Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   22   23   24   25   26   27   28   29   ...   100

 
77 
h
ələ də qaranlıq olaraq qalır. A.Hacılı aşığın Darsel kəndindən olduğunu, XIX əsrin 
sonu, XX 
əsrin əvvəllərində yaşayıb yaratdığını [38, 162] göstərir. “Oğuz elindən – 
ozan dilind
ən” kitabında Xəstə Hasanın XIX əsrin əvvəllərində Axırkələkdə fəaliyyət 
göst
ərdiyi qeyd olunur. 
Fikrimizc
ə, folklorşünas V.Hacıların bu məsələ ilə bağlı mülahizələri həqiqətə 
daha  yaxındır.  Alim  yazır:  “Xəstə  Hasan XVIII yüzilliyin 60-  cı  illərində  anadan 
olmuş,  XIX  əsrin 40-cı  illərində  vəfat  etmişdir”  [78,  162].  Aşıq  Şenliyin  Aşıq 
Nurinin, Aşıq Nurinin Xəstə Hasanın şagirdi olduğunu, Aşıq Şenliyin 1850-1913-cü 
ill
ər arasında yaşayıb yaratdığını nəzərə alsaq, onda Xəstə Hasanın XIX əsrin sonu, 
XX 
əsrin əvvəllərində yaşaması faktı özünü doğrultmur. 
Dig
ər  bir  yanlışlıq  Xəstə  Hasanın  anadan  olduğu  kəndlə  bağlıdır.  Əslində 
X
əstə  Hasan  V.Hacılının  yazdığı  kimi,  Dırqına  kəndində  anadan  olmuş,  rus 
işğalından  sonra  kəndə  ermənilərin yerləşdirilməsi ilə  əlaqədar  olaraq  qonşu  Lebis 
k
əndinə  köçmüşdür.  Bu  haqda  maraqlı  bir  əhvalat da mövcuddur. Xəstə  Hasanın 
yaşadığı dövr və doğulduğu kənd haqqında müəyyən təsəvvür yaratmaq üçün həmin 
əhvalatı  və  bununla  bağlı  aşığın  söylədiyi  şeiri  burada  verməyi lazım  bilirik: 
“Dırqınaya Türkiyədən ermənilərin köçürülməsini Xəstə Hasan sakit qarşılayır. Lakin 
aşıq  bir  gün  görür  ki,  təzə  qonşular  onun  ot  sahəsini  biçib  otunu  aparırlar.  Aşıq 
erm
ənilərdən otu niyə  biçdiklərini  soruşduqda  onlar  aşığı  hədələyib “sənə  nə?” 
cavabını verirlər. Xəstə Hasan üzdəniraq qonşularının, xüsusilə Tiqran adlı erməninin 
h
ərəkətlərindən bərk qəzəblənir və bu əhvalatdan sonra qonşu Lebis kəndinə köçür. 
Adına deyirlər Digrən, 
Üzünd
əki ətdən irgən, 
Əlindəki dəmir dirgən,  
Çalhaçaldı Dırqınada. 
 
Çayırları düz gördülər, 
Özl
ərini yüz gördülər,  
X
əstəni yalqız gördülər, 
Qalmaqaldı Dırqınada. [78, 176] 


 
78 
“Çalhaçaldı  Dırqınada;  Qalmaqaldı  Dırqınada”  və  s. misralar kənddə  baş 
ver
ən özbaşınalıqların real təsviridir, Xəstə Hasan doğma kəndi haqqında belə mənfi 
fikird
ə ola bilməzdi. Bu isə bir daha sübüt edir ki, Xəstə Hasanın XIX əsrin sonu, XX 
əsrin əvvəllərində yaşayıb – yaratması kökündən yanlışdır. 
Burada bir fakta da münasib
ət bildirməyi zəruri sayırıq. Professor V.Hacılının 
göst
ərdiyi Lebis kəndi  Axırkələyin  deyil,  Əsmincə  rayonunun  ərazisindədir. 
A.Hacılının  qeyd  etdiyi  Darsel  kəndi isə  Adıgündə  yerləşir.  Xəstə  Hasan olsa-olsa 
Darseld
ə aşıq məclislərində, el şənliklərində ola bilərdi. 
İki  cildlik  “Azərbaycan  aşıq  şeirindən seçmələr”  kitabında  Ağbaba-Çıldır 
Aşıqlarından Xəstə Hasanın, Aşıq İsgəndər Ağbabalının yaradıcılığından nümunələr 
verilmişdir.  Kitabın  birinci  cildində  Xəstə  Hasanın  beş  şeiri  [27,  188-190], ikinci 
cildd
ə Aşıq İsgəndərin 19 bənd bayatısı, gəraylı, təcnis və s. janrları əhatə edən 33 
şeiri toplanmışdır [27, 385-407]. 
Son on ild
ə ağbabalı aşıq və el şairlərinin əsərlərinin toplanıb çap olunması, 
Ağbaba-  Çıldır  aşıq  mühiti  haqqında  müəyyən tədqiqatların  aparılması  intensiv 
xarakter  almışdır.  Lakin  çap  olunan  bəzi kitablarda folklor  örnəklərinə,  aşıq 
yaradıcılığına  müdaxilə  etmək cəhdləri duyulur. V.Vəliyev bu cür yersiz 
müdaxil
ələrə qarşı çıxaraq yazırdı: “Bir şeyi yadda saxlamaq lazımdır ki, qondarma, 
saxta nümun
ələr düzəldərək onu xalq ədəbiyyatının  qədim nümunəsi kimi qələmə 
verm
ək  xalqın  bədii  yaradıcılığına  yamaq  vurmaq  deməkdir” [160, 5]. Akademik 
H.Araslı folklora müdaxiləni yoluxucu xəstəlik adlandırır, belə cəhdlərin yolverilməz 
olduğunu  bildirirdi.  T.Səmimi ilə  Ə.Yusifoğlunun  tərtib etdikləri “Unutsaq 
unudularıq” [140] kitabında xalq arasında Aşıq Heydər kimi tanınan el şairi Heydərin 
(2007-
1949)  yaradıcılığı,  Ağbaba-Çıldır  aşıq  mühitinin  nümayəndələrinin poetik 
irsind
ən nümunələr, müxtəlif rəvayətlər, Ağbabanın tarixi haqqında müəyyən bilgilər 
v
ə s. öz əksini tapmışdır. 
Aşıq Heydərin  şeirlərində, dastan-  rəvayətləri də  işlənmiş  bir  sıra  toponim, 
oronim v
ə  hidronimlər bölgənin tarixi -  mədəni  coğrafiyasını  səciyyələndirmək 
baxımından  əhəmiyyət kəsb edir. XIX əsrin sonu əsrin  əvvəllərində  çar üsul - 
idar
əsinə, ermənilərə  qarşı  mərdliklə  mübarizə  aparan  Qaçaq  Usuf,  onun  oğlu 


 
79 
M
əmmədvəli, o dövrdə  bütün Qars vilatətində  məşhur  olan  Qars  Milli  İslam 
Şurasının  üzvü  Kərbəlayı  Məhəmməd  Hacı  Abbas  oğlu,  Məşədi Rəhim və  başqa 
tarixi  şəxsiyyətlər  haqqındakı  rəvayətlər də  maraq  doğurur.  Kitab nə  qədər  xoş 
niyy
ətlə  tərtib  olunsa  da,  Aşıq  Heydərin bədii  yaradıcılığından  verilən örnəklər 

ərisində  qondarma və  sönük  şeirlərin  olması  bu  el  sənətkarının  sənət  dünyası 
haqqında  yanlış  təsəvvürün  yaranmasına  səbəb olur. Məsələn, “Yaralama”, “Tək 
q
alıb”, “Bacım” və sair şeirlər buna nümunə ola bilər [140, 157; 280]. Kitab texniki 
c
əhətdən də qüsurlu tərtib olunmuşdur. 
Türk xalq 
ədəbiyyatının  tədqiqi və  tədrisi istiqamətində  uzun illər səmərəli 
elmi  -  pedaqoji f
əaliyyət göstərən professor Maarifə Hacıyevanın Anadolu aşıqları, 
aşıq  poeziyasının  bir  sıra  problemləri ilə  bağlı  maraqlı  araşdırmaları 
mövcuddur.Alimin  “Türk  aşıqları”  monoqrafiyasında  müxtəlif dövrlərdə  yaşayıb  - 
yaratmış saz-söz sənətkarlarının həyat və bədii yaradıcılığından bəhs olunur. Müəllif 
Yunus İmrə, Qaracaoğlan, Dadaloğlu, Aşıq Ömər, Aşıq Veysəl və digər qüdrətli saz 
ustaları  ilə  yanaşı  Aşıq  Əmrah,  Aşıq  Nuri,  Aşıq  Şenlik,  Aşıq  Summani,  Murad 
Çobanoğlu  kimi  Ağbaba  –  Çıldır  aşıq  mühitinin  tanınmış  nümayəndələri  haqqında 
d
əyərli araşdırmalar aparmışdır. O, Çıldır aşıq yaradıcılığı ilə Azərbaycan aşıq sənəti 
arasındakı  etno  –  milli köklərə  diqqət yetirir, mühitin tarixi -  mədəni cəhətlərinə 
münasib
ətini bildirir. Alimin qənatinə  görə,  “Aşıq  Şenliyin  yetişdiyi  üçə  bölünmüş 
Çıldır  bölgəsi,  təbirimizcə  aşıqlıq  sənətinin bütün incəliklərini  əks etdirmək 
baxımından Azərbaycan və Anadolunun kəsişdiyi nöqtə idi. Bu bölgə Xəstə Hasan
Aşıq  Şenlik,  Aşıq  Nuri,  Usta  Abdulla,  Aşıq  Nəsib,  Ağbabalı  Aşıq  İsgəndər,  Aşıq 
Əhməd, Çorlu Məhəmməd kimi neçə -neçə sənətkarlar yetişdirmişdir” [82, 14]. 
M.Hacıyevanın  Açıq  Şenliyin  həyatı  ilə  bağlı  bir  sıra  rəvayətlərə, elmi 
mübahis
ələrə münasibəti də maraq doğurur.Aşıq Şenliyin bir toyda, son məlumatlara 
gör
ə  irəvanlı  Mehdiqulu  xanın  qurduğu  məclisdə  aşıqları  məğlub etdiyinə  görə 
z
əhərlənib  öldürüldüyü  haqqında  həm Türkiyə, həm də  Azərbaycan  folklorşünas-
lığında  müəyyən fikirlər mövcuddur. Bəzi tədqiqatçılar  onun  İrəvanda zəhərlən-
dikd
ən  sonra  Arpaçayın  Diləvar kəndinə  gətirildiyini və  orada vəfat etdiyini 
yazırlar.Aşıq  Şenliyin  ardıcıl  tədqiqatçılarından  olan  E.Aslanın  söylədiyi bu fikir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə