Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   45   46   47   48   49   50   51   52   ...   100

 
148 
t
ərənnümündəki fərq Aşıq Əmrahın qoşmalarında dialoq, “Kitabi -Dədə Qorqud” da 
monoloq formasında ifadə olunmasındadır. 
XIX 
əsrdə Axıskanın Varnet kəndində yaşayıb-yaratmış Aşıq Əmrahinin bir 
şeiri  də  fikrimizi təsdiqləyir.  Aşıq  İsgəndər  Ağbabalıdan  yazıya  köçürdüyümüz 
“Dedim-
dedi” qoşmasının poetik zənginliyi, epitet və bənzətmələrin təbiiliyi gözəlin 
b
ədii portretini yeni və  mükəmməl bir biçimdə  canlandılrır,  “Dədə  Qorqud”dakı 
poetik fiqurları yada salır:  
Dedim: Qamış nəyin?-Dedi: Barmağım, 
Dedim: S
ədəf nəyin?-Dedi: Dırnağım, 
Dedim: Qaymaq n
əyin?-Dedi: Dodağım, 
Dedim: Yen
ə varmı?-Söylədi: Yox, yox. [11]  
Aşıq  Mühibbinin  (1823-1868) “Dedim-dedi” tipli gəraylısı  axıcılığı  və 
oynaqlığı  ilə  seçilir. F.Köprülü XIX əsr  saz  şairlərindən  (aşıqlardan)  bəhs edərkən 
Summani,  Ərbabi,  Toqatlı  Aşıq  Bədri, Sərdari, Bəzmi və  digər  tanınmış  saz-söz 
s
ənətkarları ilə yanaşı Mühibbinin də adını çəkir. Çıldır-Ərzurum bölgəsində məşhur 
olan bu 
aşığı  görkəmli alim “məsləktən  yetişən...məmləkətin bir çox yerlərini 
dolaşan” [218, 543] sənətkar kimi qiymətləndirir. 
Aşıq Mühibbinin “Dedim-dedi”gəraylısında obrazlı dialoq bir tərəfdən  aşiqin 
iç  duyğularını,  sevgi  hisslərini dilə  gətirirsə, digər tərəfdən sevdiyi gözəlin 
cazib
ədarlığının və zahiri portretinin başlıca cizgilərini əks etdirir. Bu dialoqda bəzən 
intim duyğular ifadə olunsa da, heç vaxt ədəb-ərkan və əxlaq çərçivəsindən kənara 
çıxılmır: 
Dedim: Üz
ə çəkmə pərdə, 
Dedi: Uğramışam dərdə, 
Dedim: Abi-köv
ər nerdə? 
Dedi: Damlar dodağımda 
 
Dedim: Mühibbiy
əm bilir, 
Dedi: X
əlvət qılsaq nolur? 
Dedim: Qorxam uyqum g
əlir, 


 
149 
Dedi: Baş qoy qucağımda. [218, 633] 
Sevgilil
ər arasındakı bu deyişmə həyat eşqinin, optimist hisslərin ifadəsi kimi 
dinl
əyicidə və oxucuda xos ovqat yaradır. 
Aşıq  Şenliyin  “Dedim-dedi” gəraylısında  da  gözəlin xarici və  daxili 
keyfiyy
ətləri vəhdətdə  təsvir  olunur.  “İstər xarici gözəllik, istərsə  mənəvi gözəllik 
aşıq poeziyasında bir-birindən ayrılmaz olduğu üçün” [62, 11] Aşıq Şenlik bu sənət 
ənənəsini ustalıqla davam etdirmişdir:     
Dedim: Ay qız, ədalısan, 
Dedi: Oğlan, nə dəlisən. 
Dedim: Bülbül s
ədalısan, 
Dedi: S
əhər ötərəm mən. [164, 186] 
M
əhəbbətin tərənnümü,  qız-qadın  gözəlliyinin poetik ifadəsi  Şenliyin  sərti 
olaraq  “Qızla  gəlinin deyişməsi”  adlandırdığımız  on  doqquz  bəndlik  şeirində 
mükalim
ə  şəklində  bəhs  olunmuşdur.  Maraqlıdır  ki,  ustad  sənətkar zahiri gözəlliyi 
qızın, mənəvi keyfiyyətləri isə gəlinin dili ilə təsvir-tərənnüm edərək özünün duyğu 
v
ə düşüncələrini poetikləşdirir: 
Qız der ki, məndə var bu hilal qaşlar, 
Xumar göz, b
ədir üz, ibrişim saçlar, 
H
əsrətimi çəkir havada quşlar
Əsən quşları ilə durmam rubərü. 
 
G
əlin der müştağam söhbətə, sözə, 
Əl ələ dəyəndə titrər var əza, 
Q
ənimət tapşırram şaftalı, məzə, 
Buşeyi ənfəstən ərmağanları. [164, 224] 
Aşıq  Şenlik  haqqında  rəvayətlərin birində  də  “Dedim-dedi”  tipli  qoşma 
maraqlı xüsusiyyətləri ilə diqqəti cəlb edir. Yığcam epik cizgilərlə aşıq rastlaşdığı el 
göz
əlləri ilə bağlı əhvalatı dilə gətirir. Aşıq İsgəndər Ağbabalıdan qələmə aldığımız 
h
əmin rəvayət “dedim-dedi” vasitəsilə təqdim olunur: 
S
əhərdən uğradım iki gözələ, 


 
150 
Biri “g
əlmə”-dedi, biri “gəl”-dedi. 
Bu telli sazımı alanda ələ, 
Biri “çalma”-dedi, biri “çal”-dedi. [11] 
Sona q
ədər davam edən  bu  dialoqda  Şenlik  həm gözəllərin poetik  obrazını 
yaradır,  həm də  onların  aşıqla  şux  və  naz-qəmzəli  zarafatlarını  təsvir  edir.  Aşıq 
Şenliyin  yaradıcılığında  “dedim-dedi”  modelli  şeirlər zəngin poetik gözəllikləri ilə 
diqq
əti cəlb edir. 
Ümumiyy
ətlə, məhəbbətin tərənnümü  Ağbaba-Çıldır  aşıqlarının  “Dedim-
dedi” modelli şeirlərində başlıca mövzulardan biri kimi sənət ənənəsi şəklini almışdır. 
XX 
əsrdə  yaşayıb-yaratmış  Aşıq  Sabit  Müdami,  Aşıq  Murad  Çobanoğlu  və  digər 
s
ənətkarların  yaradıcılığında  rast  gəldiyimiz “Dedim-dedi”  qoşma  və  gəraylılar 
dedikl
ərimizə nümunə ola bilər. 
Milli kolorit, etnoqrafik cizgil
ər,  şifahi  yaddaşdan  gələn simvol və  işarələr 
deyişmənin əxlaqi-estetik məzmununu bütövləşdirir, əsil gözəllik idealını tam halında 
dinl
əyici və oxucuya çatdırır. Qeyd etmək yerinə düşər ki, Aşıq Şenliyin ədəbi irsində 
düny
əvi məhəbbətin və  gözəllərin tərənnümünə  həsr  olunmuş  şeirlər  aşığın  digər 
m
əzmunlu əsərlərinə nisbətən azlıq təşkil edir. Onun poeziyasının əksər qismi ictimai 
m
əzmunlu və  təriqət  şeirlərindən ibarətdir.  Lakin  Aşıq  Şenliyin  sənətkar qüdrəti 
ondadır  ki,  o  kövrək hisslərin tərənnümündə, gözəllərin vəsfində  özünəməxsus 
orijinal poetik vasit
ələrdən istifadə  edir. Dədə  Ələsgər  kimi  “qızı-gəlini ana-bacı 
bil
ən” sənətkarın  şeirlərində  regional cizgilər, etnoqrafik elementlər, etno-milli 
keyfiyy
ətlər türk-Azərbaycan gözəlinin bədii  portretini  tamamlayan  başlıca 
xüsusiyy
ətlər kimi diqqət çəkir: 
Qaşı, kipriyi qaradı, 
K
əkil-birçəyin daradı, 
G
əvədən insan yaradı, 
Naxışlar salar Zübeydə. 
 
Dırnaq sədəf, barmaq gümüş, 
Qoynunda bitibdi yemiş, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə