Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   39   40   41   42   43   44   45   46   ...   100

 
130 
qəbir qazan tapılmadığını, insan cəsədlərinin üst-üstə qalandığını deyən aşıq maddi 
və mənəvi genosidin tükürpədən mənzərəsini təsvir edir: 
Mərəyə doldurub müsəlmanları,  
Oda qaladılar neçə canları.  
Tökdü ermənilər nahaq qanları,  
Qan oldu çiçəyi-gülü Xırtızın. [11] 
Ermənistanda  Sovet  hakimiyyəti  qurulandan  sonra  rus-erməni  əlbirliyinə, 
mənəvi repressiyalara, etnik təmizləmə siyasətinə, zorakılığa qarşı özünün üsyankar 
və açıq etirazını bildirən Aşıq Nəsibin poeziyası bu baxımdan öz kəskinliyi ilə seçilir. 
Milli-
estetik  yaddaşın,  türkçülük  məfkurəsinin  poetikası  ilə  Sovet 
hakimiyyətinin azəri türklərinə qarşı yeritdiyi ikiüzlü siyasətin, zəmanənin tənqidinin 
inteqrasiyası  Aşıq  Nəsib  poeziyasının  ayrıca  bir  istiqamətini  təşkil  edir. Bu tipli 
ictimai motivli şeirlərində aşığın nifrəti açıq-aşkar tüğyan edir, dərd-kədər nifrət və 
qəzəblə  birləşərək  haqqı  tapdayanların  ifşasına  çevrilir.  Bu  şeirlər  keçən  əsrin 
otuzuncu  illərində  Ağbaba-Şörəyeldə,  həmçinin  ona  bitişik  ərazilərdə  -  Axıska, 
Əsmincə,  Axırkələk,  Qocabəy  və  digər  yerlərdə  ermənilərin  bolşevik  siyasətinə 
arxalanaraq törətdikləri cinayətlərin, özbaşınalıqların tənqidi kimi çox əhəmiyyətlidir. 
Nahaq başa keçib, haqq ayaqdadı,  
Köpək evə girib, donuz bağdadı,  
Nəsib, damağında xoş günün dadı,  
Qəm elə, urusun İvanı gəldi. [25, 27] 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  yazılı  ədəbiyyatımızda  da  rus  işğalından 
sonra  ölkədə  baş  verən  haqsızlıq  və  yaramazlıqlar,  çar  Rusiyasının  ikiüzlü  siyasəti 
ifşa və tənqid olunurdu. XIX əsrin görkəmli sənətkarı Q.Zakirin “Çıxmadı qurtulaq”, 
“Bax” və s. satiralarının tənqid hədəfləri ilə ondan yüz il sonra yaşayıb-yaratmış Aşıq 
Nəsibin  şeirlərindəki  ifşa  hədəfləri  eynidir.  Rus-erməni  əlbirliyi,  azərbaycanlılara 
qarşı  törədilən  zülmlər  və  bunlara  qarşı  hər  iki  sənətkarın  açıq  etirazı  onları  öz 
xalqının  taleyini  düşünən  yaradıcı  şəxsiyyətlər  kimi  oxucunun  nəzərində  yüksəldir. 
Q.Zakir “Çıxmadı qurtulaq” satirasında yazırdı: 
 


 
131 
Nə gündə yaratdı xudavənd bizi, 
Bir yana çıxara bilmədik izi.  
Gahi Arakelı, gahi Sərkisi,  
Gahi də Semyonu görən canımız. [162, 44] 
Q.Zakirin şeirləri ilə Aşıq Nəsibin yuxarıda adlarını çəkdiyimiz qoşmalarının 
müqayisəsi  göstərir  ki,  quruluşlar  dəyişsə  də,  rus  şovinizminin  əsil  mahiyyəti 
dəyişməmişdir. Müxtəlif dövrlərdə və ayrı-ayrı quruluşlarda yaşayıb-yaradan hər iki 
sənətkarın bu həqiqəti olduğu kimi dərk etməsi onları eyni ideya və düşüncə ətrafında 
birləşdirir. 
Aşıq Nəsibin ictimai motivli şeirlərinin poetik məzmununda sosial-siyasi ruh 
güclüdür. İyirminci-otuzuncu illərdə heç kəsin cəsarət edib deyə bilmədiyi həqiqətləri 
o,  olduqca  kəskin  şəkildə  ifadə  edirdi.  Ağbaba-Şörəyel  mahalında  ermənilərin  rus 
hökumətinə arxalanaraq hökmranlıq etməsinin səbəbini aşıq yaxşı anlayırdı. O başa 
düşürdü ki, başdan-başa azəri türklərinin məskəni olan bu mahalda erməniləri (aşıq 
onları istehza ilə “qaxtağan” (ermənicə-gəlmə, yad) adlandırırdı) yerləşdirmək üçün 
mövcud hökumət iki başlıca məqsəd güdür: birincisi, bu mahalın əhalisinin Türkiyə 
ilə  əlaqələrini  zəiflətmək,  qohumluq  ilişkilərini  qırmaq;  ikincisi,  Ağbaba-Şörəyel 
bölgəsi  Türkiyə  ilə  sərhəd  olduğundan  burada  yerləşdirilən  ermənilərin  timsalında 
dövlətin özünə arxa, kömək yaratmaq istəyi. 
Aşıq  Nəsib  özünün  acı  təcrübəsindən  görürdü  ki,  ermənilər  özlərinin  alçaq 
niyyətlərini həyata keçirmək üçün hər cür vasitələrə əl atır. Hələ XIX əsrin sonlarında 
XX  əsrin  əvvəllərində  olan  hadisələrin  Aşıq  Nəsib  şəxsən  şahidi  olmuşdu.  Rus 
işğalından  sonra  Gümrü  və  onun  ətraf  kəndlərindən  -Bayandur,  Bacıoğlu,  Aralıq, 
Düzkənd,  Qannıca  və  s.  azəri  türkləri  silah  və  zor  gücünə  deportasiya  olunmuş, 
terrora,  görünməmiş  repressiyalara  məruz  qalmışdılar.  Öz  çirkin  məqsədlərini  daha 
da genişləndirib həyata keçirmək üçün hiylə və şayiələr yayır, gəlmə erməniləri bu 
cür  yalanlarla  aldadaraq  yerli  əhalinin  üstünə  saldırırdılar.  “Əkinçi”  qəzeti  17  mart 
1877-
ci  il  tarixli  nömrəsində  həmin  məkrli  siyasəti  ifşa  edərək  yazırdı:  ““Mşak” 
qəzeti  həmişə  yazır  ki,  Osmanlı  dövlətinin  zülmündən  ermənilər  qaçıb  Rusiya 
vilayətinə  köçür  və  bir  dəfə  yazıb  ki,  filan  günü  bir  böyük  dəstə  erməni  başıaçıq, 


 
132 
ayaqyalın  Gömrü  qalasından  gəlib.  İndi  ermənilərin  qeyri  qəzetlərinə  Gömrü 
qalasından yazırlar ki, bu xəbərin heç əsli yoxdur və indiyəcən Gömrüyə bircə dənə 
də erməni gəlməyib” [64, 374].  
Göründüyü kimi, 1877-
ci  ilədək  Gümrüdə  bir  nəfər  də  olsun  erməni 
yaşamayıb.  Bu,  həm  də  digər  faktlardan  aydın  görünür  ki,  Gümrü  Oğuz  ellərinin 
qədim  yaşayış  məskənlərindən  biri  olmuşdur.  Tarixi  qaynaqlarda  Gümrü 
oykoniminin işlədilməsi miladdan öncə VII əsrə aid edilir. Çar Rusiyası bu əraziləri 
işğal etdikdən sonra türksüzləşdirmə siyasəti yürüdür, Türkiyədən və başqa yerlərdən 
erməniləri köçürərək Gümrüdə yerləşdirməyə çalışırdı. 1886-cı ilin məlumatına görə 
Gümrüdə 886 nəfər azəri türkü yaşamışdır. Çar Rusiyasının işğalından sonra burada 
güclü maddi, mənəvi və ideoloji təzyiqlərə məruz qalan aborigen əhali zaman-zaman 
məhv  edilmiş,  repressiya  və  qırğınlara  məruz  qalaraq  deportasiya  olunmuşdur. 
Sonuncu deportasiyaya-  1988-
ci  ilədək  Gümrüdə  cəmi  bir  necə  azəri-türk  ailəsi 
qalmışdı.  Bir  bayatıda  da  doğma  yurdundan  -  Gümrüdən  zorla  didərgin  düşən 
insanların vətən həsrəti, nisgili ifadə olunmuşdur: 
Gümrü yanı sarp qaya,  
Boylandım Arpa çaya.  
Ev tikdim, yuva qurdum,  
Əməyim getdi zaya. 
Ancaq  yuxarıda  qeyd  etdiyimiz  kimi,  rus  işğalından  sonra  Türkiyədən, 
İrandan və dünyanın başqa yerlərindən buraya ermənilər yerləşdirilir, ən məhsuldar 
və  münbit  torpaqlarla  təmin  olunurdular.  Avtoxton  əhali  isə  zorla  sıxışdırılaraq 
müxtəlif vasitələrlə doğma yurdlarından didərgin salınırdılar. Aşıq Nəsibin babası da 
XIX  əsrin  sonlarında  Gümrüdəki  haqsızlıqlara  dözə  bilməyərək  şəhərin 
yaxınlığındakı Güllübulaq kəndinə köçüb gəlmişdi. 
XX  əsrin  20-ci  illərində  isə  Ağbaba-Şörəyel  mahalından  Qaraməmməd, 
Seldağılan,  Baydar,  Mustuqlu,  Qızıldaş  və  digər  kəndlərin  əhalisi  rus-erməni 
zülmünə  tab  gətirməyərək  Türkiyəyə  mühacirət  etməyə  məcbur  oldular.  Həmin 
kəndlərin  bəzilərində  (Qaraməmməd,  Baydar,  Cələb  və  s.)  ermənilər 
məskunlaşdılarsa,  digərlərində  insan  yaşamadığı  üçün  xarabazara  çevrildi.  Deməli, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə