Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   53   54   55   56   57   58   59   60   ...   100

 
172 
Bəndin sufi anlamını açmazdan əvvəl təsəvvüf poezyasının təriqətlərlə bağlı 
bəzi  cəhətlərinə  diqqət  yetirmək  lazım  gəlir.  Bəllidir  ki,  təriqətlərin  əsas  qayəsi 
“İnsanın  vücud  mülkündə  ruhu hakim  qılmaq,  nəfsi ona  əsir etməkdir”  [234,  232]. 
Aşıq  Əmrahın  əvvəlcə  qeyd  etdiyimiz  kimi,  hələ  Ərzurumda  ikən  Nəqşbəndiyyə 
təriqətinə  daxil  olduğunu  nəzərə  alsaq,  onun  şeirlərində  işlənən  bir  sıra  sufi 
terminlərinin  əsil  mahiyyətini  bir  daha  yenidən  anlamış  olarıq.  Bu  məqamda  urfan 
əhli  kimi  Aşıq  Əmrahın  haqqın  sirrini  dərk  etmək  arzusunun  nə  qədər  dərin  dini-
ürfani  köklərə  bağlı  olduğunu  görərik.  Çünki  yalnız  ariflər  nöqtənin  sirrini  anlaya 
bilərlər.  Bu  sirrin  semantik  strukturu  nöqtə  qədər  kiçik  olduğu  halda,  ifadə  etdiyi 
anlam nəhayətsiz dərəcədə genişdir. “Batini təriqətlərə görə kainatın sirri “Quran”da, 
“Quran”ın  sirri  bismillahda,  bismillahın  sirri  “be”də,  “be”nin  sirri  isə  altındakı 
nöqtədədir.  Bu  nöqtə  isə  Hz.Əlidir”  [228,  292].  Arif  olanlar  nöqtənin  sirrini  dərk 
edəndən  sonra  “laf  eyləməz”  danışmaz.  Çünki  Allaha  qovuşmağın  dörd  əsas 
mərhələsinin  hər  biri  yeddi  mühüm  pillədən  ibarətdir:  tələb,  eşq,  mərifət,  istiğna 
[tövbə], tövhid, heyrət və fəna. Heyrət pilləsi altıncı pillədir ki, mənəvi təkamül yolu 
keçərək  tanrıya  qovuşmağa  can  atan  təriqət  əhli  bu  pillədə  -  ilahi  sirri  anladığı 
məqamda heyrətə düşür (çaşıb qalır), susmaqdan başqa əlacı olmur. Bu məqamdan 
sonra  sufi  yeddinci  məqama  çatır,  fənaya  qovuşub  Allahın  varlığı  içində  yox  olur. 
Böyük Füzuli də “heyrət, ey büt, surətin gördükdə lal eylər məni” dedikdə məhz bu 
məqamı - heyrət məqamını nəzərdə tutur. Bu məqama çatan şairin lirik “mən”i də “lal 
olur”,  danışmır.  Göründüyü  kimi,  örnək  gətirdiyimiz  bənddə  sakral informasiya 
hududsuz və dinamik xarakter daşıyır. 
Təsəvvüfün  təməl  düşüncələrindən  birini  əks  etdirən  bu  məqam  Aşıq 
Əmrahın poezyasında gizli işarələr vasitəsi ilə dini-ürfani mahiyyətin gerçək anlamını 
obrazlı  şəkildə  ifadə  edir.  Aşıq  Əmrah  tutduğu  məqamı  sufi  simvolikası  ilə 
işarələyərək  abstrakt  düşüncə  ilə  real  həyatın  görüntülərini  yaradır.  Bu  görüntüdə 
mərifət  pilləsini  keçərək  “haqqa  yaxın”  mərtəbəsinə  yüksələn sufi  yolçunun  -  Aşıq 
Əmrahın “ürfan sahibi” olduğu həqiqi mənasını təsdiqləyir: 
Əmrah bu məqamda olandır vəli, 
Haqqa yaxın xalqa görünər dəli. [218, 743] 


 
173 
“Vəlilər  qəlb  gözü  açıq  olan  kişilərdir.  Bir  qismini  xalq  bilməz”.    “Qurani-
Kərim”də Əli sözü Allah dostları mənasında işlədilib. Sufilər bu sözə batini anlam 
verib  onu  Allahın  seçilmiş  bəndələri,  təmiz  əxlaq  və  inamlarına  görə  kəramət 
göstərmək qabiliyyəti olan və Tanrı əzizləri kimi işlətdilər... Türk sufiləri bu istilahı 
bir  qədər  də  konkretləşdirərərk  onu  insanla  Allah  arasında  vasitəçi,  tənzimləyici 
adlandırıdılar” [46, 34]. Yuxarıdakı misralarda bu təsəvvüf düşüncəsi baş motiv kimi 
özünü göstərməkdədir. 
“Aldım”  rədifli  qoşma  Aşıq  Əmrahın  ürfani  düşüncəsinin  qaynağı  kimi 
səciyyələndirilə  bilər.  Şeiri  təsəvvüf  ədəbiyyatının  kontekstində  araşdırdıqda  haqq 
aşiqinin  dəlicəsinə  vurğunluğunun  səbəbi  də  aydınlaşır.  Məlum  olur  ki,  haqq  aşiqi 
[salik] bir səhər aləmin seyrinə dalarkən eşqə düşmüş, başqa sözlə təriqət yolçusuna 
çevrilmişdir. Təsəvvüfdə aləm Allah tərəfindən yaradılmış və öz nişanələrini də onda 
təcəlla  etdirmişdir.  Lakin  aləmin  seyrinə  kamillik  gözü  ilə  baxmağı  bacaran  insan 
təriqətə daxil ola bilər: 
Mən bu şeydalığı gülzar içində, 
Bir səhər bülbüli-nalandan aldım. 
Xanigahı kevni - bazar içində, 
Çilleyi - 
süluku seyrandan aldım. [226, 117] 
Burada sufi yolçunun təriqətə [süluk] daxil olması mərhələsinin ilk başlanğıcı 
verilmişdir. Aşiqin keçirdiyi hisslər və səmimi etiraflar “şeydalıq”, “çilleyi – süluk”, 
“xanəgah”,  “kevni-  bazar”  və  s.  təriqət  elementlərində  simvollaşır.  Bu  simvolların 
semantik  strukturunda  haqq  aşiqinin  təriqətə  daxil  olmasının  məkanı  və  zamanı  da 
təsvir  olunmuşdur.  Məkan  və  zamanın  qarşılıqlı  əlaqəsi  Allahın  yaratdığı  aləmə 
[məkana] uğurlu bir zamanda (səhər) bəsirət gözü ilə baxan insanla [aşiqlə] vəhdət 
təşkil  edir.  Məkan,  zaman  və  kamil  insan  üçlüyü  ilahi  eşqin  dialektik  mahiyyətini 
müəyyənləşdirir.  Yəni,  aşiq  Tanrının  xəlq  etdiyi  aləmin  seyrinə  dalarkən  günün 
başlanğıcını  -  səhəri  seçmişdir.  Çünki  səhər  “uğurlu  bir  vaxt  olaraq  da  Allah 
tərəfindən  günlük  ruzilərin  dağıdıldığı  vaxtdır.  Səhərdə  edilən  dualar  qəbul  edilir» 
[228, 417]. 


 
174 
Aşıq  Əmrahın  ürfani  düşüncələri  sufi  dünyagörüşü  sisteminin  mürəkkəb 
simvollarında  poetikləşərək  təsəvvüf  mərhələlərinin  bütöv  mənzərəsini  yaradır.  Bu 
mənzərənin  müəyyən  modelləri  türk  mifoloji  düşüncə  sistemi  ilə  islam 
mədəniyyətinin  harmoniyasında  özünün  gerçək  əksini  tapır,  bu  baxımdan  Aşıq 
Əmrahın  poetik  istedadından  və  dini  dünyagörüşündən  qaynaqlanan  şeirlər  zəngin 
folklor informasiyası ilə yüklənərək ürfan əhlinə istiqamətlənən müraciət kimi yüksək 
ədəbi - estetik və təsəvvüfi məna qazanır ; 
Badə nuş eylədim Qırxlar cəmindən,  
Sərməst oldum yeddilərin dəmindən,  
Hümmətləndim üç kimsənin fəmindən,  
Feyzi - hüsni kütbu-
dövrandan aldım. 
 
Əmrah küşad edib dəhanı - eşqi,  
Əhli - dilə söylər nihani - eşqi.  
İftixar etdiyim nişani - eşqi, 
Sultanlardan əvvəl Sultandan aldım. [226, 117] 
Bu şeirin hər kəlməsi demək olar ki, sakral mahiyyətin gizli işarələrini özündə 
əks  etdirir.  Əgər  qoşmanın  birinci  bəndində  aşiqin  [salik]  müəyyən  təriqətə 
qatılmasının  ilkin  mərhələsi  mənəvi  yolculuğun  başlanğıc  mərhələsi  göstərilirdisə, 
ikinci  bənddə  sonrakı  mərhələ  təsvir  olunur.  Bu  mərhələdə  aşiq  artıq  qırxlar 
cəmindən badə nuş eyləmiş, yeddilərin dəmindən [söhbətindən] sərxoş olmuşdur.  
“Qırxlar” Ələvi-Bəktaşi təlimində dünyanı idarə edən qırx ərəndir. Qırx ərən 
və ya qırxlar mərhələsindən əvvəlki məqamları keçənlər üçlər, “məqam və mərtəbə 
baxımından  bunlardan  sonra  yeddilər  gəlir,  sonra  da  qırxlar.  Tanrı  aləmi  bu  qırx 
ərənlə  idarə  edir”  [194,  204].  Təkkə  aşiq  ədəbiyyatında,  sufi  poeziyasında  qırxlar 
term
ini ərənlərin ən biliklisi, tanrıya ən yaxını kimi tərənnüm olunur. “Ələvi-Bəktaşi 
təlimində  qırxlar  məclisi  vardır.  Qırxların  başında  Həzrət  Əli  dayanır.  Qırxlar 
meydanı, qırxlar şərbəti, qırxlar məclisi və s. deyimlərin hamısı bunlara aiddir” [228, 
523]. 
Azərbaycan  ərazisində  Qırxlar  piri,  Borçalıda  Qırxılı  (kənd  və  tayfa  adı), 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə