Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   36   37   38   39   40   41   42   43   ...   100

 
121 
Qırdı xalqı Akop, İvan.  
Onda quruldu bir divan,  
Hanı zənginlər, Ərdahan?  
Müsafir 
sevən Ərdahan. [168, 88] 
Ermənilərin törətdikləri qırğınların Türkiyədə, Azərbaycanda və Azər-baycan 
torpaqlarının hesabına yaradılan Ermənistan vilayətində yüz minlərlə insanın kütləvi 
surətdə  soyqırımı  və  deportasiyası  ilə  nəticələnməsi  “Böyük  Ermənistan” yaratmaq 
xülyası ilə türkün qanına yerikləyən erməniləri daha da quduzlaşdırır, qanlı hadisələr 
bir-
birini əvəz edirdi. “1918-ci ilin mart-aprel aylarnıda Qars bölgəsində qətliam və 
talanlar  törədən  ermənilər  Sarıqamış-Qars-Gümrü  istiqaməti  boyunca  52  kənd  və 
Qağızmanda  16500  türkü  ən  vəhşi  metodlarla  körpələrə  belə  rəhm  etmədən  şəhid 
edib yandırdılar, 5000-ə qədər türk uşağının və yetiminin taleyi bu gün belə məlum 
deyil”  [168,  72].  Həmin  dövrdə  və  ondan  sonrakı  illərdə  yaranan  bir  sıra  aşıq 
şeirlərində  erməni  qatillərinin  amansızlığı  xüsusi  nifrətlə  əks  olunurdu.  Tarixdə 
“Ərdahan  qırğını”  ilə  tanınan  qırğında  ruslarla  ermənilərin  törətdikləri  qətllər, 
zorakılıqlar xalq sənətkarlarının əsərlərində ürəkağrısı ilə qələmə alınırdı. “Ağıt” [ağı, 
mərsiyyə]  adlanan  bu  şeirlərdə  Ərdahanın  amansız  talanlara  məruz  qaldığı,  dinc 
əhaliyə qəddarcasına divan tutulduğu ifadə edilirdi. 1877-ci ildə ingilis səfirliyindən 
gəlib  çatan  bir  xəbərə  görə  rus  ordusu  Ərdahan  qırğınında  Kür  çayına  tökülüb 
boğulanlardan başqa,  qəsəbənin səkkiz  yüz  nəfər dinc  sakinini  qətlə  yetirmişdi.  Bu 
amansız  qırğında  ruslarla  birlikdə  erməni,  gürcü  və  yunanlar  da  iştirak  etmişdilər. 
Ümumiyyətlə, rus hökuməti həmin dövrdə xüsusilə erməniləri orduya cəlb etməklə 
türklərə  qarşı  müharibələrdə  onlardan  istifadə  edir,  qırğınlar  törədirdilər.  Bu 
müsibətlər, sonsuz fəlakətlər xalq sənətkarlarının şeirlərində öz ifadəsini tapırdı: 
Nə zaman ki, Əmiroğlu söküldü,  
Korpüdən çol-çocuq suya töküldü.  
Ananın, babanın beli büküldü,  
Alındı Ərdahan, yanar Osmanlı. [202, 23] 
Türklərin mifik təsəvvürü və bu təsəvvürün tarixi gerçək təsdiqi kimi onu da 
burada qeyd etmək yerinə düşər ki, “Ardahanlıların inanışına görə Moskvanın həddən 


 
122 
artıq  zülmü  və  vəhşilikləri  “Çarxa  toxunduğu  üçün”  ulu  Tanrı  onların  ayağını  bu 
müqəddəs  “Şəhidlər  yatağı”  torpaqlardan  kəsdi.  İndiki  (1960-cı  illər-A.M.) 
“Bolşevik-Moskvasının  zülmü”  də  yerdə  qalmayacaq,  əvvəl-axır  yıxılacaqdır  və 
bütün  dustaq  millətlər,  rusların  boyunduruğundan  qurtulacaqdır”  [202, 25]. Tam 
yarım əsr bundan əvvəl söylənmiş bu fikirlər indi tarixi bir həqiqətə çevrilmiş, keçmiş 
SSRİ məkanında beş müstəqil türk dövləti yaranmışdır. 
Rus-
Türk müharibələrində sonsuz qırğınlara, deportasiya və soyqırıma məruz 
qalan Axıska və Axırkələk bölgələri qədim və şanlı bir tarixə malikdir. 1267-ci ildən 
1578-
ci ilin avqustuna qədər Atabəylər dövlətinin tərkibində olan bu bölgə “Kitabi- 
Dədə Qorqud”da Aksaka (Ağqala) adı ilə tanınır. 1578-ci ildə Türk-İran müharibəsi 
zamanı  Osmanlı  dövlətinin  tərkibinə  qatılan  Axıska  bölgəsi  sonrakı  əsrlərdə  daha 
dəhşətli müharibələr meydanına çevrilmişdir. 
Çar  Rusiyasının  antitürk  siyasəti  Axıska-Axırkələk  bölgələrinin  aborigen 
əhalisinin - türklərin başına olmazın fəlakətlər gətirmişdir. 1828-ci il avqustun 28-də 
general Paskeviç tərəfindən işğal edilən Axıska şəhəri xarabazara çevrildi, rus ordusu 
burada  yanğınlar  və  qarətlər  törətdi,  əhali  olmazın  müsibətlərə  düçar  oldu.  Aşıq 
Üzeyir “bəxti qara yazılmış” Axıskada gördüklərini dərdli misralarla ifadə edirdi: 
Endim obasına bir göz gəzdirdim,  
Gördüm elin 
bağça-barı pozulmuş.  
Ürəyim gəlmədi bir daha baxam,  
Daş-torpağı ağlar, bəndi çözülmüş.
 
[202, 45] 
Əslən Poskovun Kevat kəndindən olan Aşıq Üzeyir Fakiri örnək gətirdiyimiz 
bu  misraları  Axıskanın  çar  Rusiyası  tərəfindən  ilk  işğalından  (1828)  iki  il  sonra 
q
ələmə almışdır. Dörd bəndlik bu qoşmadan aydın görünür ki, Axıska şəhəri işğaldan 
sonra  da  xaraba  olaraq  qalmış,  yerli  əhali  işğalçı  ordunun  təzyiqlərindən  və 
cinayətkar əməllərindən baş götürüb doğma yurdundan qaçmışdır. Sosial emosiyalar, 
milli-estet
ik  duyğulardan  doğan  ağır  kədər  qoşmanın  ümumi  məzmununa  bir 
bədbinlik  gətirir.  “İfritə  tuzağında  (tələsində)  inildəyən  maral”,  “tüstüsü  tütməyən 
ocaqlar”, “sönmüş xanimanlar” və s. kimi obrazlı ifadələr 1830-cu ildəki Axıskanın 
mənzərəsinin real görüntülərini ifadə edir. Qeyd edək ki, 1830-cu ildə Çar Rusiyası 


 
123 
ilə  Osmanlı  Türkiyəsi  arasında  sərhədlər  müəyyənləşdirilərkən  Axsıkanın, 
Axırkələyin  işğalçılara  verilməsinə,  bu  qədim  türk  torpaqlarında  “soldat  və 
kazakların”  hökmranlıq  etməsinə  el  sənətkarları,  aşıqlar  öz  əsərlərində  etirazlarını 
bildirirdilər. Aşıq Üzeyir “Gedir” rədifli qoşmasında Axsıkanın Rusiyanın tərkibinə 
qatılmasını  böyük  fəlakət  adlandırır,  “ölkəmizin  sultanı  əldən  gedir”  -  deyə 
ümumxalq  kədərini  ifadə  edirdi.  Həmin  dövrdə  Ağbaba-Çıldır  aşıq  mühitündə 
fəaliyyət göstərən saz-söz sənətkarlarının əsərlərindən görünür ki, türk torpaqlarının 
“kafir  Moskvaya”  verilməsi  ilə  yerli  əhali  heç  cür  barışmamışdır.  Xalqın  ağır 
dərdlərini dilə gətirən Aşıq Üzeyir 
Kəsilir şikarlar, korğan qurulur,  
Yeddi yerdən Fakir beli qırılır. [202, 45] 

desə də gələcəyə heç vaxt öz ümidini itirmir. Vətən torpaqlarının haçansa 
türk  ordusu  tərəfindən  azad  olacağına  ürəkdən  inanırdı.  Əhalisi  soyqırıma  və 
deportasiyalara  məruz  qalan,  “şenliyi  atəşə  yaxılan”  Axsıkanın  bir  gün  kədər  və 
dərdlərinin bitəcəyini yenə həmin şeirdə belə ifadə edir: 
Axıskaydı burda ellərin xası,  
Kurtuluncayadək çəkəcək yası. [202, 45] 
Bu  misralardakı  kədər  qarışıq  ümid  və  inam,  mübarizlik  ruhu  sosial 
emosiyaların  faktik  ifadəsi  kimi  diqqəti  cəlb  edir.  Ümumiyyətlə,  o  dövrün 
mənzərəsini  əks  etdirən  “viranələrdə  bayquşlar  yuva  qurubdur”,  “keçibdir  çırağın 
sök, Axırkələk”, “şəhidlər qanı ilə yerlər boyandı” və s. misralara nə qədər ağır dərd 
kədər  hopsa  da,  yuxarıda  qeyd  etdiyimiz  kimi  gələcəyə  olan  inam  hissi  heç  vaxt 
zəifləməmişdir. El şairi Gülalının Axıskanın süqutuna dair yazdığı şeir bu baxımdan 
səciyyəvidir.  Şair  Gülalı  tarixi  mənzumə  səciyyəsi  daşıyan  bu  şeirdə  şəhərin  işğalı 
zamanı rus qoşunlarının törətdikləri qanlı faciələri canlı boyalarla əks etdirmişdir: 
Baltalı analar cəngə qatıldı,  
Səbi, sibyan atəşlərə atıldı.  
Al bələkdən çayın üzü tutuldu,  
Vay ki, xarab oldu gözəl Axıska,  
Özünə çarə bul, düzəl, Axıska. [12, 182] 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə