Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   23   24   25   26   27   28   29   30   ...   100

 
80 
sonralar bir çox araşdırıcılar tərəfindən təkrarlanmışdır. Ə.Kabaklının qənaətinə görə, 
v
ədəli zəhər adlanan “bu zəhər  Şenliyə  tədricən təsir  etmişdir.  Arpaçayın  Diləvar 
k
əndinə  gedərək üç gün xəstə  yatdıqdan  sonra  orada  ölmüşdür.  Məzarı  Suxarada 
olub, 1937- ci ild
ə oğlu Mehmet tərəfindən düzəldilmişdir” [197, 143]. 
Az
ərbaycan  folklorşünaslığında  da  bu  məsələ  ilə bağlı  müxtəlif mülahizələr 
mövcuddur. B
əzi mənbələrdə  Aşıq  Şenliyin  iranlı  aşıqlar  tərəfindən zəhərlənməsi
x
əstələnərək  Ağbabanın  Xozu  kəndinə  gəlməsi və  orada vəfat etməsi göstərilir 
[178,8; 173
,  84].  Ə.Axundov  Aşıq  Şenliyin  ölümü  barədə  “Telli  saz  ustadları” 
kitabında  yazır:  “Aşıq  Şenlik  Ermənistanın  Gümrü  rayonunun  Çobankərə  kəndinə 
g
əlmiş,  ölənə  kimi  orada  qalmış,  XIX  əsrin  ikinci  yarısında  səksən  yaşında  vəfat 
etmişdir”  [150,  69].  Ə.Axundovun  bu  mülahizəsi iki cəhətdən dəqiqləşdirmə  tələb 
edir.  Birincisi,  Aşıq  Şenlik  80  il  yox,  63  il  ömür  sürmüşdür.  Bu  barədə  bəzi fikir 
ayrılığına  baxmayaraq,  əksər  folklorşünasların  qənaətinə  görə  Aşıq  Şenlik  1913-cü 
ild
ə vəfat etmişdir. Digər tərəfdən, həmin dövrdə Ermənistanda Çobankərə adlı kəndi 
Gümrü q
əzasında  mövcud  olmamışdır.  Çobankərə  kəndi  İrəvan  quberniyasının 
Eçmiadzin q
əzasında  yerləşmişdir.  1918-ci ildə  kəndin  əhalisi ermənilər tərəfindən 
qovulduqdan sonra, 1932-ci ild
ə əhalinin bir hissəsi yenidən geri qayıdaraq kənddə 
m
əskunlaşmış,  1948-ci ildə  isə  Azərbaycana  köçürülmüşdür.  Sonrakı  dövrlərdə 
Çobank
ərə İrəvan quberniyasının İrəvan qəzasının inzibatı ərazisinə daxil edilmişdir. 
Tamamil
ə  azəri türklərindən ibarət olan bu kəndin  əhalisi XX əsrin  əvvəllərində 
qovulmuş və kənd dağıdılmışdır [49, 425]. Göründüyü kimi, Aşıq Şenliyin vəfatı və 
ömrünün sonlarında yaşadığı kənd haqqında Ə.Axundovun məlumatı dəqiq deyildir. 
Q.V
əliyev,  M.Aslan  Aşıq  Şenliyin  “vədəli  ağı”  ilə  zəhərləndirilərək vəfat etdiyini 
yazırlar.  Bu  haqda  M.  Hacıyevanın  fikirləri həqiqətə  daha  çox  yaxındır.  Alim 

əyyən məlumatları, rəvayətləri dürüstləşdirərək yazır ki, Aşıq Şenlik İrəvanda bir 
toy m
əclisində aşıqları yenincə onu “vədəli zəhərlə” zəhərləyib xəstələndirirlər. İyul 
ayında  xəstə  Şenlik  öküz  arabası  ilə  Çıldıra  doğru  yola  çıxır.  Arpaçayın  Diləvar 
k
əndində  iki  gün  qaldıqdan  sonra  Ağbabanın  Quzukəndində  (indi Qarnaric) gəlin 
olan  qızının  evinə  aparılmış,  orada  ölmüşdür  sonra  cənazəsi Suxaraya gətirilmiş, 
“T
əzə məzarlıq” da dəfn edilmişdir [82, 138]. Aşiq İsgəndərin verdiyi bilgiyə görə, 


 
81 
Aşıq  Şenlik  özünün  “Çəkər” rədifli  qoşmasını  Quzukənddə  ölüm  ayağında 
söyl
əmişdir:  
Şenliyin fəryadı yeksan xak kimi, 
Salıbdı lərzəyə qan əflakımı, 
M
əndə olan dərdin hicran yükünü
N
ə kərgədan daşır, nə də fil çəkər. 
Türk alimi N.Onkun da Şenliyin vəfatı ilə bağlı fikri maraq doğurur: “Çıldırın 
o  zamankı  adıyla  Suxara  kəndində  doğulmuş,  bu  gün  sərhədlərimizin xaricində 
Ağbabanın Xozu kəndində ölmüşdür. Məzarı doğulduğu kəndində Suxaradadır” [184, 
107]. 
Vaxtil
ə Aşıq İsgəndər Ağbabalıdan, Aşıq Şenliyin qızı Gülxanımın qohumu 
80 yaşlı Piriyev Nurudan (hazırda o, Şamaxının Qızmeydan kəndində yaşayır- A.M) 
aldığımız  məlumatlar  da  bu  faktı  təsdiq edir. Qeyd edək  ki,  Aıq  Şenlik,  onun 

əmmalı  ölümü  haqqında  indi  də  Ağbaba  camaatı  arasında  maraqlı  əhvalatlar, 
r
əvayətlət yaşamaqdadır. 
“Türk aşıqları” əsərində haqqında bəhs olunan Aşıq Summani, Aşıq Əmrah, 
Aşıq Murad Çobanoğlu və digər saz-söz sənətkarlarının həyat və yaradıcılıqları geniş 
şərh olunmasa da, Azərbaycan aşıq sənəti ilə bağlı müəyyən məqamlar burada diqqəti 
ç
əkir. Kitabda adı çəkilən sənətkarlar barədə qeyri - dəqiq bəzi bioqrafik məlumatlara 
v
ə natamam fikirlərə də rast gəlmək mümkündür.Müəllifin “türk aşıqlarının yetişmə 
t
ərzlərinin milli mentalitetə uyğun olaraq” apardığı təsnifatla razılaşmaq çətindir. M. 
Hacıyeva  aşıqları  yetişdiyi  sosial  və  ədəbi mühitə  görə  on yerə  bölür : a) din və 
t
əsəvvüf mühitində  yetişən  aşıqlar;  b)  kənd, qəsəbə  və  şəhər mühitində  yetişən 
aşıqlar;  c)  dərd və  sevda ilə  aşıq  olmaq  və  s. Fikrimizcə, bu cür mürəkkəb bölgü 
t
əsnifatı daha da ağırlaşdırır. 
Son dövrl
ərdə çap olunmuş kitablar sırasında Aşıq Faxfurun (Aşıq İsgəndər 
Ağbabalının  oğlu)  “Telli  sazım”  kitabını  da  qeyd  etmək  olar.  Aşıq  poeziyasının 
müxt
əlif şəkillərində yazıb-yaradan aşığın şeirləri səmimi duyğuların poetik ifadəsi, 
regional cizgil
ərin, milli koloritin əlvanlığı  ilə  diqqəti çəkir.  Kitabın  tərtibində 


 
82 

əyyən  qüsurlar  olsa  da,  sıradan  çıxarılmış  Ağbaba-Çıldır  aşıq  mühitinin 
özün
əməxsus fərdi gələnəklərindən, poetik varislikdən soraq verməkdədir. 
Qeyd edildiyi kimi, Ağbaba-Çıldır aşıq mühiti və bu mühitdə yetişən ayrı-ayrı 
görk
əmli saz-söz sənətkarları haqqında folklorşünaslığımızda fundamental və əhatəli 
t
ədqiqatlar aparılmasa da, alimlərimizin son illərdə bu vacib sahəyə diqqətinin xeyli 
çoxaldığı  aydın  görünür.  Bir  sıra  monoqrafiya  və  dərsliklərdə,  çap  olunmuş 
m
əqalələrdə, televiziya və  radio  verilişlərində  Azərbaycan  aşıq  yaradıcılığı 
kontekstind
ə  mühitin səciyyəvi xüsusiyyətlərindən bəhs  olunmuş,  bölgə  aşıqlarının 
h
əyat və  yaradıcılıqları  haqqında  dəyərli fikirlər söylənmiş,  maraqlı  faktlar  aşkara 
çıxarılmışdır. Bu baxımdan M.Qasımlının “Ozan-aşıq sənəti” əsərində, A.Nəbiyevin 
“Az
ərbaycan xalq ədəbiyyatı”  dərsliyində  Ağbaba-Çıldır  aşıq  mühitindən  ayrıca 
söhb
ət  açılmış,  Azərbaycan  aşıq  ədəbiyyatında  regionun  aşıq  mühitinin  tarixi  rolu, 
genetik kökl
əri və sənət əlaqələri haqqında maraqlı mülahizələr irəli sürülmüşdür. 
S
ənətşünas  A.O.Kərimli  Ağbaba-Çıldır  aşıq  mühitinin  tarixi-mədəni 
s
əciyyəsi, Azərbaycan  aşıq  sənətində  mövcud  olan  saz  havalarının  bu  mühitdə 
yayılması,  bölgənin özünəməxsus hava-saz  repertuarının  səciyyəvi xüsusiyyətləri 
haqqında  maraqlı  və  orijinal  araşdırmalar  aparmışdır.  Onun  ayrı-ayrı  vaxtlarda 
müxt
əlif məcmuə və jurnallarda çap etdirdiyi məqalələr diqqəti cəlb edir. “Çıldır aşıq 
m
əktəbi haqqında bilgilər” [199], “Saz havaları” [98] və s. məqalələri bu baxımdan 
xüsusi 
maraq doğurur. 
G
ənc tədqiqatçı N. Əskərin Ağbaba-Çıldır aşıq mühiti ilə bağlı araşdırmaları 
vardır.  Onun  tanınmış  saz-söz  ustadı  Aşıq  Nəsibin həyat və  ədəbi fəaliyyətini 
dissertasiya mövzusu kimi t
ədqiq etməsi və bu işi başa çatdırması, araşdırmalarının 
n
əticəsi olaraq çap etdirdiyi məqalələr bu sahədə  mövcud  boşluğu  qismən də  olsa
doldurmağa xidmət edir. 
Ağbaba- Çıldır aşıq mühitinin öyrənilməsi, mühitin yetişdirdiyi görkəmli saz-
söz s
ənətkarları, dastan repertuarı və s. haqqında bu sətirlərin müəllifi keçən əsrin 80- 
ci ill
ərindən  başlayaraq  araşdırmalar  aparmış,  bölgənin zəngin folklorundan 
nümun
ələr toplayıb çap etdirmişdir. Dissertasiyanın girişində bu barədə yığcam bəhs 
olunmuşdur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə