Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   31   32   33   34   35   36   37   38   ...   100

 
106 
çoxc
əhətli, çoxmənalı bir anlayışdır. Onun məzmununun əsas qayəsini doğma təbiətə 
bağlılıq  təşkil  edir.  Ona  görə  təbiətin tərənnümü, təbiət gözəlliklərinə  pərəstiş 
motivl
əri  aşıq  poeziyasında  diqqətəlayiq bir yer tutur” [62,  71].  O.Əfəndiyevin bu 
mülahiz
əsi, göründüyü kimi, birtərəfli səciyyə  daşıyır.  Digər tərəfdən, bu fikir 
folklorşünaslığımızda  az  qala  bir  ənənə  şəklini  almışdır.  Halbuki  Vətən və 
v
ətənpərvərlik mövzusunda yaranmış aşıq şeirlərini təbiətin tərənnümü ilə bağlı dar 
bir elmi çevr
ədə araşdırmaq qətiyyən düzgün deyildir. 
Türkçülük v
ə islamçılığa, dövlətçilik ənənələrinə və soykökə bağlılıq, genetik 
yaddaşdan süzülüb gələn milli-etnik duyğular, kəskin sosial-siyasi ruh, milli azadlıq 
ideyaları  və  sair motivlər  Azarbaycan  aşıqlarının,  o  cümlədən Zülalinin poetik 
yaradıcılığında əhəmiyyətli yer tutur. 
Qeyd etm
ək lazımdır  ki,  Aşıq  Zülali  bir  sənətkar kimi gənc nəsildə  milli- 
azadlıq duyğularının tərbiyəsinə xüsusi fikir vermiş, özünün müəllimlik fəaliyyətində 
bu c
əhətə  böyük diqqət  yetirmişdir.  Həm  ədəbi, həm də  əməli fəaliyyətində 
türkçülüyü,  azadlıq  və  mübarizlik ideyalarını  təbliğ  etdiyinə  görə  o, çar hökuməti 
t
ərəfindən siyasi cəhətdən  şübhəli  şəxs kimi təqib va təzyiqlərə  məruz  qalmışdır. 
Folklorşünas M.Karsaklı Qars vilayətinin rus işğalı altında olduğu dövrdə Zülalinin 
bir müdd
ət müəllimlik etdiyini göstərərək yazır ki, “bu sırada (1904-cü ildən sonra-
A.M.)  Karsdakı  nüfuzlu  şəxslərlə  məktublaşaraq  şəhər mərkəzində  də  bir “Türk 
Üsuli-C
ədid məktəbi”  açılmasını  və  milliyyətçi  ideyaları  təlqin və  təbliğ  etdiyinə 
gör
ə rus casusları Zülalini məhkum etdirmək üçün əsassız bəhanəlar axtarırlar” [188, 
69-70]. 

əyyən obyektiv və subyektiv səbəblər üzündən doğma yurdunu tərk edən 
Zülali  harada  yaşamasından  asılı  olmayaraq  Vətənin, millətin dərdlərini öz dərdi 
bilmiş,  daim  Türkiyənin  taleyini  düşünmüşdür.  “Əmirlər, babalar, pirlər,  ərənlər”- 
dey
ə  xitab  etdiyi  türk  xalqını  milli  birliyə  səsləmişdir.  Bədii xitab va təkrirlər bu 
çağırışın emosionallığını daha da gücləndirir, ona poetik çalarlar və effekt əlavə edir: 
Der Zülali, g
əl sizinlə birləşək
Hicr
ət edək, bir vadidə yerləşək, 
G
əlin, Vətən xalqı, gəlin dərdləşək, 


 
107 
Sizinl
ə bir uzun söhbətə gəldim. [17, 63] 
Aşıq  Zülalinin  şeirləri içdən gələn səmimi  duyğuların  poetik  ifadəsidir. Bu 
poetik ifad
ə  birdən-birə  yaranmamış,  babalarımızın  əski  düşüncə  tərzindən, həyata, 
dünyaya v
ə cəmiyyətə baxışından və ətraf mühiti incə müşahidəsindən doğmuşdur. 
M
əhz buna görədir  ki,  özünün  poetik  düşüncələrində  Aşıq  Zülali  təbiiliyin və 
orijinallığın gözəl örnəklərini yaradır. 
Milli özünüd
ərkin, etno-milli  duyğuların,  dövlətçiliyin tərənnümü həmişə 
olduğu  kimi,  çağdaş  dövrümüzdə  də  Ağbaba-Çıldır  aşıqlarının  yaradıcılığında 
çoxçeşidli  janr  və  formalarda bədii  inikasını  tapmışdır.  Zaman  və  cəmiyyət 
d
əyişdikcə  sosial-siyasi, tarixi-mədəni proseslərə  aşıqlar  münasibət  bildirmiş,  milli 
d
əyərləri, dövlətçilik  ənənələrini, özgürlüyü və  türkçülüyü  geniş  xalq  kütlələri 
arasında təbliğ və tərənnüm etmişlər. Folklorşünas M.Özarslan aşıq sənətində gedən 
bu yenil
əşməni nəzərdə  tutaraq  yazır:  “Aşıqların  özəlliklə  cumhuriyyət, ordu, 
əsgərlik, ölkə bütünlüyü, Kipr məsələsi, zaman dəyişməsi kimi fərdi mövzuları dilə 
g
ətirmələri və  bu mövzularda söylədiklərini  geniş  kütlələrə  duyurmaları  onları 
yaşadan  xüsusiyyətləridir” [223, 171-172].  Bu  baxımdan  Aşıq  Reyhaninin,  Aşıq 
Mövlud  İhsaninin,  Aşiq  Murad  Çobanoğlunun,  Aşıq  Faxfurun,  Aşıq  İsrafilin 
poeziyasında  dərin məzmunlu  əsərlər orijinal səciyyə  daşıyır.  Mustafa  Atatürkün 
mill
ət və  Türkiyə  qarşısındakı  xidmətləri, imperialist qüvvələrə  qarşı  göstərdiyi 
f
ədakarlıq, xalq və dövlətin birliyi səmimi və poetik deyimlərlə, milli iftixar hissi ilə 
ifad
ə olunur: 
Atatürkün şərəfindən, şanından, 
Pay umanlar keçdi dadlı canından. 
Bayraq yapdıq şəhidlərin qanından, 
Mustafa Kamalın xatirələri. 
 
Z
əfərdə əsgərlik, dinclikdə xidmət, 
Reyhaninin eşqi budur nəhayət, 
Böyük-kiçik, saz-söz, sevgi-m
əhəbbət, 
Mustafa Kamalın xatirələri. [223, 172] 


 
108 
Eyni hiss v
ə  duyğuları  Aşıq  Mövlud  İhsani  “Cümhuriyyət  yazılı”  rədifli 
qoşmasında tarixi-bədii xronologiya şəklində dinləyiciyə təqdim edir: 
Eşitlik, söz haqqı hər vətəndaşa
Türk oğlu, sənindir yurd başdan-başa, 
Dil
ədiyin yerdə rahatca yaşa, 
V
ətənində cümhuriyyət yazılı. [223, 173] 
Aşıq Mövlud İhsani Türkiyədə gedən böyük quruculuq işlərini, türk xalqının 
qurub-
yaratmaq eşqini, türkçülüyün mənəvi qüdrətini ilhamla tərənnüm edir. Bəzən 
t
əsvirçiliyə yol verilsə də, bu tip şeirlər xalqın milli hisslərinin, etno-psixologiyasının, 
milli şüurun formalaşmasına güclü təsir göstərmişdir: 
Sözü ged
ən mövzuda Aşıq Reyhaninin ədəbi fəaliyyəti daha çox diqqəti cəlb 
edir. Onun Türk Ordusununu gücü v
ə  qüdrəti, milli birlik, milli özünüdərk və  sair 
kimi keyfiyy
ətlər  haqqında  duyğu  və  düşüncələri  poetik  misralrın  axarında 
gerç
əkləşir, türk və türkçülük haqqında fikirləri yalnız bədii təsiri ilə deyil, həm də 
sosial-siyasi v
ə  məzmun  dolğunluğu  ilə  seçilir. “Aslan kimi kükrəyən” Türk 
Ordusunun 
əzəməti “qələm aciz qalır, mürəkkəb yetməz” kimi klassik bir mübaliğə 
il
ə tərənnüm olunur, folklordan gələn bu ifadə obrazlı fikrə yeni effekt əlavə edir: 
Kükr
ədi Mehmetcik sel kimi axar
Havadan tökül
ər, dənizdən çıxar, 
Alnı cizgi-cizgi, dişini sıxar, 
İrəli deyincə komandanları. [223, 174] 
H
ərbi qüvvələrin qüdrətinin,  ordunun  döyüşkənliyinin tərənnümünə  həsr 
olunmuş  şeirlərin  ümumtürk  aşıq  sənətində, o cümlədən  Ağbaba-Çıldır  aşıq 
mühitind
ə  geniş  yer  tutmasının  tarixi-mədəni və  milli-genetik kökləri  vardır. 
Professor F.Körpülü bu m
əsələdən bəhs edərkən  yazır:  “Türklərin  xalq  şair-
musiqişünasları haqqındakı ilk tarixi məlumat Atilla dövrünə, yəni miladi tarixinin V 
əsrinin  ilk  yarısına  aiddir.  Qərb  qaynaqlarının  verdiyi  bu  bilgiyə  görə, Atillanın 
ordusunda  şairlər və  musiqiçilər  vardı;  onun  ziyafətlərində  bu  şairlər  Atillanın 
q
əhrəmanlıqlarına, zəfərlərinə dair düzüb-qoşduqları şeirləri oxuyardılar” [217, 157]. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə