
əkkə ədəbiyyatının aşıq sənətinə təsiri məsələsindən Azərbaycan folklorşü-
nas
lığında da müəyyən fikirlər söylənmiş, dəyərli tədqiqatlar aparılmışdır. Sufi-dərviş 
ocağından-təkkədən  çıxan  aşıqların  tarixi  kamilləşmə, təkamül prosesi keçirərək 
özl
ərinin  ifaçılıq  və  yaradıcılıqlarında  təkkə  ədəbiyyatının  ünsürlərindən 
b
əhrələnmələrini  şərh edən  M.Qasımlı  həmin  prosesi  tarixi  qanunauyğunluq  kimi 
qiym
ətləndirir. “Təsəvvüf  dünyagörüşü  orta  çağ  aşıq  şeirlərindəki obraz və 
deyiml
ərində  daha çox simvolik səciyyə  almasına, məcazi-işarəvi məzmun kəsb 
etm
əsinə təkan vermişdir. Həmin obraz və deyimlərin bir qismi təriqət leksikonundan 
v
ə  klassik poeziya ənənəsindən  hazır  qəliblər  şəklində  aşıq  yaradıcılığına  adlamış, 
dig
ər qismi isə  gerçəkliklə  bağlı  olan  məlum folklor obrazlarının  rəmzi-ürfani 
m
əzmun alaraq yeniləşməsiylə  yaranmışdır”  [106,  142-143]. Bu məsələ  ilə  bağlı 
folklorşünas H.İsmayılovun araşdırmaları da maraq doğurur. Alimin qənaətinə görə, 
oğuz  mədəniyyətində  ozandan  başqa  el  şairi  zümrəsi də  mövcud  olmuşdur.  Onlar 
islam mühitind
əki  əski türk xalq sufizmini təriqət  halına  gətirmişlər. Bütün bunlar 
onu göst
ərir ki, ozan-aşıq  sənətinin mənşəyi ilə  bağlı  istər Türkiyə, istərsə  də 
Az
ərbaycan  folklorşünaslığında  ciddi elmi  araşdırmalar  aparılmış,  elmi  mülahizələr 
yürüdü
lmüşdür.  Müəyyən  fikir  ayrılıqlarına  baxmayaraq,  adlarını  qeyd  etdiyimiz 

əlliflər aşıq sənətinin tarixi inkişaf prosesinin izahında demək olar ki, eyni elmi 
q
ənaəti bölüşürlər. Bu məsələ üzərində bir qədər ətraflı dayanmağımızın əsas səbəbi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə