Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   55   56   57   58   59   60   61   62   ...   100

 
178 
biridir. Başqa sözlə, Aşıq Zülali islam dininin sirlərini dərindən bilən, yeri gəldikcə 
biliyini poetik şəkildə nümayiş etdirən savadlı bir şəxs olmuşdur. “Qurani-Kərim”in 
“Hicr” surəsinin 85-ci ayəsində deyilir: “Biz göyləri, yeri və onların arasında olan hər 
şeyi yalnız haqq-ədalətlə yaratdıq” [113, 233]. “Taha” surəsinin 6-cı ayəsində də yer 
tək, göy isə cəm kateqoriyada işlənmişdir.  “Göylərdə və yerdə, onların arasında və 
torpağın  altında  nə  varsa  hamısı  Onundur”  [113,  286].  Bu  dəllilər  Zülalinin 
şeirlərində  işlənən  ürfani  ifadələrin,  təsəvvüf  fikirlərinin  dini-elmi qaynaqlara 
əsaslandığını  göstərir.  “Bilirik”  qoşmasında  Zülali  yaradılışın  sirlərini,  Yaradanın 
qüdrət və əzəmətini simvolik işarələr, sufi ifadələr vasitəsi ilə əks etdirir. Həm də bu 
obrazlı  əksetdirmə  yaradılışın  nizamlı  və  ardıcıl  bir  sistemdə  əmələ  gəldiyini  ifadə 
edir ki,  bu da  Aşıq Zülalinin  mükəmməl  dini bilik və  yüksək  poetik istedad sahibi 
olduğunu təsdiqləyr. 
O ki yaradıldıq turabi-turdan, 
Pərvərdigar haqq-Sübhanı bilirik. 
Turabın əslini yaratdı nurdan, 
Nurdan əvvəl biz məkanı bilirik. 
 
Rizqü-
nani haqdan yaratdı xudam,  
Dövrü o cahanda var idi Adəm.  
Cahandan cahana basanda qədəm,  
Ona nisbət dü cahanı bilirik. 
 
Dü cahanda yer, 
göy, çərxi-fələklər,  
Ərşü-əla, mümtahada mələklər, 
Hesaba müntəzir suda səməklər, 
Nə zikrdə kəlam, kani bilirik. [17, 80-81] 
“Nə  hikmətdir”  gəraylısında  Zülali  həyatdakı  ziddiyyətlərin  səbəbini 
anlamağa çalışır. İti və sərrast sənətkar müşahidəsi, poetik təxəyyül oxucunun gözü 
qarşısında  bu  əksliklərin  epik  cizgilərini  yaradır.  “Daş  üstündə  oturmuş  yetim 
cocuğun”,  “yuvasından  iki  daşın  arasına  düşmüş  quş  balasının”,  “kimsəsiz  bir 


 
179 
qocanın” yığcam və mənalı ştrixlərlə təsviri yaradılışın təbii görüntüləri kimi Zülalini 
düşündürür.  Bitib-tükənməyən  sirlərin  fəlsəfi  mahiyyətini  dərk  etməyə  çalışan 
sənətkar uca Yaradana sığınır: 
Zülali, eyləmə ah-vah, 
Bu sirrə deyilsən agah, 
Bilir, amma deməz Allah, 
Məxluqatın əhvalından. [17, 89] 
Bu inam və etiqad onun poeziyasının əsas xəttini təşkil edir. “Minnət vadisi” 
adlandırdığı  dünyada  tənhalığı  ilə  mənəvi  saflaşma  keçirən  Zülali  dini-ürfani 
düşüncələrinin bu məqamında dahi Füzuli ilə birləşir: 
Nə qədər bəd bəxtim var, kimsə açmaz qapımı,  
Pəncərədən toxunmaz badi-səbadan özgə.  
Bu minnət vadisində nə gəzərsən, Zülali,  
Heç arama, bir qapı yoxdur xudadan özgə. [17, 92] 
“Aşıqlar,  dərvişlər  bu  misal  gəzər”-  deyərək  qürbətdə  dolaşan  Zülali 
“dünyanın  fani  olması,  əvvəl-axır  insanın  haqqa  qovuşacağını  təlqin  eləyən  sufi 
dünyag
örüşə bütün yaradıcılığı boyu sadiq qalmışdır” [125, 66].  
Aşığın dini düşüncə və təsəvvürləri, ürfani görüşləri ilahi məqamı əks etdirir. 
Bu  şeirlərin  dini-fəlsəfi  mahiyyəti  bir  sıra  simvolik  işarələr,  təsəvvüf  terminləri 
vasitəsilə ifadə olunur. Bu tip şeirlərdə Zülali təriqət yolçusunun mənəvi əxlaqını əks 
etdir
məklə  yanaşı,  eyni  zamanda  özü  haqqında  müəyyən  bilgilər  verir.  Mənəvi 
kamilliyə  can  atmaq,  dünya  malından  imtina,  maddi  zənginliyə  deyil,  ürfani 
zənginliyə  vurğunluq  sufi  dərvişlərin,  bir  sözlə  aşığın  özünün  xarakterik 
xüsusiyyətləridir: 
İstəməm əfəndim dünyayı versə,  
Yüz min lirə dəyər yardan bir busə,  
Şöhrət, ziynət üçün geyməm əlbisə, 
Çünki başımızda dərvişanlıq var. [195, 314]  
Bu dini-
estetik düşüncə Əhməd Yəsəvi, Hacı Bəktaşi, İbrahim Hakkı, Yunis 
İmrə mənəviyyatını XIX əsrdə özündə daşıyan xalq sənətkarının düşüncəsidir. Bu cür 


 
180 
ürfani  düşüncə  ilə  Zülali  ulu  ustadlarla  eyni  məqamda  birləşir,  özünün  dərvişanə 
həyatı  ilə  qürur  hissi  keçirir.  Çünki  “dərvişlər  təsəvvüfün  imtina  adlanan  bir 
bu
cağında  qənaət  xəzinəsinə  sahib  olan  şəxslərdir.  Bu  baxımdan  aşığa  çox 
bənzəyirlər”  [228,  126].  Sufi  dərvişlərin  yaşam  tərzini  Yunus  İmrə  özünəməxsus 
şəkildə poetikləşdirirdi: 
Dərviş könülsüz gərəkdir, 
Söyənə dilsiz gərəkdir, 
Döyənə əlsiz gərəkdir, 
Xalqa b
ərabər gərəkməz. [91, 126] 
Yunis  İmrə  əxlaqının,  dini-fəlsəfi  düşüncəsinin  ilahi  məzmunu  Zülalinin 
poeziyasında  aşiqin  mənəvi  iztirablarında,  dünyanı  dərk  etmək  cəhdində,  həqiqətə 
qovuşmaq  üçün  özünə  müəllim-mürşid  axtarışlarında  ifadə  olunur.  Bu  axtarışın  bir 
ucu təsəvvüfün dərin qatlarına istiqamətlənirsə, digər bir ucu “pirlər, ərənlər əlindən 
badə  içən”  aşiqin  iç  duyğularına  söykənir.  Bu  baxımdan  folklorşünas 
M.Allahmanlının  Aşıq  Ömər  haqqında  söylədiyi  bir  fikri  xatırlamaq  yerinə  düşər. 
Alim  Aşıq  Ömərin dini-fəlsəfi  şeirlərindən  bəhs  edərkən  yazır  ki,  “iç  aləminin 
ağrılarını,  məramını  ortaya  qoyan  Aşıq  Öməri  bu  düşüncəsi  ilə  təkcə  aşıq  kimi 
xarakterizə etmək birtərəfli olardı. Onu ümumilikdə klassik yazılı ədəbiyyat və aşıq 
şeiri  kontekstində  araşdırmaq,  şeirlərinin  mahiyyətini  bir  istiqamətdə-dini-ürfani 
xəttində  izləmək  lazım  gəlir”  [14, 120-121].  Aşıq  Ömər  yaradıcılığının  mühüm  bir 
istiqamətini  müəyyənləşdirən  bu  elmi  qənaəti  biz  Zülalinin  poeziyasında  müşahidə 
edirik. Aşıq Zülalinin həm klassik, həm də xalq şeiri üslubunda yazdığı şeirlərində bu 
cəhət qabarıq şəkildə özünü göstərir. Tək gerçəyə-tanrıya qovuşmaq üçün meyxananı 
özünə məskən seçən aşığın heç bir vara, dövlətə ehtiyacı yoxdur, sufi yolçusu olmaq 
onun ən böyük arzusudur. 
Bu  duyğular  haqq  yolçusunun  mənəvi  iztirablarının,  kamil  mürşid 
axtarışlarının  obrazlı  təcəssümünə  çevrildikcə  Aşıq  Zülalinin  ürfani  düşüncələrinin 
poetik mənzərəsi daha aydın görünür. Həm də bu mənzərə klassik Şərq, o cümlədən 
Azərbaycan  poeziyasında  sıx-sıx  işlənən  ənənəvi  obrazlarla  “badə”,  “pir”,  “bağ 
viran” və sair kimi sufi terminlərinin poetik harmoniyasında gerçəkləşir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə