Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   44   45   46   47   48   49   50   51   ...   100

 
145 
F
ərhad külüng çalıb dəldi qayayı, 
Dağları yerindən atdırır bu od. [182, 10] 
Qoşmanın  ürfani  ruhunda  dünyəvi və  səmimi  duyğuların  ifadəsi emosional 
t
əsirə yeni bədii çalarlar əlavə edir, kövrək və təbii hisslərin axarında mənəvi təsəlli 
kimi s
əslənir. Həyatı və poeziyası haqqında yetərincə məlumat olmayan, “tərtəmiz bir 
eşqə ruhunu, canını təslim edər Bağdad xanım hüdud boyu tərəkəmə xalqının dilində 
h
ələ bir məhəbbət dastanının ünlü qəhrəmanı olaraq yaşamaqdadır” [182, 11]. 
B
əşəri  duyğular,  kövrək hisslər, məhəbbətin  böyüklüyü  Ağbaba-Çıldır 
aşıqlarının  lirik  poeziyasında  özünəməxsus  obrazlılıqla  ifadəsini  tapır.  Yazılı  və 
şifahi  ədəbiyyatımızda  sıx-sıx  işlənən səba,  əğyar,  fələk və  sair obrazlar vasitəsilə 
insan q
əlbinin ülvi duyğuları poetikləşir, yüksək əxlaqi keyfiyyətlər və estetik ideallar 
t
ərənnüm edilir. Türkiyə  folklorşünaslığında  “təkkə  əhli mütasavvuf bir aşiq”  kimi 
qiym
ətləndirilən Aşıq Kaminin “Götür” rədifli qoşmasında ayrılıq əzabı çəkən aşiqin 
kövr
ək hissləri ustalıqla qələmə alınır, aşıq sevgilisinin yaşadığı kəndi rəmzi obrazın-
s
əbanın konkret məkanı kimi mənalandırır: 
Boş getmə köyünə, ey badi-səba
Yara çeşmim yaşın ərməğan götür. 
Əgər xatirəmdən sual edərsə, 
Zülfü t
ək halımı pərişan götür. 
 
Varırsan yanına, səba, gizli var, 
Öyl
ə var yanına duymasın əğyar. 
Kaminin sirrini etm
ə aşikar, 
Bu sirri-
əsrarı sən nihan götür [223, 364]. 
Bu  şeirdə  də  təsəvvüf  poeziyasının  müəyyən  işarə  və  elementləri  əks 
olunmuşdur. 
M
əhəbbətin tərənnümü  Ağbaba-Çıldır  aşıqlarının  yaratdıqları  “Dedim-dedi” 
tipli qoşma və gəraylılarda poetik detalların zərif  biçimində, incə deyimlərdə ifadə 
olunmuşdur.  Obrazlı  dialoqlar  vasitəsilə  saz-söz sənətkarları  rəssam dəqiqiliyi ilə 


 
146 
göz
əlin  zahiri  portretini  yaradır,  xarici  və  mənəvi gözəlliyin  vəhdətində  tərtəmiz 
duyğuları dilə gətirirlər.  
Aşıq poeziyasında “güllü qafiyə”, “kəlmə kəsdi”, “dedim söylədi” adları ilə 
tanınan  “Dedim-dedi”  şeirlərində  sənətkar bədii priyom kimi “dedim-dedi” 
ifad
əsindən istifadə  edərək insanlara, həyata və  cəmiyyətə  öz münasibətini bildirir
eşq və məhəbbət haqqında düşüncələrini əks etdirir. Xalq ruhundan qaynaqlanan və 
aşığın  iç  dünyalarını  əks etdirən belə  şeirlərin gözəl nümunələrinə  bir  sıra 
aşıqlarımızın – Aşıq Qurbaninin (XV əsr), Aşıq Ömərin (XVII əsr), Ərzurumlu Aşıq 
Əmrahın  (XIX  əsr),  Aşıq  Şenliyin  (XIX  əsr) və  başqalarının  yaradıcılığında  rast 
g
əlmək mümkündür. Aşıq Ömər “Yarasıdır” rədifli qoşmada gözəlin bədii portretini 
inc
ə biçimli detallarla cilvələndirmişdir: 
Dedim: - Dilb
ər, yanaqların qızarmış, 
Dedi: - Çiç
ək taxdım, gül yarasıdır. 
Dedim: - Pörtüb d
ənə-dənə xalların, 
Dedi: - Zülfüm d
əydi, tel yarasıdır [154, 79]. 
Aşıq  Zülali  də  bu klassik ənənədən özünəməxsus tərzdə  bəhrələnərək 
“Dedim- dedi” modelind
ə iki qoşma yaratmışdır. “Diləyir” adlı qoşmada aşiqin vüsal 
h
əsrəti. Anadolu gözəlinin qürur və  əzəməti bədii dialoqlarda daha cazibəli təsir 
bağışlayır: 
Dedim: Zülalini qoyma zarıncı, 
Dedi: M
ənəm Anadoluda birinci. 
Dedim: S
əndə vardır narı, turuncu, 
Dedi: - 
Bağçaya gəl, bağban diləyir [195, 245]. 
İkinci  “Dedim-dedi”  qoşmasında  da  Zülali  sevdiyi  gözəlin daxili və  zahiri 
göz
əlliklərini poetik dialoq vasitəsilə canlandırır. Səmimi hisslər, şux ovqat və şeirin 
ah
əngdarlığını və məzmun gözəlliyini gerçəkləşdirir: 
Dedim: - Qönç
ələnmiş, olmuşsan bir gül, 
Dedi: - Cift il
ədir sərv ilə sünbül 
Dedim: - 
Zağ əylənib neyləsin bülbül
Dedi: - Gül açanda bar m
əmələrim. [195, 246] 


 
147 
XV 
əsrdən üzü bəri gələn bu şeir formasında  Ərzurumlu Aşıq Əmrah özünün 
klassik nümun
ələrini yaratmışdır. Aşıq Əmrahın bədii irsində bu tipli üç şeiri vardır. 
H
ər  üç  şeir  qoşma  formasında  olub  sevən qəlbin  iç  duyğularını,  bir  sənətkar kimi 
Aşıq Əmrahın diqqətcil müşahidəsini, yüksək poetik istedadını nümayiş etdirir: 
Dedim: İnci nədir?-Dedi: Dişimdi, 
Dedim: Q
ələm nədir?-Dedi: Qaşımdı, 
Dedim: On beş nədir? –Dedi: Yaşımdı, 
Dedim: Daha varmı?-Dedi ki, yox, yox. [218, 796] 
Eyni tipli başqa bir şeirində ustad sənətkar gözəlin üz cizgilərini elə zərifliklə 
q
ələmə alır ki, bu təsvir bütövlükdə bədii informasiya faktına çevrilir, bədii portretin 
tamlığı  və  dolğunluğu  qoşmanın  nikbin  məzmununa yeni bir rəngarənglik, üslub 
əlvanlığı gətirir: 
Dedim: G
ərdəninə bənlər düzülmüş, 
Dedi: Gör
ənlərin bağrı üzülmüş , 
Dedim: Mahmurmusan gözl
ər süzülmüş 
Dedi: Xabi-
nazdan indi oyandım. [218, 736] 
Aşıq Əmrah bu cür şeirlərində bir növ türkün əski düşüncəsinin daşıyıcısına 
çevrilir v
ə klassik ənənəni mükəmməl bir şəkildə gələcək nəslə ötürən sənətkar kimi 
maraqlı  poetik  fiqurlar  yaradır.  “Kitabi  -Dədə  Qorqud”  dastanında  Dirsə  xanın  öz 
xanımına müraciəti bu baxımdan maraq doğurur: 
B
əri gəlgil, başım baxtı, evim taxtı, 
Evd
ən çıxıb yüriyəndə səlvi boylum! 
Qurulu yaya b
ənzər çatma qaşlum! 
Topuğunda sarmaşanda qara saçlum! 
Qoşa badam sığmayan dar ağızlum! 
Güz almasına bənzər al yanaqlum! 
Qavunum, ver
əgim, döləgim! [100, 25] 
Bu m
ətndə  və  Aşıq  Əmrahın  “Dedim-dedi”  şeirlərində  təsvir olunan türk-
oğuz  gözəlinin bədii  protreti  eyni  düşüncənin nəticəsi,  xalq  yaradıcılığının  zəngin 
qaynağından  bəhrələnmənin ortaq nöqtəsi kimi diqqəti çəkir. Bədii portretin təsvir-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə