Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   38   39   40   41   42   43   44   45   ...   100

 
127 
məşhurdur.  Əsarətdə  qalan  xalqın  çəkdiyi  iztirabların  və  zülmün  gündən-günə 
çoxaldığını Əhməd Məzlumi canlı xalq deyimləri ilə ifadə edir. Hanakda dörd yüzə 
yaxın  mal-qaranın  xəstəliyə  tutulub  qırılmasına  baxmayaraq  çar  hökuməti  camaata 
heç bir maddi yardım göstərmir, kəndin əhalisi daha da yoxsullaşıb var-yoxdan çıxır: 
Naçarlar halından bilən olmadı, 
Çox söylədik sözü qanan olmadı, 
İnəkdən, danadan biri qalmadı, 
Gör nə yaman oldu halı Hanakın. [202, 19] 
İstehzalı gülüş və kinayəli ruh qoşmanın ictimai ovqatını daha da gücləndirir. 
“Diri-
diri  dərisi  soyulan  mallar”,  “arı  kimi  uçan  milçəklər”,  “boş  qalan  tarlalar, 
çayırlar,  düzlər”  və  s.  misra  və  ifadələr  türklərin  çəkdiyi  məhrumiyyətləri  dolğun 
şəkildə  əks  etdirir.  Etnoqrafik  cizgilərin  əlvanlığı,  xalq  dilinin  şirinliyi  qoşmanın 
ideya-
məzmun  tutumuna  yeni  çalarlar  əlavə  edir.  Çar  Rusiyasına  xalqın  bəslədiyi 
nifrəti müəllif xalq dilindən aldığı “belə padişahı (çarı) taxtından düşə”, “rusun taxtı-
tacı başına dönə” və s. qarğışlarla daha kəskin şəkildə ifadə edir. 
Son  iki  yüz  ildə  Azərbaycanın  tarixi  taleyində  oynanan  məkrli  siyasət  və 
bunun  nəticəsində  onun  ikiyə  parçalanması,  daha  sonrakı  dövrlərdə  baş  verən 
məqsədyönlü etnik təmizləmə, deportasiya, soyqırımı, kütləvi sürgünlər Azərbaycan 
aşıq    sənətinə,  xüsusilə  Ağbaba-Çıldır  mühitlinə  də  özünün  dağıdıcı  təsirini 
göstərmişdir.  Ona  görə  də  iki  əsrlik  deportasiyanın  izlərini  tam  şəkildə  yalnız 
Amasiya  rayonunda  yaşayıb-yaratmış  aşıqların  yaradıcılığında  müşahidə  etmək 
müm
kündür. Şirəkli Həsənin, Aşıq Məhəmmədin, Çorlu Məhəmmədin, Aşıq Nəsibin, 
Aşıq  İsgəndər  Ağbabalının  və  digər  saz-söz  sənətkarlarının  poeziyasında  bunun 
şahidi oluruq. Sözsüz ki, Ermənistan ərazisində yerləşən digər aşıq mühitlərində də 
son iki yüz ilin milli-
tarixi faciələri özünün poetik əksini tapmışdır. Xüsusilə Göyçə 
və Dərələyəz aşıqlarının yaradıcılığında sonuncu deportasiyanın qanlı izləri qabarıq 
əks olunmuşdur. Ancaq Azərbaycan aşıq  mühitlərinin heç birində xalqımızın milli-
tarixi faciələri Ağbaba-Çıldır aşıq mühitində olduğu kimi ardıcıl və geniş çevrədə əks 
olunmamışdır.  Bunun  bir  səbəbi  əvvəldə  qeyd  etdiyimiz  kimi,  bölgənin  dəfələrlə 
müharibələr meydanına çevrilməsi, amansız işğallara məruz qalması ilə əlaqədardır. 


 
128 
Bizcə,  ikinci  əsas  səbəb  isə  “daxili  tənzimləyici  qüvvənin  -  müstəqil  dövlətçiliyin 
mövc
udluğu” [106, 176] ilə bağlıdır. Başqa sözlə, Ağbaba mahalı tarix boyu Osmanlı 
Türkiyəsinin  tərkibində  olmuşdur.  1920-ci  il  Gümrü  andlaşmasına  görə  bu  mahal 
zorla Ermənistana qatılsa da, SSRİ-Türkiyə sərhədləri çəkilənədək, yəni XX əsrin 30-
cu  illərinin  əvvəllərinədək  Ağbaba  əhalisinin  Çıldır-Qars  bölgələri  ilə  sıx  əlaqələri 
olmuşdur.  Sonrakı  dövrlərdə  bu  ənənə  bölgənin  saz-söz  sənətkarlarının 
yaradıcılığında mövcud sosialist quruluşunun təsiri altında zəifləsə də, XX yüzillikdə 
Aşıq  Nəsibin,  Çorlu  Məhəmmədin  və  başqalarının  poeziyasında  rus-erməni 
əlbirliyinə, zorakılıqlara, repressiyalara qarşı açıq-aşkar etiraz özünü göstərir. 
XX  əsrin  əvvəllərində  bir  neçə  dəfə  qaçqın  düşən  Aşıq  Məhərrəm  “Oldu”, 
“Gedirəm”,  “Ölməsəydim”  və  sair  şeirlərində  “eli  ikiyə  bölən  kafirin”  qanlı 
əməllərini açıb göstərir, doğma yurd həsrətini ifadə edirdi: 
Qarsa üz çevirdik ürəyi dağlı,  
Tutdu qolumuzdan Hacabbasoğlu.  
Müsibətlər gördüm qaralı-ağlı,  
Didərgin, dərbədər olub gedirəm. [60, 56] 
Tarixdən  bəllidir  ki,  rus  işğalına,  erməni  zülmünə  qarşı  yalnız  Türkiyə 
hökuməti  deyil,  el-obanın  qeyrətli  və  adlı-sanlı  igidləri  də  cəsarətlə  vuruşur-dular. 
Qoşmada  adı  çəkilən  Hacabbasoğlu  da  belə  tarixi  şəxsiyyətlərdən  biri  olmuşdur. 
“Ədahan  ilə  Gölədə  Gülazar  oğlu  Abdulla  bəyin  dəstəsi,  Oltuda  Haşım  bəy  oğlu 
Yusif Ziya, Çıldırda Pulutlu və Karavəli iki Kamil ağalar, Kağızmanda Məhəmməd 
və  Əlirza  (Ataman)  qardaşları  ilə  Şörəyelin  qərb  kəsimində  Arpa  çayı  boyunca 
ağbabalı  Hacı  Abbas  oğlu  Kərbəlayı  Məhəmməd  bəyin  atlı  dəstələri  yaşadıqları 
bölgələrə hücum edən erməni qüvvələrinə qarşı müdafiə olunmağı bacarırdılar” [168, 
78].  Ağbaba  camaatı  arasında  Hacı  Abbas  oğlu  Kərbəlayı  Məhəmməd  ağanın 
səxavəti,  milli  təəssübkeşliyi,  qoçaqlığı  haqqında  indi  də  maraqlı  əhvalatlar 
dolaşmaqdadır. Kərbəlayı Məhəmməd ağa ilə bağlı bir əhvalatı qeyd etmək burada 
yerinə düşər. Yaşlıların dediklərinə görə, bir dəfə daşnak Andranikin dəstələri keçmiş 
Qızılqoç rayonunun Böyük Şiştəpə kəndində onlarla azəri türkünü qətlə yetirdikdən 
sonra Kərbəlayı Məhəmməd ağaya xəbər göndərmişdilər ki, Böyük Şiştəpədə yaxşı 


 
129 
kabab  çəkmişik,  gəlin  yeyin.  Öz  dəstəsi  ilə  kəndə  gələndə  gördükləri  mənzərədən 
hamı dəhşətə gəlmişdi: ermənilər öldürdükləri azərbaycanlıların meyitlərini üst-üstə 
yığaraq süngüyə taxmışdılar. Kərbəlayı Məhəmməd ağa həmin gün bu qanlı cinayəti 
törədən daşnak dəstəsini təqib edərək onların layiqli cəzasını vermişdi. 
Başqa bir qoşmasında Aşıq Məhərrəm xalqa edilən müsibətləri, tutulan divanı 
sonsuz  kədərlə  təsvir  edir,  “dünyanı  qana  çalxalayan  şeytanları”  nifrətlə 
dam
ğalayırdı: 
Gözləri dörd oldu arvad-uşağın,  
Ac qurd tək kəndlərə soxuldu yağı. 
Vətən övladının qalmadı sağı,    
Urusla qaxdağan bəxtiyar oldu. [60, 56] 
Aşıq Məhərrəm rus məmurları və əsgərləri ilə qaxdağan (gəlmə) ermənilərin 
törətdiyi  qətl  və  talançılığı,  haqsızlığı  cəsarətlə  ifşa  edirdi.  Onun  şeirlərindəki  “ah-
nalə  səsləri  titrədir  yeri”,  “dağıldı,  töküldü  dövlət-varımız”,  “erməni  qudurdu  çox 
xunxar  oldu”,  “gözləri  dörd  oldu  arvad-uşağın”  və  s.  misralar  qədim  türk 
torpaqlarında  milli-etnik  təmizləmə  siyasətini  həyata  keçirənlərin  amansızlığını, 
qeyri-
insani hərəkətlərini göstərir. 
Ağbaba-Çıldır  aşıq  mühitinin  digər  bir  saz-söz  ustadı  Aşıq  Məhəmməd 
Axıska mahalında tökülən günahsız qanlardan dəhşətə gəlir, “ağla gözüm, ağla sazım, 
bu  dərdə”  -  deyə  çıxış  yolu  axtarırdı.  Dəhşətli  milli  faciələri  şəxsən  görən  Aşıq 
Məhəmməd Axırkələyin Xosbiya kəndində darmadağın olan evləri, qırılan insanları, 
adlı-sanlı Xosbiya bəylərinin düçar olduğu fəlakətləri yalnız bir kəndin deyil, bütün 
türklərin dərdi adlandırır: 
Ölülərin sayı yoxdu, sağ hanı? 
Sahibi yox, seldə-suda axanın, 
Ey müsəlman, dərd tapıbdı yaxamı, 
Tab eləyim, necə dözüm bu dərdə.
 [11]
 
“Xırtızın”  rədifli  qoşmasında  aşığın  təsvir  etdiyi  qırğın  “toplu-tüfəngli 
kafirlərin”  qanlı  əməlləri  kimi  lənətlənir.  “Qadını,  qocası  yanıb  kül  olan  kənddə” 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə