Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   34   35   36   37   38   39   40   41   ...   100

 
115 
1997-
ci  il  tarixli  fərmanında  göstərdiyi  kimi,  “son  iki  əsrdə  Qafqazda 
azərbaycanlılara  qarşı  məqsədyönlu  şəkildə  həyata  keçirilmiş  etnik  təmizləmə  və 
soyqırımı  siyasəti  nəticəsində  xalqımız  ağır  məhrumiyyətə,  milli  faciə  və 
məşəqqətlərə məruz qalmışdır” [68]. 
Milli  liderimizin  dərin  məzmunlu  bu  fərmanları  böyük  siyasi  və  ideoloji 
əhəmiyyət  daşıyır.  Bütün  bu  qırğınlar,  zorakılıq  və  məşəqqətlər  Ağbaba-Şörəyel, 
Axıska-Axırkələk türklərinin də başına gətirilmişdir. Rus-erməni işbirliyi nəticəsində 
Türkiyənin  içərilərində  də  -  Qarsda,  Sivasda,  Ərzurumda,  Vanda,  Diyarbəkirdə, 
Ərdahanda  və  digər  ərazilərdə  də  qanlı  qırğınlar,  dəhşətli  fəlakətlər  törədilmiş, 
günahsız insanlar terror və repressiyaların qurbanına çevrilmişdir. Bütün bu törədilən 
cinayətlər xalq sənətkarlarının yaradıcılığında ürək-yanğısı ilə əks olunurdu. 
Şörəyelli  Əfkari  (XIX  əsr),  Aşıq  Qəhrəman  (XIX-XX  əsr),  Aşıq  Üzeyir 
(XYIII-
XIX əsrlər), Aşıq Qulu (XIX), Qul Əhməd (XIX-XX əsr), Aşıq Şenlik (XIX -
XX əsrlər), Aşıq Nəsib (XX əsr), Aşıq İsgəndər Ağbabalı (XX əsr), Aşıq Məhərrəm 
(XX  əsr),  Aşıq  Heydər  (XX  əsr)  və  başqa  saz-söz  sənətkarlarının  poeziyasında 
deportasiya  və  soyqırımların,  qırğın  və  fəlakətlərin  qanlı  izləri  yalnız  bədii 
təxəyyülün deyil, şəxsi müşahidələrin dəhşətli görüntüləridir. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  aşıq  yaradıcılığında  gözəllik, 
məhəbbət, təbiət və s. haqqında şeirlər kifayət qədər tədqiq olunsa da, deportasiya və 
soyqırımı,  repressiyaları  əks  etdirən  əsərlər  barədə,  demək  olar  ki,  söhbət 
açılmamışdır.  Azərbaycan  aşıqlarının  ictimai  motivli  şeirlərindən  bəhs  olunarkən 
Sovet 
ideologiyasının  təsiri  ilə  bütün  bunlara  birtərəfli  yanaşılmış,  məsələnin  əsil 
mahiyyəti  açıqlanmamışdır.  Folklorşünas  alimlərimiz  bu  cür  şeirlərdə  əsasən  yerli 
xan-
bəy  zülmünün,  çar  məmurlarının  özbaşınalığının  tənqid  edildiyini  göstərməklə 
kifayətlənmişlər.  Halbuki  Azərbaycan  aşıqlarının  ictimai  motivli  şeirlərinin 
əksəriyyətinin  alt  layında  qaha  qlobal  məsələlər  -  soyqırım,  deportasiya  və 
repressiyalar  geniş  şəkildə  əks  olunurdu.  Aşıq  Alı,  Aşıq  Ələsgər,  Növrəs  İman 
(Göyçə), Aşıq Cəlil, Aşıq Mehdi (Dərələyəz), Çoban Əfqan, Aşıq Hüseyn Şəmkirli, 
Mikayıl Azaflı (Gəncəbasar), Şair Ağacan, Yetim Mahmud (Borçalı) və bir sıra başqa 
saz-
söz sənətkarlarının yaradıcılığında bunu aydın görmək olar. 


 
116 
İkinci  bir  tərəfdən  Çar  Rusiyasının  Gəncədə,  Şəkidə,  Qarabağda  və  başqa 
yerl
ərdə  törətdiyi  qırğınlar,  işğalçı  rus  qoşunlarının  amansız  cinayətləri  haqqında 
çoxlu  şeirlər  qoşulmuş,  dastanlar  yaranmışdır.  Bolşevik  rejiminin  bütün  qadağa  və 
yasaqlarına, siyasi təzyiqlərə baxmayaraq rus istilasına qarşı mübarizə aparan Cavad 
xan kimi q
əhrəmanların vətənpərvərliyini xalqımız məhəbbətlə tərənnüm etmiş, tarixi 
faci
ələri özünün şifahi yaddaşında yaşatmışdır: 
Baydaqları bürc üstündə qurdular, 
Tifil uşaqları hamı qırdılar, 
O zaman ki, Cavad xanı vurdular, 
Sanasan qırıldı beli Gəncənin. [183, 8] 
“Folklorda milli istiqlal v
ə xalq azadlıq hərəkatına marağın artması baxımdan 
G
əncə  üsyanı  və  Cavad  xanla  bağlı  dastanların  yaranması  çox  səciyyəvidir” [105, 
175]. Lakin t
əəssüflə  qeyd etmək  lazımdır  ki,  bunların  çoxu  itib-batmış,  bir  neçə 
r
əvayət və şeir istisna olunmaqla günümüzə gəlib çatmamışdır. 
1804-cü ild
ə  Gəncə  xanlığının  süqutu,  Cavad  xanın  azadlıq  uğrunda 
mücadil
əsi, özünün və  oğlu  Hüseynqulu  xanın  şəhidliyi  yazılı  ədəbiyyatımızda  da 
qabarıq şəkildə əks olunmuşdur. “Şair” təxəllüslü Əbdülrəhman ağa Dilbaz oğlunun 
iyirmi dörd b
əndlik müxəmməsi Gəncə  qırğınının  dəhşətlərini epik-lirik  boyaların 
v
əhdətində əks etdirir. O da maraqlıdır ki, F.Köçərli Cavad xan Ziyadoğlunun hünər 
v
ə  rəşadətinin təsvir və  tərənnümünə  həsr  olunmuş  bu  müxəmməsi  “mərhum 
Əbdürrəhman  ağanın  əsərlərindən  ən  əhəmiyyətlisi” kimi qiymətləndirir. 
Əbdürrəhman  ağa  Dilbaz  oğluna  həsr etdiyi oçerkdə  müxəmməsin iyirmi dörd 
b
əndini verən görkəmli tənqidçi,  çox  güman  ki,  o  zamankı  çar  senzurasının 
qadağalarına  işarə  edərək, “cümləsini burada zikr etmək, bəzi səbəblərə  görə
mümkün olmadı” [102, 230] deyə öz təəssüfünü bildirirdi. 
Şörəyelli Əfkarinin “1853-1854 Şörəyel dastanı” adlı şeirində Gümrü ilə Qars 
arasında yerləşən Şörəyel bölgəsinin rus orduları tərəfindən işğalı və bu işğalı zamanı 
yerli əhaliyə-türk övladlarına tutulan divan təsvir edilir: 
Arpaçaydan əsgər olan çəkildi,  
Urus topu atdı, köylər söküldü.  


 
117 
O zaman İslamın beli büküldü,  
Dağıldı torpağın, daşın, Şörəyel. [213, 82] 
Bu şeiri qoşma yox, qoşma-mənzumə adlandırmaq daha düzgün olar. Çünki 
rus qoşunlarının Şörəyeldə törətdiyi fəlakətlər, görünməmiş qanlı qırğınlar uydurma 
deyil,  tarixi  həqiqətlər,  xalq  sənətkarının  gördüyü  real  gerçəkliklərdir.  Həm  də  bu 
faciələri, zülm və işgəncələri rus qoşunları ilə birlikdə erməni əsilli Behbudov kimi 
çar  generalları  törədirdilər.  Türkün  qanına  susayan  bu  qaniçənin  qəddarlığından, 
gördüyü qanlı səhnələrdən aşıq dəhşətə gələrək yazır: 
Behbudov baxmadı çörəyə, duza,  
Vay-
şivən yetişdi oğula, qıza.  
Mövlam qəhr eləsin, qoymasın gözə,  
Sərildi yerlərə leşin, Şörəyel. [213, 82] 
“Behbudov baxmadı çörəyə-duza” misrası ilə müəllif erməni xislətini, onların 
nankorluğunu  və  namərdliyini  açıb  göstərmişdir.  Tarixdən  məlumdur  ki,  Vasili 
Osipoviç Behbudov (Bebutov) rus ordusunda yüksək rütbəli zabit olmuş, 1810, 1820-
1829-
cu və 1853-cü illərdə rus-türk müharibələrinin iştirakçısı olmuş, çar Rusiyasının 
anti-
türk  siyasətinin  həyata  keçirilməsində  var  qüvvəsi  ilə  çalışmışdır.  Bu  qəddar 
erməni  generalı  yalnız  müharibə  və  döyüşlərdə  qırğınlar  törətməmişdir.  O, 
Zaqafqaziya canişini general Yermolovın adyutantı (1812-1816), Zaqafqaziya Mülkü 
İşlər İdarəsinin rəisi (1847-1854) və digər vəzifələrdə çalışarkən də azərbaycanlılara 
qarşı  törətdiyi  fitnəkar  əməlləri  ilə  tanınmışdır.  Aşıq  Şörəyelli  Əfkari  Şörəyel 
kəndlərini,  dinc  sakinləri  top  və  güllə  atəşinə  tutan  düşmənin  amansızlığını  təsvir 
etməklə  kifayətlənmir,  bu  bölgənin  “iyirmi  ildən  bir  qarışdığını”,  qanlı  döyüş 
meydanına çevirdiyini göstərir. Doğrudan da, Şörəyel bölgəsi dəfələrlə rus-turk, türk-
iran  müharibələri  nəticəsində  dağıdılıb  viran  qalmış,  minlərlə  günahsız  insan  qətlə 
yetirilmiş, doğma yurdundan didərgin düşmüşdü. 
Aşıq Qəhrəman 1918-ci ildə ermənilərin törətdikləri qanlı qırğınları görərkən 
“kaş bunları görməyəydim” - deyə insanların necə dəhşətli əzablara məruz qaldıqla-
rını, amansız yağının qadına, körpəyə rəhm etmədən hamını məsciddə, mərəkdə diri-
diri yandırdıqlarını göz yaşları içində qələmə alırdı. Əslən Qarsın Diqor kəndindən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə