Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   40   41   42   43   44   45   46   47   ...   100

 
133 
Sovet dövləti özünün əsas məqsədlərindən birini - Ağbaba-Şörəyel mahalını mümkün 
qədər  azəri  türklərindən  təmizləmək  məqsədini  həyata  keçirə  bilsə  də,  erməniləri 
buraya  yerləşdirməyə  tam  nail  ola  bilməmişdi.  Bu  çirkin  məqsəd  1988-1989-cu 
illərdə yerinə yetirildi. 
Dəfələrlə  bu  haqsızlıqları  müşahidə  edən  Aşıq  Nəsib  Sovet  hakimiyyəti 
illərində  yerli  əhaliyə  tutulan  divanı,  zülm  və  işgəncələri  pisləyərək  “kafir  gəzir 
kölgəsində urusun” -deyə həqiqətləri xalqa çatdırırdı: 
Kişilərin adı qalıb, özü yox,  
Ocaqların külü qalıb, közü yox.  
Bu Sovetin türkü 
görən gözü yox,  
Yaxın elə bir gümana gedəlim. [25, 25] 
Aşığın  ictimai  motivli  şeirləri  içərisində  “İndi”  rəlifli  qoşmanın  məzmun-
mündəricəsi türkçülüyün tərənnümü ilə ictimai quruluşun tənqidinin inteqrasiyasında 
dolğunlaşaraq sosial əhəmiyyət kəsb edir. Beş bənddən ibarət olan bu qoşmada Aşıq 
Nəsib  bir  tərəfdən  vaxtilə  ağır  məclislər  keçirdiyi  Çıldır-Qars  vilayətinə  bəslədiyi 
məhəbbəti,  həsrət  və  iztirablarını  ifadə  edirsə,  digər  tərəfdən  “dəyişən  zəmanənin, 
qarışan dövranın” doğurduğu haqsızlıqları tənqid atəşinə tutur. Aşıq yaşadığı dövrün 
ziddiyyətlərini müşahidə etdikcə baş alıb gedən özbaşınalıqlara öz nifrətini bildirir. 
“Nəri  qocalıb,  karvanı  yolda  qalan”  bir  dövrdə  müxənnətlər  ağalıq  edir,  haqqı 
nahaqqa  qurban  verirlər.  Aşığı  dəhşətə  salan  odur  ki,  bütün  bunlar  hamının  gözü 
qarşısında baş versə də, heç kəs qorxudan söz deyə bilmir, haqq deyən dillərə qıfıl 
vurulur.  Bu  ictimai  quruluşda  həqiqətin  müdafiəsinə  qalxıb  gerçəyi  deyən  mərd 
kişilər  yox,  ağ  yalanlarla  xalqı  aldadan,  onun  gözündən  pərdə  asmağa  çalışan 
satqınlar, səfehlər irəli çəkilir, dövlət idarələrində çalışırlar. Mərdlərə, xalqın qeyrət 
və təəssübünü çəkənlərə burada yer yoxdur: 
Mərdlərin yerində qalana bax, bax,  
Ay evi dağılan, talana bax, bax.  
Sovetdə qırmızı yalana bax, bax!  
Deyər, tərifini bəzərəm indi. [25, 25] 


 
134 
Aşıq  Nəsib  bu  bənddə  ictimai  peyzajın  mükəmməl  təsvirini,  daha  dəqiq 
desək,  onun  xarakterik  cizgilərini  yaradır.  Şeirdə  acı  kinayə  sarkazm  səviyyəsinə 
yüksəlir.  “Sovetdə  qırmızı  yalana  bax,  bax”  misrasının  mətnaltı  mənası  diqqətcil 
oxucuya gizli mətləblərdən xəbər verir. Namuslu adamların evi dağılır, abad ocaqlar 
tar-
mar edilir. Riyakarlıq, ədalətsizlik hər yeri bürüyüb. “Vəzifəli gədələr” isə Sovet 
dövlətinin  ideologiyasının  təbliğ  edir,  “qırmızı  yalanlarla”  xalqı  aldatmağa, 
həqiqətləri  gizlətməyə  çalışırlar.  İctimai  məzmunun  dərinliyi  və  siqləti,  birbaşa 
kinayəli gülüş, müəllif cəsarəti qoşmanın poetik dəyərini daha da artırır. 
O, rus hökuməti ilə ermənilərin xalqın var-dövlətini çapıb-taladıqlarını, azəri 
türklərinin  isə  var-yoxdan  çıxdıqlarını,  repressiyalara,  zorakılıqlara,  deportasiyalara 
məruz  qaldıqlarını  dərin  kədər  hissi  ilə  qələmə  alır,  səxavət  və  mərhəmətin  göyə 
çəkildiyini, yadlar arasında tək-tənha qaldığını bildirirdi: 
Urus-
ermənilər yeyir, yağlanır,  
Kişi deyilənin qolu bağlanır.  
Haqqın adı qalxır, yolu bağlanır,  
Nəsiblə “davariş”, “ara” qalıbdı. [25, 27] 
Bəndin  sonuncu  misrasında  işlənən  “davariş”  (yoldaş),  “ara”  (ermənicə 
müraciət  forması)  sözləri  ilə  aşıq  mövcud  quruluşun  yürütdüyü  antitürk  siyasətinə 
işarə edirdi. Qoşmada həm də Aşıq Nəsibin milli qürur hissi, yüksək vətənpərvərliyi, 
dövrü,  zəmanəni  diqqətlə  müşahidə  etməsi,  hadisələrdən  doğru  nəticələr  çıxarması 
diqqəti cəlb edir. 
Aşıq  Ələsgər  ocağının  istedadlı  nümayəndəsi  Növrəs  İmanın  da 
yaradıcılığında  zəmanəsinin  tənqidinə,  rus-erməni  əlbirliyinə,  fitnəkar  niyyətlərin 
ifşasına  həsr  olunmuş  şeirlərə  rast  gəlmək  mümkündür.  Qeyd  etmək  lazımdır  ki, 
Növrəs  İman  Sovet  hakimiyyəti  qurulanda  onu  alqışlamış,  çar  Rusiyasında 
ermənilərin azərbaycanlılara etdikləri zülmlərə, vəhşiliklərə son qoyulduğunu güman 
etmişdi.  “Lakin  hadisələrin  sonrakı  gedişi  Novrəs  İmanın  bu  quruluşa  olan 
münasibətində  tərəddüdlər,  ziddiyyətlər  əmələ  gətirməyə  başladı.  Odur  ki,  kənd 
şurası katibi vəzifəsində işləmək mənəvi cəhətdən onu təmin etmədi. O, saz götürüb 
aşıqlıq etməyi daha münasib bildi” [128, 11]. 


 
135 
Aşıq “Kağız”, “Kəsildi” və başqa şeirlərində bəylərə, xanlara tutulan divanı, 
“müsəlmanam deyənin cəfalar çəkdiyini” realist boyalarla təsvir edirdi: 
Müsəlmanam deyən oldu cəfakar,  
Qəza hər nizamın etdi tarimar,  
Şirin ağzı olan oldu zəhrimar,  
Yaxşı günü, xoş mədarı kəsildi. [128, 70] 
Novrəs İmanın “Kəsildi” rədifli qoşması ilə Aşıq Nəsibin “Görünür”, “İndi”, 
“Gəldi”  və  sair  şeirləri  arasında  mövzu  eyniliyi,  ideya  yaxınlığı  diqqəti  cəlb edir. 
Zəmanədən  şikayət,  yeni  quruluşdan  narazılıq  bu  şeirlərin  əsas  mövzusunu  təşkil 
edir. Növrəs İman “Kəsildi” qoşmasında yazırdı: 
Çox dövran sürənlər axır zay oldu, 
Gədalar da gəldi şaha tay oldu, 
Bəylərin, xanların işi ah-vay oldu, 
Hər tərəfdən mədədkarı kəsildi. [128, 70] 
Aşıq  Nəsib  “İndi”  qoşmasında  müxənnətlərin  at  çapıb  meydanda  at 
oynatmalarına dözə bilmir, yeni quruluşun gətirdiyi bəlaları hiddətlə tənqid edirdi: 
Hanı mərd kişilər, ər oğlu ərlər,  
Səxalı, mürvətli əhli-hünərlər.  
Gədələr yekəlib dünyanı hərlər,  
Min bir haqsızlığa dözərəm indi. [25, 25] 
Göründüyü  kimi,  hər  iki  aşıq  yeni  quruluşla  barışa  bilməmiş,  “gədaların” 
namuslu adamlara divan tutmasını ürək yanğısı ilə təsvir etmişlər. 
Bütün  bunlar  onu  göstərir  ki,  həm  Aşıq  Nəsibin  müasirləri,  həm  də  ondan 
əvvəl yaşayıb-yaratmış saz-söz sənətkarları rus işğalına, erməni zülmünə qarşı etiraz 
səslərini ucaltmaqdan heç vaxt çəkinməmişdilər. 
Qeyd etdiyimiz kimi, azərbaycanlılara qarşı ermənilərin törətdikləri sonuncu 
deportasiya 1988-1989-cu il
lərdə  baş  verdi,  beləliklə  ermənilər  özlərinin  ən  çirkin 
məqsədlərinə  -  monoetnik  erməni  dövləti  yaratmağa  nail  oldular.  “Tarixin  bizə  lap 
yaxın  dövründə  milli  folklorun  görkəmli  nümayəndələri  hesab  etdiyimiz  bir  çox  el 
sənətkarları  poeziyanın  həm  mənəvi,  həm  də  coğrafi  məkanından  didərgin  salındı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə