Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   14   15   16   17   18   19   20   21   ...   100

 
53 
Hifzi, Çıldırlı Aşıq Şenlik, Aşıq Zülali, Aşıq Sabit Müdami, Camal Xoca haqqında 
qısa bioqrafik məlumat və onların poeziyasından örnəklər verilmişdir. 
Qarsın  tarixi  və  mədəniyyəti, Türkiyə  folklorşünaslığında  Anadolu,  o 
cüml
ədən  Ağbaba-Çıldır  aşıq  mühitinin  nümayəndələri  haqqında  qiymətli  əsərlər 
yazıb, faktlar aşkara çıxaran alimlərdən biri kimi Fəxrəddin Kırzıoğlunun fəaliyyəti 
xüsusil
ə  diqqəti cəlb edir.  Onun  “Qarslı  üç  əski  saz  şairi”  (1876),  “Xalq 
hekay
ələrində  döşəmə-Söyləmə  gələnəyi”  (1968),  “Ədəbiyyatımızda  Qars”  (1958), 
“1855 Qars z
əfəri” (1950), “Ərzurumlu otuz divan şairi” (1870-1971) və s. məqalə və 
kitabları  Ağbaba-Çıldır  aşıq  mühitini  ətraflı  araşdırmaq  üçün  gərəkli elmi-ədəbi və 
filoloji faktlarla z
əngindir. Bu kitab və məqalələrdə F.Kırzıoğlu həm şifahi, həm də 
yazılı  mənbələrdən istifadə  etməklə  bir  sıra  görkəmli saz-söz  ustalarının  şeirlərini 
toplayıb nəşr etdirmiş, onların haqqında bioqafik məlumatlar vermişdir. 

əllifin tarixi əsərlərində də aşıq ədəbiyyatına geniş yer verməsi səciyyəvi 
xüsusiyy
ətlər kəsb edir. Qars vilayətinin müxtəlif bölgələrində  -  Çıldır,  Ərzurum, 
Axıska, Ağbaba, Qağızman və başqa yerlərdə rus işğalı, erməni zülmü, qanlı savaşlar 
v
ə  s. hadisələri  əks etdirən  aşıq  şeirlərinə  demək olar ki, alimin əsərlərinin hər 
s
əhifəsində  təsadüf etmək olar. Onun “1855 Qars zəfəri”  kitabında  Ağbaba-Çılıdır 
aşıq  mühitinin  Aşıq  Şenlik,  Aşıq  Qulu,  Aşıq  Bəhri,  Şörəyelli  Əfkari  kimi 
nümay
əndələri haqqında məlumat verilmiş və şeirlərindən örnəklər çap olunmuşdur. 
Qeyd ed
ək ki, adı çəkilən kitabda gedən şeirləri F.Kırzıoğlu tarixi məzmununa görə 
t
ədqiq obyekti seçmişdir.  Şərqi Anadoluda XIX əsrdə  baş vermiş  bir  sıra hadisələr 
haqqında  dolğun təsəvvür  yaradan  “93  qocaqlaması”  (Aşıq  Şenlik),  “Gəlir”  (Aşıq 
Qulu), “Qarsın qalası” (Aşıq Bəhri) və sair qoşmalar həm ədəbi-estetik, həm də tarixi 
münd
əricəsinə görə əhəmiyyət kəsb edir.  
Ümumiyy
ətlə,  Qarsa  aid  çap  olunan  kitablarda  Ağbaba-Çıldır  aşıqlarının 
poetik irsind
ən örnəklərin verilməsi səciyyəvi cəhətdir. 1964-cü ildə  Ankarada çap 
olumuş “Qars qalamızın 900 fəth ildönümü” toplusunda Qağızmanlı Rəcəb Hifzinin 
(XX 
əsr) yeddi, Qarslı Aşıq Hasanın (XVIII əsr) bir, Camal Xocanın (XX əsr) bir, 
Mövlu
d İhsaninin (XX əsr) iki şeiri çap olunmuşdur. Xalq şairlərinin və aşıqlarının 
şeirlərini  toplayıb  çap  etdirən  M.Karsaklının  (s.815-818);  A.Nebahat  Kırzıoğlunun 


 
54 
(s.818-
821) qısa bioqrafik məlumatları bəzi qüsurlarına baxmayaraq, Ağbaba-Çıldır 
aşıq mühitinə olan ardıcıl və sayqılı diqqətin ifadəsidir. M. Karsaklının “XX yüz ilin 
ən  çoşqun  xalq  şairlərimizdən” biri kimi qiymətləndirdiyi  Qağızmanlı  Hifzi 
haqqındakı  qısa  qeydləri  maraq  doğurur:  “Ondakı  coşqunluq,  təbiətindəki güclülük 
v
ə  zənginlik, hədsiz dərəcədə  gözəl dastan və  qoşmalarının  Qars  vilayətinə  qonşu 
bölg
ələrdə də tanınıb sevilərək oxunmasına yol açmışdır” [204, 815]. 
“Qars turizm v
ə  tanıtma  dərnəyi”nin  çap  etdirdiyi  toplularda  da  Ağbaba-
Çıldır  aşıqları,  əsasən də  Qars,  Çıldır  və  Axıska  bölgələrinin saz-söz sənətkarları 
haqqında müəyyən məlumatlara rast gəlmək olar. 1966-ci ildə dərnəyin çap etdirdiyi 
“Kars  ili”  toplusunda  Çıldır,  Ərdahan,  Hanak,  Posof  bölgələri  haqqında  tarixi 
m
əlumatlar öz əksini  tapmışıdır.  Qarsın  qurtuluşunun  45  illiyinə  həsr olunmuş 
toplunu çap etm
əkdə əsas məqsəd həmin bölgələrin tarixi barədə müəyyən təsəvvür 
yaratmaq olsa da, burada aşıq yaradıcılığına da yer verilmişdir. Mamaşlı M. Kuzunun 
t
ərtib  etdiyi  aşıq  şeirləri  Aşıq  Zülalinin,  Xoca  İrfaninin,  Axıskalı  Aşıq  Əhdarinin, 
A
şıq  Tüccarinin,  Aşıq  Üzeyirin,  el  şairi  Əhməd Məzluminin  yaradıcılıqlarından 

əyyən nümunələrdir. Tərtibçinin  özünün  qeyd  etdiyi  kimi,  “Posof,  Ərdahan  və 
Çıldırda  olan  cüng  və  məcmuələrdən  topladığı”  aşıq  şeirləri üsyankar ruhu və 
v
ətənpərvərlik  duyğularının  səmimiliyi ilə  seçilir. Topluda xalq sənətkarı  Əhməd 
M
əzluminin (2009-1930)  yaşadığı  dövrün  qüdrətli  söz  ustalarından  biri  olduğu 
göst
ərilir. “Çıldırlı Aşıq Şenlik, Nərimanlı Summani, Posoflu Zülali kimi çağdaşları 
il
ə deyişmələri vardır”  [202, 72]  -ifadəsi Əhməd Məzluminin istedadlı  bir sənətkar 
olduğunu təsdiqləyir. 
Toplunun sonunda qeyd olunan bölg
ələrdə  yaşayıb-yaratmış  aşıqlar  və  xalq 
s
ənətkarları  haqqında  qısa  bioqrafik  məlumat müəyyən  əhəmiyyət  daşıyır.  “Xalq 
şairlərimizin adları” başlığı altında verilən həmin siyahı 74 sənətkarı əhatə edir. Lakin 
bu s
ənətkarın hamısı aşıq, el şairi deyildir. Müəllif xalq arasında məşhur olan bir sıra 
ziyalıları  da  bu  siyahıya  daxil  etmişdir.  Məsələn  Çıldır  və  Axıska  bölgələrində 
tanınmış  din  xadimi  Altun  Xoca  (1874-1934),  yerli  ziyalılardan  Yasin  Akgöl  (XX 
əsr), Dursun İlhaqi (1867-1947) və digərləri buna misal ola bilər. Bəzi yanlışlıqlara 
baxmayaraq bu topluda aşıqlar haqqında verilən bilgilər öz əhəmiyyətini təsdiqləyir. 


 
55 
Aşıq  Üzeyir  Fəqiri  haqqında  “Kirmişah”  adlı  türkülü  gözəl bir hekayəsi  [dastanı] 
vardır”;  Aşıq  Zülali  barədə  “Doğuş”  jurnalının  iyul,  avqust  saylarına  bax”  qeydi, 
el
əcə  Aşıq  Zülalinin  yetişdirdiyi  şagirdlərdən  dördünün  (Aşıq  Abbas  Zülalinin  ilk 
şagirdi; Cövhəri-usta hekayəçi; Aşıq İsgəndər; Aşıq Şükrü] adının çəkilməsi və qeyd 
olunan m
əlumatlar həmin dövr üçün maraqlı faktlardır. 
Yeri g
əlmişkən həmin siyahını tərtib edən folklorçu M.Karsaklının yürütdüyü 
mülahiz
ə  Ağbaba-Çılıdır  aşıq  mühitini  mədəni-coğrafi  baxımdan  səciyyələndirmək 
üçün maraqlıdır. Müəllif yazır: “İstər” saz vurmayan” soydan Xoca-şair [din adamı] 
v
ə  ya əhli-dil, istər “saz çalan” və  ya “dəyənək  tutan”  soydan  deyişlərini söyləyən 
aşıq,  istərsə  yalnız  xalq  deyişləri biçimindən mənzumələr  yazan  oxumuş-şair 
növünd
ən olsun, Qars vilayətinin  ən zəngin  xalq  şairləri  ocağı,  mərkəz Qars və 
Qağızmanla birlikdə bu dörd bölgəmizdədir” [204, 75]. 
Karsaklının  bu  mülahizəsi  Ağbaba-Çıldır  aşıq  mühitinin  mədəni-coğrafi 
arealında  fəaliyyət göstərən saz-söz  ustalarının  sənətkar statusunu və  Şərqi 
Ana
doludakı əhəmiyyətini göstərir. 
XIX-XX 
əsrlərdə yaşayıb-yaratmış Ağbaba-Çıldır aşıqlarının və el şairlərinin 
şeirlərinə  tarixşünaslığa  aid  tədqiqat  əsərlərində  sıx-sıx  təsadüf  olunması  qeyd 
etdiyimiz kimi s
əciyyəvi  haldır.  “Qars  vilayətində  erməni məzalimi  (1778-1920)”,  
Cem  Ender  Arslanoğlunun  hazırladığı  “Qars  Milli  İslam  Şurası  və  Cənub-Qərbi 
Qafqaz höküm
əti müvəqqəti milliyyəsi”  (1996),  Rasim  Bayrakdarın  “Axıska-Çıldır 
b
əylərbəyliyi” və  s.  kitablara  Şörəyelli  Əfkarinin,  Aşıq  Qəhrəmanın,  Bardızlı  Aşıq 
Ni
haninin, el şairlərindən Kərim Yayçılının, Göləli Nalbəndin, Səfil təxəllüslü Vəli 
Araslının və bir sıra başqa sənətkarların poetik irsindən nümunələr, eləcə də müəllifi 
b
əlli  olmayan  şeirlər  daxil  edilmişdir.  Bu  şeirlərin  hamısında  Qars,  Axıska, 
Axırkələk,  Şörəyel və  Şərqi Anadolunun digər  ərazilərində  rus  qoşunlarının, 
erm
ənilərin törətdikləri  qanlı  fəlakətlər,  işğal  olunan  vətən  torpaqlarının  ağrısı, 
düşmənə  nifrət,  ayrılıq  və  həsrət motivləri  başlıca  yer  tutur.  “Axıska-Çıldır 
b
əylərbəyliyi” kitabında Aşıq Üzeyirin iki qoşması (hər iki qoşma Axıskanın işğalı 
il
ə əlaqədar deyilmişdir), el şairi Göləli Nalbəndin “Kür” rədifli qoşması, naməlum 

əlliflərin “Axıska qocaqlaması” (1828), beşlik formasında yazılmış “Axıska ağısı” 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə