Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   37   38   39   40   41   42   43   44   ...   100

 
124 
Kənddə rus ordusunun türk xalqına tutduğu divan, səbilərin (körpələrin) odda 
yandırılması, bələkdəki körpələrin çaya atılması, məscid mehrabına zənglər asılması  
dinc  əhalinin  çəkdiyi  məşəqqətləri  əks  etdirməklə  yanaşı,  eyni  zamanda  bu  faciəli 
vəziyyətdən xilas olub çıxış yolu axtarmaq istəyi də ifadə olunmuşdur. Bu, Ağbaba-
Çıldır  aşıq  mühitində  sazın-sözün  döyüşkənlik  ruhunu,  türkün  öz  güc  və  qüdrətinə 
inamını göstərən bir cəhət kimi xüsusi səciyyə daşıyır. Ümumiyyətlə, Ağababa-Çıldır 
aşıqlarının poeziyasında deportasiya və soyqırımın bədii inikasının geniş bir çevrəni 
əhatə  etməsini  Azərbaycan  aşıq  yaradıcılığının  özünəməxsus  bir  cəhət  kimi 
səciyyələndirmək,  fikrimizcə,  daha  doğru  olardı.  Çünki  adı  çəkilən  bölgələr,  qeyd 
etdiyimiz  kimi,  digər  aşıq  mühitlərindən  fərqli  olaraq  daha  çox  rus  və  erməni 
təcavüzünə  məruz  qalmışdır.  Həm  də  bu  təcavüz  ən  çirkin,  ən  qeyri-humanist bir 
miqyasda  həyata  keçirilir,  xalqın  dini-mənəvi  dəyərləri  belə  təhqir  olunurdu. 
Axıskalıların  Osmanlı  Başkomandanlığına  ünvanladığı  1918-ci il 12 aprel tarixli 
müraciətində  göstərilirdi  ki,  “xristian  əsgərlər  və  əhali  son  günlərdə  Axıskada  10, 
Axırkələkdə 13 kəndin əhalisinin əksəriyyətini qətlə yetirmiş, 8 kəndi yandırmışlar” 
[177, 61]. Müraciətdə “biz türk və müsəlmanıq” ifadəsi dönə-dönə vurğulanırdı ki, bu 
da xalqa edilən zülmün xüsusi siyasi və dini ayrı-seçkilik məqsədi daşıdığını göstərir. 
Axıskanın  işğalından  sonra  şəhərdəki  “Əhmədiyyə  Camisinin  Ağ  minarəsinin 
sökülməsi  və  caminin  kilsəyə  çevrilməsi”  el  sənətkarlarının  şeirlərində  dərin  və 
iztirab dolu milli-
dini hüznün poetik ifadəsi kimi diqqəti cəlb edir: 
Əhmədiyyə minarəsi söküldü,  
Arabayla Urusetə çəkildi.  
Hansı şah vaxtında binan töküldü?  
Görən nə qədərdir sinnin, Axıska?
 
[177, 101] 
Digər bir örnəkdə Axıskanın işğalı, onun strateji mövqeyi, inzibati əhəmiyyəti 
belə ifadə olunurdu: 
Ax
ıska gül idi getdi,  
Bir əhli-dil idi getdi.  
Söyləyin Sultan Mahmuda:  
“İstanbul kilidi getdi”. [202, 45]
 


 
125 
Təxminən  1869-1930-cu  illərdə  yaşayıb-yaratmış  Əhməd  Məzluminin 
yaradıcılığında da Çar  Rusiyasının  törətdiyi  özbaşınalıqların, fitnə-fəsadların poetik 
əksi  həmin  dövrün  aydın  mənzərəsini  yaradır.  Əhməd  Məzlumi  Qars  vilayətinin 
Hanak  bölgəsinin  Orta  Hanak  kəndində  anadan  olmuş,  burada  yaşayıb-yaratmışdır. 
Yerli  əhaliyə  edilən  zülm  və  repressiyaları,  mənəvi  zərbələri  öz  gözləri  ilə  görüb 
müşahidə  edən  tanınmış  saz-söz  ustadı  Məzlumi  öz  şeirlərində  duyğu  və 
düşüncələrini,  çəkdiyi  iztirabları  gerçək  tarixi  cizgilərlə  təsvir  edir.  El  sənətkarının 
poeziyasındakı  kədər,  təcavüzə  məruz  qalan  bütün  türk  övladlarının  ağrı-acılarının 
poetik ifadəsi kimi geniş sosial mahiyyət daşıyır. Doğma kəndindən dəfələrlə qaçqın 
düşən, maddi və mənəvi əzablara düçar olan el sənətkarı azadlığı hər şeydən üstün 
tutur, rus işğalı ilə heç cür barışa bilmir. Bu duyğular onun poeziyasında milli-estetik 
düşüncənin  obrazlı  ifadəsini  gerçəkləşdirir.  “Bizim  ellərdə”,  “Gəlirmi?”,  “Qara 
bağladır”  və  s.  şeirlər  bu  baxımdan  səciyyəvidir.  Bədii  irsi  tam  şəkildə  bizə  gəlib 
çatmasa da, əlimizdə olan nümunələr onun istedadlı bir sənətkar olduğunu göstərir. 
Türk  xalqına  edilən  işgəncə  və  zülmlər,  doğma  soydaşlarının  düçar  olduğu 
məhrumiyyət  və  fəlakətlər  onun  şeirlərinin  başlıca  ideya  istiqamətini  təşkil  edir. 
1915-
ci  ildə  rus  əsgərlərinin  vəhşiliklərindən  baş  götürüb  Suskaba  pənah  aparan 
Əhməd  Məzlumi  çəkdiyi  iztirabları,  doğma  yurduna  sonsuz  məhəbbətini,  düşmən 
zülmünü təbii boyalarla əks etdirir. 
 
“Fələyin  sitəmindən  yaşa  dolan”  el  sənətkarı  “əkinçi  əkin  əkirmi  bizim 
ellərdə?”  bədii  sualı  ilə  həsrət  və  nisgilini  ifadə  edir.  Beş  bənddən  ibarət  olan 
qoşmanın  bütün  misraları  didərginliyin  ağrı-acılarını  yaşayan  Ə.Məzluminin  qəlb 
sızıltıları oxucuya da dərin təsir edir: 
Dostlar, əqrabalar, qohum-qardaşlar,  
Süzülür gözümdən hey qanlı yaşlar, 
O əziz qonşular, yaran yoldaşlar,  
Cəm olub gəzirmi bizim ellərdə? [202, 72] 
F.Kırzıoğlunun  tədqiqatlarından  aydın  olur  ki,  1828-ci  ildə  50  min  əhalisi 
olan  Axıskanın  işğaldan  sonra  cəmi  13500  nəfər  əhalisi  qalmışdı.  Bu  qanlı 
hadisələrdən  sonra  Axıska  bir  də  heç  vaxt  dirçələ  bilməmişdi.  Bu  işğal  zamanı 


 
126 
Axıskanın müdafiəçilərindən Əziz Ağa adlı igid bir döyüşçü qəhrəmanlıqla vuruşaraq 
həlak olmuşdu. Bu igid Anadolu ordusunun ilk şəhidi sayılır. 
“Onun şəhid olduqdan sonra mübarək cəsədinə qarşı rusların başını kəsərək 
di
vara asmaq və dərisini soymaq kimi göstərdikləri qorxunc vəhşiliklərdən o zaman 
içi yanan Saleh Ha
yrının  yazdığı  mənzumə”də  insanlığa  yaraşmayan  əməllər 
pislənirdi: 
Cəsədi-pakın edib sədparə,  
Asdılar nəşini bir divarə.  
Soyulurmu dərisi insanın,  
Kəsilirmi başı heç mövtanın?” [213, 64] 
Deportasiyaların, məhrumiyyət və qaçqınlığın poetik ifadəsi Azərbaycan aşıq 
yaradıcılığının digər mühitlərində - Göyçə, Dərələyəz və s. bölgələrin sənətkarlarının 
əsərlərində də əks olunmuşdur. Göyçə aşıq mühitinin görkəmli nümayəndəsi Növrəs 
İman  “Kağız”,  “Kəsildi”,  “Görünür”  və  s.  qoşmalarında  rus-erməni  əlbirliyi 
nəticəsində xalqa edilən zülmləri, qürbətin ağrı-acısını özünəməxsus sənətkarlıqla əks 
etdirir: 
Bir barlı bağçaydım, barım kəsildi,  
Vaxtsız xəzan oldu, karım kəsildi.  
Vətənimdən etibarım kəsildi,  
Qürbət ellər mənə yağı görünür. [128, 57] 
Göründüyü  kimi,  həm  Əhməd  Məzluminin,  həm  də  Növrəs  İmanın  örnək 
gətirdiyimiz  şeirlərində  qürbət  sıxıntısı,  yurd  niskili  hakim  mövqe  tutur.  Ruh  və 
məzmun yaxınlığı deportasiya və zorakılığa məruz qalan türk-Azərbaycan aşıqlarının 
poeziyasında eyni səciyyəvi xüsusiyyətlər daşıyır. 
Türkiyə ilə sülh bağlanmasına, qanlı döyüşlərin bitməsinə baxmayaraq yerli 
əhali əsgər və kazaklar, rus məmurları tərəfindən yenə də təhqir və təzyiqlərə məruz 
qalır,  min  bir  vasitə  ilə  sıxışdırılır,  doğma  yurdlarında  müxtəlif  məhrumiyyətlərlə 
üzləşirdilər.  Bu  baxımdan  Əhməd  Məzluminin  “Hanakda”  rədifli  qoşması  ictimai 
məzmununun  dərinliyini,  sosial  emosiyaların  obrazlılığı  ilə  diqqəti  cəlb  edir.  Bu 
qoşma  xalq  arasında  “1908-ci  ildə  Hanakda  qırılan  mallar  dastanı”  adı  ilə  də  çox 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə