Avtandil ağbaba


AŞIQ POEZİYASININ ESTETİK SƏCİYYƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   43   44   45   46   47   48   49   50   ...   100

 
142 
AŞIQ POEZİYASININ ESTETİK SƏCİYYƏSİ 
 
İnsanın daxili aləminin poetik təcəssümü, bəşəri duyğu və hisslərin, mənəvi-
estetik kamilliyin t
ərənnümü, cəfakeşliyin  aşıq-məşuq  münasibətlərində  mənənvi 
meyara  şevrilməsi, estetik ideala sədaqət Azərbaycan  aşıq  şeirinin  əsas 
mövzularından  biir  kimi  bütün  zamanlarda  aktual  olmuşdur.  Ayrı-ayrı  aşıq  və  el 
şairlərinin  əxlaqi  duyğuları,  mənəvi gözəllikləri yüksək sənətkarlıqla 
d
əyərləndirmələri  aşıq  ədəbiyyatının  ümumi  yaradıcılıq  prinsiplərindən soraq 
verm
əklə yanaşı, eyni zamanda fəaliyyət göstərdikləri mühitin regional cizgilərini də 

əyyənləşdirir.  Ağbaba-Çıldır  aşıq  mühitində  fəlsəfi-estetik dəyərləndirmənin 
obrazlı təzühürü mühüm sənət keyfiyyətlərindən sayılır. 
B
əşəri duyğuların tərənnümü 
Az
ərbaycan  aşıq  sənətinin bütün mühitlərində  olduğu  kimi  Ağbaba-Çıldır 
aşıqlarının  yaradıcılığında  da  bəşəri  duyğunun-ülvi məhəbbətin tərənnümü mühüm 
yer  tutur.  Aşiq  və  onun zəngin mənəvi  dünyası,  səmimi  duyğular,  insan  qəlbini 
riqq
ətə gətirən hisslər məhəbbət mövzusunda yaranmış aşıq şeirinin ana xəttini təşkil 
edir. Daxili v
ə  zahiri gözəlliyin vəhdəti, Azərbaycan gözəlinin sədaqət və  isməti, 
aşığın  hiss  və  həyəcanları,  tükənməz sevgisi bənzərsiz  poetik  boyaların 
harmoniyasında özünü göstərir.  
İstər orta əsr, istərsə də sonrakı dövrlərin aşıq şeirinə nəzər yetirsək, Ağbaba-
Çıldır aşıqlarının məhəbbətin tərənnümünə həsr olunmuş şeirlərini mövzusuna görə 
iki yer
ə ayırmaq olar: 
1. Düny
əvi məhəbbətdən, real gözəllikdən bəhs edən şeirlər
2. İlahi məhəbbətin tərənnümünə həsr olunumş sufi-ürfani poeziya. 
F
əslin sonrakı bölməsində təsəvvüf poeziyasından ayrıca bəhs etdiyimizə görə 
biz  burada  Ağbaba-Çıldır  sənətkarlarının  real  və  dünyəvi məhəbbətin tərənnümünə 
h
əsr olunmuş şeirləri üzərində dayanacağıq. 
Sevgi iztirabla
rı,  məhəbbət yolunda hər cür fədakarlığa  dözmək, mənəvi 
l
əyaqət və  bütövlük, vüsal həsrəti  bu  qrup  şeirlərin  başlıca  mövzusunu  təşkil  edir. 
Bağdad xanımın, Aşıq Əmrahın, Aşıq Şenliyin, Aşıq Xəstə Hasanın, Aşıq Nəsibin-


 
143 
“bir sözl
ə, ilk sələfdən, son xələfəcən  bütün  yaradıcı  aşıqların  sənətkarlıq 
axtarışlarında”  [106,  157]  bu  mövzu  etik  və  estetik  duyğuların  poetik  ifadəsində 
özünün t
əsdiqini tapır. 
H
əsrət motivləri,  ayrılığın  doğurduğu  sonsuz  kədər, cəfakeş  aşiqin  könül 
iztirabları Çıldırlı Bağdad xanımın şeirlərində yüksək sənətkarlıqla ifadə olunmuşdur. 
Türkiy
ə  və  Azərbaycan  folklorşünaslığında  bu talesiz  saz-söz sənətkarından çox  az 
b
əhs olunmuşdur. İlk dəfə prof. Ə.Cəfəroğlu “Hüdud boyu saz şairlərimizdən Bağdad 
Xanım” [182] adlı məqaləsində onun şeirlərindən örnəklər çap etdirmiş, nakam taleli 
s
ənətkarın  haqqında  Çıldır  bölgəsində  dolaşan  əhvalat və  rəvayətlərdən söhbət 
açmışdır.  M.Karsaklı  Bağdad  xanımın  XVI  əsrdə  Çıldırın  Qalaça  (Pərkəşən) 
k
əndində  yaşayıb-yaratdığını  qeyd  etməklə  kifayətlənmiş,  mənbə  kimi “Türk dili” 
d
ərgisinin 1965-ci il tarixli avqust nömrəsini göstərmişdir [204, 76]. 
Az
ərbaycan  folklorşünaslığında  prof.  H.İsmayılov  Bağdad  xanım  haqqında 
öt
əri də  olsa məlumat  vermişdir  [94,  293].  Ə.Cəfəroğlunun  adı  çəkilən məqaləsini 
L.Qasımlı  Azərbaycan türkcəsinə  uyğunlaşdıraraq  çap  etdirmiş,  yığcam  şəkildə 
Bağdad xanımdan bəhs etmişdir [54, 10-14]. 
Xalq  arasında dolaşan  bir  rəvayətə  görə, Bağdad  xanımın  Çıldırın  Pərkəşən 
k
əndində, digər bir rəvayətə  görə  isə  Pərkəşənin  şimalında  yerləşən Çiyaxorda 
ya
şayıb-yaratdığı  məlum  olur.  Ə.Cəfəroğlu  bu  rəvayətlərə  və  aşığın  sevgilisinin 
q
ədim xarabaları qalan Albızlı kəndindən olduğuna əsaslanaraq Bağdad xanımın bir 
neç
ə əsr əvvəl yaşadığını güman edir. Adının Bağdad və Bağdagül olması haqqında 
fikir  ayrılıqları  olsa  da,  şeirlərində  Bağdad  təxəllüsünü  işlətməsini nəzərə  alsaq, 
Bağdad adının daha doğru olduğu qənaətinə gəlmək olar. 
R
əvayətə  görə,  Bağdad  xanım  Pərkəşən kəndinin  qarşısındakı  Ağcaqala 
k
əndindən bir gənclə sevişib nişanlanmışdı. Oğlan iki kəndin arasında yerləşən gölü 
Bağdadın ocaq çatıb verdiyi işarəyə görə keçərək sevgilisinə qovuşurmuş. Lakin bu 
xoşbəxtlik uzun sürməmişdir. Bağdadın əmisi qızının hiyləsi nəticəsində gənc oğlan 
suda boğularaq həlak olmuş və sevgililərin bəxtəvər günlərinə son qoyulmuşdur. Qırx 
gün sonra 
əsil həqiqəti öyrənən  Bağdad xanımın  nakam  taleyi  ilə  barışaraq  yanıqlı 
şeirlər  qoşub  oxumaqdan  başqa  çarəsi  qalmamış  və  bu həsrətlə  ömrünü  başa 


 
144 
vurmuşdur. Onun bizə gəlib çatan qoşma və gəraylılarındakı kövrək və bədbin hisslər 
bu faci
əli hadisə ilə bağlıdır. 
Əlimizdə olan “Yar harda qaldı”, “Məni”, “Bu od” rədifli qoşmaları, “Məni” 
g
əraylısı  Bağdad  xanımın  incə  zövqlü, yüksək poetik istedada malik bir sənətkar 
olduğunu göstərməkdədir. Uğursuz eşqin, dərdli qəlbin ağır iztirabları bədii suallar, 
əlvan təşbehlər, təzad və  mübaliğələr vasitəsilə  ifadə  olunur, həzin və  kövrək bir 
aşiqin sızıntılarını dilə gətirir: 
G
əl doğrusun söylə, ay zalım fələk, 
Üç gündür g
əlmədi, yar harda qaldı? 
D
ərdli fəqanımdan sularda səmək, 
Rahatı qalmadı, yar harda qaldı? [182, 10] 
Murada yetişməyən aşığın qəm-qüssəsi poetik obrazların ifadəsində oxucunun 
da ür
əyində  təsirli  duyğular  oyadır,  onu  ovutmaq,  qəminə  şərik  çıxmaq  istəyənlər 
d
ərdin böyüklüyünü sanki bir daha dərk edirlər: 
Bu d
ərdin oduna canmı dayanır? 
X
əyalıynan gözüm al-qan boyanır, 
Bağdadam, ahıma dağ-daş da yanır, 
Q
ədər yetirmədi bir şada məni [182, 10]. 
Bağdad  xanımın  “Bu  od”  adlı qoşması  dini-ürfani səciyyəsi ilə  diqqəti cəlb 
edir. Aşıq eşq oduna yanmasının səbəbini ilahi məhəbbətin qüdrəti kimi mənalandırır. 
Bütün yaradılışın bu oda tutuşmasının, varlığın sirrinin məhəbbət atəşində olduğunu 
d
ərk edən aşığın düşüncələri dini-ürfani mahiyyəti ilə sufizmin müəyyən cizgilərini 
d
ə özündə əks etdirir: 
Hökm ed
ər Nəbiyə, hünkara, şaha, 
T
əsiri yetişir şəms ilə maha, 
H
ər bir məxluq uğrar mütləq bu rəha, 
Var-
yoxu yoluna çatdırır bu od. 
 
Bu oddandı Məcnun gəzdi səhrayı, 
Leyla-
Leyla deyib buldu Mövlayı, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə