Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   54   55   56   57   58   59   60   61   ...   100

 
175 
Türkiyədə Qırxlar kəndi və s. mövcuddur. Qeyd etdiyimiz etnonim və toponimlərin 
hamısında “qırxlar” sözünün sufi semantikası özünü mühafizə etməkdədir.  
Təsəvvüf  poeziyasında  sıx  işlənən  terminlərdən  biri  də  “ağız”  sözüdür. 
Ərəbcə “fem” adlanan bu məhfumun “qapalı oluşu və gizliliyi bir qönçəni andırır. Bu 
baxımdan  o  bir  sirdir”  [228,  21].  Lirik  “mən”  “üçlərdən”  təriqət  sirrini  öyrənməyə 
cəhd  etdiyinin  işarəsini  verərək,  gözəlliyin  feyzini “kütbu-dövrandan”  aldığını 
göstərir.  Təsəvvüf  fəlsəfəsində  “kutb”,  “kutup”  peyğəmbərin  varislərindən  birinə 
işarədir.  Dünya  ətrafında  fırlandığı  üçün  o,  “kütub”  (çarx)  adlanır.  Başqa  sözlə, 
burada  təsəvvüfün  məşhur  bir  düsturu  ifadə  olunmuşdur:  bütün  yaradılış  Tanrıdan 
qopan zərrələrdir və sonda yenə ona qovuşacaqdır. 
Aşıq Əmrah ürfani düşüncələrini yekunlaşdıraraq ilahi eşqin gizli nişanələrinə 
yetişdiyini,  həmin  nişanələri  bu  dünyanın  sultanlarından  deyil,  mənəvi  aləmin 
sultanlarından qazandığını silsilə simvollar və rəmzlərlə ifadə edir. 
Aşıq Şenliyin poeziyasında ürfani düşüncənin ifadəsi müxtəlif dini obrazların, 
mifik əhvalatların, simvolik işarələrin poetik məzmununda öz əksini tapır. “Bu gecə” 
rədifli qoşmasında aşıq “qüdrət məktəbində ona dərs verildiyini”, “tanrının camalını 
gördüyünü” dini-
ürfani ifadələrin vasitəsilə poetikləşdirir: 
Hikməti-pir ilə abi-zülaldan,  
Kövsər bulağından içdim bu gecə. [164, 180]. 
Aşıq  Şenliyin  təsəvvüf  şeirlərinə  diqqət  yetirdikdə  onun  şəriət  qanunlarına 
yaxından  bələd  olduğunu,  dini-ürfani  biliklərə  yiyələndiyini  görərik.  Mənbələrdən 
məlumdur ki, Şenlik bu bilgiləri şifahi yolla anası Zəlihədən, kənd inamlarından və 
sinədəftər  insanlardan  öyrənmişdir.  Ayrıca  olaraq  doğma  kəndi  Suxarada  Molla 
Mehdi, Yusif eli də Əşrəf Xoca ilə o, daim ünsiyyətdə olmuş, bu iki mötəbər şəxsdən 
dini biliklər almışdır [164, 29]. 
Kainat  və  onun  yaranması,  tanrının  qüdrətinə  inam,  ilahi  eşqə  çatmaq  üçün 
dünya  malından  imtina  və  sair  motivlər  onun  sufi  şeirlərinin  başlıca  məzmununu 
təşkil edir. “Dindar bir kişi olan Şenlik heç bir təriqətə mənsub deyildi. Ancaq onu 
bəzi  şeirlərində  dərviş  kimi  görürük.  Bu  duyğu  ondakı  böyük  Tanrı  eşqindən 
qaynaqlanmaqddaır. [164, 67]. E.Aslanın bu fikrinə əlavə olaraq onu deyə bilərik ki, 


 
176 
Aşıq  Şenliyin  dərviş  qılığında  görünməsi  onun  nəqşbəndi  təriqəti  ilə  sıx  bağlı 
olmasında idi. “Nəqşbəndi təriqətinin ən güclü dövrü bəktaşiliyin Osmanlı dövlətinin 
sonlarına doğru nüfuzunun sarsılmasından sonra oldu. Özəlliklə XIX əsrdə nəqşbəndi 
təriqəti  Anadolunun  hər  tərəfinə  yayıldı”.  Bu  baxımdan  qarapapaqların  kompakt 
yaşadıqları  Çıldır  bölgəsində  Şenlik  kimi  ünlü  bir  sənətkarın  nəqşbəndi  təriqətinə 
biganə  qalması  inandırıcı  görünmür.  Çünki  nəqşbəndiliyin  ən  geniş  yayıldığı  və 
ayinlərinin icra olunduğu bölgələrdən biri Çıldır olmuşdur. İkinci bir tərəfdən Aşıq 
Şenlik  islam  və  xristian  dinləri  haqqında  öz  fikirlərini  ifadə  etdiyi  bir  gəraylısında 
daha çox nəqşbəndilərlə ermənilərin dini görüşləri barəsində söz açır: 
Sizin hayruc Üçkilsədi, 
Biz nəqşbəndi təriqəti, 
Siz ta
pdığınız İsadı, 
Biz də Məhəmməd ümməti. [164, 196] 
Aşıq Şenliyin poeziyasında mürəkkəb sufi işarələrə, təsəvvüf terminlərinə sıx-
sıx  təsadüf  olunmasa  da,  uca  yaradanın,  islam  dininin,  müqəddəslərin  tərənnümü, 
tanrı  sevgisi  bu  şeirlərin  səciyyəvi  cəhətləri  kimi  diqqəti  çəkir.  Bu  məqamda  Aşıq 
Şenlik  dini-mənəvi  dəyərlərin  güclü  təbliğatçısı  və  tərənnümçüsü  kimi  çıxış  edir. 
onun  bir  sıra  bağlama  və  cahannamələri,  nəzmə  çəkdiyi  “Musa  və  qoyunları”, 
“Salsalın  dastanı”  və  sair  kimi  dini  əfsanələr  bu  baxımdan  səciyyəvidir.  “Mövlud 
gecəsində  saqilik  edən  Cəbrayıl,  Ərəsətdə  Həvva  ilə  görüşən  Adəm  peyğəmbər”, 
“yüz qırx dörd təbəqə ərənlər kanı”, “aləmi zərrədən nuru təcəlli”  və sair misra və 
ifadələr aşığın şeirlərinin sufi məzmununu, dini-fəlsəfi mahiyyətini göstərir. 
Ağbaba-Çıldır aşıq mühitində təsəvvüf poeziyası bir qayda olaraq axarlı xətt 
üzrə  davam  etmişdir.  Mühitin  saz-söz  sənətkarlarının  təriqət  lirikasında  müşahidə 
olunan  ürfani  kodlar,  rəmzi  işarələr,  mürəkkəb  simvolikalar  böyük  sufi-aşiqlər 
Əhməd Yəsəvi, Yunus İmrə ənənəsindən, sonrakı dövrlərdə yaranan sufi ideyalardan 
qaynaqlanır. Aşıq Yusif Zülalinin də yaradıcılığında bu cəhət qabarıq hiss olunur. 
“Dağlar”  şeirində  təbiətin  təsviri  ilə  sevən  qəlbin  vüsal  ümidi  poetik 
harmoniya təşkil edir, təbiətlə insan birləşərək vahid obraz kimi çıxış edir. Bu obraz 
bəzən onun şeirlərində mifik səciyyə daşıyır, qəriblikdən, doğma diyarın ayrılığından 


 
177 
dönə-dönə  şikayətlənən  Zülali  qürbəti  alın  yazısı,  “ərənlərin,  pirlərin  duası”  kimi 
qəbul  edir.  “Pozulmaz  bu  yazı,  haqq  yazmış  əzəl”,  “qədərsiz  məqsədə  yetmək 
olurmı?”,  “təqdir  yazmış  mükəddər”  və  s.  ifadələr  aşığın  şeirlərində  sıx-sıx  işlənir. 
Bu  cür  mifik  düşüncə  onun  şeirlərində  haqq  aşığının,  milli-etnik  yaddaşın  poetik 
səciyyəsini gerçəkləşdirir: 
Bir gün olacaqdır var olan viran,  
Heç pozarmı bu təqdiri yazdıran?  
Qurbət eli alnımıza qazdıran,  
Ərənlər hümməti, pir duasıdır. [17, 70] 
Dünyanın yoxdan var olmasını, kainat yaranmamışdan əvvəl yalnız xaosun və 
zülmətin hökm sürməsini Zülali poetik detallarla ifadə edir:  
B
ir az tərif edim təriqi-rahdan,  
Haqq atəşi cismi-cana düşübdür.  
Dünya zülmət, bu yer, göylər yox ikən,  
Şöləliyi hansı danə düşübdür. [17, 75] 
Dünyanın  bir  sıra  xalqlarının  mifologiyasında  yerlə  göyün  əvvəlcə  bitişik 
olması, sonradan onların bir-birindən ayrılması haqqında maraqlı miflər mövcuddur. 
Qədim  insanın,  o  cümlədən  əcdadlarımızın  ibtidai  görüşlərində  də  bu  mifik  sujetə 
tez-
tez  rast  gəlmək  mümkündür.  Müqəddəs  kitabımız  “Quran”da  yerlə  göyün  bir-
birindən  ayrılması  mərhələsi  haqqında  məlumat  verən  “Ənbiya”  surəsində  deyilir: 
“Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını 
sudan yaratdığımızı bilmirlərmi?!” [113, 301] 
Maraqlıdır ki, Zülali yaradılışdan bəhs edərkən yeri tək, göyü isə cəm halda 
işlədir: “Dünya zülmət bu yer, göylər yox ikən.” Qeyd olunan mifik anlayışların bu 
cür  poetik  ifadəsi  təsadüfi  deyildir.  Zülali  mədrəsə  təhsili  görmüş,  Anadolunun  və 
Qafqazın bir çox yerlərini gəzib-dolaşan, ömrünün çox hissəsini səfərlərdə keçirən, 
geniş dünyagörüşlü bir sənətkar olmuşdur. Bu da təsadüfi deyildir. Çünki “təsəvvüf 
sütunlarının əsas təməllərindən biri də çoxlu səfər etməklə dünya malı deyil, mənəvi 
təkamül təcrübəsi qazanmaqdır” [71, 39]. Digər tərəfdən, yuxuda ona üç ixtiyar pir 
tərəfindən buta verilməsi aşiqin ruhi - ürfani aləmlə bağlılığını göstərən amillərdən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə