Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   46   47   48   49   50   51   52   53   ...   100

 
151 
Mint
ənə al, kəmər gümüş, 
Yaraşır belə Zübeydə. [164, 190] 
Folklorşünas M.Qasımlı Azərbaycan aşıq ədəbiyyatında geniş yer tutan bu cür 
şeirlərin yaranmasının milli-etnik və tarixi-genetik köklərinin qədim dövrlərlə bağlı 
olduğunu  göstərir: “Kökü çox-çox qədimlərə  söykənən bu sənət  ənənəsi ümumən 
klassik  aşıq  yaradıcılığı  üçün  səciyyəvidir və  yüzillər  boyunca  sazın  iştirakı  ilə 
keçiril
ən etnoqrafik mərasimlərdə  çal-çağırın  əsas istiqamətlərindən birini təşkil 
etmişdir” [106, 158]. 
Aşıq yaradıcılığında məhəbbətə, ayrılıq dərdlərinə həsr olunmuş kifayət qədər 
poetik nümun
ələr  vardır.  Aşıq  Qurbaninin  Pəriyə,  Aşıq  Abbas  Tufarqanlının 
Gülg
əzə, Kərəmin  Əsliyə,  Ələsgərin Səhnabanıya,  Aşıq  Summaninin  Gülpəriyə 
b
əslədikləri sonsuz məhəbbət, bir-birinə qovuşa bilməyən sevgililərin həsrəti təbii və 
t
əsirli şeir  şəkillərində  ifadə  edilmiş,  el  məclislərində, şənliklərdə  çalınıb oxunmuş, 
aşıqların  düzüb  qoşduqları  dillərdə  dastana  çevrilmişdir.  Digər tərəfdən  bu  şeirlər, 
müxt
əlif əhvalat və dastan-rəvayətlər əxlaqi-didaktik səciyyəsi, ibrətamizliyi ilə xalq 
arasında milli-mənəvi dəyərlərin meyarı olmuşdur. Başqa sözlə, düzülüb qoşulan  bu 
ədəbi nümunələr  ümumxalqın  əxlaq  göstəricisi kimi azad və  ülvi məhəbbəti var-
dövl
ətlə  ölçənləri nifrətlə  lənətləmiş,  sevgililəri vəfa və  sədaqətə  səsləmişdir. 
Yuxusunda buta aldığı Gülpərinin eşqi ilə Qafqazı, Krımı, Əfqanıstanı, Türküstanı, 
h
ətta  Hindistanı  gəzib  dolaşan  Aşıq  Summaninin  sevgi  macərası  Şərqi Anadoluda 
dill
ər əzbəri olmuşdur. Bu sənət ənənəsində Aşıq Summaninin iç ağrılarını, çəkdiyi 
iztirabları, hicran dərdini necə zərifliklə, incə deyim tərzi ilə dilə gətirdiyinin şahidi 
oluruq: 
N
ə edim, dostlarım, vəfasız yarı, 
Mövlan h
ər quluna verməz bu qarı, 
Gün-günd
ən artmaqda bülbülün zarı, 
Qönç
əsiz gülşəndə gül oyanırmı? [218, 621] 
Hi
cranın  verdiyi  iztirabların,  üst-üstə  çəkdiyi  dağların  məlhəmini tapa 
bilm
əyən aşığın Loğmanı da özüdür, gülləri solmuş bağçada bağbanı da özüdür,. Bu, 
sevgilisn
ə qovuşmaq ümididir, aşığın yana-yana göstərdiyi dözümdür: 


 
152 
Summani der, vardım canan elinə, 
R
əhm etmədi gözlərimin selinə. 
H
ər varımı, hər yoxumu əlinə
T
əslim edib, təslim olub, verən mən. [223, 365] 
Bu  qoşmadakı  poetik  məzmun  şeirimizin  böyük  ustadı  Nəsiminin “mənəm, 
m
ən”  hürufi düşüncəsinin, Xətainin  “Dəhnamə” sindəki Aşiqin səbr və dözümünün 
XIX 
əsrdə də davamlı xətlə var olduğunu, yaşadığını təsdiq edən gen yaddaşı, ədəbi 
t
əfəkkür faktıdır. 
Aşıq  Summanidən keçib gələn bu sənət  ənənəsi XX əsrdə  Aşıq  Sabit 
Müdaminin  yaradıcılığında  daha  qəmli və  kədərli notlarla özünü göstərir. Xalq 
arasında “Müdami Ata”, “Ata” kimi böyük hörmətlə tanınan aşığın nakam bir eşqdən 
aldığı yaralar, çəkdiyi qəlb sızıntıları orijinal bədii təsvir və ifadə vasitələrinin zəngin 
silsil
əsində  incə  təfərrüatları  ilə  qələmə  alınır.  Şəmsinur  adlı  bir  qızı  sevən, lakin 
analığının zülmkarlığı və amansızlığı nəticəsində muradına çatmayan Aşıq Müdami 
Aşıq Ələsgər kimi ömrü boyu ilk eşqini unutmamış, qəmli şeirlər yazmışdır. Aşığın 
qoşma  və  gəraylılarının,  təcnislərinin bir qütbündə  hicran və  ayrılıq  dərdi ifadə 
olunmuşdursa, digər bir tərəfində sənətkarın həyatının müəyyən məqamları öz əksini 
tapmışdır.  Bu  baxımdan  onun  bir  sıra  şeirləri avtobioqrafik səciyyəsi ilə  maraq 
doğurur: 
Yar s
əmtindən alammadıq bir salıq, 
Yanar f
əryadımdan dəryada balıq, 
H
əyatımı zəhərlədi analıq, 
S
əbəb odur edən namurad məni. [17, 108] 
Bütün yaradıcı sənətkarlarda olduğu kimi, Aşıq Müdami də ilk eşqinin ağrı-
acılarını, həsrət və nisgilini qəlbində daşımış, “saç-saqqal ağardı, eşqim təzədir” kimi 
içd
ən gələn etirafları ilə hisslərini ifadə etmişdir. 
Aşıq Xəstə Hasanın şeirlərində Axıska gözəllərinin tərənnümü, əhdə vəfa, eşq 
yolunda s
ədaqət və dözümlülük, yüksək mənəvi-estetik keyfiyyətlər poetik detallarla 
ifad
ə olunur. Təəssüf ki, bu ustad aşığın zəngin poeziyası vaxtında yazıya alınmadı-
ğından çox az qismi bu günümüzə gəlib çatmışdır. Xəstə Hasanın əlimizdə olan şeir-


 
153 
l
əri göstərir ki, bu ustad sənətkar insan qəlbinin incəliklərini dərindən duyan və səmi-
mi  duyğularını  zərif biçimli misralarla dilə  gətirən  bir  aşıqdır.  Onun  “Vədəsində”, 
“Sevdiyim, “Göz
əllər” və sair şeirlərində zahiri və mənəvi gözəllik poetik vəhdətdə 
t
əsvir olunur. Ümumiyyətlə, Xəstə  Hasanın  da  poeziyasında  qız-qadın  gözəlliyi 
obrazlı ifadələrin, bədii təsvir vasitələrinin silsiləsində əks olunur: 
Kiminiz xınalar əzmişsiz üzə, 
Kiminiz 
şəkərlər qatmışsız sözə, 
Üz tutub n
əzərlər çevirin bizə, 
Sevindirin dostu-
yarı, gözəllər. [11] 
Bu cür poetik t
əsvir-tərənnüm  aşığın  qoşmalarında  mənəvi-əxlaqi 
keyfiyy
ətlərlə  paralel  şəkildə  dolğunlaşaraq  zəngin məzmun  qazanır,  aşiqin 
sevgilisin
ə bəslədiyi ülvi məhəbbət, vəfa və sədaqət nümayiş olunur: 
Etibarsız sanma Xəstə Hasanı, 
Uğrunda qoymuşam bu şirin canı, 
Yeddi iqlim şahlara vermərəm səni, 
T
əqdirə bir qələm xuda, sevdiyim. [11] 
Eyni hiss v
ə  duyğular,  aşiqin  səmimi  etirafları,  zərif emosiyalar Rəcəb 
H
ifzinin  yaradıcılığında  da  bədii çalarlarla ifadə  olunur. Cəmi  iyirmi  beş  il  ömür 
sürmüş istedadlı saz-söz sənətkarı təbiət və insan gözəlliklərini vəhdətdə təsvir edir, 
“duru türkc
əsi və axıcı üslubu ilə aşıq şeirinin gözəl örnəklərini verirdi” [171, 362]. 
R
əcəb Hifzi təbiət və məişət predmentlərini adilikdən qeyri-adiliyə qaldıraraq aşiqin 
iç duyğularını, vüsal həsrətini yüksək sənətkarlıqla qələmə alır :  
Yastıqdan alçaqmı qədrimiz bizim? 
G
əl baş qoy, sevdiyim, yetməzmi dizim? 
H
ələ doğmamısan, səhər ulduzum? 
Oyan, gözl
ərinə qurban olduğum! [17, 21] 
Onun şeirlərində gül, çiçək, bülbül, durna, duman və s. varlıqlar poetik məz-
mun qazanır, bu məzmun bəzən onun təsəvvüf görüşləri ilə birləşərək obrazlığın fəl-
s
əfi-estetik mahiyyətinin göstəricisinə  çevrilir.  “Çiçəklər”, “Dilbər”, “Durnalar”, 
“Çiç
əyi“, “Görsəniz” kimi qoşma və gəraylıları bu baxımdan səciyyəvidir. “Çiçəklər” 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə