Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   52   53   54   55   56   57   58   59   ...   100

 
169 
sənətkar  bu  dərin  fəlsəfi  mahiyyətin  əsl  mənasını  anlamayanları  töhmətləndirir. 
Məlum olduğu kimi, “təsəvvüfün yayılmasında əvəzedilməz xidmətləri olan dərvişlər 
türk sufi tarixində yeni məna qazandılar. Əslində “dərviş” sözü ibarət olduğu dal, ra, 
vav,  ye  və  şin  hərflərinin  simvolik olaraq  ifadə  etdiyi  dünya,  riya,  varlıq,  yalan və 
şəhvətdən özünü uzaq tutan insan mənasındadır” [46, 237]. Aşığın lirik “məni” ilahi 
eşqin  əzəmətini  başa  düşə  bilməyən  biganələrə  üz  tutuaraq  Tanrı  yoluna  qulluq 
etdiyini,  eşq  məqamının  bu  biganələr  tərəfindən  görünə  bilmədiyini  bildirir. 
Təsəvvüfdə  həqiqətə  qovuşmağın  40  məqamı  mövcuddur  ki,  təriqət  yolçusunun 
tutduğu  məqamı  heç  vaxt  bu  yoldan  uzaq  olanlar  görə  bilməzlər.  Bu  məqama 
yüksələn  təriqət  mərhələlərini  keçməklə  ilahi  nişanəsini  daşımağa,  vəhdətə 
qovuşmağa can atır. 
Vəhdətdə vahidiz ey çeşmi - ahu, 
Ezkarımız Lailahə-illahu. 
Biganə zənn edib xor baxma yahu, 
Biz də bu təkkənin dərvişanıyız. [224, 730] 
Aşıq Əmrahın şeirlərində tez-tez rast gəldiyimiz “hu”, “təkkə”, “dərgah” və s. 
sufi  rəmzləri  sənətkarın  dini-ürfani  görüşlərini  əks  etdirməklə  yanaşı,  həm  də  bu 
şeirlərin  poetik  effektinə  yeni  çalarlar  əlavə  edir.  Bir  sıra  bu  cür  təsəvvüf 
terminlərinin  aşığın  poeziyasında  sıx-sıx  işlənməsi,  özünü  “təkkələrin  dərvişi” 
adlandırması  onun  yuxarıda  qeyd  etdiymiz  kimi  nəqşbəndilik  təriqətini  sadiq 
müridlərindən  olduğunu  bir  daha  göstərir.  “Təkkələr  ətrafında  toplanan  müridlər, 
aşıqlar, şeyxlər aracılığı ilə möhkəm bir kültür çevrəsi əmələ gəlmiş və Balkanlarda 
olduğu kimi Anadoluda da xalq arasında sağlam bir əlaqə qurulmuşdur” [171, 35]. 
Aşıq Əmrah “Keçdi” rədfli qoşmasında haqqa can atdığını, bir ürfan əhli kimi məcazi 
eşqə deyil, həqiqi eşqə qovuşmaq istədiyini poetikləşdirir: 
Əmrahı məlumdur bu naz əhlinə, 
Sarayı vəhdətdə niyaz əhlinə. 
Gözəllər naz etsin məcaz əhlinə,  
Mənim həqiqətim məcazı keçdi. [218, 742] 


 
170 
Prof.  F.Köprülü  Aşıq  Əmrahın  təsəvvüf  poeziyasından  söhbət  açarkən 
sufizmin  müxtəlif  cərəyanlarının  təsiri  altında  şeirlər  yazmasını  onun 
dünyagörüşündəki  ziddiyyətlərlə  əlaqələndirir.  “Xalidi  dərvişi  olması  baxımından 
bəzən tamamilə zahidanə, əxlaqi nəsihətlər yazmış, bəzən bəktaşi dərvişləri tərzində 
da
ha  laübali,  daha  qələndəranə  nəfəslər,  dövriyyələr  söyləmişdir”  [218,  719]. 
F.Köprülü  aşığın  sufiyanə  mahiyyət  daşıyan  əsərlərini  heca  vəznində  yazdığı  digər 
şeirlərə  nisbətən  məzmun  və  sənətkarlıq  baxmından  zəif  əsərlər  hesab  etsə  də, 
“Anadolunun bir çox 
yerlərini dolaşan bu dərviş – şairin” [218, 712] yaşadığı dövrün 
ən  böyük  saz-söz  ustadı  kimi  yüksək  nüfuz  qazandığını  qeyd  etməyi  də  unutmur. 
Türk-
islam təsəvvüf terminlərinin Aşıq Əmrahın şeirlərinin dilini müəyyən dərəcədə 
ağırlaşdırması,  görünür  ki,  görkəmli  alimi  bu  qənaətə  gətirmişdir.  Əslində  isə, 
fikrimizcə,  Aşıq  Əmrahın  şəxsiyyətindəki  qeyri-adiliklər,  dünyagörüşündəki 
ziddiyyətlər onun dini-ürfani şeirlərinin müəyyən qatını təşkil edir. Türk-müsəlman 
təsəvvüf ədəbiyyatının simvol və rəmzləri aşığın yaradıcılığında klassik ədəbiyyatın 
müəyyən  ünsürləri  kimi  özünü  göstərməkdədir.  Bu  cəhət  orta  əsirlərdə  təkkə 
ədəbiyyatının və klassik poezyanın aşıq şeirinin təşəkkülünə göstərdiyi təsirin ayrıca 
bir  istiqamətini  təşkil  edir.  Klassik  ədəbiyyata  hakim  olan  ideologiya,  müxtəlif 
məfhum  və  məcazlar  XV  əsrin  sonlarından  başlayaraq  aşıq  poezyasına  daha  çox 
nufuz  edir.  Bu  cəhəti  nəzərdə  tutan  F.Köprülü  yazır  ki,  “aşıq  şeirinin  ümumi 
təkamülünü göz önünə alırsaq, bu ünsürlərin getdikcə artdığını görürük” [217, 189]. 
Aşıq Əmrahın poezyasının dini-ürfani xüsusiyyətləri yuxarıda qeyd olunan ünsürlərlə 
sıx bağlı şəkildə olmuşdur. 
Aşıq  Əmrahı  xalq  arasında  məşhurlaşdıran  xüsusiyyətlərdən  biri  də  onun 
özünəməxsuz tərzdə saz çalarkən ekstaz anında cəzbə getməsidir. Folklorşunas-alim 
M.Hacıyeva İbrahim Aslanoğluya istinad edərək yazır ki, Aşıq Əmrah saz çalarkən 
bəzən  özündən  keçərcəsinə  sarsılır  və  bütün  vücudu  titrəyirmiş.  Bu  hal  ömrünün 
sonunadək  davam  etmişdir.  XIX  əsrdə  yaşayıb-yaratmış  görkəmli  Azərbaycan  şairi 
Əbülqasım Nəbatının da ekstaz anında qeyri-adi hallar keçirdiyi məlumdur. F.Köçərli 
yazır: “Etikafdan çıxan zamanı onun simasında başqa bir parlaqlıq və nuriyyət çilvə 
edərmiş; özgə bir halətə düşərmiş və bəzi vaxtı şövqi zövq ilə cuşa gəlib eşqdən, mey 


 
171 
və məhəbbətdən dəm vurarmış” [102, 469]. Qeyd edək ki, Ə.Nəbati ilə Aşıq Əmrah 
arasında oxşarlıqlar çoxdur. Hər ikisinin eyni və bir neçə dini təriqətə meyl etmələri, 
həm  klassik,  həm  də  xalq  şeiri  üslubunda  yazıb-yaratmaları,  ekstaz  anında  ruhi 
sarsıntılar  keçirmələri  eyni  əsrdə  yaşayıb-yaratmış  bu  görkəmli  sənətkarları 
birləşdirən ümumi cəhətlərdir. Əlbəttə, bu, ayrıca bir tədqiqatın mövzusudur. Bizim 
məqsədimiz isə Aşıq Əmrahın həm şəxsiyyətindəki, həm də yaradıcılığındakı qeyri-
adi özünəməxsusluqların digər söz sənətkarlarında da müşahidə olunduğunu ötəri də 
olsa nəzərə çarpdırmaqdır. 
Aşıq  Əmrahın  bir  sıra  şeirləri  haqqa  çatmağın  yolunu  göstərən 
ustadnamələrdir. Bu ustadnamələrdə görkəmli sənətkar təriqətin əsas şərtlərini, təriqət 
yolçusunun başlıca vəzifələrini ifadə edir, insanı mənəvi kamilliyə, qəlbindən “kibrü 
– 
qüruru” silməyə çağırır: 
Sufi, istər isən cənnətə huri, 
Gətirmə qəlbinə kibrü-qürurü. 
Saqın, cahil sanma, ey gözüm nuru, 
Hər fənnə alimdir Əmrah, əfəndi. [218, 752] 
Aşığın  “Bizimdir”,  “Bilməzsən”,  “Əfəndi”,  “Edərlər”,  “Bəyənməz”  və  s. 
rədifli  qoşmalarında  bu  cəhət  qabarıq  şəkildə  nəzərə  çarpır.  Təsəvvüf  şeirlərinin 
əksəriyyətində olduğu kimi, Aşıq Əmrahın da qoşmalarında tez-tez saqiyə müraciət 
olunur,  haqqın  yolunu,  doğru  məsləki  göstərən  şeyx-saqi  poetik  vasitə  kimi  aşığın 
sufi  görüşlərinin  daşıyıcısına  çevrilir.  “Sun,  saqi,  ləlindən  təşnə  dillərə”,  “Saqi,  bir 
piyalə  sun  kərəm  eylə”,  “kərəm  qıl,  ey  saqi,  üz  vermə  mənə”  və  s.  misralarda 
“piyalə”, “ləl” rəmzləri “saqi” simvolunun müxtəlif cəhətlərini əks etdirir. 
Aşıq  Əmrahın  qoşmalarında  təsəvvüf  poezyasının  mürəkkəb  anlayışları 
poetik  misraların  axarında  aşığın  dini-ürfani  düşüncə  tərzinin  kamillik  dərəcəsini 
göstərən cizgilər kimi diqqəti cəlb edir: 
Bir noqtə yetməzmi arifə kafi, 
Sirrə məhrəm olan eyləməz lafı, 
Çıx aradan, sufi, deyilsən safi, 
Təkkeyi-eşq içrə dövran bizimdir. [218, 743] 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə