Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   48   49   50   51   52   53   54   55   ...   100

 
157 
göz
əlin - Gülgəzin zahiri və mənəvi-əxlaqi gözəllikləri qələmə alınır: 
Can qurban eyl
ərəm o uca boya, 
Göz
əllik yaraşır qamətə, soya, 
B
əzəkli-düzəkli aparram toya, 
Yoxdu s
ənin təki sonası Gülgəz 
 
Qaraniy
əm, oxumadım hecəmi, 
Yuxum g
əlmir, yatammıram gecəmi, 
Dolandım Urumu, Azərbaycanı,  
Öldürür qaşların qarası Gülgəz. [11] 
Gülg
əz  adlı  başqa  bir  el  gözəlinin tərənnümünə  Aşıq  Həmzənin həsr etdiyi 
"Gülg
əzin"  şeiri  etnik-regional cizgilərinin  bolluğu,  səmimi hisslərin  duruluğu  ilə 
diqq
əti çəkir. Aşıq Həmzə “Atası Hasandı, anası Xanım; bir kəhər atı var adı Oxutdu” 
misraları ilə  el gözəlinin əsil-nəcabəti, igidliyi  haqqında  məlumat verir. "Gülgəzin" 
r
ədifli  qoşma  dolğun  məzmunu, orijinal təsviri ilə  el gözəlinin  ağıl  və  mərifəti, 
bacarığı, şuxluğu bitkin təsəvvür yaradır: 
Bir ayrı tam verir bişmişi, aşı, 
Qoll
arı qolbaqlı, dingəli başı, 
Haqqın yolundadı, haqdı yoldaşı, 
Qaradan qaradı teli Gülgəzin. [11] 
Eyni regional cizgi, Çıldır - Ağbaba gözəllərinin məişəti, cazibədarlığı Aşıq 
Bayramın (XX əsrin əvvəlləri) qoşma və gəraylılarında da ustalıqla təsvir olunur: 
Qantarını al çiyninə, 
Sallana-sallana yeri. 
Üzün gülsün, yanaqların, 
Allana-allana yeri. [152, 80] 
El şairi Əbdülün (1859-1938) "İndi" rədifli gəraylısında da el gözəli məişətdə 
olduğu kimi real detallarla əks olunur: 
Qantarının başı şimal, 
Özün göz
əl, bir mahcamal, 


 
158 
Kirpiyin ox, qaşın hilal, 
M
ənə könül ver bir indi. [152, 79] 
Qeyd etdiyimiz kimi, dözüm v
ə  sədaqət, hicran dərdi, vüsal həsrəti, 
m
əhəbbətin şirinliyi, kövrək hisslər aşıq poeziyasının əsas məzmununa hopmuşdur. 
Professor  P.Əfəndiyev  haqlı  olaraq  yazır  ki,  "klassik  aşıq  poeziyasında  məhəbbət 
lirikası, gözəllərin tərifi də özünəməxsus yer almışdır. Aşıq yaradıcılığında məhəbbət 
lirikası əsas yer tutur. Burada təsvir edilən məhəbbət real, insani, həyati məhəbbətdir” 
[63, 124]. 
Daha çox ictimai-si
yasi  motivli  şeirlərin müəllifi  kimi  tanınan  Çorlu 
M
əhəmməd (1825-1924) öz yaradıcılığında bu klassik ənənəyə riayət etmişdir. Onun 
əlimizdə  olan  şeirlərində  həssas qəlbli  aşiqin  ürək  çırpıntıları,  sevdiyi  gözəlin 
cazib
ədarlığı obrazlı ifadələrlə poetikləşir: 
Araqçının nə göyçəkdi, 
Baxdım qaşlar bir yay çəkdi, 
Sevda odun göz
ə tökdü, 
Nurun göyd
ən endi, gözəl. [11] 
Ağbaba-Çıldır aşıqlarının yaradıcılığında məhəbbət lirikası eşq və sevgi möv-
zu
su, qız-qadın gözəlliklərinin tərənnümü ilə məhdudlaşmır. Bir sıra aşıq şeirlərində 
inc
ə və zərif el gözəlləri həm də igid və qəhrəman qızlar kimi təsvir olunurlar.  Nağıl 
v
ə dastanlarımızda bu cür gözəllərə sıx-sıx təsadüf olunur: “Bu qadınlar içərisində biz 
Nigar kimi alic
ənab  başbilənlər, Burla xatun, Banuçiçək, Selcanxatun, Həcər, 
Ərəbzəngi kimi igid qəhrəmanlar... Zöhrə  kimi  çılğın  bir  məhəbbətlə  sevən, Fatma 
xanım kimi həm düşməninin, həm öz sevgilisini, nəhayətdə də özünü öldürən qızlara 
t
əsadüf edirik” [151, 95]. 
XIX s
ərin  sonlarında  yaşayıb  yaratmış  el  sənətkarları  Aşıq  Tomaroğlunun 
“Ölm
əzdim”, Aşıq Qərib Hasanın “Yayçı qızı”  gəraylıları bu baxımdan səciyyəvidir. 
H
ər iki gəraylı Qarsın Yayçı kəndində adı çəkilməyən bir gözələ həsr olunmuşdur. 
G
əraylıların  məzmunundan güman etmək olar ki, həm  Aşıq  Tomaroğlu, həm də 
Q
ərib  Hasan  Yayçı  kəndində  həmin gözəli  görmüş  və  onun igidliyini, gözəlliyini 
t
ərənnüm  etmişlər.  “Yayçı  qızı”  gəraylısında  “adamı  oda  salan” el  gözəli daha çox 


 
159 
igidliyi v
ə şücaəti ilə yadda qalır:  
Yayçı qızı nişançıdı, 
Atdığı getməz boşuna. 
B
ərkdə igiddi bir ərdi, 
Özünü vurar qoşuna. [11] 
Aşıq  Tomaroğlunun  “Ölməzdim” rədifli gəraylısına  da  oxşar  ruh  hakimdir. 
Göz
əlliyi ilə aşığı vəcdə gətirən Yayçı qızına olan heyranlığını sənətkar özünəməxsus 
şəkildə ifadə edir: 
H
əm gözəlsən, həm də igid
Əllərində həvə-kirkit, 
G
əl sənə mənə ümid bərkit, 
Elçi salsaydım, ölməzdim. [11] 
Bu g
əraylılarda  Yayçı  qızının  zahiri  və  əxlaqi-mənəvi gözəlliyinin bədii-
estetik mahiyy
əti onun igidliyi, cəsarəti ilə tamamlanaraq yeni məzmun qazanır.   
Aşıq  Nəsibin poetik irsində  ülvi, müqəddəs məhəbbətin tərənnümünə  həsr 
olunmuş  şeirlər də  incə  poetik deyim tərzi ilə  seçilir.  Aşığın  məhəbbət motivli 
şeirlərində  nisgil,  ayrılıq  əzabı  ictimai  kədərlə  birləşərək lirik məzmunu sosial 
çalarlarla  dolğunlaşdırır.  Aşıq  poeziyasında  məhəbbət  şeirlərindən bəhs edən 
M.Qasımlı  yazır:  “Bu  sahədə  poetik nümunələr həm  çoxsaylılığı,  həm də  bədii 
sisteminin mük
əmməlliyi, üslub rəngarəngliyi və  obraz zənginliyi ilə  digər 
mövzulardakı aşıq şeirlərindən nəzərəçarpacaq üstünlüklə seçilir” [106, 157]. 
Sad
əlik və  səmimilik, incə  zövq, həssas  duyğu  və  düşüncələr  Aşıq  Nəsibin 
sevgi-m
əhəbbət  şeirlərində  poetik  bir  harmoniya  yaradır.  Bu  harmoniyanın  başlıca 
m
ənbəyi  aşığın  şəxsi məhəbbəti və  bəşəri  duyğulardır.  İctimai  motivli  şeirlərində 
olduğu  kimi,  məhəbbətin tərənnümünə  həsr  olunmuş  şeirlərində  də  Aşıq  Nəsibin 
qaynar t
əbi, yüksək sənətkarlıq məharəti diqqəti çəkir. Sevgilisi Baharın Çıldıra ərə 
verilm
əsi  Aşıq  Nəsibin onsuz da dərdli olan ürəyinə  yeni dərdlər  əlavə  etmiş,  o, 
nakam m
əhəbbətini ömrü boyu unuda bilməmişdir. Şeirlərində tez-tez Baharın adını 
ç
əkən Aşıq Nəsib alovlu məhəbbətini, həsrət və nisgilini poetik misralarla özünəxas 
deyim t
ərzi ilə ifadə etmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə