Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   35   36   37   38   39   40   41   42   ...   100

 
118 
olan Aşıq Qəhrəman ermənilərin ingilislərə və ruslara arxalanaraq Şərqi Anadoluda 
xüsusi qəddarlıqla həyata keçirdikləri qətlləri nifrətlə damğalamışdır: 
Qəhrəman, səni sağ qalmaz olaydın,  
Bu fani dünyaya gəlməz olaydın, 
Şörəyeli belə bilməz olaydın,  
Sahibsiz vətənlər, insan qalmamış. [203, 53] 
“Qalmamış” rədifli qoşmasında Aşıq Qəhrəman sahibsiz uşaqların fəryadını, 
kör
pəsini  axtaran  anaların  naləsini,  dağıdılıb  viran  qalmış  kəndlərin  pərişan  gör-
kəmini təsvir  edərkən  eşitdiklərinə, bədii  təxəyyülünə deyil,  gördüklərinə  əsaslanır. 
Tarixi  dəlillər,  real  hadisə  və  faktlar  ermənilərin  törətdikləri  soyqırımın,  amansız 
qətllərin ölçüyəgəlməz miqyasından, qanlı faciələrin dəhşətlərindən xəbər verir: 
İslamlardan on köy, bütün dağılmış,  
Necə bir can: Duman orda boğulmuş.  
Cənazələr odun kimi yığılmış,  
Sahibsiz vətənlər, insan qalmamış. [203, 53] 
Ermənilərin törətdikləri qanlı qırğınları Aşıq Qərib Hasan (XVII əsrin sonu-
XIX  əsrin  ortaları)  “Müsibətnamə”  adlı  qoşmasında  sonsuz  nifrət  və  dərin  kədərlə 
qələmə  almışdır.  Yeddi  bəndlik  bu  qoşmanın  bütün  bəndləri  erməni  vəhşətinin 
amansızlığını əks etdirir: 
Harda qalıb türkün əri-igidi, 
Yandırıblar qocaları, seyidi, 
Aman allah itlər yeyir meyidi, 
Basdırmağa yoxdur xəlvət guşə, bax. [11] 
Qeyd edək ki, bölgənin regional janrlarından olan tırınqıların əksəriyyətində 
yurd-yuva 
həsrəti, amansız deportasiyaların izləri poetik şəkildə əks olunmuşdur. Biz 
son
rakı  fəsildə  tırınqılardan  bəhs  etdiyimizə  görə  Yetim  Əsgərin  tırınqı  yaradıcı-
lığından bir bənd verməklə kifayətlənirik: 
Yeridim, yürüdüm, dərd qovdu məni, 
Başımda yurdumun dumanı-çəni, 
Qəribin qürbətdə olmaz gümanı, 


 
119 
Ağbaba deyəndə yanar ağlaram. [11] 
Aşıq Qəhrəmanın, Şörəyelli Əfkarinin, Aşıq Qərib Hasanın şeirlərində təsvir 
olunan  qırğınlar  Xəstə  Hasan  ocağının  qüdrətli  nümayəndələrindən  biri  olan  Çorlu 
Məhəmmədin  (XX  əsr)  poeziyasında  da  bütün  dəhşətləri  ilə  təsvir  olunmuşdur. 
Müxtəlif  illərdə  yazılmış  şeirlərin  məzmunu  göstərir  ki,  ermənilər  tarixən  həmişə 
türkə  qarşı  amansız  mövqedə  dayanmış,  sanki  axıtdıqları  insan  qanlarından, 
törətdikləri  qətllərdən  zövq  almışlar.  Şörəyelli  Əfkarinin  “Şörəyel  dastanı”  şeirində 
erməni  zülmünün  təsviri  ilə,  Çorlu  Məhəmmədin  “Talanmış”  (1915)  divanisindəki 
təsvir,  demək  olar  ki,  eynidir.  Yazılma  tarixləri  arasında  50  ildən  çox  müddət 
olmasına  baxmayaraq,  hər  iki  şeirdə  ermənilərin  amansızlığı  və  rəhmsizliyi, 
soyqırımı,  insan  fəryadları  sanki  eyni  müəllif  tərəfindən  qələmə  alınmışdır.  Çorlu 
Məhəmməd “kaş gözlərim kor olaydı” - deyə bu müsibətə ağlayır, erməni zülmünü, 
amansız vəhşilikləri lənətləyir: 
Qan gölündə boğulubdur türk elləri burada,  
Ay-
ulduzlu türk ordusu görən qalıb harada?  
Qətl olanlar tikə-tikə, doğram-doğram orada,  
Şörəyelin, Ağbabanın mal-dövləti talanmış. [129, 89] 
Örnək gətirdiyimiz şeirlərdə hadisələrin məkanı və zamanı dəyişsə də, erməni 
xislətinin dəyişmədiyini, həmişə anti humanizmdən, qaniçicilikdən qaynaqlandığının 
bir daha şahidi oluruq: 
Hələ tüstü çəkilməmiş, yanan evlər iy verir,  
Göy də, yer də qan ağlayır, səs-sədama hay verir.  
Zalım fələk çalın-çarpaz dərdi mənə pay verir, 
Allah! Allah! Erməni də bizlərdən bac alanmış. [129, 89] 
Bu  misralar  bədii  təsvir  deyil,  bu,  bir  millətin  digər  millətə  qarşı  törətdiyi 
qanlı aksiyaların, amansız soyqırımın, zülm və işgəncənin tarixi görüntüləridir. “İki 
əsrlik  imperiya  siyasətinin  nəticəsi  kimi  türklərə  qarşı  dəfələrlə  törədilən  qırğınlar, 
soyqırımları,  deportasiyalar”  [19,  6]  türklərin  yaşadıqları  coğrafi  ərazilərin  bütün 
hüdudlarını əhatə etmişdir. Qeyd olunan bədii örnəklər bu fikri dönə-dönə təsdiqləyir. 


 
120 
“Erməni  də  bizlərdən  bac  alanmış”  ifadəsi  ilə  Çorlu  Məhəmməd  düşmən 
qüvvələri  düzgün  qiymətləndirmədiyimizə,  onu  olduğundan  zəif  sandığımıza  işarə 
etmişdir.  Bu  mövzuya  həsr  edilmiş  digər  şeirlər  kimi,  “Talanmış”  divanisi  də 
dünyagörmüş bir el sənətkarının faciəvi monoloqu təsiri bağışlayır. 
Deportasiya,  repressiya  və  soyqırımı  əks  etdirən  əsərlərdə  “Moskva”, 
“kazak”, “İvan”, “Akop”, “Boğos”, “Bediros” və s. kimi toponim və antroponimlərin 
sıx-sıx  işlədilməsi  rus-erməni  əlbirliyi  və  zülmü  ilə  bağlıdır.  Şəxsi  müşahidələr 
əsasında bu cinayətkar birliyin qanlı əməllərini saz-söz sənətkarları, el şairləri kədər 
qarışıq  qəzəblə  açıb  göstərirdilər.  Rus-turk  müharibələrində  tarix  boyu  ermənilərin 
xəyanətkarlığı, Moskvanın amansızlığı yazılı ədəbiyyatda olduğu kimi, aşıq şeirində 
də  yalnız poetik vasitə deyil, həm  də  sosial-siyasi  məzmun daşıyır.  “Türk  soyunun 
bütün  bölgələrində  təsirini  göstərən  bu  savaşların  ədəbiyyatımızda  da  öz  əksini 
tapması  tamamilə  təbiidir”[168,  89].  Bu  baxımdan  Ağbaba-Çıldır  aşıq  mühitində 
repressiya  və  deportasiyalar  tarixdə  olduğu  kimi  müxtəlif  zaman  kəsimlərini  əhatə 
edir. Ayrı-ayrı illərdə baş verən müharibələr, qanlı olaylar şübhəsiz ki, bütün ümumi 
cəhətləri ilə həm də xüsusi səciyyə daşımasının başlıca səbəbi törədilən qətllərin eyni 
qüvvələr  tərəfindən  müxtəlif  yerlərdə  ən  dəhşətli  forma  və  üsullarla  həyata 
keçirilməsindədir.  Bu  ikiüzlü  siyasət  isə  türklüyün  varlığını  sarsıtmaq,  düşmən 
qüvvələrin  türkün  üzərində  hökmranlıq  etmək  iddiası  ilə  bağlıdır.  Görkəmli  alim 
V.Bartold  “Tarixdə  türk  dünyası”  monoqrafiyasında  bu  siyasəti  ifşa  edərək  yazır: 
“Yüz  ilə  yaxın  Azərbaycan  müstəqil  xanlıqlar  dönəmi  rus  istilasına  boyun  əyərək 
XIX əsrin əvvəllərində artıq sönmüş, müstəmləkə dövrü başlamışdı. Azəri türklərin 
üçün Quzey Azərbaycanın bu yeni dönəmi çox məşəqqətli olmuşdur. Xanları Cavad 
xan  başda  olmaqla  ruslar  tərəfindən  öldürülmüş,  ziyalıları,  vətənsevərləri,  yazarları 
mərhəmətsizcəsinə  Rusiyanın  içindəki  zindanlara  atılmış,  xanlar,  xanimanlar 
söndürülmüş,  kimsəsiz  Azəri  türkü  sonunda  türk  olduğu  üçün  cəzalandırılmışdı” 
[176
, 179]. Ərdahanda törədilən cinayətlərin naməlum bir xalq sənətkarının şeirində 
poetikləşməsi  real  tarixi  gerçəkliklərin  nə  qədər  faciəli  və  ağır  hadisələrlə  dolu 
olduğunu göstərir: 
Cami, məscid doldu şivən,  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə