Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   41   42   43   44   45   46   47   48   ...   100

 
136 
Bolşevik-erməni  qurşunu  Ağ  Aşıq,  Aşıq  Alı,  Aşıq  Musa,  Aşıq  Ələsgər,  Vaqif, 
Natəvan, Üzeyir, Bülbül və onlarla başqalarının məzarından-büstündən öncə sözünə, 
şeiriyyətinə-ürfani  təfəkkürünə  dəydi”  [107,  28-29].  Ağbaba-Çıldır  aşıq  mühitinin 
əhatə  etdiyi  digər  ərazilərdə  -  Axıskada  bu  siyasət  1944-cü  ildə  artıq  həyata 
keçirildiyinə,  Çıldır-Qars  bölgəsi  isə  Türkiyə  dövlətinin  hüdudları  içərisində 
olduğuna görə sonuncu deportasiya  bu  mühitdə  yalnız  Ağbaba  bölgəsində  yaşayıb-
yaradan  sənətkarların  yaradıcılığında  əks  olunmuşdur.  Aşıq  İsgəndər  Ağbabalının, 
Aşıq  Paşa  Göydağlının,  Aşıq  Faxfurun,  el  şairləri  Əmrah  Bayramovun,  Məcnun 
Ağbabalının, Sultan Orucoğlunun və başqalarının poeziyasında sonuncu deportasiya 
və soyqırımı özünün real və poetik ifadəsini tapmışdır. 
Aşıq İsgəndər Ağbabalının yaradıcılığında erməni zorakılıqları, yurd həsrəti, 
Vətən  yanğısı  daha  dolğun  şəkildə  ifadə  olunmuşdur.  Ustad  aşığın  “Görünməz”, 
“Ağlar”,  “Qaldı”,  “Gətirin”  kimi  qoşmaları,  “Qal  xanam”,  “Qanadı”,  “Yaşa  bax” 
təcnisləri, “Gözlə, gözlə sən” divanisi, bir sıra bayatıları didərginliyin qəlb göynədən 
iztirablarının, vətən həsrətinin, qürbət sıxıntısının poetik ifadəsidir. Onun deportasiya 
və soyqırıma həsr olunmuş bütün şeirlərinə ağır kədər və bədbinlik hissləri hakimdir. 
Müxtəlif  dövrlərdə  xalqımızın  düçar  olduğu  ən  ağır  və  ağrılı  günlərində  gələcəyə 
inamı,  nikbinliyi  özündə  mühafizə  edən  Azərbaycan  aşıq  yaradıcılığında  sonuncu 
deportasiya  və  soyqırımın  izləri  bədbin  hiss  və  duyğuların  bolluğu  ilə  müşahidə 
olunmaqdadır.  Yalnız  Aşıq  İsgəndərin  deyil,  “Ermənistandan”  -  dədə-baba 
torpaqlarından  vəhşicəsinə  qovulmuş  saz-söz  sənətkarlarının  yaradıcılığında  qeyd 
olunan  bu  hisslər  çox  güclüdür.  Erməni  cinayətkarlarının  qanlı  əməllərini,  şovinist 
siyasətini  nifrət  və  qəzəblə  damğalayan  Aşıq  İsgəndər  Ağbabalının  poeziyasında 
dünyagörmüş el sənətkarının ağır dərdləri əks olunur: 
Yeri, a aşıq, yeri,  
Elə yar, aşıq yeri.  
Vətənin qürbətdədir,  
Yoxdur bir işıq yeri. [24, 203] 
 
“Bişmiş  aşına  zəhər  qatılan”  aşığın  qoşmalarında  oğuz  ellərindən  didərgin 
düşən azərbaycanlıların psixoloji sarsıntıları, qürbətdə çəkdikləri iztirablar göz yaşları 


 
137 
içində qələmə alınır. İztirab və həyəcanlara sosial boyalar əlavə olunduqca faciənin 
ictimai mənzərəsinin miqyası daha da genişlənir, silsilə epitetlər və məcazlar didərgin 
sənətkarın dərdlərinin poetik ifadəsinə çevrilir: 
Üzlər gülməz, gözlər yaşlı, söz yanıq,  
Cahıl yanıq, ahıl yanıq, qız yanıq.  
Pərdə yanıq, tellər yanıq, saz yanıq  
Bundan sonra yaşayarıq nə vaxta. [23, 25] 
Ustadı  Aşıq  Nəsibin  poeziyasında  olduğu  kimi,  İsgəndər  Ağbabalının  da 
şeirlərində  kafirlərin  müsəlmanlara  (ermənilərin  azərbaycanlılara)  etdikləri  zülmün 
təsviri dini səciyyə daşımır. Hər iki sənətkar humanist insan kimi heç vaxt dini ayrı-
seçkiliyə yol vermirdilər. Kafir və müsəlman sözləri əks cəbhədə dayanan iki düşmən 
qüvvənin  varlığına  işarədir  ki,  bu  da  özlüyündə  etno-milli  yaddaşdan  gələn  bir 
ifadədir.  Bildiyimiz  kimi,  “Kitabi  -  Dədə  Qorqud”da  “kafir”  ifadəsi  altında  qeyri-
müsəlmanlar yox, ümumiyyətlə düşmən nəzərdə tutulur. 
Aşığın  “Oldu”  qoşmasında  şəxsi  kədər  və  duyğulardan  daha  çox  ictimai 
dərdlər, el-obanın keçirdiyi faciəli günlərin nisgili hiss olunmaqdadır: 
İsgəndər xan idi düşdü ayağa,  
Sailə dönübdü dünənki ağa. [23, 36]
 

misralarında  ifadə  olunan  dərd-kədər  yalnız  bir  sənətkarın  qəm-qüssəsi 
deyil, bu, bir elin, obanın fəlakətli didərginlik həyatının təsviridir. 
“Ağbabanın  dərdi  ilə  gərək  yüz  yol  talanam”  -  deyən  aşığın  şeirlərində 
ümidsizlik  və  bədbinlik  hisslərinin  güclü  olması,  fikrimizcə,  onun  ömrünün  ahıl 
çağlarında doğma yurdu Ağbabadan qaçqın düşməsi ilə, şəxsi həyatında cavan oğul 
itkisi, qohum-
qardaş  nisgili  ilə  bağlıdır.  Lakin  bu  hisslər  ustad  sənətkarın 
poeziyasında qaçqınlıq və deportasiyanın real təsvirinə xələl gətirmir. Ağbaba, Qars, 
Borçalı,  Arpagölü,  Şörəyel  və  başqa  toponim  və  hidronimlər,  Qaçaq  Usuf,  Qaçaq 
İsgəndər,  Aşıq  Şenlik,  Hüseyn  Saraclı,  Aşıq  Nəsib  və  digər  antroponimlər 
deportasiya və qaçqınlığa həsr olunmuş şeirlərin tarixi-genetik məzmununu daha da 
dərinləşdirir.  “Görünməz”  qoşması  bu  baxımdan  maraqlıdır.  Qoşmada  müəllif 
toponimləri poetik vasitəyə çevirərək, doğma yurdunun bədii-coğrafi xəritəsini çəkir. 


 
138 
Vətən məhəbbəti, el-obaya hörmət və ehtiram hissləri qəm-qüssəli, nisgilli duyğularla 
bir  axarda  birləşərək  müdrik  sənətkar  düşüncələrinin  fəlsəfi  mahiyyətini 
gerçəkləşdirir. Şeirin ümumi harmoniyasında ustad aşığın dünyaya baxışı, təmkin və 
müdrikliyi  özünü  hiss  etdirməkdədir.  Obrazlılıq  bəzən  zəifləsə  də,  qoşmanın  sosial 
məna tutumunun dərinliyi, itirilmiş el-obanın faciəsi diqqəti daha çox cəlb edir: 
Necoldu Ellərkənd soyuq bulaqlı,  
Çivinli, Quzukənd sərin yaylaqlı.  
Güllücə, Balıqlı əziz qonaqlı,  
O keçən dövranlar hanı görünməz. 
 
Daşkörpü, Oxçoğlu o şirin dilli,  
Güllübulaq kəndi... bağçalı, güllü...  
Qaraçanta 
kəndi... alt yanı yollu,  
Gözəllər, ceyranlar hanı görünməz.
 
[24, 185] 
Şeirdə  işlənmiş  Öksüz,  Qarabulaq,  Təpəköy,  Mağaracıq,  Düzkənd  və  s. 
toponimlər  Ağbabanın  köklü  sakinlərinin,  türk-oğuz  ruhunun,  milli  yaddaşın 
qədimliyinin və mühafizəkarlığının göstəricisi kimi əhəmiyyətlidir. 
Ustad  aşığın  şagirdi  Aşıq  Paşa  Göydağlının  da  poeziyasında  sonuncu 
deportasiyanın  fəlakətlərinin,  soyqırımın  qanlı  izlərinin  poetik  ifadəsi  səciyyəvi 
xüsusiyyətlərə malikdir. Ağbaba-Çıldır aşıq mühitinin digər nümayəndələrinin bədii 
irsində  olduğu  kimi,  Aşıq  Paşanın  da  yaradıcılığına  amansız  yağılara  qarşı  kəskin 
qəzəb və nifrət hissi, nisgil, vətən ayrılığı, həsrət duyğuları hakimdir. Aşığın bir sıra 
şeirlərində  nisgil,  qəm-qüssə  etnoqrafik  cizgilərin  müşayiəti  ilə  poetikləşir. 
Y
urdundan  zorla  qovulmuş  bir  sənətkarın  incə  və  həssas  müşahidələri  həsrət 
notlarının özünəməxsus tərzdə ifadəsinə xidmət edir. 
Amansız  yağının  zülmkarlığı  yalnız  insanların  talelərində  və  cəmiyyətdə 
faciələr törətmir, təbiətə də qəsd olunur, onun da cəmiyyətdə olduğu kimi dialektikası 
pozulur. Aşıq Paşanın sənətkar müşahidələrinin dürüstlüyü və sərrastlığı güclü təsir 
bağışlayır,  insanlığa  düşmən  kəsilənlərin  təbiətə  də  qəsd  etdikləri,  eko  sistemin 
pozulduğu obrazlı ifadələrdə əks olunur: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə