Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   51   52   53   54   55   56   57   58   ...   100

 
166 
yerl
əşməsi,  çox  güman  ki,  ulu  babalarımızın  dağa,  daşa  tapınmaları,  dağı  soyun 
başlanğıcı hesab etmələri ilə bağlı olmuşdur.  Uşağı olmayan  qadınların nəzir-niyaz 
g
ətirib bu tapanaqları ziyarət etmələri də ehtimal ki, həmin inamdan doğmuşdur. Bu 
inam  xalq  arasında  pir və  ocaqlara,  “ağzı  əyri gələn düz gedər” ifadəsində  də  öz 
əksini  tapmışdır.  Fikrimizcə, müsəlman dini ənənələri türkün əski  inancları  ilə 
çulğaşdıqdan  sonra  bu  ziyarətgahlar islami məzmun  qazanmışdır.  Ağbaba-Çıldır 
aşıqlarının poeziyasında türk-islam mədəniyyətinin bədii təcəssümü də bu məqamdan 
qaynaqlanır. 
Ağbaba-Çıldır  aşıq  mühitinin  coğrafi  arealında  çoxlu  tapanaqların  olması, 
müq
əddəslərlə  bağlı  əfsanə  və  rəvayətlərin  yaranması  söz  yoxdur  ki,  saz-söz 
ustalarının  təsəvvüfi  baxışlarına,  onların  dini-mifoloji  dünyagörüşünə  təsir 
göst
ərmişdir. Məsələn, Ağbaba-Çıldırda geniş yayılan əfsanələrin birində deyilir ki
Çıldır gölünün şimal-şərqində Ağcaqala kəndinin qırağındakı Səngər adlanan hasarın 
içind
ə  böyük bir qaya var. Həzrəti-Əlinin  buraları  fəth etdiyi zaman mindiyi 
Düldülün  ayaq  izi  bu  qayaya  düşüb.  Yerli  camaat  buranı  ziyarət edərək müqəddəs 
sayır. Ərdahanda Vel qalasının yanındakı bir daşda da Düldülün ayaq izləri qalmışdır. 
Fikrimizi yekunlaşdıraraq demək istəyirik ki, ziyarətgah və ocaqların, sınaqlı pirlərin, 
müq
əddəs şəxsiyyətlərin adları ilə bağlı çoxlu yerlərin olduğu bu ərazilərdə doğulub 
boya-
başa  çatan  aşıq  və  el  şairlərinin  yaradıcılığında  dini-ürfani motivlərin, sufi 
ideyaların özünə möhkəm yer tutması tamamilə təbiidir. 
H
ər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, ilahi aləmlə bağlı müxtəlif ayin 
v
ə  rəqslərin  ifası  özünün  sufilik  funksiyasını  dəyişdiyi  kimi,  həmin  proses  vaxtı 
oxunan n
əğmələr də müəyyən dərəcədə dəyişikliyə uğramışdır. Lakin “əsasən qam-
şaman  ənənəsinin  davamı  kimi  səciyyələnən və  sufi mərasimlərinin müəyyən 
cizgil
ərini də  özündə  cəmləşdirən  aşıq  rəqsləri XIX yüzillükdən sonra öz tarixi 
m
əzmununu funksional idarəetmə  planında  itirməyə”  [106,  129]  başlasa  da,  bizim 
fikirimizc
ə, təriqət şeirlərində dini məzmun və sufi simvolika özünü bu və ya digər 
d
ərəcədə  mühafizə  edə  bilmişdir.  Bunu  son  100-150 ildə  Ağbaba-Çıldır  aşıq 
mühitind
ə yaşayıb yaratmış aşıqların poeziyasında aydın görmək olar. Aşıq Şenliyin, 
Aşıq Zülalinin, el şairi Camal Xocanın, Aşıq Nəsibin, Aşıq Xəstə Hasanın və digər 


 
167 
saz-
söz  ustadlarının  şeirlərində  ayrı-ayrı  təsəvvüf terminləri, dini-ürfani semantika 
poetik  şəkildə  gerçəkləşdirilir.  Ağbaba-Çıldır  aşıq  mühitinin  başlıca  saz-söz 
sənətkarlarının  sənət  yolunun  tədqiqindən  aydın  olur  ki,  onların  əksəriyyətinin 
yara
dıcılığı təsəvvüf motivləri ilə olduqca zəngindir. İkinci bir tərəfdən, bu mühitin 
Aşıq  Nöqsani,  Aşıq  Əmrah,  el  şairləri  Rəcəb  Hifzi,  Camal  Xoca  və  başqa 
nümayəndələrinin  müəyyən  təriqətlərə,  ən  çox  da  nəqşbəndilik  və  bəktaşilik 
təriqətlərinə  qulluq  etdikləri  məlumdur.  Hətta  islam  dininin  təsiri  o  qədər  güclü 
olmuşdur  ki,  Aşıq  Şenlik  kimi  ustad  bir  sənətkarın  ömrünün  sonlarına  yaxın  sazı 
buraxması haqqında rəvayətlər yaranmışdır [164, 11]. 
Aşıq Zülalinin də buta alarkən ona yalnız on il saz çalmaq möhləti verildiyi 
söylənilir  [195,  31;  33].  Bu  deyilənlər  təsəvvüfün  Ağbaba-Çıldır  aşıq  mühitində 
güclü  olduğunu  söyləməyə  əsas  verir.  Məlum  olduğu  kimi,  bir  sıra  rəmzi söz və 
ifad
ələr təsəvvüf  poeziyasında  dini-ürfani  görüşlərin ifadəsi  kimi  maraqlı  simvolik 
m
ənalar kəsb edir. Məsələn, eşq sözü kamil insanın Allaha olan sevgisini, işvə-ilahi 
c
əzbəni, meyxana-aşiqin qəlbi və ya təkkəni, naz-qəlbə qüvvət verməni, aşina-Allaha 
yaxınlaşmanı, vəfa-tanrının yardımını, saqi-doğru yol göstərəni, hu-Allahın adını və 
s. anla
mı ifadə edir. Qeyd etdiyimiz və digər təsəvvüf terminologiyası Ağbaba-Çıldır 
aşıqlarının  şeirlərində  sufi mahiyyətin,  əski  türk  tanrıçılığına  bağlılığın,  türk-
müs
əlman mənəvi dəyərlərinin bədii-ürfani göstəricisinə çevrilir. XIX əsrin “arı-duru 
türkc
ənin  ölümsüz  ozanı”  Ərzurumlu  Aşıq  Əmrahın  poezyasında  müxtəlif təriqət 
terminl
ərinin sıx-sıx işlənməsi onun şəxsi həyatından, yolçusu olduğu Nəqşbəndiyyə 
t
əriqətinin dini-ürfani mahiyyətindən  doğur.  Onun  şeirlərində  “süluk”, “çillə”, 
“xan
əgah”, “kütbu-dövran”,  “qırxlar”  və  s. sufi deyimləri,  simvolik  işarələr  Aşıq 
Əmrahın  həqiqi  eşqə  çatmaq üçün təsəvvüf məktəbi keçdiyini göstərir. Prof. 
F.Köprülü  Aşıq  Əmrahın  haqqında  dolaşan  xalq  rəvayətlərinə,  aşığın  özünün 
şeirlərinə istinad edərək “köydən-köyə, qəsəbədən-qəsəbəyə dolaşaraq” bu görkəmli 
s
ənətkarın Nəqşbəndiyyə təriqətinə qulluq etdiyini göstərir: “Onun - bu əsrin, (XIX 
əsrin - A.M) hətta XVIII əsrin bütün aşıqları kimi bir şeyxə intisab etdiyi şübhəsizdir. 
Xalq r
əvayətləri  daha  Ərzurumda  ikən Nəqşbəndiyyə  təriqətinə  girdiyini 
qüvv
ətləndirir» [218, 709]. 


 
168 
Elmi 
ədəbiyyatda  Aşıq  Əmrahın  təsəvvüf  lirikası  haqqında  fərqli fikirlər 
söyl
ənsə  də,  aşığın  bir  sıra  qoşmalarında  dini-təsəvvüf motivləri  sufi  poeziyanın 
f
əlsəfi mahiyyətini  əks etdirir. Bu fəlsəfi mahiyyət sufiyanə  işarələr, təsəvvüf 
simvolikaları ilə özünü göstərir:  
Lisanımız çar gevheri mücəlla,  
B
əhri-seyri eşqin dürr-əfşanıyız.  
M
əqamı-eşqimiz olunmaz inşa,  
H
əqiqət əhlinin bi-nişanıyız. [218, 730] 
Bənd  bütövlükdə  sufi  simvolikasının  mürəkkəb  anlayışları  üzərində 
qurulmuşdur.  Dilinin  “dörd  gövhərdən  cilalandığını”,  “eşq  dənizindən  dürr 
səpələndiyini”  ifadə  edən  misralarda  aşiq  özünün  həqiqət  yolçusu  olduğunu 
təsdiqləyir. 
“Çar gövhər” (dörd gövhər) dedikdə aşiq söz yoxdur ki, həqiqətə çatmağın, 
onun  nişanəsini  daşımağın  dörd  mərhələsini  nəzərdə  tutur.  “Mutasavvuflara  görə 
dinin  zahiri  üzü  şəriət,  iç  üzü  isə  həqiqətdir.  Şəriətdən  həqiqətə  gedən  yol  da 
təriqətdir. Həqiqətə çatan insan bütün varlıqların haqq olduğu sirrini qavrayınca tam 
yetkinliyə,  mərifətə yetişir”  [227, 203].  Beləliklə,  Allaha qovuşmaq  üçün  müəyyən 
mərhələləri - şəriət, təriqət, mərifət və həqiqəti keçənlər ilahi varlığın böyüklüyünü, 
əzəmət və qüdrətini dərk edib anlaya bilərlər. Bəndin ikinci misrasındakı “bəhri seyri-
eşq” ifadəsi də təsəvvüf ədəbiyyatında geniş yayılan bir anlamı göstərir. İstər klassik, 
istərsə də xalq poezyasında bəhr [dəniz] sonsuzluq, genişlik, dərinlik və s. mənaları 
ifadə edir. Bu baxımdan “təsəvvüf ədəbiyyatında dəniz vəhdəti, damlaları və dalğaları 
isə  həsrətin  rəmzidir.  Həqiqət  əhli  Allahı  bir  dəniz,  kainatı  da  dalğaları  olaraq 
göstərir”  [228,  126].  Aşıq  Əmrah  da  “bəhri-seyrdə”  bir  dürr  olduğunu,  həqiqətin 
nişanəsini  daşıdığını  ifadə  edərək  təsəvvüf  ədəbiyyatında  önəmli  bir  dini  -  fəlsəfi 
düşüncəni  poetikləşdirir.  Bu  düşüncəyə  görə,  dəniz  (bəhr),  vəhdəti  -  yəni  bütün 
varlıqların  mövcudluğunu  Allahın  varlığında  olduğu  anlama  gəlir.  Dalğalar  və 
damlalar nə qədər çoxluq təşkil edib, gözə görünsələr də yenə dənizin bir parçasıdır. 
Başqa  sözlə,  dini-fəlsəfi  semantika  Aşıq  Əmrahın  poeziyasında  poetikləşərək  onun 
sufi  görüşlərini  gerçəkləşdirir.  “Biz  də  bu  təkkənin  dərvişanıyız”  -  deyə  görkəmli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə