Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   50   51   52   53   54   55   56   57   ...   100

 
163 
Alxışı öldürdü məni. 
 
N
əsib tez durdu ayağa,  
Gördü m
əclisdə bəy, ağa.  
Corabı geydim ayağa,  
Naxışı öldürdü məni. [25, 20] 
Aşıq Nəsibin əlimizdə olan bədii irsi içərisində gözəlləmələr, konkret gözəlin 
t
ərifinə  həsr  olunmuş  şeirlər olmasa da “Öldürdü məni”, “Bu gələn” və  s. kimi 
g
əraylılarında  Ağbaba-Şörəyel gözəllərinin tipik cizgiləri  ustalıqla  poetik  əksini 
tapıb.  “Baxışından  nur  tökülən,  yarımayan  könüllərin həkimi”  -el gözəli  aşığın 
şeirlərində  böyük  şövqlə  tərənnüm olunur. Etnoqrafik cizgilər poetik bütövlüyün
milli yaddaşdan gələn duyğuların, müşahidələrin tamlığını təmin edir: 
Başında var tirmə şalı, 
 Ürk
ək Ağbaba maralı.  
Bilirmi m
ənəm yaralı,  
Çiç
ək-gülümdü bu gələn.
 [25, 19]
 
Aşıq Nəsibin “Gözələ” təcnisi də həsrət və kədər motivlərinin bolluğu, lirik-
emosional  duyğuların  dərinliyi, etnoqrafik təsvirlərin təbiiliyi ilə  diqqəti cəlb edir. 
T
əcnisin birinci bəndində  aşığın könül  sızıltıları,  hicran  əzabı səmimi  şəkildə ifadə 
olunur: 
M
ən yazığı ağlar qoydun beləcə,  
H
əsrət qaldım sənin kimi gözələ.  
Dedim bulaq el
ə, çeşmə elə təbimi,  
Dem
ədim ki, gölməçələ, gözələ.[25, 39] 
T
əcnisin  sonrakı  bəndlərində  aşığın  çəkdiyi iztirablar daha da konkretləşir, 
sevdiyi göz
əlin bədii portretinin ilkin cizgiləri görünür: 
Yanağı gül, başında da qıdanı,  
F
ələk vursun şad günümü qıdanı.  
Xoş günümdə ruha verən qidanı  
Q
əlbim umur, odur baxır göz ələ. 


 
164 
 
Bu N
əsibin sinə-başı yaradı,  
Ür
əyimdə xoş olubdu yar adı.  
Bahar m
əni bay elədi, yaradı,  
Sınan könlüm barı sözlə, gözələ. [25, 39] 
T
əcnisdə  “bay eləmək”  (yarıtmaq)  ifadəsi,  “qıdanı”  (Ağbaba-Şörəyel 
bölg
əsində  qadınların  kələğayının  altından  örtdükləri  baş  örtüyü),  ikinci  misradakı 
“qıdanı” (kəsmək feli) və sair etno-milli ruhu daha da gücləndirir. 
X
əstə  Hasan    ocağının  qüdrətli nümayəndəsi  Aşıq  İsgəndər  Ağbabalının  
z
əngin və  çoxşaxəli  yaradıcılığında  məhəbbət motivləri klassik  ənənələrə  bağlı 
şəkildə  özünün göstərir. Ustad sənətkarın  bayatı,  gəraylı,  qoşma,  divani  və  sair 
janrlarda q
ələmə  aldığı  şeirlərdə  sevgi  iztirabları,  həzin  duyğular    milli  koloritin, 
etnik regional cizgil
ərin  poetik  axarında  ifadəsini  tapır.  Aşığın  “Sinəsinə”, “Gəlir”, 
“Göz
əl”,  “Ayrılmaz”  və  s.  şeirlərində  axar-baxarlı  yurd  yerləri ilə  gözəllin zahiri 
xüsusiyy
ətləri vəhdətdə təsvir olunur:  
Tutaydım əlindən, enəydim dağdan, 
Lal
ədən , nərgizdən dərəydim bağdan, 
O alma yanaqdan, büllur buxaqdan, 
H
ər üzdən cüt busə alasım gəlir. [24, 217] 
Aşıq  İsgəndər məlum  olduğu  kimi,  dəfələrlə  Orta  Asiyaya,  Qazaxıstana 
s
əfərlər etmiş, buraya sürgün  olunmuş axıskalıların məclislərini keçirmiş, bir sözlə, 
qürb
ət dərdini onlara unutdurmağa çalışmışdır. Onun keçirdiyi toylarda, şənliklərdə 
el gözll
ərinə həsr etdiyi qoşmaların nikbin ruhu, şux ovqatı, sevgini insanı saflaşdıran 
bir keyfiyy
ət kimi poetikləşdirməsi  aşığı  tarixi-mədəni və  genetik köklərə  bağlı 
s
ənətkar kimi səciyyələndirməyə  haqq verir. Onun bu səfərləri zamanı  yazdığı 
“Qadan alım”, “Gülə-gülə”, “Amandı” və sair qoşmaları fikrimizi təsdiqləyir. 
Ümumiyy
ətlə, Ağbaba-Çıldır aşıqlarının məhəbbət lirikası intim duyğuların, 
aşiq və məşuq arasında sevgi hisslərinin ifadəsi deyildir. Azərbaycan aşıq sənətində 
olduğu  kimi,  Ağbaba-Çıldır  aşıq  mühitində  də  eşq,  məhəbbət geniş  anlamda  bədii-
f
əlsəfi və ədəbi-estetik mahiyyəti ilə dərin əxlaqi məzmun  və əhəmiyyət daşıyır. 


 
165 
M
ənəvi kamilliyə və ilahi məhəbbətə çağıırış 
Ağbaba-Çıldır  aşıq  mühiti  özünün  tarixi-genetik, mədəni-estetik kökləri ilə 
ümumtürk t
əsəvvüf  poeziyasının  ən qədim  laylarına  bağlıdır.  Bu  bağlılıq  Ağbaba-
Çıldır aşıq mühitinin dini-ürfani çevrəsini müəyyənləşdirməklə yanaşı, eyni zamanda 
h
əmin mühitdə  müxtəlif dövrlərdə  yaşayıb-yaratmış  saz-söz sənətkarlarının 
y
aradıcıqlarının  fərdi cizgilərini də  göstərir. “XIII yüzildən XX yüzilin əvvəllərinə 
q
ədər təsəvvüfdən  doğan  üsul,  ərkan və  ədəb etibarilə  təriqət  şairləri, islamiyyət 
önc
əsi inanc sistemləri ilə  Mövlana və  Yunus  Əmrəni təməli üzərinə  zəngin bir 
ədəbiyyat  yaratdılar.  Bu  şairlər,  geniş  xalq  kütlələrinə  səsləndikləri üçün sadə  bir 
dild
ən istifadə  etməyə  çalışdılar”  [171,  19].  Bağdad  xanım  (XVI  yüzillik),  Dədə 
D
ərbədəri (XVIII-XIX yüzilliklər),  Aşiq  Süleyman  İrfani  (XVIII-XIX yüzilliklər], 
N
əbati (XVII-XVIII yüzilliklər), Aşiq Şenlik (1850-1913), Rəcəb Hifzi (1893-1918), 
Aşiq  Zülali  (1873-1959),  Aşiq  Nəsib (1870-1944),  Aşıq  Murad  Çobanoğlu  (1940-
2005),  Aşiq  İsgəndər  Ağbabalı  (1925-1992) və  başqa  el  sənətkarlarının 
yaradıcılığında dini-təriqət şeirləri yuxarıdakı fikri bir daha təsdiq etməkdədir.  
Fikrimizc
ə,  Ağbaba-Çıldır  aşıqlarının  dini-ürfani  şeirlərinin təhlil etməzdən
sufi  ideyaların  qaynaqlarını  və  poetik  inikasını  aydınlaşdırmazdan  əvvəl mühitin 
tarixi-
coğrafi arealına dili-mifoloji aspektdən yığcam da olsa göz yetirmək lazımdır. 
Mühitin 
əhatə  etdiyi  ərazilərdə  əcdadlarımızın  əski  inancları,  ilkin  təsəvvürləri ilə 
bağlı çoxlu yer-yurd adlarının, müqəddəs ocaq və ziyarətgahların olması bu zərurəti 
meydana çıxarır. Ağbaba sözünün mənşəyini araşdırdıqda etimologiyasının, kökünün 
lap q
ədimlərə-xalqımızın  dağa  inamla  bağlı  mifik  görüşlərinin  mövcud  olduğu 
dövrl
ərə gedib çıxır. Toponimin ən uca baba, qüdrətli baba, ata anlamını ifadə etməsi 
türkün mifik düşüncəsində geniş yer tutan dağ kultu ilə bağlıdır. “Demək olar ki, türk 
xalqlarının əksəriyyəti tapındıqları dağları ulu ana, ulu ata hesab etmişlər” [149, 52]. 
Maraqlıdır  ki,  bu  ərazilərdə  mövcud olan ocaq və  pirlər, ziyarətgahlar  əsasən  dağ 
zirv
ələrində  yerləşirdi.  Ağbaba  ziyarətgahı  hündürlüyü  3000  metrdən çox olan 
Ağbaba dağında, Allahu-Əkbər ziyarətgahı, Allahu-Əkbər dağının başında, Dədəpir 
Göydağın zirvəsində-Ağbabadan Qarsa gedən karvan yolunun üstündə, Üçqardaş piri 
Qısır  dağının  təpəsində  idi. Göründüyü kimi, bu müqəddəs yerlərin  uca  dağlarda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə