Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   58   59   60   61   62   63   64   65   ...   100

 
187 
ürfani məkanda həqiqi eşqin qüdrətini, ilahi nəfəsi duya bilər. Bu baxımdan Camal 
Xocanın şeirlərinin sufi-semantik səciyyəsi özünün məzmun və məna dolğunluğunda 
daha güclü təsir bağışlayır: 
Girdim ərənlər bağına, 
Çəkdilər Leyli dağına. 
Düşdüm eşqin tuzağına, 
Çıxammadım, Allah, Allah! [17, 151] 
Təsəvvüf  ədəbiyyatından  bəllidir  ki,  “ərənlər  Allaha  yaxınlaşmış  və  vəlilik 
dərəcəsinə yüksəlmiş” [228, 155] kəramət sahibi olan insanlardır. Ərənlər bağında- 
ürfani məkanda eşqə düşən aşiqin Tanrı sirlərinin dərkinə, ilahi atəşdə yanmağa cəhd 
etməsi  onu  uca  məqama  yüksəldir.  Bu,  sadəcə  mistika  deyil,  özünü  dərkin  bədii-
poetik  ifadəsi,  müqəddəs  varlığa  tapınmanın  sevgi  dolu  təsdiqidir.  Burada  abstrakt 
təfəkkürün  yox,  müqəddəs  bir  əqidəyə  qulluq  edən  aşiqin  fərdi  yaşantılarının, 
düşüncələrinin dini- ürfani poetikası açıqlanır: 
Biz aşiqik nə söyləsək, 
Sözümüzdə yalan olmaz. 
Sirr içində sirr saxlarıq, 
Heç kimsəyə əyan olmaz. [17, 161] 
Bu məqamda Camal Xocanın dini-ürfani düşüncələri Nəsimi ideyaları ilə üst-
üstə düşür: 
Adımı həqdən Nəsimi yazərəm. 
Bil bu mənidən ki, siməm, ya zərəm. [127, 121] 
Onun poeziyasında haqq aşiqi mürşidə təslim olub onun hikmətlərini, sirlərini 
öyrənməyə can atan insandır ki, o, mütləq bir gözəli sevib ona vurulmalıdır. Çünki 
“sevməyəndə  vicdan  olmaz”.  Burada  Aşıq  Camal  Xoca  sufi  təriqətinin  başlıca 
müddəasını - Allahı sevməyin, ona qovuşmağın iki əsas istiqamətindən birinin dini-
fəlsəfi semantikasını açıqlayır: 
Get təslim ol mürşidə, 
Hikmətini gör hər şeydə. 
Gözəl sevməyən kişidə. 


 
188 
Vallahi din, iman olmaz. [17, 161] 
Sufi təriqətinə görə, Allaha qovuşmaq, onun sonsuz qüdrətini dərk etmək iki 
yolla  - 
ağıl  və  könül  vasitəsi  ilə  mümkündür.  Camal  Xoca  da  “Olmaz”  rədifli 
şəmaisində ilahi məhəbbətin ürfani mahiyyətini müəyyən kodlarla, obrazlı deyimlərlə 
əks  etdirir.  İman  sahibi  olmağın,  Allaha  qovuşmağın  mürşiddən  dərs  alaraq 
kamilləşən  insanlara,  başqa  sözlə,  ürəyi  Allaha  sevgi  ilə  dolu  insanlara  məxsus 
olduğunu  təsdiqləyir,  tanrını  könül  vasitəsi  ilə  dərk  emək  müddəasının 
mümkünlüyünü əsaslandırır. 
Maraqlıdır  ki,  Camal  Xocanın  poeziyasında  ilahi  eşq  insan  və  təbiətin 
vəhdətində özünü göstərir. Yalnız insan deyil, təbiət də, onun ayrı-ayrı ünsürləri də 
tanrı  eşqi  ilə  çırpınır,  Allahın  sonsuz  qüdrətinə  doğru  can  atır.  Yaradan,  təbiət  və 
insan  üçlüyünün  sakrallığı  Camal  Xocanın  şeirlərinin,  təsəvvüf  poeziyasının 
özünəməxsus  dini-fəlsəfi  mahiyyətindən  doğur.  Yaradandan  ayrı  düşüb  onun 
həsrətini çəkdiyinə görə yalnız aşiqlər yox, təbiət də göz yaşı tökür, onun varlığını 
duymağa, ona qovuşmağa tələsir: 
Hər dağda bunca bu qar, 
Axar ağlaya-ağlaya. 
Aşiqlər də göz yaşını, 
Çalxar ağlaya-ağlaya. [17, 152] 
Təsəvvüf  poeziyasında  bu  dini-ürfani  düşüncə  tərzi  türk-islam,  o  cümlədən 
orta dövr Azərbaycan şeirinin ən mühüm qatlarından birini təşkil edir. Camal Xoca 
bu məqamda özündən əvvəlki din-ürfan sahibləri, ustadlarla birləşir. Xətayidə olduğu 
kimi: 
Qarşıdaki qarlıca dağı gördünmü? 
Yoldurmuş əyyamın, əriyib gedər. 
Axan sulardan sən ibrət aldınmı? 
Yüzünü yerlərə sürüyüb gedər. [89, 12] 
Camal  Xocanın  poeziyasında  bu  duyğu  və  düşüncə  yalnız  sufi  görüşlərin 
mahiyyətini ifadə etmir, eyni zamanda real informasiya ilə yüklənir, mistik bilik və 
məlumatları  gerçəkliklə  birləşdirir.  Məhz  bu  vəhdətdə-birləşmədə  Camal  Xoca  sufi 


 
189 
məhəbbətin  sərhədlərinin  sonsuzluğunu,  fəlsəfi  mahiyyətinin  əlçatmaz  olduğunu 
mistik düşüncədən real informasiyaya çevirərək bədiiləşdirir: 
Ağlayan sanma ki, dəli,  
Onlardır eşqin bülbülü,  
Bunca nəbi, bunca vəli  
Ağlar gəldi, ağlar getdi. [17, 155] 
“Kainatda  hər  şeyin  eşqə  bağlı”  olduğunu  və  müəyyən  qanunauyğunluqlar, 
n
izam əsasında yaranıb dövr etdiyini nəzərə alsaq, onda Camal Xocanın poeziyasında 
insan  və  təbiətin  göz  yaşı  töküb  ağlamasının,  ilkin  məkana  can  atmasının  əsil 
səbəbini,  sufi  eşqdən  qaynaqlanmasını  dərk  etmək  olar.  İnsanın  da,  təbiət  və  onun 
müxtəlif  varlıqlarının  da  ilahi  məhəbbətin  sonsuzluğunda  öz  yeri  var:  biri 
meyxanalarda, biri isə viranələrdə eşqini dilə gətirir: 
Neçəsi pünhanələrdə, 
Hu çəkər meyxanələrdə, 
Bayquş da viranələrdə, 
Ağlar gəldi, ağlar getdi. [17, 155] 
Nümunə  gətirdiyimiz  bəndin  ikinci  misrasındakı  “hu”  çəkmək  ifadəsi  təkkə 
mərasimində  Allahın  adının  rəmzi  anlamını  bildirir.  O  da  maraqlıdır  ki,  müəllif 
Allahın vəhyinə dalıb Onun adını zikr etməyin məkanı [meyxanə] ilə yanaşı ibadətin, 
vəhyin icra olunduğu şəraitin də [pünhanələr-gizli yerlər] simvolik işarəsini verir. 
“Hu” ifadəsi “bəzi mutasavvıflara görə Tanrı adlarının ən böyüyü sayılmışdır. 
Təriqətlərdə və dini-təsəvvüf ədəbiyyatda “hu” demək, “hu” çəkmək Tanrını anmaq, 
onun hər yerdə hazır və nazir olduğunu dillə anlatmaq deməkdir” [227, 265]. 
Qeyd etmək lazımdır ki, “ya hu”, “hu çəkmək” ifadəsi təriqət termini kimi, 
davamlı  olaraq  müxtəlif  dövrlərdə  yaşayıb-yaratmış  Ağbaba-Çıldır  aşıqlarının  da 
yaradıcılığında sıx-sıx işlədilir. 
Qulunam qapında “ya hu”, ya rəbbim, 
Bəli, hümmətinəm, Məhəmməd nəbim. [17, 32] 
və yaxud: 
Hu çəkər, ötüşər sədalı quşlar, 


 
190 
Məhəbbət səfası, yaz əyyamıdır. [17, 31] 
Göründüyü  kimi,  Ağbaba-Çıldır  aşıqlarının  yaradıcılığından  örnək 
gətirdiyimiz  nümunələrdə  aşiq  də,  təbiət  varlıqları  da  “hu”  çəkməklə  Allahın  adını 
zik
r  edir.  Bu  cəhət  yalnız  poetik  vasitə  deyil,  həm  də  milli-dini  gələnəklərin  baş 
motivi  kimi  bütün  əsrlərdə  özünü  qoruyub  saxlayır,  ürfani  laylarla  bağlılığın 
göstəricisinə çevrilir. 
Orta  çağ  aşıq  poeziyasından  bəhs  edərkən  folklorşünas  M.Həkimov  yazır: 
“Aşıq poeziyasında lirik qəhrəmanlar ilahi vücuda, “vahid dosta” qovuşmaqdan daha 
çox, öz sevgililərinə qovuşmağı üstün tuturlar” [85, 230]. Bizə elə gəlir ki, alimin bu 
fikrini qeydsiz-
şərtsiz qəbu etmək mümkün deyil. Çünki araşdırmalar göstərir ki, həm 
orta
,  həm  də  ondan  sonrakı  əsrlərdə  aşıq  poeziyasında  dini  -  ürfani  görüşlər,  sufi 
baxışlar  müxtəlif  poetik  formalarda  əks  olunmuşdur.  Daha  dəqiq  desək,  qədim 
türklərin dini görüşlərinin, eləcə də müsəlman aləminin müxtəlif təriqətlərinin ayrı-
ayrı dövrlərdə aşıq şeirinə təsiri olmuşdur. Lakin bu təsirin bədii-poetik inikası özünü 
bir aşığın poeziyasında çox, digərində isə nisbətən az biruzə vermişdir. Bu baxımdan 
folklorşünas H.İsmayılovun Aşıq Ələsgərlə bağlı bir fikrini xatırlamaq yerinə düşər. 
Alim  yazır:  “Aşıq  şeirində  “Tanrı  sevgisi”  məsum  məhəbbət  şəklində  təzahür  edir. 
Haqq  aşiqi  “məhəbbətini  öz  varlığından”  yüksək  tutur,  onun  naminə  özünün  bütün 
başqa  istəklərin  comərdliklə  unuda  bilir.  Öz  inamını,  idealını  məhəbbətlə 
bağladığından  heç  bir  xarici  ziynət,  xarici  gözəllik,  dəbdəbə  gözə  görünmür”  [93, 
288]. 
Bizcə, H.İsmayılov öz fikrində haqlıdır. Aşiqin “məhəbbətini öz varlığından 
yüksək tutması” onun eşqinin dünyəvi mahiyyətini deyil, daha çox sufi semantikasını 
nümayiş etdirir. Bu cəhət Ağbaba-Çıldır aşıqlarının yaradıcılığında da qabarıq şəkildə 
hiss olunur. 
Məsələyə bu cür yanaşdıqda aydın görünür ki, Aşıq Nəsibin poeziyasının lirik 
qəhrəmanı sevgilisinə - ali məqama qovuşmaq üçün tələsmir, ulu Tanrıdan bu yolda 
dözüm və səbir diləyir. 
Təpər verdin, yenə də ver,  
Hökmündədir dünya, göy, yer.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə