Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   57   58   59   60   61   62   63   64   ...   100

 
184 
ilə  dastançı  kimi  nəzərdə  tutur?  Fikrimizcə,  bunun  cavabı  aydındır:  buta  verən 
ərənlər,  övliya  və  dərvişlərdir.  “Aşıq  Qərib”  dastanında  bu  sakral  hadisə  konkret 
şəxsin-dərvişin  vasitəsilə  icra  edilir:  “Rəsul  yatmışdı,  yuxuda  gördü  ki,  Tiflis 
şəhərində behişt misalı bir bağdadır, bunun başının üstündə ceyran misalı gözəl bir 
qız, qaş kaman, gözlər piyalə, burun hind fındığı, sinə Səmərqənd kağızı, məmələr 
şamama  kimi  yumurlanıb  ipək  köynəkdən  baş  vermişdir,  baxanın  əqlini  aparır.  Bu 
qızın yanında bir dərviş, dərviş qızın əlini Rəsula uzadıb: 
-
 
Rəsul,  bu  qız  Tiflisli  Xacə  Sənanın  qızı  Şahsənəmdir,  bunu  sənə  buta 
verirəm, çox çəkməz bir-birinizə çatarsınız, - deyib çəkildi” [30, 170].  
Rəsul (Aşıq Qərib) bu yuxunu qəbiristanlıqda atasının qəbri üzərində yatarkən 
görür. Ancaq ona haqq badəsi bağda verilir. 
Dünyanın  bir  sıra  xalqlarının,  o  cümlədən  türklərin  mifoloji  düşüncə 
sistemində  ağac  yerlə  göyü  birləşdirən  vasitədir.  Ağac  həyatın  başlanğıcı,  hami  və 
qoruyucudur. “Kitabi-
Dədə Qorqud” dastanında Bamsı Beyrəyin sevgilisi Banıçiçək 
ona yenidən qovuşduğu üçün “qaba ağacın qurumuşdu yaşardı axır!” deyir. Yenə ana 
kitabımızda Qazan xanın oğlu Uruzu Şöklü Məlik ağacdan asdırmaq istəyəndə Uruz 
“qoyun mən bu ağacla söyləşəyim” -deyə ona müraciət edir: 
Başın ala baqar olsam başsız ağac,  
Dibin ala baqar olsam dibsiz ağac. [100, 46] 
Bu  müraciətdə  ağac  artıq  adi  bir  təbiət  predmeti,  maddi  materiya  deyil. 
Burada ağac başı və kökləri görünməyən mifik bir qüvvədir, dibi yerin təkində, başı 
göyün  ənginliklərindədir.  Kafirlərin  nəzərində  ağac  ölüm  gətirəndir,  Uruzun 
düşüncələrində isə ağac həyat bəxş edəndir, diriliyin başlanğıcıdır. Bu mifik düşüncə 
çox-
çox  əsrlər  sonra  islam  mədəniyyətinə,  sufi  şeirinə  güclü  şəkildə  təsir  edərək 
klassik  şairlərimizin,  saz-söz  sənətkarlarının  poeziyasında  başlıca  simvolik 
işarələrdən birinə çevrilmişdir. 
“Tapdıq”  nağılında  ağac  xilaskar,  şəfaverici  qüvvə  kimi  təsvir  olunur.  Gün 
xanım  dirilik  ağacının  yarpağını  Tapdığın  yarasına  çəkməklə  onu  sağaldır.  Yenə 
həmin  nağılda  Şəmsin  verdiyi  almanı  yeyəndən  sonra  qoca  ilə  sevgilisi  on  beş 
yaşında  oğlanla  qıza  çevrilirlər.  Almanın  qeyri-adi  gücü,  həyatverici  və  övlad 


 
185 
bəxşetmə  xüsusiyyətləri  qədim  türklərin  ilkin  təsəvvürləri,  ibtidai  dünyagörüşü  ilə 
bağlı bir mifik düşüncə sistemində önəmli yer tutur. 
Deməli, bağ, ağac, alma obrazları vahid mifoloji sistem təşkil edərək ürfani 
poeziyanın  simvolik  işarələrinə  çevrilmişdir.  Problemə  bu  aspektdən  yanaşdıqda 
təsəvvüf  ədəbiyyatında,  dastanlarımızın  ürfani  qatında  əski  görüşlərin,  türkün 
mifoloji düşüncəsinin poetik ifadəsini aydın sezmək mümkündür. 
El  şairi  Rəcəb Hifzinin “Mərhəba”  şəmaisində  lirik “mən”in-ürfan  əhlinin 
ekstaz  anında  fikir  və  düşüncələri  ilahi sevgi ilə  birləşərək  sufi  semantikanı  əks 
etdirir. T
əsəvvüfdə  cəzbə  gəlmək  (ekstaz  anı)  eşq  vasitəsilə  gerçəkləşir.  Cəzbə 
g
əlmək “təsəvvüfdə  Tanrının  qulu  özünə  çəkməsi deməkdir... Çünki  eşq  ilə  cəzb 
olmadıqca  gerçəyə,  tanrıya  çatmaq  olmaz.  Cəzbə  gəlməklə  qul  qulluğundan  çıxır, 
özünü unudur, varlığı ortadan qalxar, beləcə mütləq və gerçək varlıqla, Tanrı ilə var 
olduğunu  bilir,  görür,  anlayır  və  tapır.  Bu  cəzbənin səbəbi  eşqdir”  [227,  258]. 
“M
ərhəba”  şəmaisində  də  ürfan  əhli  tanrının  varlığını  yaxından duyduqca onun 
h
əyəcan və iztirabları çoxalır, həqiqətin dərkinə can atır:
 
Yenə qəflətdən oyandım, 
Qəm yastığına dayandım. 
Pərvanələr tək yandım, 
Mahi-
təbanım, mərhəba. [17, 42] 
“Mahi-
təban”  ifadəsi  təsəvvüf  simvolikasında  “Allahın  gözəllik  və 
sevgisinin” 
gerçəkliyini  bildirir.  Rəcəb  Hifzi  müxtəlif  rəmzlərdən  ustalıqla 
bəhrələnərək  ürfani  düşüncələrini  poetikləşdirir,  ulu  tanrıya  qovuşmağı  ən  böyük 
səadət sayır: 
Könül sənə hədiyyədir, 
Götür, cananım, mərhəba. [17, 43] 
Canını  canana  qurban  vermək,  ilahi  eşqə  qovuşmaq  panteizmin  (vəhdəti-
vücud) 
əsas və başlıca qayəsidir. Göründüyü kimi, Rəcəb Hifzinin qəhrəmanı şeirin 
sonunda ilahi gerçəkliyi böyük ehtiras və məhəbbət hissi ilə qəbul edərək ali məqsədə 
can atır. 


 
186 
Qeyd  etmək  lazımdır  ki,  aşiqlə  (Allaha  qovuşmaq  istəyənlə)  məşuqənin 
(
Allahın)  bir  canda  birləşməyi  panteizmin  əsas  ideya  göstəricisi  kimi  həm  klassik, 
həm də aşıq poeziyasında sıx-sıx tərənnüm olunur. Bu müqəddəs məqamı duyub hiss 
etmək  lirik  qəhrəmanı  vəcdə  gətirir,  onun  qəlbinə  sevinc  hissi  doldurur,  həmin 
məqamı hər şeydən uca tutaraq onu bir müjdə, xeyir xəbər kimi qarşılayıb salamlayır: 
Gəlişin gözüm üstünə, 
Xoş gəldin, canım, mərhəba. 
Əzizim, ruhum-rəvanım, 
Ey şirin canım, mərhəba. [17, 42] 
Maraqlıdır  ki,  bu  məqam  klassik  şairlərimizin  əsərlərində  də  eyni  ruh  və 
ovqatı ifadə edir: 
Qaibdən dəlil göründün,  
Dədəm, xoş gəldin, xoş gəldin!  
Bizi sevib sevindirdin, 
Dədəm, xoş gəldin, xoş gəldin! [89, 353] 
Şah  İsmayıl  Xətayidən  nümunə  gətirdiyimiz  bu  bəndlə  yuxarıdakı  misralar 
arasındakı  dini-ürfani yaxınlıq,  ruh  və  məqam  eyniliyi  fikrimizi  təsdiqləyir. 
Nəsiminin qəzəllərində də bunu müşahidə etmək olar: 
Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba! 
Ey şəkərləb, yari-şirin laməkanım, mərhəba! [127, 19] 
El  şairi  Camal  Xocanın  poeziyasında  dini-təsəvvüf  motivləri  kamilliyə  can 
atan aşiqin duyğularının poetik vasitəsinə çevrilməklə yanaşı, həm də onun simvolik-
ürfani  səciyyəsini  gerçəkləşdirir.  Məlumdur  ki,  Camal  Xoca  nəqşbəndi  təriqətinin 
fəal üzvlərindən olmuş, mükəmməl mədrəsə təhsili görmüşdür. Onun şeirlərində sız-
sıx  təsadüf  olunan  “piri-muğan”,  “ərənlər”,  “canan”,  “qul”,  “hu”,  “meyxanə”, 
“xəlvət”  və  s.  təsəvvüf  terminləri  onun  poeziyasının  dini-fəlsəfi  mahiyyətini  əks 
etdirir. “Gəl yetiş ulu dərgaha”-deyən aşiq öz şeirlərində Tanrıya qovuşmağın dini-
ü
rfani strukturunu obrazlı deyimlərlə ifadə edir. Qeyd etdiyimiz kimi, sufi təliminə 
görə  müxtəlif  mərhələləri  keçməklə  kamillik  dərəcəsi  qazanıb  Tanrını  dərk  etmək, 
ona  qovuşmaq  üçün  ürfan  yolu  ərənlər  və  ya  pərilər  bağından  keçir.  Əsil  aşiq  bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə