Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   49   50   51   52   53   54   55   56   ...   100

 
160 
“Keçdi”, “Oldu”, “Alma bağı” və  s. gəraylılarında sevən bir qəlbin fəryadı, 
hicran at
əşi ilə yanan aşiqin iztirabları, nakam eşqinin dərdlərini unuda bilməyən incə 
q
əlbli bir insanın kədəri əks olunur. Baharı tez-tez xatırlayan sənətkar ona bəslədiyi 
ülvi m
əhəbbəti qələmə  alır,  sevgilisinin  adı  ilə  bağlı  yaratdığı  saz  havasının, 
ayrılıqdan doğan həyəcan və iztirabların ondan yadigar qaldığını bildirir: 
“Baharı” qaldı Bahardan,  
Ür
əyimdə bir sim oldu.  
Caduladı dərdim məni,  
Bir qırılmaz tilsim oldu. [25, 17] 
 
“Eşq  sevdası”,  “Mən də”,  “Alma  bağı”,  “Bu  gələn” və  sair gəraylılarında 
“did
ələri qan ağlayan” lirik qəhrəmanın duyğu və düşüncələri, onun kövrək xatirələri
“gül
ə  həsrət bülbülün” qəmli nəğmələri ifadə  olunur.  “Alma  bağı”  gəraylısında 
üstünü x
əzan  alan,  budaqları  quruyan  alma  bağı poetik  vasitəyə  çevrilir.  “Almaları 
tökülüb, göz
əlliyi çəkilən”  bu  bağı  da  dərd-qəm bürüyüb, indi burada sevinc və 
şuxluqdan, alma dərən gözəllərdən əsər-əlamət qalmayıb. Bağı gəzib seyr edən aşiqin 
d
ə  ürəyi dərd-kədərlə  doludur,  alma  bağını  gəzdikcə  onun hər  qarışında  yadına 
sevgilisi  düşür.  Təbiətin xəzan  çağı  ilə  qəmli  könlü  arasındakı  uyğunluq  aşiqin 
ç
əkdiyi iztirabları, keçirdiyi həyəcanları daha obrazlı və qabarıq şəkildə ifadə etməyə 
imkan verir: 
De hardadı o dildarım,  
Bir yada sal, alma bağı.  
O ged
əndən ağlayıram  
Ür
əkdə xal, alma bağı. [25, 17] 
Aşığın “Yeri, bəyim”, “Alma bağı”, “Mən də”, “Könül” kimi şeirlərində lirik 
q
əhrəmanın  daxili  düşüncələri, hiss və  duyğuları  olduqca  təbii boyalarla, müəllifin 
özün
əxas deyim tərzi ilə  qələmə  alınmışdır.  Kövrək hisslərin təbiiliyi,  obrazlılıq, 
emosionallıq  və  səmimilik  bu  şeirlərin müəllifinin incə  və  zərif bir ürək sahibi 
olduğunu, bənzərsiz sənətkarlığını göstərməkdədir. “Toxdaya bilməyən, gözlərindən 
qanlı  yaş  axıdan”  aşiqin  dərdlərinə  məlhəm olmaq, onu ovutmaq istəyən bir türk 
göz
əlinin həssaslığı  aşığı  kövrəldir. “Səxavətdə  tayı  olmayan  bəyimin”  qayğısı  və 


 
161 
diqq
əti aşığın ürəyində xoş duyğular oyatsa da, onun qan ağlayan gözlərindən axan 
seli dayandıra bilmir. Aşıq istəmir ki, onun dərdlərinə əlac tapmaq istəyən bəyimin də 
ür
əyi qubarlansın, nakam eşqinin həsrət və nisgili ona da təsir etsin: 
Bulamazsan göz yaşımın dərdini, 
Yeri, b
əyim, yeri bəyim, yeri get. 
Bil
ən bilir kədərimi, qəhrimi, 
Yeri, b
əyim, yeri, bəyim, yeri get. [25, 22] 
Aşığın həssas qəlbi dərd əlindən, ayrılıq əzabından gecə-gündüz fəryad etsə 
d
ə, ilk eşqinin şirinliyini, o heç vaxt unuda bilmir. İllər, aylar ötüb keçmişdir, dərdli 
aşığın beli bükülmüş, “əzəl gündən qədəri, taleyi qara yazılmışdır”. Ancaq bütün dərd 
v
ə iztirablarına baxmayaraq onun “eşqi əvvəlkindən cavan qalmışdır”. Heç vaxt öz şi-
rinliyini, t
əzəliyini itirməyən ilk məhəbbətin cavan qalmasının, aşığın qəlbində əbədi 
yu
va salmasınını əsas səbəbi onun öz eşqinə ömürlük sədaqət göstərmişdir. Vəfa və 
s
ədaqət nakam məhəbbəti heç vaxt unutmağa qoymamış, onu həmişə gənc saxlamış-
dır. Həyatından məlum olduğu kimi, aşıq sonralar Nənəxanım, daha sonra Əfruz adlı 
qızla evlənsə də, ilk eşqini ömrünün sonunadək unutmamış, qoşma və gəraylılarında 
dön
ə-dönə Bahara bəslədiyi saf və sonsuz məhəbbəti tərənnüm etmişdir. 
Bir m
əqamı  da  burada  qeyd  etmək yerinə  düşər.  İctimai  motivli  və  Sovet 
quruluşunun tənqidinə həsr etdiyi şeirlərində Aşıq Nəsib nə qədər sərt və ötkəmdirsə
aşiqanə şeirlərində bir o qədər kövrək, duyğulu və dərdlidir. Birinci qisim şeirlərində 
onun nifr
əti, ikinci qisim şeirlərində isə məhəbbəti, sevgisi aşıb-daşır. Fikrimizcə, bu 
da onun özünün t
əbiətindən, hiss və  duyğularının  səmimiliyindən, təbiiliyindən 
doğur.  Şeirlərində  olduğu  kimi,  həyatda da o, hər cür sünilikdən, qondarma 
duyğulardan uzaq olmuşdur. Bu baxımdan aşığın “Yeri, bəyim” qoşmasında həsrət və 
nisgil, ç
əkdiyi iztirablar, keçirdiyi həyəcanlar olduqca səmimi təsir bağışlayır: 
Sin
əsində köz olanlar sızlar hey,  
Ha naz satsın gözəl gəlin-qızlar hey,  
Yola salar nec
ə belə yazlar hey,  
Yeri, b
əyim, yeri, bəyim, yeri get. [25, 23] 


 
162 
 
“Durnası uçub, yaşı ötən, ürəyində dərdli qalan” aşıq daxili qürur və əzəməti 
il
ə heç vaxt dünya malına göz dikmir, “vara-pula üzü gülmür”. Yalnız bir müqəddəs 
duyğu - ülvi məhəbbət və sevgi hissləri onun ağlar qəlbini ovudub kiridə bilir. Aşıq 
öz  eşqi  yolunda  alovlanıb  yananları,  əzab çəkənləri  xatırlayaraq  təskinlik  tapır, 
h
əyəcan və iztirabları təbii sayaraq 
Sev
ən qəlbin qəm çəkməkdir peşəsi
Yeri, b
əyim, yeri, bəyim, yeri get.- 
-  dey
ə  səbir və  dözüm göstərir. Ona həmdərd olmaq istəyən gözəlin isti 
münasib
əti  aşığa  mənəvi  rahatlıq  gətirsə  də,  “ağlamasam  azalarmı  kədərim?” bədii 
sualı  ilə  öz fəryadlarına  haqq  qazandırır.  “Yazılı  ədəbiyyatda  olduğu  kimi,  aşıq 
poeziyasında  da  ustad  aşığın  subyektiv  fikri,  dünyagörüşü  mühüm  amillərdəndir. 
Burada b
ayağı,  ötəri,  solğun  hiss  təsvir olunmur. Yəni təsvir  obyekti  canlı 
müşahidəyə  əsaslanır.  Bir  az  da  dəqiq deyilsə, lirik qəhrəmanların  daxili  aləmini, 
psixologiyasını ifadə etmək şair-aşıq üçün bədii fürsətdir” [93, 239]. 
Aşıq  Nəsibin məhəbbətin tərənnümünə  həsr  olunmuş  ən gözəl  şeirlərindən 
biri “Öldürdü m
əni” gəraylısında  el  gözəlinin həm zahiri, həm daxili-mənəvi 
göz
əlliyi ustalıqla təsvir olunmuşdur. Gəraylıya bir necə epik cizgi əlavə etməklə aşıq 
b
ədii-estetik dəyərlərin, lirik-emosional  duyğuların  ifadəsini sənətkarlıqla  verə 
bilmişdir: 
Bu g
əlinin gözlərinin  
Yağışı öldürdü məni.  
Baxışından çiçək yağır,  
Baxışı öldürdü məni. [25, 20] 
Sonrakı  bəndlərdə  aşıq  bu  el  gözəlinin ona gətirdiyi  naxışlı  corabı  bədii 
vasit
əyə çevirir. Gözəlin hədiyyəsi onun qəlbində incə və zərif duyğular oyadır, bu 
“m
ərd  qızı  mərdin”  toxuduğu  corabın  naxışları  da  el  gözəlinin özü kimi gözəl və 
z
ərifdir: 
Bir naxışlı corab gətdi,  
Özü bir m
ərd qızı mərddi,  
Göz
əlliyi əlamətdi,  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə