Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   16   17   18   19   20   21   22   23   ...   100

 
59 
lığının  sürətli inkişafı  cəmiyyətdə  olduğu  kimi  aşıqlar içərisində də  “təbəqələşmə”- 
nin 
əmələ gəlməsi prosesinin baş verməsi ilə bağlıdır [122, 70]. 
Ə.Kabaklı  öz  araşdırmasında  aşıq  poeziyasının  yazıya  alınması  ilə  də  bağlı 
maraq
lı mülahizələr yürüdür, cünglərin üzərində diqqəti çəkərək, onların ədəbi-tarixi 
əhəmiyyətindən bəhs edır.  
Az
ərbaycan  aşıq  sənətinin tarixindən bəllidir  ki,  bir  sıra  görkəmli saz-söz 
s
ənətkarlarının (Abbas Tufarqanlı, Aşıq Qurbani, Aşıq Əmrah, Ərbabi və b.) poetik 
irsind
ən müəyyən örnəklər  qədim  əlyazmalarda, cüng və  təzkirlərdə  mühafizə 
edilmişdir.  Bu  cəhət  aşıq  yaradıcılığının  tədqiqində  mühüm  əhəmiyyət  daşımaqla 
yanaşı,  bəzi  şeirlərin müəlliflərinin dəqiqləşdirilməsində, məzmununun 
dürüstl
əşməsində  önəmli  rola  malikdir.  Aşıq  yaradıcılığının  tanınmış 
t
ədqiqatçılarından  M.Həkimovun qeyd etdiyi kimi, “zəngin  aşıq  ədəbiyyatının 
vaxtında təzkirlərdə və divanlarda yazıya alınmaması nəticəsində bir sıra dolaşıqlar 
əmələ gəldiyi kimi, eyni şeirlərin müxtəlif aşıqlarımızın adlarına dərc olunmalarına 
da s
əbəb olmuşdur” [85, 26].  
Folklorumuzu,  aşıq  sənətimizi  saxtalaşdırıb  özününküləşdirməyə  çalışan 
erm
əni alimlərinin  qondarma  iddialarının,  elmilikdən və  obyektivlikdən uzaq 
fikirl
ərinin əsassızlığını açıb göstərməkdə qeyd olunan mənbələrin rolu böyükdür. 
Ə.Kabaklı aşıq ədəbiyyatının yazıya alınması ilə bağlı mövcud mülahizələrə 
münasib
ət bildirərək onların əhəmiyyətini xüsusi qeyd edir. İlk öncə əsli türkcə olan 
cüng sözünün etimologiyasına aydınlıq gətirməyə çalışan alimin qənaətinə görə, əski 
türkc
ədə bu söz “yelkənli gəmi” anlamını ifadə etmişdir. Sonralar ərəb dilinin təsiri 
altında  mədrəsə  ziyalıları  cüng  sözünün  əvəzinə  “gəmi” mənasını  bildirən “səfinə” 
k
əlməsini  işlətməyə  üstünlük  vermiş,  beləliklə  də  sözün  ilkin  etimologiyası 
unudulmuşdur.  Müəllifin fikrincə,  yalnız  ədəbi-tənqidi  araşdırmalar  üçün  deyil, 
sosial-tarixi t
ədqiqatlar aparmaq üçün də cünglər faydalı mənbələrdir. Alim fikirlərini 
ümumil
əşdirərək bu cür ifadə  edir:  “Qısacası  cünglər  xalq  şeirlərinin  parçalarının, 
folklar örn
əklərinin  toplandığı  ən  mühüm  qaynaqlar  olduğu  kimi,  xalq  şairlərinin 
h
əyat və xarakterlərinə, macəralarına, təmasda olduqları kimsələrə dair ip ucları verən 
ön
əmli bəzi qeydlər və notlar da ehtiva edirlər” [197, 14]. 


 
60 
“Aşıq ədəbiyyatı” əsərində Ağbaba-Çıldır aşıq mühitinin nümayəndələrindən 
Aşıq Vartanın (XVIII əsr), Aşıq Əmrahın (XIX əsr), Çıldırlı Aşıq Şenliyin (XIX əsr), 
Aşıq Şummanin (XIX əsr) haqqında qısa bioqrafik məlumat və şeirlərindən örnəklər 
verilmişdir. 
Ə. Kabaklı türk dilində yazıb-yaradan erməni aşıqlarının türk mədəniyyətinin 
t
əsiri  altında  hətta güclü bəstələr  yapdıklarını  [197,  105]  bildirir.  Ə.Kabaklı  XVIII 
əsrdə yetişmiş erməni aşıqlarından Vartanın və Civan ağanın adını çəkir. Kitaba aşıq 
Vartanın  vücudnaməsi də  daxil  edilmişdir.  Lakin  burada  həmin vücudnamə  ixtisar 
olunaraq s
əkkiz bənddən ibarət cap olunmuş, F.Köprülünün kitabından bizə məlum 
olan qalan on s
əkkiz bənd, o cümlədən  qoşmanın  möhürbəndi verilməmişdir. 
Möhürb
əndin ixtisar olunması tərtibçi üçün, fikrimizcə, qüsurlu haldır. 
Alim XX 
əsrdə  yaşayıb-yaratmış  Ağbaba-Çıldır  aşıqları  və  el  şairləri 
sırasında  Kağızmanlı  Rəcəb Hifzidən (1893-1918),  Aşıq  Əfkaridən (XX əsr),  Aşıq 
Müdamid
ən (1774-1968), Aşıq Reyhanidən (1934), Dursun Durdağıdan (1937), Şərəf 
Taşlıovadan (1938), Murad Çobanoğludan (1945-2005) bəhs etmiş, bəziləri haqqında 
bioqrafik m
əlumatla kifayətlənmiş, bəzi aşıqlar barədə isə nisbətən geniş söhbət aç-
mış,  onların  yaradıcılığına  öz  münasibətini  bildirmişdir.  Məsələn,  Aşıq  Şenlikdən 
b
əhs edərkən müəllif aşığın özünəməxsus keyfiyyətlərindən biri kimi onun Anadolu 
v
ə  Azərbaycan  aşıqlıq  ənənələrini  ustalıqla  özündə  birləşdirməsini diqqətə  çəkir: 
“Şenliyin təməl özəlliyi  saz  şeirində  Anadolu və  Azəri gələnəklərini birləşdirmiş 
olmasıdır. Şenlik, çevrəsi Anadolu saz şeirində və hekayə (dastan) təsnifi gələnəyində 
yenilikl
ər yaratmışdır” [197, 141]. 
Şenliyin müasiri Summanini Ə.Kabaklı “haqq aşığı” adlandırır: “Şenlik kimi 
sevil
ən, bəzi təqibçiləri olan, təsəvvüfə vurğun olan Summani də röyasında pir badəsi 
içmiş haqq aşıqlarındandır” [197, 149]. 
Müxt
əlif dövrlərdə yaşayıb-yaratmış sənətkarlardan bəhs edərkən Ə.Kabaklı 
h
ər bir dövrün sosial-ədəbi mühitindən, bu mühitin özəlliklərindən,  aşıqlıq 
ənənələrindən və  s. məsələlərdən söhbət  açır,  aşıq  ədəbiyyatının  səciyyəvi 
xüsusiyy
ətlərini  ön plana çəkir. XVI əsr  aşıq  yaradıcılığı  ilə  XVII  əsr  aşıq 
ədəbiyyatını müqayisə edən alimin qənaətinə görə, XVI əsr aşıq poeziyasında yalnız 


 
61 
q
ələbələr,  qazanılmış  zəfərlər tərənnüm olunurdusa, XVII əsr  saz  ustalarının 
əsərlərində məğlubiyyət və torpaq itkisinin acısı da öz əksini tapmışdır. XX əsr aşıq 
poeziyası haqqında müəllifin mülahizələri maraq doğurur. Ə.Kabaklıya görə, çağdaş 
dövrümüzd
ə texniki tərəqqinin inkişafı aşıq sənətinə mənfi təsir göstərsə belə, bəlli 
olur ki, xalq 
ədəbiyyatı divan və təkkə ədəbiyyatından daha uzunömürlüdür. Bu da 
onu göst
ərir  ki,  aşıq  sənətinin kökləri  əski türk-oğuz  mədəniyyətinin  ən qədim 
qatlarından rişələnir.  
Bütün bu m
əziyyətləri ilə yanaşı, Ə.Kabaklının əsərində bir sıra dolaşıqlılıq 
v
ə  mübahisəli məsələlər də  mövcuddur. Məsələn,  Ə.Kabaklı  Aşıq  Ələsgərə  Aşıq 
Şenliyin böyük təsir göstərdiyini yazır. Halbuki belə təsir olsaydı, Aşıq Ələsgər də 
Şenlik  kimi  mükəmməl dastan nümunələri  yaradardı.  Müəllif öz fikrini 
əsaslandırmaq üçün Aşıq Şenliyin “Yaxşıdır” rədifli qoşmasına Aşıq Ələsgərin eyni 
adlı  nəzirə  yazdığını  qeyd  edir  [197, 143-145]. Nümunə  olaraq gətirdiyi örnək isə 
Aşıq Ələsgərin deyil, Xəstə Qasımındır. Bu isə xronoloji baxımdan mümkün deyil. 
Alimin  aşıq  ədəbiyyatında  “eşq  dünyasının  dolayısız  olaraq  qadın  erkək  ilişkiləri 
üz
ərində  qurulmuşdur,  ilahi  eşq  olduqca  zəifdir” [197, 27]-  fikri də  mübahisəli və 
yanlışdır. 
Ağbaba-Çıldır  aşıq  mühütinin  mədəni-coğrafi  arealında  ədəbi-estetik 
keyfiyy
ətlərin,  aşıqlıq  ənənələrinin, ustad-şagird  münasibətlərinin  davamlı  olaraq 
mühafiz
ə  olunduğu  bölgələrdən biri də  Ərzurumdur.  Ərzurum  və  onun çevrəsində 
yaşayıb-yaratmış saz-söz ustaları, bölgə üçün səciyyəvi aşıq havaları, xalq dastanları 
v
ə  s.  haqqında  Türkiyə  folklorşünaslığında  xeyli  tədqiqat  işləri  aparılmışdır.  Bu 
yönümd
ə  iyirminci  əsrin 40-cı  illərindən  başlayaraq  A.Cem,  A.Ensar,  A.Atalay, 
Pertev, N.Boratav, T.Bulut v
ə başqa tədqiqatçılar ardıcıl olaraq araşdırmalar aparmış, 
toplama v
ə nəşr işləri görmüşlər. F.Fındıkoğlunun adı ilə bağlı ilk tədqiqat işi (1927) 
sonrakı dövrlərdə M.Uraz, F.Köprülü, M.Qaradağ və digər alimlər tərəfindən daha da 
genişləndirilmişdir.  
Son ill
ər  aparılan  tədqiqatlar  sırasında  M.Özarslanın  “Ərzurum  aşıqlıq 
g
ələnəyi” (223) əsərini qeyd etmək  olar.  Əsərdə  Ərzurum bölgəsində  aşıq 
yaradıcılığının tarixi təşəkkülü və inkişafı, aşıqlıq ənənələri və bölgə aşıqları ilə bağlı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə