Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   42   43   44   45   46   47   48   49   ...   100

 
139 
Qoynu xarabadı yaslı dağların,  
Tapılmır sahibi viran bağların.  
Sınıb ağacların qol-budaqları, 
Oba yox, elat yox, bircə kənd yoxdu. [26, 22] 
Aşıq  Paşanın  “Döndü”,  “Məni”,  “Deyərsən”,  “Ağlama”  və  sair  şeirlərində 
həsrət  və  intizar  duyğuları  etno-milli  yaddaşın  təməlində  ümid  və  inam  hissləri  ilə 
birləşir.  Aşığın  “Ağlama”  rədifli  qoşmasında  bu  ümid  və  inam  dərd-kədər  içində, 
Ağbaba ellərinə məxsus etnik-coğrafi detalların biçimində təqdim olunur. “Dağılmış, 
talanmış  köçkün  ellərin”  haçansa  öz  yurduna  dönəcəyinə,  “mal-qoyun sürülərinin 
görklü sulardan içəcəyinə” ürəkdən inanan aşığın kövrək duyğuları qoşmanın ümumi 
məzmununa həzin bir ovqat gətirir. Şəxsi və ictimai kədər, gələcəyə inam hissi eyni 
bir  məqamda,  eyni  ahəngdə  vəhdət  təşkil  edərək,  güclü  sosial  emosiyalar  doğurur, 
qoşmanın bütün bəndlərində özünü göstərən nikbinlik bu effekti daha da artırır: 
Göydağlının sinəsi də dağlıdı,  
Ağbabaya gedən yollar bağlıdı, 
Ağladığın itmiş yurdun nağlıdı.  
Səbirli ol, dərdlə bacar, ağlama. [26, 27]
 
Qeyd etmək lazımdır ki, Aşıq Paşanın poetik irsində, xüsusilə deportasiya və 
erməni zorakıhğına həsr olunmuş şeirlərində gördüyümüz nikbinlik, ümid hissi Aşıq 
İsgəndərin  poeziyasında  zəif  müşahidə  olunur.  Bu  məqamda  Aşıq  Paşanın  şeirləri 
ustadından daha çox, Aşıq Nəsibin poeziyası ilə birləşir. Aşıq Nəsibdə olduğu kimi, 
Aşıq Paşanın da yaradıcılığında ermənilərə qarşı kəskin ittiham, türkün böyüklüyü və 
əzəməti dolğun boyalarla, obrazlı şəkildə ifadəsini tapır. Hər iki sənətkarın “Erməni” 
adlı  müxəmməslərində  eyni  mövqedə  dayanması,  erməni  fitnəkarlığını  qəzəb  və 
nifrətlə ifşa etməsi, kəskin istehzalı gülüş diqqəti çəkir. Aşıq Nəsib yazır: 
Yaranandan şeytan oldun, 
Yalandı sözün, erməni.  
Elləri dərbədər saldın,  
Tökülsün gözün, erməni. [25, 46] 


 
140 
Aşıq Paşa da Aşıq Nəsib kimi, kəskin ittihamlarla, qəzəb və satirik boyalarla 
erməni psixologiyasını şərə xidmət edən bir qüvvə kimi lənətləyir: 
Bu dünyanı çalxalama,  
Doldurma qana, erməni.  
Şeytan kimi fitnə qurub,  
Girmə yüz dona, erməni. [26, 47] 
Yazılma  tarixləri  arasında  yarım  əsrdən  artıq  müddət  olsa  da,  hər  iki 
müxəmməsin ideya-məzmun ruhu, sənətkarların gəldiyi bədii-məntiqi qənaət eynidir. 
Aşıq Paşanın durnaya xitabla yazılmış “Deyərsən” qoşmasının beş bəndinin 
beşinə də “qisas qiyamətə qalmaz” ideyası hakimdir. Regional cizgilər, həzin lirik ruh 
şeirdəki  milli  koloriti  və  onun  təsiri  gücünü  yeni  bədii  çalarla  zənginləşdirir. 
Qoşmada  vətən  həsrətini  çəkən  el  sənətkarının  zülm  və  zorakılığa  qarşı  etirazı, 
mübarizlik hissləri güclüdür: 
Çatmayıbmı didərginin sorağı,  
Tutulubdur türk oğlunun oylağı.  
Ağbabanın neçə-neçə yaylağı,  
Qalmaz yağılara, elə deyərsən [26, 27]. 
Aşığın başqa bir “Ağlama” rədifli qoşması üsyankar və mübariz ruhu, etno-
milli yaddaşın, mifoloji motivlərin əlvanlığı, canlı deyim tərzinin gözəlliyi ilə diqqəti 
cəlb edir. Qoşmada həsrət və kədər duyğularının deyil, mübarizəyə çağırış ruhunun 
üstünlük  təşkil  etməsi  balaca  didərgini  öz  dərdindən  sıyrılıb  gələcəyə  inamla 
baxmağa, ürəkli olmağa, əzmkarlığa səsləyir: 
Mən də didərginəm, sən də didərgin,  
Dərdini dərdimə cala, ağlama.  
Ağlamaqla dərdin sağalan deyil,  
Mən də sənin əmin, bala, ağlama. [26, 38] 
Aşıq Paşanın “Gəlsin”, “Dağlar”, “Xəstələnər-xəstələnməz” gəraylıları, “Dü-
şər”,  “Yaz  gəlibdi”  divaniləri,  bir  sıra  bayatıları  və  s.  şeirləri  erməni  daşnaklarının 
yalnız  Ağbabada  törətdikləri  cinayətlərə  deyil,  ümumiyyətlə,  qəddar  yağının 
amansızlığına, zorakılığına və soyqırıma qarşı sənətkar etirazının poetik ifadəsidir. 


 
141 
Onu  da  mütləq  qeyd  etmək  vacibdir  ki,  iki  yüz  ildən  çox  ötməsinə 
baxmayaraq,  xalqımızın  şifahi  yaddaşında  deportasiya  və  qanlı  repressiyaların 
doğurduğu  faciələr  indi  də  yaşamaqdadır.  Axıskalı  aşıq  və  el  şairlərinin 
yaradıcılığında  vətən  həsrəti,  yurd  nisgili,  qəsbkarlara  qarşı  nifrət  hissləri,  doğma 
vətənə  qovuşmaq  ümidi  illər  ötüb  keçsə  də  öləziməmişdir.  “Camican”,  “Dərdimi” 
(Aşıq  Molla  Məhəmməd  Səfili),  “Dünyanın”  (Aşıq  Məqsudi),  “Dünyasan”  (el  şairi 
Fəhlul), “Gəldim”, “Bəxtsiz türklər” (el şairi Şimşək Sürgün Kaxaretli), “Vətən” (el 
şairi  Günəş  Müzəffərova),  “Didərginəm”  (el  şairi  Xeyransa  Məmmədova)  və 
başqalarının  yaradıcılığı  buna  qabarıq  nümunədir.  Şimşək  Sürgün  “Gəldim”  rədifli 
qoşmasında  yad  əllərdə  qalan  vətəninin  indiki  vəziyyətini,  ayrılıq  hisslərini  qəmli 
misralarla dilə gətirir: 
Dumana bürünmüş dağların başı, 
Köşədən ayrılmış caminin daşı, 
Axıtdım gözümdın qan ilən yaşı, 
Caminin halını sordum da gəldim. [81, 203] 
El  şairi  Fəhlul  “Dünyasan”  adlı  qoşmada  yurddaşlarının  başına  gətirilən 
müsibətləri,  sürgünlük  həyatını,  “türklərin  ahının  yerdə  qalmasını”  fəlsəfi 
düşüncələrin axarında təsvir edir. Axıskadan Orta Asiyaya deportasiya edilən, oradan 
Azərbaycana  köçən,  sonra  Şimali  Qafqazda-Nalçikdə  məskunlaşan,  bir  sözlə, 
vətəndən ayrı özünə yer tapa bilməyən bu el şairinin şeirlərində fəlsəfi mühakimələr, 
vətənpərvərlik duyğuları olduqca güclüdür. Şair dünyaya müraciət edərək yazır: 
İşıqlı zamanı bizə çox gördün, 
Günahlı-günahsız uzağa sürdün, 
Yolumu tez kəsib daşınan hördün, 
Aparıb ümmana qatan dünyasan.
 
[81, 199] 
Azərbaycanlılara  və  türklərə  qarşı  ermənilərin  və  onların  havadarlarının 
törətdikləri qanlı cinayətlər, deportasiya və soyqırımlar, dəhşətli terror əməlləri, etnik 
təmizləmə  siyasəti  Azərbaycan  aşıq  yaradıcılığının  müxtəlif  mühitlərində  bu  və  ya 
digər  dərəcədə  əks  olunmuşdur.  Bu  baxımdan  qeyd  olunan  məsələlər 
folklorşunaslığımızda ayrıca bir tədqiqat mövzusu kimi araşdırılmalıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə